185
muğun) on ağaclığında olan Ketrux
kəndində izlətə və ibadətə
çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat etdi, sücaət və mətanətilə
məşhur olan nəvəsi Əmir Həmzə Xan Məhəmməd oğlu onun ye-
rində üsmi oldu. Şamxal Xasfulad xan, öz hökmranlığında qaldı.
Novsal xan Əmmə xan oğlu, Avar mülkünü müstəqil olaraq idarə
edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi ki, onlar da bu
qərar üzrə idi; Mehdi bəy Əhmədxan
bəy oğlu Cenquqayi Mehdili
əmirliyində bərqərar idi. O, Avar şahları dudmanı səcərəsindən və
bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Hüseynxan bəy
Zaxur və İlisu nahiyələrində əmir idi. Sultan övladı İndiri və Yaxsay-
da hökmranlıq sürürdü. Terlavın vərəsələri isə, Mıçıqıçda mülkədar
idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu məsumluqda və Mürtə-
zaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar idilər.
Buynaq əmiri Mehdi Mürtəzaəli oğlu o zaman, Xasfulad xan
ilə pis rəftar etdiyi və cəkişdiyi üçün Nadir şah tərəfindən Asta-
rabada göndərilmişdi. Nadir şahın vəfatından sonra, Qıpçaq çölünə
getdi. Oradan da kalmıq qoşunu ilə gəlib Qazanışın yaxınlığında,
iki çay arasında şiddətli müharibə edərək qalib gəldi. Axırda
Xasfulad xan ilə barışıb, qabaqkı kimi Buynaq əmirliyinə keçdi.
Hicri 1162-ci (=1749) ildə, Şahsevən Əhməd xan, Ali-Sərkarın
oturağı olan qədim Şamaxı şəhəri üzərinə gəldi.
Ağa Rəzi bəy
Əsgər bəy oğlu üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı
öldürdü. Əhməd xan özü intiqam almaq üçün meydana atıldısa da
Ağa Rəzi bəy tərəfindən bərk yaralandı, məğlub olub geri qayıtdı
və şəhərin yarım ağaclığında vəfat etdi.
Bu zaman, Gürcustan valisi İrakli xan, Hacı Çələbinin dəfi xüsu-
sunda məşvərət və məsləhət bəhanəsilə gəncəli Şahverdi xan, qara-
bağlı Pənah xan, qaradağlı Kazım xan irəvanlı Hüseynəli xan və nax-
çıvanlı Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb, hamısını bir
yerdə yaxaladı və əsir etdi, Hacı Çələbi bu xəbəri eşidən kimi, şücaət
və igidliyilə Sərkar xanədanının hökmranlığına vasitə olan Ağa Rəzi
bəylə ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin
yarım ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin
186
xanları xilas etdi. Sovra valini təqib edib Qazax və Borçalı mahallarını
ələ keçirdi. Oğlu Ağakişi bəy, iki ilə yaxın bu hüdudda hökm sürüb,
zülm etməklə məşğul oldu. Tiflis şəhərinin dörd ağaclığında, Paydar
adlı yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur.
Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairədən kömək alıb
öz dəstəsini düzəldincə, Ağakişi bəy Şəkiyə qayıtdı. Bir zaman
keçəndən sonra, İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüs-
tandan aldığı Nikli tayfasını geri almaq üçün getdi. Hacı Çələbi, Car
camaatinın
köməyinə gəlib, Qanıq çayının sol sahilində, çox
şiddətli bir müharibəyə girişdi. Gürcüstan valisi əvvəlkindən daha
ciddi məğlub olub geri qayıtdı.
Hicri 1168-ci (=1755) ildə, Hacı Çələbi külli qoşunla Şirvanı
almaq məqsədilə gəlib, Ağsu şəhərini mühasirə etdi. Burada olan
Hacı Məhəmmədəli xan Quba hakumi Hüseynəli xandan kömək
istədi. 0 da 3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik
olan Əmir Həmzə üsmi ilə bərabər iki düşməni barışdırmaq üçün
gəldi. Hacı Çələbi, Hacı Piri adlı bir nəfəri elçi göndərib, onu hədə-
lədi və geri qayıtmağı ona təklif etdi. Beləliklə,
iş müharibə ilə nəti-
cələndi. Şəkinin küllü qoşunu bu azacıq cammatın qarşısında məğ-
lub olub, qarət edildi və çoxu öldürüldü.
Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzi-
nə qayıtdı və hicri 1169-cu (=1756) ildə oğlu Fətəli ağanı qoşunla
göndərib, ata-baba mülki olan Səlyan nahiyəsini, öz qohumu
rüdbarlı İbrahim xanın əlindən geri aldı.
Hüseynəli xan hicri 1171-ci (=1758) ildə vəfat etdi. O, cəsarətli, ali
himmətli bir əmir idi. Həmişə ölkənin abadlığı və rəiyyətin asayişi fik-
rində idi. Şirvanlı Ağa Rəzi bəy Əsgər bəy oğlu dərhal gedib Qubanın
Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli
xanın oğlu Fətəli xan, qisas almaq məqsədilə Şirvana hərəkət etdi.
Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilib
öldürüldü. Fətəli xan, bir neçə aylıq
müharibədən sonra, qətl-qarət-
dən əlavə öz elatının iki mislini götürüb geri qayitdi.
187
Dərbəndlilər, Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis
rəftarından təngə gəlmişdilər. Fətəli xan onların təşviqilə, hicri
1172-ci (=1759) ildə, Dərbəndin üzərinə gedib, azacıq mühasirə-
dən sonra oranı da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə
Bakıda yurd saldı.
Əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mümtaz olan Hacı Çə-
ləbi, həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman
sonra vəfat etdi. Onun cəsarətli və hünərli oğlu Ağakişi bəy höku-
mət başına keçdi. Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli
Məlik Əlinin təhrikilə Ərəş mahalına gəlib,
Ağakişi bəyi görüş və
məşvərət bəhanəsilə yanına çağırdı və öldürdü. Beləliklə, Şəki ölkə-
sini ələ keçirdi. Ağakişi bəyin əyalı olan öz qızını ilisulu Alxas bəyə
verdi. Əhməd xan da bundan doğuldu.
Məhəmməd xan Şəkidə 40 gün hökmranlıq etdi. Hacı Çələbi-
nin bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi.
Hacı Çələbinin nəvəsi Ağakişi bəy öldürüldükdən sonra Huseyn
ağa Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına
getmişdi. Quba qoşununun köməkliyi və Şəki əyanının ittifaqilə,
Məhəmməd xanı buradan çıxararaq öz mülkünə sahib oldu. Bu
hadisədən üç il sonra hicri 1175-ci (=1762) ildə, Nadir şahın böyük
əmirlərindən Fətəli xan Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası
ilə Gəncə və Qarabağa hərəkət etdi. Pənah xan onunla itaət edər
kimi sazişə girdi, oğlu İbrahim Xəlil ağanı ona girov verdi, ərəşli
Məlik Əli də, Şəki hakimiyyəti təmənnasilə onun hüzuruna getdi.
Lakin bu zaman Hüseyn ağa, qutqaşınlı Kəlbəli sultan və sair tərəf-
darları ilə Fətəli xanın yanına gəldi. Xanlıq ləqəbi alaraq qayıdıb
Məlik Əlini öldürdü.
Hicri 1176-cı (=1763) ildə, Şirvanda
və xüsusilə Ağsu şəhərin-
də şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf
oldu. Bu zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsə-
dilə gəldi. Qarabağlı Pənah xan öz oğlunu xilas etmək üçün ona
qoşuldu və Urmu şəhərini almaqda, həmçinin Fətəli xanı ölldür-
məkdə çox yardım göstərdi.
188
Vəkil, Pənah xanın oğlu İbrahim Xəlil ağanı xanlıq ləqəbilə
Qarabağa göndərdi, özünü isə, həmişə yanında saxlayırdı. Pənah
xan Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki,
Pənah
xan cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur.
Xülasə, Vəkil Kərim xan Azərbaycanı ələ keçirdikdən sonra,
məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və Bəxtiyari
tayfasının təşviq və təhriki ilə İsfahana gəlmişdir. Vəkil Kərim xan
bütün əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan
İsfahanın əyanlarını köçürüb, Dəştə apardı. Nəzərəli xan Zənd,
Vəkilin hökmü ilə gedib, ona qalib gəldi və Luristanın son hüdu-
duna qədər onu təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin töyləsinə
pənah apardı və aman tapdı.
Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan da
Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu
qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi.
Hicri 1178-ci (=1765) ildə, Əsgər bəyin oğlanları Məhəmməd
Səid xan və Ağası xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb,
Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı
Məhəmmədəli xanı öldürdülər. Bu zaman, Fətəli xan Əmir Həmzə
üsminin bacısı Tutu bikəni aldı. Üsmi də Fətəli xanın
Hüseyn xan
Rudibarının qızından olan bacısı Xədicə bikə üçün elçi göndərdi.
Lakin Fətəli xan öz bacısını bakılı I Mirzə Məhəmməd xanın oğlu
Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı, atası öz sağ-
lığında hökumət başına keçirmişdi.
Xədicə bikənin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasında
ədavət düşdü. Bir zaman keçdikdən sonra, üsmi öz bacısını gör-
mək bəhanəsilə Dərbəndə gəlib, Narınqalanı almaq fikrinə düşdü.
Fətəli xan bundan xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə
gəldi. Üsmi üç gün top və tüfəng ilə müdafiəyə qalxmışdı. Axırda,
müqavimət göstərə bilməyib, dayanmadan Carçı-qapıdan çıqxıb,
öz mülkünə qayıtdı. Üsmi bu andan etibarən daima kin və ədavət
saxlayıb, Fətəli xandan intiqam almaq pusqusunda idi.