Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə45/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

 
181 
BEŞİNCİ FƏSİL 
 
NADİR ŞAHIN VƏFATINDAN «GÜLÜSTAN» ADLI  
YERDƏ RUSİYA VƏ İRAN DÖVLƏTLƏRİ ARASINDA BAĞLANAN  
SÜLH MÜAHİDƏSİNƏ QƏDƏR 
 
Nadir şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı. Əfqan 
və özbək tayfaları sonradan Əfqanıstan şahı olacaq Abdallı Əhməd 
xanın sərkərdəliyilə, Nadir şahın qatilləri əfşarlarla müharibəyə gi-
rib qalib gəldilər. Ordunu qarət edərək öz yerlərinə getdilər. 
Nadir şahın qardaşı oğlu Əliqulu xan İbrahim xan oğlu Heart-
dan Məşhədi-müqəddəsə gəldi və Zöhrab adlı qulamını dünyanın 
qəribə asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı qəf-
lətən alıb Rzaqulu mirzəni böyüklü-kiçikli on beş  nəfər Nadir 
övladı ilə bərabər öldürdü. Nadir şahın oğlanları Nəsrulla mirzə və 
İmamqulu mirzəni, Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından 
olan oğlu Şahrux mirzə ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını öl-
dürərək, 14 yaşlı  Şahrux mirzəni də, gizlicə qalada həbs edib, öl-
dürdüyü xəbərini yaydı. Bu tədbirlə o, belə  xəyal edirdi ki, əgər 
iranlılar onun səltənətinə razı olmasalar, iki tərəfli bu səltənətə 
layiq olan şahzadəni  əldə saxlamış olsun. Özü də  Əlişah adı ilə 
taxta oturdu. Cavahirat və sair qiymətli  şeylərdən başqa, on beş 
kürurluq nağddan ibarət olan Nadirin xəzinələrini Kəlatdan Məşhə-
də gətirib israfla puç etməyə başladı. 
Bu zaman İsfahan hakimi olan qardaşı  İbrahim xan üsyana 
başladı. 7 ay artıq Mazandaranda olan Əlişah, qardaşını cəzalandır-
maq üçün hərəkət etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə 
vaqe oldu. Bu müharibədə  Əlişah məğlub olub Tehrana qaçdı. 
Qardaşının  əmrilə tutulub gözləri çıxarıldı.  İbrahim xan, Şahrux 
mirzəni Nadirin xəzinələri ilə bərabər ələ keçirmək xəyalilə, öz qar-
daşı Hüseyn bəyi  əmirlərdən bir neçəsilə  bərabər Xorasana gön-
dərdi. Xəbər verdi ki, onun bu işdə  məqsədi,  Şahrux həzrətlərini 
ata-baba taxtına əyləşdirməkdir; yenə təklif etdi ki, şahzadə gəlib 
 
182
İraqda taxta otursun. Lakin kürd xanları və Xorasan rəisləri şahza-
dənin getməsini lazım bilməyib, istəmədiyi halda, onu hicri 1161-ci 
(=1748) ildə, aqustos (avqust) ayının 17-də taxta oturtdular. «Sul-
tani-əzəm» tərkibi (əbcəd hesabilə) onun taxta oturmaq tarixi oldu. 
İbrahim xan da həmin il təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə 
taxta oturdu. 
İbrahim xan hər bir ləyaqətsiz adamı işə çəlb edib ona xanlıq 
ləqəbi verirdi və bunu «təlifi-qülub» (ürəkləri  ələ almaq) deyə 
adlandırırdı. O, Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yük-
ləri və çadırları yanında məhbus saxladığı kor Əliş ilə bərabər Qum 
şəhərinə göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşu-
nu dağılmağa üz qoydu, labüd qalıb yanındakı  əfqan tayfası ilə 
Quma getdi. Qumun mühafizləri dərvazaları onun üzünə bağla-
dılar. O, şəhəri güclə alıb qarət etdi, Qalapur qalasına çəkildi. Qala 
əhli onun əl-qolunun bağlayıb hadisəni şahın dərbarına bildirdilər. 
Şahrux tərəfindən onun və Əlişahın Xorasana gətirilməsi haqqında 
hökm verildi. İbrahim xan yolda, Əlişah isə Məşhəd- müqəddəsdə 
öldürüldü. Şahrux mirzə də bir neçə vaxtdan sonra dövlət başçıla-
rının əlilə kor edilərək səltənətdən qovuldu. 
Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhəd-müqəddəs mü-
təvəllisi mirzə Seyid Mühəmməd Sədri, Şah Süleyman adı ilə taxta 
oturdu. Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib 
səltənətdən çıxdılar. Şahrux mirzəni yenidən taxta oturtdular. 
Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çabalayırdısa da, 
dövlət və hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhə-
sən xan Qacar İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə və 
xütbə sahibi olmuşdu. Bu zaman Əlimərdan xan Bəxtiyari Kərim 
xan Zənd ilə  İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfəth  
qarşıya çıxdısa da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan 
sonra, əhdnamə bağlandı və üçünün ittifaqı ilə Şah Sultan Hüsey-
nin qız nəvəsi  Əbutürab, III Şah  İsmayıl ləqəbi ilə taxta oturdu. 
Əlimərdan xan divan vəkalətinə (nazirliyinə), Əbülfəth xan İsfahan 
əyalətinə, Kərim xan da bütün ölkənin sərdarı təyin edildi.  


 
183 
Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan 
Əbülfəth xanı  öldürdü.  Öz  adlı-sanlı, lakin ixtiyara malik olmayan 
padişahını götürüb, Şiraza hərəkət etdi və fars vilayətini ələ keçirdi. 
Əbülfəth xanın öldürülməsindən qorxuya düşən Kərim xan, 
əvvəlcə Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib 
onu məğlub etdi, topxanasını və ləvazımatlarını alıb Kürdüstana üz 
qoydu. Bu yerləri də fəth etdikdən sonra, İsfahanı almağa yürüş etdi. 
Əlimərdan xan Şirazdan müdafiəyə  çıxdı, lakin məğlub olub 
öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə) 
keçdi. Sonra gedib Astarabad nahiyələrinin çoxunu aldısa da qa-
carlar tərəfindən məğlub edilərək İsfahana qayıtdı. Bu zaman Şah 
Təhmasibin oğluyam iddiası və II Şah Sultan Hüseyn adı ilə namə-
lum bir şəxs zühür edib, Mustafa xan Bekdilinin köməkliyi ilə İraqa 
yürüdü. Kərim xan ona qarşı çixmaq məqsədilə Girmanşaha gedib 
qalibiyyət qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldü-
rüldü. Bundan sonra, Azad xan Urmudan İraqa hərəkət etdi. Kərim 
xan bu döyüşdə  məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri 
qalasını mühasirə edib, sülh ilə aldı. Kərim xan burada olan qo-
humlarını, anasını və qadınını min nəfər süvarilə Urmuya göndərdi. 
Mənzillərin (düşərgələrin) birində, zənd qadınları öz ərlərinin buxov 
və zəncirlərini qırıb qarovulları dağıtdılar və Kərim xana qoşuldular. 
Azad xan qoşununun gəlməsiylə Kərim xan İsfahandan Kazrana 
qaçdı, buradan da gedib Şirazı alaraq yenə İsfahana qayıtdı. Bu za-
man Məhəmmədhəsən xan Qacar onun üzərinə yeridi, Kərim xan 
məğlub olub Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib, onu müha-
sirə etdi. Lakin əfqanların dönüklüyünə görə, Mazandarana qayıt-
mağa məcbur oldu və öz nökərlərinin  əlində öldürüldü. Kərim xan 
yenə gəlib İsfahan, Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi. 
İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə 
halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra, 
İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət 
sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe 
olmurdu. Quba və Səlyan hakimi Hüseynəli xan Sultan Əhməd xan 
 
184
oğlu, Xudad qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı 
yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin özbaşına 
qalan bir çox mahallarını itaətə məcbur etdi. 
Dərbəndlilər  İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy 
Qorçunu xanlığa seçdilər. 
Nadir  şahın yaxın  əmirlərindən sayılan bakılı Mirzə  Məhəm-
məd xan Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına 
keçirdi.  Şamaxı  əhalisi sursat təhvildarı olan Hacı  Məhəmmədəli 
Sufi Nəbi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasın-
dan olan Əsgər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları, Şirvan 
elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Hacı  Çələbi 
Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ 
mahallarını özünə tabe etdi. O, Nadir şah dövründə Şəkidən gön-
dərilən həvaləcatın (vergilərin) yerinə çatdırılması xüsusunda ca-
maatın vəkili idi. İşinin axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən 
qalasında gizlənmişdi. 
Nadir dövrünün axırlarında qaçıb  Şəki və  Şirvan ölkələrində 
keçinən Pənah bəy  İbrahim Xəlil oğlu Cavanşir, ardıcıl davam edən 
müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq 
bayrağını yüksəltdi.  Əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını 
bina etdi. Bu qalanın hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı 
yerində,  Şah bulağı adlı çeşmənin yanında, indi də mövcuddur. Bir 
neçə vaxtdan sonra, erməni məliklərilə düşmənçilik edən Məlik 
Şahnəzər Vərəndəinin xahişinə görə, indiki Şuşanın yerində  Pənah-
abad qalasını bina etdi. Erməniləri özünə tabe edərək, gündən-günə 
qüvvətləndi. Xudafərin körpüsündən başlayaraq Kürək çayına və 
Bərgüşat mahalına qədər yerləri ələ keçirtdi. Bundan əlavə, Qarabağa 
aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana 
aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu. O 
bəzən Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi. 
Şahverdi xan Ziyad oğlu, Gəncəni öz ixtiyarına almışdı. 
Qaziqumuqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri, 
hökuməti öz oğlu Məhəmməd xana tərk edərək, şəhərin (Qaziqu-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə