Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə49/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

 
197 
görüncə, naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu – Mah-
mud bəy və  İskəndər bəylə  Səlyana və  Məhəmmədrza xan da 
Qubaya göndərilərək, həbsə alındılar. 
Bu hadisə zamanı, Məhəmmədsəid xanın oğlanları - Əsgər 
bəy, Qasım bəy və  Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaç-
mışdılar.  Ərəşli Məlikəlinin qardaşı  oğlu  Şəhabəddin sultan, Mə-
həmmədhəsən xan onların üçünü də buxovlayıb, Fətəli xanın elçisi 
Məhəmmədkərim bəy Haçı Səfərli bəy oğlu və öz inanılmış adamı 
Hacı Seyid bəylə  Şirvana göndərdi. Təsadüfi olaraq, Göyçay yolu 
kənarında, Şəki və Şirvan sərhəddində, Ali-Sərkar tərəfdarlarından 
bir nəfər, belə bir yalan şayiə buraxdı: guya Fətəli xan Şəki tacirlə-
rini soyub həbsə almışdır, özü də müharibəyə hazırlaşır. Hacı 
Seyid bəy  Şirvan xanzadələrini buraxıb, Məhəmmədkərim bəyi 
buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara, buradan da Avara get-
dilər. Novsan xanın qardaşı oğlu və damadı Əmma xanı, əmilərinin 
qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır qoşunu olma-
yan Fətəli xanı, Ağsu  şəhərində 9 ay mühasirəyə aldılar. Axırda, 
Fətəli xan öz qızı Pəricahan xanımı və Səlyan nahiyəsini Əmma xan 
Avara verdi. Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı 
Axalkalakına getdilər. 
Bu zamanlar Mürtəzaqulu xan Qacar öz qardaşı  Ağa Mə-
həmməd xandan üz çevirib, Bakıya və mühasirədən iki ay əvvəl 
Şirvana gəlmişdi. O, qalanı müdafiə etməkdə  Fətəli xana böyük 
xidmət göstərdi. Mühasirə bitəndən sonra da, kömək istəmək 
üçün, Rusiya imperatoriçəsinin dərbarına getdi. 
Hicri 1202-ci (=1788) ildə, Ali-Sərkarın məhbusları olan saf 
qəlbli, dəyişkən məcazlı Məhəmmədsəid xan iki oğlu ilə Səlyanda, 
iş bacaran cəsarətli və eyni zamanda etimada layiq olmayan Ağası 
xan, iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü. 
Ağası xanın övladından iki-üç nəfəri kor edildi. 
Məhəmmədhəsən xan Əmmə xanın hadisəsindən və şirvanlı-
ların təhrikindən cəsarətləndi. Əli sultan bəy Mehdi bəy oğlu Can-
kutay ilə ittifaq edərək, qəfildən Ağsu şəhəri üzərinə gəldi. Müha-
 
198
ribədə ondan qalibiyyət nişanələri zahir oldu və hətta qoşunundan 
bir hissəsi də şəhərə daxil olmuşdu. Bu zaman, Fətəli xan Quba və 
Dərbənd dəstəsi ilə hücuma keçdi. Əvvəlcə döyüşdə  zəiflik gös-
tərən ləzgilər də Mehdi bəy Məhəmmədoğlu şamxalın komandası 
altında hücuma başladılar. Məhəmmədhəsən xan məğlub olub 
Şəkiyə qaçdı. Əli sultan bəy də, Mehdi bəyin vasitəçiliyilə, məğlub 
və qarət edilmiş qoşunu ilə Quba və Dərbənd yolundan vətəninə 
qayıtmağa izn aldı. 
Həmin il, Fətəli xan gedib Ərdəbili aldı  və  Şahsevən  əmirləri 
ona tabe oldular. Muğanlı  Həsən xan da ona səmimiyyət göstər-
məkdə idi. Əvvəlcə Qubada məhbus olan Mir Mustafa xan Qara 
xan oğlu, sonralar onun himayəsi altında Talışda, həmçinin Hidayət 
xan da Gilanda hakimiyyət sürürdülər. Yalnız qarabağlı  İbrahim 
xan, olduğu yerin möhkəmliyinə görə düşmənlikdə davam edirdi. 
Lakin Qarabağın aşağı mahalları  Fətəli xanın hücumundan rahat 
deyildilər. Şamxal, üsmi və Qaziqumuq xanı ona qarşı ixlas göstə-
rirdilər. Avar xanı  və Mehdili əmiri çarəsiz qalıb, onunla sülh ilə 
keçinirdilər. Təbərsəranın məsum və qadisi onun itaətkar xidmətçi-
si idilər. Dağıstanın azad xalqının əyan, qazi əmirlərinin çoxu onun 
sədaqətli tərəfdarları idilər. O özünə məxsus olan Quba, Dərbənd 
və Səlyan ölkələrindən başqa, Şirvan ölkəsini də tamamilə ələ keçirdi. 
Bakının kiçik yaşlı xanı da onun himayəsi altında idi. İran dövlətinin 
üsul-idarəsindən olan qarışıqlıq səbəbilə Azərbaycan əmirlərindən 
bir çoxu, məsələn, Qaradağ, Təbriz və sair əmirləri Ağa Məhəm-
məd xan Qacarla düşmən olduqları üçün, himayə ediləcəkləri 
ümidilə ona səmimiyyət göstərməyə başladılar. Axırda, bütün istiq-
lal və ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə 
də, bütün İran işlərini intizama qoymaq xəyalilə, Gürcüstan valisi 
İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da 
öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə  Fətəli 
xanın yanına göndərdi. O, qədim gürcü valiləri nəslindən yadigar 
qalıb, doqquzuncu babası,  İranın qüvvətli padişahları dövründə, 
müsəlman olmuşdu. Onun oğlu və  nəvələri indi də Tiflisdə yaşa-


 
199 
maqdadır. Səfir Sadıq bəy Nuxuda xanın hüzuruna gəlib, hədsiz 
lütf və mərhəmətə nail oldu. 
Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan 
Fətəli xanın bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli 
xanın hüzuruna gəldi. Fətəli xan cah və cəlalla Nuxu şəhərinə getdi. 
Bir neçə gün qonaqlıq və  şadlıqla keçirib, Gəncəyə yola düşdü. 
Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün 
əyanı ilə  bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın 
qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın  əlindən çıxmış 
Şəmsəddinli mahalını Gürcüstan valisindən alıb ona verdi. 
Xülasə, yüksək mərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə 
görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə  tədbirlər 
gördülər. Geri qayıtdığı zaman, Fətəli xan şiddətli bir qızdırmaya 
tutuldu. Xəstəliyi gündən-günə  şiddətləndi. Buna görə sürətlə 
Şirvana, buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203-cü 
(=1789) ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi. 
Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmlə-
kəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri  ələ al-
maq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi. 
Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin 
ildə vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi. 
Fətəli xanın böyük oğlu  Əhməd xan hökumət bayrağını 
yüksəltdi. Onun başında gənclik ehtirası və hökmranlıq qüruru var 
idi. O, ölkəni idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra, 
Məhəmmədhəsən xan köhnə ədavətə görə, onun əleyhinə olaraq 
şirvanlılarla ittifaq bağladı. Osmanlı ölkəsindən Qarabağa gəlmiş 
Əsgər bəyi, Qasım bəyi və Mustafa bəyi öz yanına çağırdı. Hacı 
Məhəmmədəli xanın oğlu Manaf bəylə Şirvan üzərinə hərəkət etdi. 
Əhməd xan müqavimət göstərə bilməyib Qubaya getdi. 
Məhəmmədhəsən xan Ali-Sərkarı, elat arasında, Manaf xanı 
isə Ağsu şəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlər-
dən və başqalarından çoxlu mal topladı və orada bir neçə gün qal-
dıqdan sonra Şəkiyə qayıtdı. 
 
200
Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu  şəhərini aldı, zəif 
təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından bö-
yük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturt-
dular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu. 
Hicri 1205-ci (=1791) ildə  Əhməd xan ilə bakılı II Mirzə 
Məhəmməd xan arasına ədavət düşdü. Əhməd xan, ona xəracgü-
zarlıq vədə verən I Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu 
ağanın təhrikilə, bir dəstə qoşunu Səlyana getmək bəhanəsilə 
Bakıya göndərdi. Məhəmmədqulu ağa da gizlicə Bakıya gəlib, öz 
tərəfdarlarının köməyilə, azacıq döyüşdən sonra şəhəri aldı. Mirzə 
Məhəmməd xanı Qubaya göndərdi. Məhəmmədqulu xan müstəqil 
olub, Əhməd xana vergi vermədi. Əhməd xan da öz gördüyü işdən 
peşman olub, Mirzə  Məhəmməd xana kömək üçün, Bakıya bir 
dəstə qoşun göndərdi. Məhəmmədqulu xan naçar qalıb, Mirzə 
Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların 
talan edilməsi haqqında ölkə  əhalisinə  əmr verdi. Bu vəsilə ilə 
əhalinin çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu 
xana tərəfdar oldu. Mirzə  Məhəmməd xan naçar qalıb bir sıra 
mühasirə və müharibədən sonra Qubaya döndü.  
Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsİ müna-
sibətilə Ali-Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir 
elçi göndərdi və  Şirvanın alınmasında ona kömək edəcəyini vəd 
etdi. Əhməd xanla Məhəmmədhəsən xan, öz qoşunları və Dağıstan 
ləzgilərilə  gəlib, Ağsu  şəhərini iki tərəfdən mühasirə etdilər. 
Mühasirə xeyli uzandı, istilər də  şiddətləndi.  Əsgər xan Məhəm-
mədhəsən xanın ordusundakı  ləzgilər üçün, gizli olaraq, nağd və 
mal ilə 5000 tümən göndərdi. Beləliklə, qoşunun arasına ayrılıq 
düşdü. 
Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun 
Səlyanda naib olan 13 yaşlı qardaşı Şeyx Əli ağa, hökmran olmaq 
üçün Qubaya gəldi. Yeddi yaşlı Həsən ağa adlı qardaşını naib adı 
ilə Səlyana göndərdi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə