181
BEŞİNCİ FƏSİL
NADİR ŞAHIN VƏFATINDAN «GÜLÜSTAN» ADLI
YERDƏ RUSİYA VƏ İRAN DÖVLƏTLƏRİ ARASINDA BAĞLANAN
SÜLH MÜAHİDƏSİNƏ QƏDƏR
Nadir şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı. Əfqan
və özbək tayfaları sonradan Əfqanıstan şahı olacaq Abdallı Əhməd
xanın sərkərdəliyilə, Nadir şahın qatilləri əfşarlarla
müharibəyə gi-
rib qalib gəldilər. Ordunu qarət edərək öz yerlərinə getdilər.
Nadir şahın qardaşı oğlu Əliqulu xan İbrahim xan oğlu Heart-
dan Məşhədi-müqəddəsə gəldi və Zöhrab adlı qulamını dünyanın
qəribə asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı qəf-
lətən alıb Rzaqulu mirzəni böyüklü-kiçikli on beş nəfər Nadir
övladı ilə bərabər öldürdü. Nadir şahın oğlanları Nəsrulla mirzə və
İmamqulu mirzəni, Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından
olan oğlu Şahrux mirzə ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını öl-
dürərək, 14 yaşlı Şahrux mirzəni də, gizlicə qalada həbs edib, öl-
dürdüyü xəbərini yaydı. Bu tədbirlə o, belə xəyal edirdi ki, əgər
iranlılar onun səltənətinə razı olmasalar, iki tərəfli bu səltənətə
layiq olan şahzadəni əldə saxlamış olsun. Özü də Əlişah adı ilə
taxta oturdu. Cavahirat və sair
qiymətli şeylərdən başqa, on beş
kürurluq nağddan ibarət olan Nadirin xəzinələrini Kəlatdan Məşhə-
də gətirib israfla puç etməyə başladı.
Bu zaman İsfahan hakimi olan qardaşı İbrahim xan üsyana
başladı. 7 ay artıq Mazandaranda olan Əlişah, qardaşını cəzalandır-
maq üçün hərəkət etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə
vaqe oldu. Bu müharibədə Əlişah məğlub olub Tehrana qaçdı.
Qardaşının əmrilə tutulub gözləri çıxarıldı. İbrahim xan, Şahrux
mirzəni Nadirin xəzinələri ilə bərabər ələ keçirmək xəyalilə, öz qar-
daşı Hüseyn bəyi əmirlərdən bir neçəsilə bərabər Xorasana gön-
dərdi.
Xəbər verdi ki, onun bu işdə məqsədi, Şahrux həzrətlərini
ata-baba taxtına əyləşdirməkdir; yenə təklif etdi ki, şahzadə gəlib
182
İraqda taxta otursun. Lakin kürd xanları və Xorasan rəisləri şahza-
dənin getməsini lazım bilməyib, istəmədiyi halda, onu hicri 1161-ci
(=1748) ildə, aqustos (avqust) ayının 17-də taxta oturtdular. «Sul-
tani-əzəm» tərkibi (əbcəd hesabilə) onun taxta oturmaq tarixi oldu.
İbrahim xan da həmin il təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə
taxta oturdu.
İbrahim xan hər bir ləyaqətsiz adamı işə çəlb edib ona xanlıq
ləqəbi verirdi və bunu «təlifi-qülub» (ürəkləri ələ almaq) deyə
adlandırırdı. O, Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yük-
ləri və çadırları yanında məhbus saxladığı kor Əliş ilə bərabər Qum
şəhərinə göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşu-
nu dağılmağa üz qoydu, labüd qalıb yanındakı əfqan tayfası ilə
Quma getdi. Qumun mühafizləri dərvazaları onun üzünə bağla-
dılar. O, şəhəri güclə alıb
qarət etdi, Qalapur qalasına çəkildi. Qala
əhli onun əl-qolunun bağlayıb hadisəni şahın dərbarına bildirdilər.
Şahrux tərəfindən onun və Əlişahın Xorasana gətirilməsi haqqında
hökm verildi. İbrahim xan yolda, Əlişah isə Məşhəd- müqəddəsdə
öldürüldü. Şahrux mirzə də bir neçə vaxtdan sonra dövlət başçıla-
rının əlilə kor edilərək səltənətdən qovuldu.
Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhəd-müqəddəs mü-
təvəllisi mirzə Seyid Mühəmməd Sədri, Şah Süleyman adı ilə taxta
oturdu. Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib
səltənətdən çıxdılar. Şahrux mirzəni yenidən taxta oturtdular.
Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çabalayırdısa da,
dövlət və hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhə-
sən xan Qacar İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə və
xütbə sahibi olmuşdu. Bu zaman Əlimərdan
xan Bəxtiyari Kərim
xan Zənd ilə İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfəth
qarşıya çıxdısa da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan
sonra, əhdnamə bağlandı və üçünün ittifaqı ilə Şah Sultan Hüsey-
nin qız nəvəsi Əbutürab, III Şah İsmayıl ləqəbi ilə taxta oturdu.
Əlimərdan xan divan vəkalətinə (nazirliyinə), Əbülfəth xan İsfahan
əyalətinə, Kərim xan da bütün ölkənin sərdarı təyin edildi.
183
Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan
Əbülfəth xanı öldürdü. Öz adlı-sanlı, lakin ixtiyara malik olmayan
padişahını götürüb, Şiraza hərəkət etdi və fars vilayətini ələ keçirdi.
Əbülfəth xanın öldürülməsindən qorxuya düşən Kərim xan,
əvvəlcə Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib
onu məğlub etdi, topxanasını və ləvazımatlarını alıb Kürdüstana üz
qoydu. Bu yerləri
də fəth etdikdən sonra, İsfahanı almağa yürüş etdi.
Əlimərdan xan Şirazdan müdafiəyə çıxdı, lakin məğlub olub
öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə)
keçdi. Sonra gedib Astarabad nahiyələrinin çoxunu aldısa da qa-
carlar tərəfindən məğlub edilərək İsfahana qayıtdı. Bu zaman Şah
Təhmasibin oğluyam iddiası və II Şah Sultan Hüseyn adı ilə namə-
lum bir şəxs zühür edib, Mustafa xan Bekdilinin köməkliyi ilə İraqa
yürüdü. Kərim xan ona qarşı çixmaq məqsədilə Girmanşaha gedib
qalibiyyət qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldü-
rüldü. Bundan sonra, Azad xan Urmudan İraqa hərəkət etdi. Kərim
xan bu döyüşdə məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri
qalasını mühasirə edib, sülh ilə aldı. Kərim xan burada olan qo-
humlarını, anasını və qadınını min nəfər süvarilə Urmuya göndərdi.
Mənzillərin (düşərgələrin) birində, zənd qadınları öz ərlərinin buxov
və zəncirlərini qırıb qarovulları dağıtdılar və Kərim xana qoşuldular.
Azad xan qoşununun gəlməsiylə Kərim xan İsfahandan Kazrana
qaçdı, buradan da gedib Şirazı alaraq yenə İsfahana qayıtdı. Bu za-
man Məhəmmədhəsən xan
Qacar onun üzərinə yeridi, Kərim xan
məğlub olub Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib, onu müha-
sirə etdi. Lakin əfqanların dönüklüyünə görə, Mazandarana qayıt-
mağa məcbur oldu və öz nökərlərinin əlində öldürüldü. Kərim xan
yenə gəlib İsfahan, Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi.
İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə
halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra,
İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət
sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe
olmurdu. Quba və Səlyan hakimi Hüseynəli xan Sultan Əhməd xan
184
oğlu, Xudad qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı
yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin özbaşına
qalan bir çox mahallarını itaətə məcbur etdi.
Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy
Qorçunu xanlığa seçdilər.
Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəm-
məd
xan Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına
keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli
Sufi Nəbi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasın-
dan olan Əsgər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları, Şirvan
elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Hacı Çələbi
Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ
mahallarını özünə tabe etdi. O, Nadir şah dövründə Şəkidən gön-
dərilən həvaləcatın (vergilərin) yerinə çatdırılması xüsusunda ca-
maatın vəkili idi. İşinin axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən
qalasında gizlənmişdi.
Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində
keçinən Pənah bəy İbrahim Xəlil oğlu Cavanşir, ardıcıl davam edən
müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq
bayrağını yüksəltdi. Əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını
bina etdi. Bu qalanın hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı
yerində, Şah bulağı adlı çeşmənin yanında, indi də mövcuddur. Bir
neçə vaxtdan sonra, erməni məliklərilə düşmənçilik edən Məlik
Şahnəzər Vərəndəinin xahişinə görə, indiki Şuşanın
yerində Pənah-
abad qalasını bina etdi. Erməniləri özünə tabe edərək, gündən-günə
qüvvətləndi. Xudafərin körpüsündən başlayaraq Kürək çayına və
Bərgüşat mahalına qədər yerləri ələ keçirtdi. Bundan əlavə, Qarabağa
aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana
aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu. O
bəzən Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi.
Şahverdi xan Ziyad oğlu, Gəncəni öz ixtiyarına almışdı.
Qaziqumuqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri,
hökuməti öz oğlu Məhəmməd xana tərk edərək, şəhərin (Qaziqu-