145
Şah Səfi hicri 1052-ci (=1642) ildə vəfat etdi.
Oğlu II Şah
Abbas 10 yaşında səltənət taxtına oturdu. O, Gürcüstana səfər açıb,
itaət etməyənləri külli surətdə qətl və qarət etdi. Cəlallı və sərvətli
bir padişah olub səltənət işlərini qurmağı da yaxşı bacarırdı. Onun
təbi-şeri də var idi...
O da 24 il padişahlıq etdikdən sonra vəfat etdi. Oğlu Şah Səfi
İran taxtına sahib olub, bir neçə vaxtdan sonra Şah Süleyman adını
aldı. Əmmə xan və Eldar xan övladının, Gəray xan və Surxay şamxal
oğlanlarının adına yazılan fərmanların tarix və məzmunlarından
məlum olur ki, Şah Süleyman və onun atası, Dağıstan əmirlərinə
maaşdan əlavə, Şirvan vilayətindəki kəndlərdən bir neçəsini də
veriblərmiş. Onlar da, əvvəlkindən daha çox gediş-gəlişdə olub
xidmət göstərməyə başlamışdılar.
O zamanlarda üsmi sülaləsi iki şöbəyə ayrıldı: bunlardan biri
Məcalisdə, o biri də Engi-kənddə otururdu. Bu iki şöbənin hər
birindən növbə ilə üsmiliyə keçən şəxs Başlıda otururdu. Bu zaman
aralarına çəkişmə düşdü. Engi-kənd şöbəsi
böyük olan Məcalis
şöbəsinə qalib gəldi, Hüseyn xan adlı kiçik yaşlı bir oğlandan başqa
hamısını öldürdülər. Bu şöbənin yaxın adamlarından Aydə bəy adlı
bir nəfər onu götürüb şamxalın yanına qaçdı. Gənclik dövrünə
çatıb, hünərli və igid bir cavan olandan sonra, Hüseyn xan İrana
getdi. Bir müddət Səlyan Rudbarında, qazi Axund Molla Məhəm-
mədin evində qonaq qaldı, qızı Xədicə bəyimi aldı. İsfahana gəldik-
dən sonra, şahın dərbarına yol tapmayıb, eyş-işrətə qızışdı. Müla-
zimlərinin bütün libas və silahlarını satdırdı. Bu əsnadə, Qacar
əmirləri xanədanından Zöhrə xanım adlı bir qız, onun şücaətinə və
gözəlliyinə məftun oldu. Qız eşqbazlığa başlayıb ona hər cür
köməklik edirdi. Hüseyn xanın haqqında yazılmış və bu ölkədə çox
şöhrət tapan bu şeri o qıza nisbət verirlər:
146
Qəzəl
Çəkib rüsxarə yapunci,
edər can qəsdin ol yaği,
Könül dərbəndini çapdı, qoyanda başə qeytaği,
Dağıstan dağını gör-gör, sığınmaz dağı köysümə,
Qara geymiş Qumuq xalqı, tutubdur Dəşti-Qıpçağı.
Bitən hər gül olub xoşbu, taalallah bu mənzildə,
Gülüstani-İrəm bulmuş, məgər bu Qübbə torpağı.
Ləbi-ləli-şəkərbarın, təkəllümdən, təbəssümdən,
Sanasan bağ ara titrər, səbadan lalə yarpağı.
Gözün yaşini mən billəm, yıxar könlüm evin axır,
Olur əlbəttə viran, olsa hər mənzil su oynağı.
Xülasə (Hüseyn xan) o qızı aldı. Layiqli xidmətlərinə görə, pa-
dişahın hüzurunda tanındı. Çox şücaət
və hünər sahibi olmaqla ad
çıxardığından Quba və Səlyan ölkələri ona verildi. Oğlu Əhməd xan
bu qızdan olmuşdur. Buna görə, Ağa Məhəmməd şah Şeyx Əli xanı
özünə qohum hesab edirdi. Bu yaxşılıq səbəbinə Fətəli şahın anası
Xədicə bikə arasında mehribancasına yazışmalar davam edirdi.
