173
həzrətləri hicri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının 26-da İra-
nın səltənət taxtına oturdu.
cümləsi bunun maddeyi-
tarixidir.
İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar
çıxarıldı: bəzi məsələləri dəyişdirmək və şərəfli (dini) şəraiti sabit-
ləşdirməklə, iki məzhəb - şiə və sünni məzhəbləri arasındakı ixtilafa
nəhayət verilib islam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu
məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edildisə də qəbul
olunmadı.
Nadir şah mülki işlərdə yeni təyinlər icra etdi, öz qardaşı İbra-
him xanı, Qaplankuh hüdudundan başlayaraq Arpa çayına, Dağıs-
tan və Gürcüstanın axırına qədər hökmran təyin etdi. Bu vilayətlə-
rin bütün hakimlərini və əmirlərini onun ixtiyarına verdi. Zənburək-
çi xorasanlı yüzbaşı Mehdi bəyi də, xanlıq və əmirülüməralıq ləqəbi
ilə Şirvan əyalətinə təyin etdi.
Bir il sonra, hicri 1149-cu (=1737) ildə, Şirvan bəylərbəyisi
Mehdi xan, bir para işləri yoluna qoymaq üçün Dərbəndə getmişdi.
Dərbənd hakimi Ustacallı Muradəli sultanın,
keçmişdə onunla əda-
vəti olduğundan, əhalini həyəcana gətirib onu öldürtdü. Bu işdə işti-
rak edənlərdən bir parası gedib Əhməd xan üsmiyə pənah apardı,
bəzisi də Dərbəndin Narınqalasına çəkildi. Dərbəndin bu işdə işti-
rak etməmiş qalan əhalisi isə, Narınqalaya çəkilən adamları hücum
edib öldürdülər, Muradəli sultanı da həbsə alıb şahın dərbarına
göndərdilər. O, dərbara gətirilən kimi cəzasına çatdı. Şah tərəfin-
dən Sərdar bəy Qırxlı, xanlıq ləqəbilə Şirvan əyalətinə, Nəcəf sultan
Qaraçorlu isə, Dərbənd hökumətinə təyin edildi və cəzairçilərdən
bir dəstə ilə Dərbənd işlərini intizama salmaq üçün oraya getdi.
Şah, üsmi Əhməd xana pənah aparmış olan Dərbənd qaçqın-
larının həbsə alınıb Sərdar xana göndərilməsi haqqında bir fərman
verdi. Üsmi, fərmana əməl edərək, o dəstənin hamısını sair
bir neçə
şərir adamlarla bərabər öldürdü. Sərdar xan dərbəndlilərdən bir
qismini köçürüb yeni Ağsu şəhərinə göndərdi. Sorsor tayfasını
Şirvandan gətirib, Dərbənd qalasında onların yerində oturtdu.
174
Hicri 1151-ci (=1739) ildə, Nadir şah Hindistan səfərində olduğu
zaman, Car və Tala ləzgiləri yerlərinin möhkəmliyinə güvənərək üs-
yan etdilər. Zəhirüddövlə İbrahim xan onları cəzalandırmağa getdi.
O əvvəlcə qalib gəldi, lakin o tayfanın dağ başında səngərlərdə
pusquda duran dəstəsi, ətrafdan hücuma keçdi. İbrahim xanın qo-
şununu məğlub etdilər və onlardan bir çoxu öldürüldülər. İbrahim
xanın özü də, tüfəng gülləsi ilə öldürüldü. Bu xəbər Pişavərdə
Nadirə yetişdi. O, Əmiraslan xan Qırxlını Azərbaycan əyalətinə və
Gürcüstan sərdarı Səfi xan Baqayirini də Azərbaycan sərdarlığına
təyin etdi. Əmr verdi ki, özü gələnə qədər həmin tayfanı o tərəfin
qoşunları ilə lazımınca cəzalandırıb, nahiyələri mühafizə etsinlər.
Nadir şah Hindistanı fəth etdikdən sonra, Əfqanistana gəldi.
