149
ətrafını hasarla
möhkəmləndirib, müskürlüləri qarət etməyə baş-
ladılar. Əhməd xan üsmi, Xasfulad ibni-Əmir Həmzə üsmini bir
dəstə ilə Müskürün mühafizəsinə təyin etdi. Özü isə, qış qurtaran-
dan sonra, Dərbəndin Kafiri adlı səhrasında, Şamaxını almaq üçün
Surxay xan və başqaları ilə ittifaq etdi.
Gəray xan şamxal buna mane olaraq xəbər göndərdi ki, mən
İran dövlətinin qulluqçusuyam, əgər siz Şamaxının üzərinə yürüsə-
niz, mən də sizin mülkünüzün üstünə gələcəyəm.
Buna görə, Əh-
məd xan öz mülkünü qorumaq üçün getmədi. Surxay və Hacı Da-
vud isə, öz adamları və üsminin qoşunundan bir dəstə ilə gedib,
Şamaxını 15 günlük mühasirədən sonra, sünnilərin köməyilə, hicri
1124-cü (=1712) ildə aldılar. Şiələri qətl-qarət etməkdə heç bir şey
əsirgəmədilər. Bu hadisə zamanı, Şirvanın
yeni bəylərbəyisi Hüseyn
xan və 400000 tümən dəyərində malları olan 300 nəfərdən artıq
rus taciri öldürüldü, malları da talan edildi.
Bir azdan sonra, Surxay və Hacı Davud əhvalatı Osmanlı
dərbarına yazıb bildirərək, o dövlətin himayəsi altına keçdilər. Sadir
olan fərman mucibincə Hacı Davud bəy Şirvan hakimi təyin olun-
du. Sarı Mustafa paşa da bir dəstə qoşunla onun köməyinə göndə-
rildi. Beləliklə, Surxay xanın bu işlərə müdaxilə etmək yolu bağlan-
dı. Bu səbəbə onların arasında ziddiyyət və ayrılıq düşdü. Şəki öl-
kəsinin bir çox mahallarına sahib olan Surxay, Gəncəni almağa yü-
rüş etdisə də məqsədə çatmadan geri döndü. Ondan sonra,
Osmanlı dövlətinin fərmanı mucibincə, Zaxurlu Əli Sultan paşa
ləqəbilə Şəki məmləkətinin və ona əlavə edilən Zaxur sancağının
bəylərbəyisi təyin edildi.
Get-gedə İrəvan, Gəncə, Gürcüstan və Şirvanın
bir çox yerləri
Rum dövlətinin ixtiyarına keçdi. Əhməd xan üsmi, Hacı Davudun
şərrini dəf etmək və osmanlılarla müharibə etmək bəhanəsilə
Şirvana gəldi. Şah Təhmasib tərəfindən yazılan fərmanın məzmu-
nundan anlaşıldığına görə, o özünü İran dövlətinə tərəfdar göstər-
miş, həqiqətdə isə, qarət fikrində idi. Bu zaman rus padişahı
Pyotrun gəlməsindən xəbər tutub öz mülkünə qayıtdı.
150
Qolikov
1
, Pyotrun fəaliyyətindən bəhs edən tarix əsərində
yazır ki, İran dövlətində səltənət işlərinin qarışıqlığını, Şirvanda rus
tacirlərinin qarət edilib öldürülməsini nəzərə alaraq, rus padişahı
Pyotr hicri 1134-cü (=1722) ildə, həziran (iyun) ayının 15-də Hacı
Tərxana gəldi, İran vilayətlərinə bu məzmunda bir müraciətnamə
yazdı:
«Ləzgilərin əmiri Davud bəy və Qaziqumuq əmiri Surxay öz
padişahlarına yağı olub, hicri 1125-ci (=1713) ildə, Şamaxı şəhərini
yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda, Hacı
Tərxan bəylərbəyisi onların yanına adam göndərmişdi, biz də şahın
hüzuruna elçi göndərdik, lakin, bu vaxta qədər bir təsiri olmadı.
İran padişahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə,
biz özümüz onlara tənbih etmək və intiqam almaq fikrilə o tərəfə
gəlirik. Hər kəs öz yerində rahat oturub asayişi pozmazsa, bizim
qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz; əksinə, fəsad
əhlinə kömək edənlər və ya qaçanlar padişahın qəhr və qəzəbinə
düçar olacaqlar».
Bu zaman Əmir Mahmud Əfqan, Sultan Hüseyni İsfahanda
mühasirə etmişdi. Oğlu Təhmasib mirzə, vəliəhd və naibüssəltənə
sifətilə Qəzvinə gəlmişdi. O, qoşun tədarük edərək, atasını mühasi-
rədən xilas etmək istəyirdi. Lakin süstlüyü və bacarıqsızlığı üzün-
dən heç bir iş görə bilmirdi. Pyotr öz konsuluna, yəni Gilanda sakin
olan vəkili Avramova bir fərman yazdı ki, şah və ya dövlət başçıla-
rından kim ilə mümkün olsa, danışıq aparsın. İran hökumətini hi-
mayə etmək vədəsilə, sərhəd boyundakı vilayətlərin
rus dövlətinə
verilməsi xüsusunda bir şərtnamə bağlasın. Bundan sonra, 9000
draqun, 20000 kazak, 30000 tatar və 20000 kalmıqdan ibarət olan
79000 atlını qurudan yola saldı. Özü də təmuz (iyul) ayının 18-də,
içində 22000 nizami piyada yola düşdü. İmperatora Çapartəpə adlı
yerdə, Adil Gəray xan Şamxalın itaətini və lazımi yardım göstərəcə-
1
Qolikov (İvan İvanoviç) - rus tarixçisidir, 1735-ci ildə anadan olmuş və 1801-ci ildə
vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Böyuk Pyotrun fəaliyyəti» adlı kitabdır.
151
yini bildirən ərizəsi yetişdi. Buna görə, həmin ayın 24-də Çeçen
adasından poruçik Lopuxini 30 nəfər çaparla Şamxalın yanına
göndərdi ki, müraciətnamələri Şirvan və Dağıstan ölkələrinə yaysın.
Sonra özü sahilə çıxıb, qoşun çıxarılacaq yeri təyin etdi. Əsgərlər
də, həmin ayın 28-də Aqraxan çayının ağzından sahilə çıxdılar.
Sulaqdan üç mil uzaqda, ordugah təyin edilib, ətrafı səngərlərlə
möhkəmləndirildi.
Padişah özü baş əmirlərlə gecələr gəmidə olurdu, çünki quru
yol ilə gələn süvarilərin və atların çatmasını bir neçə gün burada
gözləmək lazım idi. Bu süvari dəstəsinin gecikməsinə yolun çətin-
liyi, su və ələfin azlığı və İndiri kəndinin əhalisilə aparılan
müharibə
səbəb olmuşdu. Bu kəndi almaq üçün, briqadir Veteraninin ko-
mandası altında 4 draqun polku göndərildi, onlara tapşırıldı ki,
müqavimət göstərildikdə kəndi alıb dağıtsınlar, şamxala tabe ol-
maqla, yoldan keçənləri qarət edən o igid tayfanı, başqalarına ibrət
olmaq üçün, cəzalandırsınlar.
Kəndin yaxınlığında, dar bir yerdə, yerli əhalidən 5000 nəfər
həmin ayın 23-də onların üzərinə töküldü. Draqunlardan 70 nəfəri-
ni öldürüb bir qədərini də yaraladılar. Axırda, polkovnik Naumov
qoşunu bu dar yerdən çıxartdı, bir az döyüşdən sonra, kəndi alıb
dağıtdı və ona od vurdu. Əhalidən 300 nəfəri öldürüldü, sağ
qalanları da qaçdılar.
Süvari qoşun və atlar əsas orduya gəlib çatandan sonra, Pyotr
200 nəfər əsgəri və 100 nəfər kazağı, xəstələrlə bərabər, Aqraxan
səngərində, qayıqları da onun sahilində qoydu.
Dərbənd üçün
təyin edilmiş gəmiləri Soymonovun komandası altında yola salıb
köçdü. Avqust ayının 7-də çox çətinliklə Sulaqdan keçdi. Orada,
Yaxsay əmiri Sultan Mahmud, şamxalın elçisi ilə birlikdə gəlib, 850
baş qaramal və 9 baş cins at peşkəş gətirdilər, öz ixlas və itaətlərini
bildirdilər. Beləliklə, o şanlı padişahdan çox iltifat götürüb, öz
hüquqlarının təsdiqinə də nail oldular.
Pyotr hər yerdə ordunun pişdarları ilə qabaqda gedirdi. Şam-
xalın əmrilə yollar üzərində quyular qazılmasına baxmayaraq, yenə
152
bir para mənzillərdə su azlığından çətinlik çəkilirdi. Avqustun 12-
də, şamxal Adil Gəray xan, Tarxunun bir ağaclığından istiqbala
gəldi; şəhər xaricində ordunun çadırları qurulmuşdu. Padişah
qoşunların hamısının toplanmasını gözləyərək, üç gün orada
qalacaq idi. Ertəsi gün, şamxal padişahı qonaq çağırdı. Şəhəri və
ətrafı nəzərdən
keçirdikdən sonra, süfrə başında cürbəcür söhbət-
lər danışıldı. Şamxal bu səfərdə iştirak etmək üçün qoşun vermək
arzusunda olduğunu bildirdi, o isə qəbul etmədi. Şah orduya
qayıtdıqdan sonra, Dərbənd naibi, qorçular yüzbaşçısı İmamqulu
bəyin vəkilləri hüzura gəldilər. İxlas göstərib padişahın onları
himayə edəcəyinə qarşı razılıq etdilər.
Polkovnik Naumov, başqa bir əfsər və 12 kazakla, padişah
ordusunun gəlməsi üçün lazım olan işləri yoluna qoymaqdan ötrü
Dərbəndə getdi. Naibin göstərişi ilə, iki şimal darvazasında, həmin
gün gəmi ilə gəlmiş olan ruslardan qarovulçu qoydular. Dərbənd
qalabəyisi Sultan, bu hadisədən əvvəl İran padişahının dərbarına
getmişdi. Məmləkətin naibi həmişə yerli əhalidən olub qalanın
mühafizəsi də onun öhdəsində olardı.
Rus padişahı avqustun 16-da Tarxudan hərəkət edib, 18-də
Ötəmiş mülkünə gəldi. Bir əfsəri üç nəfər kazakla Qaytaq üsmisinə
tabe olan o yerin hakimi Sultan Mahmudun yanına
göndərib tabe
olmağı ona təklif etdi. Sultan Mahmud isə elçiləri öldürdü; özün-
dən, üsmi və sairlərindən topladığı 16 min qoşunla rus ordusunun
üzərinə hücum etdi, nəticədə məğlub oldu. Rus süvariləri, onları
Ötəmiş şəhərinin üç milliyinə qədər təqib edərək, bir çoxlarını öl-
dürdülər və beş yüz evdən ibarət olan bu şəhəri 6 başqa kəndlə
bərabər qarət edib yandırdılar. 15 min qoyun və qaramal bunların
əlinə keçdi. Əsir düşən bir neçə nəfər də padişahın əmrilə öldürüldü.
Rus qoşunu avqustun 21-də Dərbəndə girdiyi gün, istinin
şiddətindən, suyun azlığından və tozanaqlı bərk küləkdən çox
əziyyət çəkdi. Dərbənd şəhərinin xaricində, naib İmamqulu bəy bir
dəstə üləma və sair əsnaf ilə, gümüş açarı bir məcməinin içərisinə
qoyub, istiqbal mərasimi ilə təqdim edərək, razılıq
və təşəkkür