Rudbar və Səlyan qazisinin qızından da Qəbilə xanım adlı bir qız
dünyaya gəlmişdir ki, bu nahiyənin əmirləri onun nəslindəndir.
Hüseyn xan Qubadakı Xudad qalasını təmir edib, özünə hökumət
mərkəzi qərar verdi. Burada, İran üslubunda düzəltdiyi bağ indi də
vardır. Xanədanı, İranda qəbul etdiyi şiə məzhəbində qalmışdır.
Hicri 1100-cü (=1689) ildə Başlıya gəlib, öz irsi hökumətini
üsmi Əli sultandan geri aldı. Əli sultan, ətraf və qonşu tayfalardan
30000 qoşun toplayıb, təkrar Qaytaq əmirliyini ələ keçirdi. Hüseyn
Xan də Qubaya qayıdıb vəfat etdi.
Bütün tarixçilərin yazdığına görə, Şah
Süleyman ədalətli və
ciddi, ölkədarlıq fənlərində mahir, elmi sevən, şəriətpərvər... və
qonşu sultanlar ilə dostluq mərasimini gözləyən bir padşah idi.
Ömrünün axırlarında, şiddətli ayaq ağrısından yeddi il yataqda
yatıb, hicri 1105-ci (=1694) ildə vəfat etdi.
147
Oğlu Sultan Hüseyn taxta oturdu. Dindar və insaflı bir şəxs idi,
həmişə üləma ilə görüşərdi. O, gecələr nafilə namazı qılardı,
gündüzlər isə, əlaltıları qafilə soyardılar. Get-gedə ölkə xarabalığa
üz tutdu. Hər bir tərəfdən səltənət binasına rəxnə düşdü. Bu
tədbirsiz padişahın hökmranlıq dövrünün axırlarında, fəsad əhlinin
dilədiyi kimi dövlət işləri nizamdan düşmüşdü. Şirvan və Dağıstan
vilayətləri də iğtişaş və qarışıqlıq məhəlli oldu. Üsmi Əli sultan
vəfat edib, Əmir Həmzə onun yerinə keçdi. Hicri 1107-ci (=1696)
ildə onun əmirliyi şah tərəfindən də təsdiq olundu.
O, on ildən artıq üsmi oldu. Axırda, Əhməd xan oğlu, Qaytaq
əhalisindən bir çoxunun köməyi ilə gedib Başlını ələ keçirdi. Əmir
Həmzə yuxarı mahallara qaçıb, bir neçə ildən sonra, Əhməd xan
ibni-Ulu bəy üsmi ibni-Rüstəm xan müdafiəyə qalxıb, bir neçə dö-
yüşdən sonra Başlıda, Əhməd xan
ibni-Hüseyn xan da Məcalisdə
hökmran oldu. Axırda, Əhməd xan ibni-Ulu bəyin təhrikilə, Əhməd
xan ibni-Hüseyn xan üsmini Məcalisdə, indi də mövcud olan evində,
mülazimlərindən biri öldürdü. Əhməd xan ibni-Ulu bəy üsmi oldu.
Bu zamanlarda Sultan Hüseyn, irsən 12 il müstəqil baş vəzir
mənsəbində olan Fətəli xan ibni-Səfiqulu xan ibni-Eldar xan şam-
xalın gözlərini çıxartdırdı, onu mülki işlərdən uzaqlaşdırdı. Onun
(Fətəli xanın) acığına, o zamana qədər şamxalın ixtiyarında olan
Dağıstandakı işlərin nizamını pozdu. Fərman mucibincə, hicri 1123-cü
(=1710) ildən etibarən, Qaytaq ölkəsinin
işlərini Əhməd xana
tapşırdı. Ona 100 tümən əvəzində ildə 200 tümən maaş təyin etdi.
Əhməd xan gündən-günə öz cəlal və dəbdəbəsini artırıb, çoxlu
qoşunla Təbərsəran üzərinə yeridi. Məhəmməd Məsum öz tərəf-
darları ilə bərabər onunla barışdı. Rüstəm və Əli bəy isə, öz dəstə-
ləri ilə birlikdə vuruşmağa başladılar. Bəzi kəndlər yandırılıb qarət
edildikdən sonra, üsmi məktublaşma və müxtəlif vasitələrlə şirvan-
lıları iğtişaş törətməyə və qızılbaşlar əleyhinə qalxmağa təhrik
edirdi. Bu zaman, Car və Tala camaatı Şəki ölkəsi hüdudunda sakin
olan Zaxur əhalisilə bərabər üsyana başladı. Onları cəzalandırmaq
üçün getmiş olan Şirvan bəylərbəyisi Həsənəli xan, Şəki mahalında
148
öldürüldü. Üsyançılar onun ordusunun mal və sursatını ələ keçirdi-
lər. Sonra gəlib Şamaxı şəhərini qarət edərək öz yerlərinə qayıtdı-
lar.
Bundan sonra, mötəbər bir alim və mədrəsə sahibi olan Hacı
Davud, Müskür camaatı tərəfindən vəkil edilərək üsminin yanına
getdi, iğtişaş qaldırmaq haqqında onunla danışıq apardı. Üsmi,
Mürtəzaəli Əmir Həmzə oğlu üsminin komandası altında bir dəstə
əsgər göndərdi. O tərəflərin sünniləri də toplaşıb Şabran şəhəri
üzərinə yürüdülər. Şiddətli müharibədən sonra buranı aldılar və
dağıdıb od vurdular.
Üsmi xanədanına aid və bu hadisələri təsvir edən bir nüsxədə
(salnamədə) yazıldığına görə, onlar beşikdəki uşaqları belə öldü-
rürmüşlər. Şabran çayının sağ kənarında olan bu məşhur şəhərin
xarabaları, indi də buranın böyüklüyünü və abadlığını göstərmək-
dədir.
Bu fəth və müvəffəriyyət xəbəri üsmi Əhməd xana çatdıqda o,
Əli Curuq adlı bir nəfəri ayrı bir qoşunla Quba üsyançılarının
köməyinə göndərdi. Bunlar Əhməd xanın qaynatası alpanlı Hacı
Qaibin və müskürlü Hacı Davudun bacısı oğlu Nəzirin təhriki ilə öz
əmirləri Sultan Əhməd xan ibni-Əhməd xan ibni-Hüseyn xana qarşı
üsyan etmişdilər. Az bir mühasirədən sonra, Xudad qalası alındı.
Sultan Əhməd xan da qaçdığı zaman tərəfdarları ilə bərabər ələ
keçib öldürüldü. Onun südəmər körpə oğlu Hüseynəli xanı, tərəf-
darlarından bəzisi, gizlicə Axı kəndinə aparıb saxladılar. Hüseynəli
xan, rus padişahı Pyotr gələn vaxt, onun əmrilə gəlib öz irsi
mülkünə sahib oldu. Hüseynəli xan, göstərdiyi
ixlas və xidmətlərinə
görə, Nadir şahın əsrində də, iltifatə nail olmuşdu. Nadir şah
Səlyanı da qabaqkı qərar üzrə ona bağışlamışdı. Xülasə, Xudad fəth
edildikdən sonra, Əhməd xan üsmi öz qoşunu, mal-dövlətlə öz
tərəfinə çəkdiyi aqquşalılar və sair yerlilərlə bərabər, Qaziqumuğun
başçısı Surxay ibni-Gəray ibni-Əli bəylə ittifaq edərək, Müskürə
gəldi. Ondan da Hacı Davud və Quba əhalisi
ilə birləşərək, otuz
minə yaxın qoşunla gedib Şamaxı şəhərini mühasirəyə aldı. Lakin o
öz məqsədinə çatmayaraq geri qayıtdı, Şamaxı əhalisi, şəhərin