Hicri 1152-ci (=1740) ildə, Nadirbaddan Qəni xan Abdallını, öz
tayfası ilə Türküstan səfərindən azad edib Şirvana göndərdi. Ona
tapşırdı ki, qış zamanı, Əlbürz dağlarının gediş-gəliş yolları bağlan-
dığı bir zamanda, Car və Tala camaatını cəzalandırsın. Kosaəhmədli
Fətəli xanı və Azərbaycanın yeni sərdarı Qırxlı Məhəmmədli xanı da
bir dəstə hakim və 15 min Xorasan qoşunu ilə bu işə təyin etdi.
Gürcüstan hakimlərini də bunlara qoşdu.
Göndərilmiş olan bu
qüvvə, hicri 1153-cü (=1741) ildə, şübat (fevral) ayının 23-də,
Qanıq çayı kənarına yetişdi. Ləzgilər də Car, Kavıx və Ağzıbir adlı üç
yeri möhkəmləndirdilər. Əvvəlcə döyüşə birinci səngər olan Carda
başladılar. Burada müqavimət göstərə bilməyib, Kavıxa çəkildilər.
Bir neçə günlük şiddətli və arası kəsilməyən böyük müharibədən
sonra ləzgilər üçüncü səngərə çəkilib döyüşə başladılar. Bu yer
ağaclıq, meşəlik və uca bir dağ üzərində olub ancaq bir yolu vardı.
Abdallı igidləri könüllü olaraq, qoşunun ön dəstəsində gedir-
dilər. Səhərdən axşama qədər şiddətli döyüş davam etdi. Hər iki
tərəfdən bir çox adam tələf oldu. Ləzgilər daş yumbaladıb, tüfəng
atmaqla özlərini müdafiə etdilər,
ancaq bundan bir fayda hasil
olmadı. Abdallılar gecə yarısına qədər, həmin dağa qalxıb, 100 nə-
fər tələfat verməklə, o səngəri də tutdular. Şimal tərəfdən qaçmaq
yolu ləzgilərin üzünə bağlanmışdı. Onların bir hissəsi başlarını
175
itirib, özlərini dağdan ataraq həlak oldular, qalanları da qılıncdan
keçirildi və ya əsir edildi. Yalnız bir neçə nəfəri çıxıb qaça bildi.
Onların bütün yurdları və məskənləri talan və təxrib edildi. Əhl və
əyalları ilə dağın təpə və dərəsindən qaçmaqda olan camaat
Samur çayının kənarındakı Kəsruxi adlı yerə qədər təqib edildi.
Onların bir qismini öldürdülər, qalanlarını da köç-külfətlərilə əsir
aldılar. Bu nahiyədə abadlıqdan bir əsər və nişanə qalmadı.
Dağdan qayıtdıqda, şiddətli tufan nəticəsində qoşundan iki yüz
nəfəri məhv və tələf oldu.
Hicri 1154-cü (=1742) ilin baharında, Nadirin qoşunu Buxara
və Xarəzmi fəth etdikdən sonra, Dağıstana gəlirdi. Mazandaranın
Səvadkuh adlı yerində, Övlad qalası yaxınlığında, bir ağac dalından
ona tüfəng atıldı. Güllə sol əlinin baş barmağını yaraladı.
«Zübdətüttəvarix» sahibi münşi mirzə Əbdülkərimin yazdığına görə,
təhqiqat nəticəsində məlum oldu ki,
bu işdə onun böyük oğlu
Rzaqulu mirzə taqsırkardır. Nadir Hindistan səfərinə getdiyi zaman,
Rzaqulu mirzə İranda naib idi. O, şəxsi mülahizəsinə əsasən, Mirzə
Məhəmmədhüseyn Qacarı göndərib Səbzvarda yaşamaqda olan
taxtdan salınmış Şah Təhmasibi öldürtdü. Buna görə o, atası tərə-
findən məzəmmət edilib, böyük işlərdən kənar edildi. Rzaqulu mir-
zə öz gəncliyinə qürrələnib, Tayəminli Nikqədəm adlı qulamı bu işə
(atasını öldürməyə) vadar etdi. Nadir şah atalıq şəfqətini toplayıb,
şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan
sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə etmək
işlərində məsləkini dəyişdi.
Nadir şah, yazın əvvəllərində Qaracadağ və Bərdə yolu ilə
Qəbələyə gəldi, buradan da Şah dağı yolu ilə Qaziqumuğa getdi.
Bu səfər əsnasında, o hüdudda yaşayan ləzgi tayfalarının bütün rə-
isləri və sərkərdələri hüzura gəldilər.
Təslim və itaət məqsədilə qo-
şuna lazım olan şeyləri tədarük etməyə başladılar. Nadir təmuz
(iyul) ayının 2-də, Qaziqumuğa gəldi və bir ay burada qaldı. Xasfu-
lad xan, Surxay xan, Əhməd xan üsmi, Dağıstan əhalisi və başçıla-
176
rından bir dəstə hüzura gəlib, qiymətli xələt, at və qızıl şeylərlə təl-
tif edildilər.
Nadir aqustos (avqust) ayının əvvəllərində, Avar üsyançılarını
cəzalandırmağa getdi. Onların məskənləri Dağıstanın qurtaraca-
ğında, dağların ən çətin yerlərində idi. Əndələl nahiyəsində, Çux
kəndi yaxınlığında, şiddətli döyüş vaqe oldu. Bir nəticə hasil olma-
yıb, çox adam qırıldı. Payız vaxtı yetişmiş olduğundan, dağlarda
gediş-gəliş də çətinləşdi.
Buna görə, oradan Dərbəndə hərəkət et-
di. Surxay xanı da, köç-külfətilə bərabər öz yanınca buraya gətirdi.
Hərəkət etdiyi zaman, üsmi Əhməd xanı bir dəstə qoşunla
Qaziqumuqdan Qaraqaytağa göndərdi ki, Qaraqaytaq qulluqçula-
rının mülazim və ailələrini Dərbəndə gətirsin. Çıraq ətrafında belə
bir xəbər çatdı ki, Hapqay dərəsində, Başlıdan iki ağac yuxarıda,
üsminin özünün təşviqilə, Qaytaq əhalisindən bir dəstə qoşun üzə-
rinə tökülmüşdür. Bir çoxunu öldürərək, avadanlıq və heyvanlarını
soymuşlar. Buna görə Nadir şah üsyançıları cəzalandırmağı və
Dağıstan işlərini yoluna qoymağı qət etdi.
Tiflis hüdudundan baş-
layaraq, ta Təbriz və Ərdəbil hüduduna qədər müxtəlif yerlərə
adamlar təyin etdi ki, ordu üçün azuqə toplayıb göndərsinlər.
Nadir şah təşrini-əvvəlin (oktyabrın) 1-də Dərbəndə gəldi və
ayın 9-da Qaraqaytaq mahalına hərəkət etdi. Dərbənddən başlaya-
raq Şamxal vilayəti sərhəddinə qədər hər yerdə bir-birindən 2-3
ağac aralı, möhkəm qalalar tikdirdi. Qaytaq ləzgilərini düzə burax-
mamaq üçün qalalarda əsgəri qüvvələr qoydu. Təşrini-saninin (no-
yabrın) 4-də, Dərbəndin üç ağaclığında, şimal tərəfdə qışlaq üçün
sulu və ələfli bir yer seçdi. Hərəmxananı, yükləri və çadırları Dər-
bənddən buraya köçürdü. Burada ağac və qamışdan evlər tikdirib
sakin oldular. Bu yer o vaxtdan etibarən İrani-xərab deyə adlanır,
çünki İran qoşunu burada çox çətinliklərə düçar olmuşdu. Ətrafda-
kı ləzgilər, xüsusilə qaraqaytaqlılar, ordunun xaricində və daxilində
oğurluq və qarətlə məşğul olub, gediş-gəlişə və ləvazimat tədarü-
künə mane olurdular. Nadir şah bahar fəslində, mayis (may) ayının
17-də, əvvəlcə Təbərsəran əhalisini cəzalandırmağa başladı. Əlin-