Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə48/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

 
193 
getdi. Buraları çalıb-çapdıqdan sonra, Qarabağdan keçib, Gəncəyə 
gəldi. Buranı da Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qəni-
mətlə Şəki, Axtı və Kürədən keçib, öz mülkünə döndü. Adı çəkilən 
ölkələrin  əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan 
bəzisi, hədiyyə göndərmək vasitəsilə özünü onun şərrindən 
qurtarmaq istəyirdi. Fətəli xan Məhəmməd bəyi öz tərəfinə çəkdi. 
O, yuxarıda adı çəkilən üsminin qardaşı oğlu olub, igidlikdə şöhrət 
tapmışdı. Fətəli xan Qubadan 100 ev köçürdüb, Dərbəndin üç 
ağaclığında ona məxsus bir qala tikdirdi. Xan Məhəmməd bəy cür-
bəcür vasitələrlə üsminin işinə  əngəl törədirdi. Bundan əlavə
mənfəət verdiyi və əlaqəyə girdiyi üçün, Dağıstan əmirləri, əyanları 
və əhalisi gündən-günə Fətəli xanın dövlətinə daha artıq meyl gös-
tərdilər. Üsmi artıq böyük işlərə qarışa bilmədiyindən, naçar qalıb, 
barışmağa məcbur oldu. 
Məhəmməd xanın oğlu Şah Mərdan bəy, ögəy anasından olan 
qardaşı Surxay ilə ədavətli idi. Buna görə, atası Məhəmməd xandan 
inciyib, Fətəli  xana  meyl  göstərərək xidmət edirdi. Fətəli xan da 
Dərbənd üstündə sayılan Kürə nahiyəsinin aşağı hissəsini Qəbərək 
kəndinə  qədər və Qurbanın Güney mahalını ona verdi. Ayrıca bir 
camaat olan Qurah mahalını da Şah Mərdan bəy özü ələ keçirdi. 
Beləliklə, Məhəmməd xan da müxalifət iqtidarında olmayıb, müda-
ra ilə keçinirdi. 
Bu zaman, Təbərsəran əmirəsi Xanım vəfat etdi. Mirzə nəvəsi 
Əliqulu Sail oğlu qulluq göstərmək bəhanəsilə lal məsumla dost-
laşdı. Rüstəm qadinin köməyilə onu iki oğlu ilə öldürüb, məsumlu-
ğa keçdi. Fətəli xanın xidmətində Gavduşan döyüşündə öldürül-
müş qardaşı Şeyx Əli məsumun oğlanları: Məhəmmədhüseyin bəy, 
Söhrab bəy,  Şamxal bəy və Mustafa bəy Qubaya getdilər. Fətəli 
xan bir müddətdən sonra, Əliqulu məsumu Dərbəndə gətirib həbs 
edərək Səlyana göndərdi. Özü isə qoşunla gedib, Məhəmməd-
Hüseyin bəy  Şeyx  Əli oğlu məsumu, keçmiş  məsumların oturağı 
olan Çıraq kəndində məsumluğa oturtdu. Ondan sonra qardaşları: 
 
194
Söhrab məsum,  Şamxal məsum və  oğlu Qırxlarqulu məsum bir-
birinin ardınca əmirlik etdilər. 
Şəki hökümranlığında müstəqil olan Hüseyin xan, aralığa 
düşən  ədavətə görə,  əmisi Cəfər ağanı öldürüb, öz xanədanında 
ədavət toxumu əkdi. Hacı  Çələbinin oğlu Hacı  Əbdülqadir, öz 
tərəfdarları ilə ondan üz çevirdi. İbrahim xanın köməyilə Kür çayı 
kənarında, Dardoqqaz adlı yerdə sakin oldu. Hüseyin xan bir neçə 
dəfə onun üzərinə gedib vuruşdusa da məqsədə nail olmadan geri 
qayıtdı. Bu müvəffəqiyyətsizlikdən sonra o, Hacı Əbdülqadirin tə-
rəfdarları olan qutqaşınlı Kəlbəli sultanı, qışlaqlı Hacı Ağanı və Hacı 
Rəsul bəy Hacı Şeyx Əli oğlunu həbsə aldı. Bir az keçəndən sonra, 
Hacı Rəsul qaçdı, o biri iki nəfər isə öldürüldü. 
Həmin hicri 1193-cü (=1778) ildə, ədalətli və hünərli bir əmir 
olan Vəkil Kərim xan vəfat etdi. O, qoşununun intizamına və 
ölkəsinin asayişinə çalışıb, 30 ilə yaxın İranda hökümranlıq etdi. O, 
çox insaflı olub səltənətin qədr və qiymətini gözlədiyindən, ancaq 
Vəkil ləqəbilə kifayətlənmişdi. Zəndiyyə dövləti də əmirləri arasın-
da düşən ixtilaf nəticəsində tez puç olub aradan çıxdı. 
Hicri 1194-cü (=1779) ildə, Hacı  Əbdülqadir, Hacı  Çələbinin 
əmisi oğlu Hacı  Rəsul bəy Hacı  Şeyx  Əli oğlunun köməkliyi,  Ərəş 
məlikzadələri və Şəki əyanının ittifaqilə qəflətən Nuxu qalasına so-
xuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyin xanı öldürüb, hö-
kumət bayrağını qaldırdı. Hüseyin xan hünərli, şücaətli, gözəl tədbirli 
və düzgün fikirli olmaqla bərabər, təbiətən rəhimsiz bir adam idi. 
Ağa Məhəmməd xan Qacar hüdud boyunu tutduğu zaman, 
Gilan hakimi Hidayətulla xan məğlub olub, kömək tələbilə Bakıya, 
buradan da, Qubaya gəldi. Fətəli xan Səlyan və Talış yolu ilə, mirzə 
bəy Bayatın komandası altında 9.000 qoşun göndərib, onu Rəştdə 
əvvəlki yerində oturtdu. 
Hicri 1196-cı (=1781) ildə, dindar, ədalətli bir əmir olan bakılı 
Hacı  Məlikməhəmməd xan Hacı Mirzə  Məhəmməd xan oğlu, 11 
yaşlı  oğlu  II Mirzə  Məhəmməd xanı dayısı  Fətəli xanın himayəsi  


 
195 
altında Bakı hakimi təyin etdi. Özü Ətəbatə (Kərbəla və  Nəçəfə) 
ziyarətə gedib, Nəçəf-əşrəfdə vəfat etdi. 
Bu zaman, Məhəmmədsəid xan, Fətəli xanın bacısı Fatma xa-
nımı öz oğlu Məhəmmədrza bəy üçün istədi. Fatma xanımı keç-
mişdə Vəkil Kərim xan da öz oğlu Əbülfəth xana namizəd etmişdi. 
Onun qardaşı  Ağası xan, Fətəli xanın  Şirvan iddiasında olduğunu 
bilib, bu işdən narazı idi. Özü də Əlvənddə sakin idi. Füzulinin bu 
beytini yazıb ona göndərdi: 
 
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,  
Gör nə cahildir yonar daşdan öziçün bir rəqib. 
 
Məhəmmədsəid xan da, cavabında, Füzulinin bu beytini yazıb 
göndərdi: 
 
Kuhkən künd eyləmiş bin tişəni bir dağ ilə,  
Bən qoparıb atmışam bin dağı bir dırnaq ilə. 
 
Xülasə, Fətəli xanın bacısını almaq səbəbinə, iki qardaşın ara-
sına ayrılıq düşdü. Hicri 1198-ci (=1784) ildə Fətəli xan Ağası xana 
kömək edən  İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı  və 
Qarabağın aşağı mahallarını talan etdi. Hacı  Əbdülqadir xan da 
Şəki qoşunu ilə onunla yoldaş idi. Bu səbəbə  İbrahim xan, atası 
öldürüldüyü zaman Qarabağa qaçıb, məhbus olan Məhəmmədhə-
sən ağa Hüseyn xan oğlunu gizlicə azad edib, Cara göndərdi. 
Məhəmmədhəsən ağa Car ləzgilərinin köməkliyilə Şəkinin üzərinə 
yürüş etdi. Birinci dəfə  məğlub oldu. İkinci dəfə isə, qalib gəldi. 
Hacı Əbdülqadir xan da Əlvəndə Ağası xanın yanına qaçdı. Ağası 
xan onu tutub, qoşunla onu təqib və tələb edən Məhəmmədhəsən 
xana verdi. Məhəmmədhəsən xan, atasının intiqamı üçün onu yed-
di oğlu ilə  bərabər öldürdü. Deyirlər ki, o (Hacı  Əbdülqadir xan) 
igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstə-
rərmiş. 
 
196
Fətəli xan hicri 1199-cu (=1785) ildə, Ağası xan və onun müt-
təfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə  Şirvana 
getmişdi. Bu zaman, qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş 
olan Mehrəli bəy Fətəli xanın yanında idi. Bir gecə, Bakıdan Şirvana 
getdiyi zaman, yolda Ağası xanın böyük oğlu  Əhməd bəyə rast 
gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan 
onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisə-
dən sonra, İbrahim xan Fətəli xanla dostlaşmağa başladı, Ağası 
xana qarşı  hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur 
qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə  bərabər məhbus 
olaraq, Qubaya göndərildi. Bundan sonra, Fətəli xan Şəki üzərinə 
yürüş etdi. Bu müharibədə məğlub olan Məhəmmədhəsən xan, öz 
bacısını Fətəli xana verib barışdı. Fətəli xan da ittifaqı möhkəmlən-
dirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona verdi. Həmin il 
cəsarətli, xoş rəftar və eyni zamanda xasiyyətcə vüqarsız və kinli bir 
şəxs olan Mürtəzaəli şamxal vəfat etdi. Qardaşı Məhəmməd şam-
xallığa oturdu. Hicri 1201-ci (=1787) ildə  Fətəli xan Məhəmməd 
şamxalın qızı Kiçik Bikəni, üsminin bacısından olan Əhməd ağa adlı 
oğlu üçün aldı, çoxlu cehiz və böyük bir dəbdəbə ilə  Dərbəndə 
gətirdi. Əmir Həmzə üsmi də həmin il vəfat etdi və qardaşı Ustar 
xan onun yerinə təyin olundu. 
Öz qardaşının  ələ keçməsindən qorxuya düşən Məhəmməd-
səid xan, gizlincə keçmişdəki işlərin əvəzini almağa çalışırdı. Fətəli 
xan, Ağası xanı  Əhməd bəy və  Məhəmməd bəy adlı iki böyük 
oğlanları ilə hakim təyin etmək bəhanəsilə, Qubanın Qonaqkənd 
kəndinə gətirdi. Məhəmmədsəid xan, Qəsaniyə və buradan da Qə-
bələyə getdi. Fətəli xanın damadı  Məhəmmədrza bəy onu qar-
şıladı. Fətəli xan, Ağası xanı oğlanları ilə Bakıya göndərdi. Özü isə, 
Ağsuya gələrək Məhəmmədrza xanı Şirvana hakim təyin etdi. Lakin 
həqiqətdə özü hökümranlıq edirdi. 
Bu zaman Fətəli xan bir nəfər göndərib, Məhəmmədsəid xanı 
oğlanları ilə  bərabər və  Ağası xanın oğlu Mustafa bəyi Məhəm-
mədhəsən xandan istədi. Məhəmmədsəid xan, işi arzusu xilafinə 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə