153
izhar etdi. Pyotr nizami yürüş və əsgəri
musiqi ilə qalaya daxil oldu,
203 top ələ keçdi. Piyada qoşun şəhərə yaxın olan dəniz sahilində,
draqun, kazak və sairdən ibarət olan süvari qoşun da Mollakəndi
çayı kənarında yerləşdi. Bəndər münasib olduğuna görə , gəmilər
də bu çayın ağzında dayandı. Dərbənd şəhərini hər iki tərəfdən
müdafiə etmək üçün bir neçə gün ərzində təcili olaraq, biri Mol-
lakəndi çayı, digəri isə Orta Buqam çayı kənarında iki qala tikdirildi.
Naib İmamqulu bəy, general-mayor rütbəsi və xanlıq ləqəbilə
Dərbənd hökumətinə və yerli qoşun sərkərdəliyinə təyin edildi.
Paruçik Lunin, bir dəstə qoşunla dəniz yolu ilə Bakıya göndə-
rildi ki, yeni müraciətnaməni çatdırmaqla oranın hakimlərini və
əhalisini itaətə cəlb etsin. Bir neçə gün ərzində, Yalama ilə Bəlbələ
çayları arasında olan bütün Dərbənd və Müskür ətrafı rus əsgər-
lərinin əlinə keçdi. Müskürün bütün kəndləri əhalının iğtişaşı üzün-
dən xaraba qalmışdı. Ancaq Dədəli kəndində Hacı Davudun daş
hasarlı evi qalmışdı, qarovulçular burada sakin oldular.
Lakin Bakıdan qayıdıb ərz etdi ki, Bakı əhalisi
onu şəhərə bu-
raxmadı. Pyotr qəzəblənib istədi ki, onları zorla tabe etsin, qayıt-
masına səbəb olan maneələrə görə, o, bu işi gələn ilə qoydu.
Dərbənd xaricdən, dağdan dənizə doğru çəkilmiş iki hasarla
əhatə edilmişdir. Daxildən isə, dörd hissəyə bölünüşdür. Bu hissə-
lər bir-birindən divarlarla ayrılır. Birincisi hamıdan yüksək və daha
kiçik olan Narınqaladır. Ruslar əvvəlcə buranı aldılar və əhalisini
təmamilə çıxarıb kənara göndərdilər. Padişah özü burada sakin
oldu. Ortadakı iki
hissədə naib, tacirlər və xalq əsnafının evləri, kar-
vansaralar və sair yerləşmişdi. Padişah burada olduğu zaman, boş
qalan və Dubaru adı ilə məşhur dördüncü hissədə iki qazarma, yə-
ni saldatxana və bir də sursat anbarı tikildi. Gəmilərdən sursat çıxa-
ran zaman şiddətli bir tufan qalxdı, gəmilər elə zədələndilər ki, on-
lara dolan suyu kəsmək mümkün olmadı. Axırda lövbərləri kəsdilər,
tufan gəmiləri sahilə atdı. Gəmilərdə olan ərzaq isə xarab oldu.
Həmçinin Hacı Tərxandan 30 gəmi ilə gətirilən sursat da Aqraxan
bəndərində bu hala düşdü. Azuqə hər cəhətdən çox az qalmışdı.
154
Bu ətrafda da iğtişaş olduğundan, taxıl ələ gətirmək mümkün
deyildi. Buna görə, qoşunun Rusiyaya qayıtması lazım görüldü.
Rus padişahına bir nəticə əldə etmədən geri qayıtmaq çox
ağır gəlirdi. O, xüsusilə Bakını alıb, Kür çayı ağzında ticarət üçün
böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək, Gürcüs-
tan məsələsini də yoluna qoymaq istəyirdi.
Bunlardan başqa o,
Astarabad vasitəsilə Hindistan ilə ticarət əlaqəsi yaratmaq fikrində
idi. Xülasə, qoşunun bir hissəsini Dərbənd qalasının mühafizinə tə-
yin edib, eylulun (sentyabrın) əvvəllərində geri qayıtmağı qərara al-
dı. Heç bir hadisə üz vermədən Aqraxan səngərinə çatdı. Aqraxan
çayının Sulaqdan ayrıldığı yerdə, Səlib qalası adlı bir şəhər bina
etdi. Bu yerin suyu, otu və meşəsi olduğundan dağıstanlıların təca-
vüzünün qarşısını almaq və Dərbənd yolunu qorumaq üçün böyük
əhəmiyyəti vardı. Gəmilərin hərəkətini təmin etmək üçün Sulaq ça-
yında iri sütunlar və ağaclardan böyük bir bənd bağladı ki, Aqraxan
çayının suyu artsın. Bu ağacların bəzisi indi də suyun içərisində
görünməkdədir.
Don kazaklarının atamanı Krasnoşşekov, 1000 nəfər kazak və
yeni gəlmiş 40000 qalmıq ilə Həmri mülkünə gedib,
bir çox qətl və
qarət edərək 350 nəfər əsir və 11000 qaramal gətirdi. İmperator
Gürcüstan valisinə və ermənilərin böyük xəlifəsinə də elçi və mək-
tublar göndərdi. Nəvaziş izhar edib, özünün yenə oralara gələcəyi
haqqında xatircəmlik verdi. Səlib qalasında mühafizlər təyin etdik-
dən sonra, bütün süvari qoşunu quru yol ilə yola saldı. Özü də
Aqraxan bəndlərini çox möhkəmləndirib, sentyabrın 26-da gəmi ilə
təcili surətdə Hacı Tərxana getdi. Onun ardınca piyada qoşunu da
general-admiral qraf Apraksini gəmilərlə yola saldı. Qoşun yolda
tufana düşərək, çox çətinliklər çəkdi.
Pyotr təşrini-əvvəlin (oktyabrın) 4-də Hacı Tərxana gəlib çat-
mışdı. Gilan hakiminin himayə xahiş edən ərizəsi yetişdi. 5 gün
içərisində gəmilər hazırlandı və səfər tədarükü görüldü. Həmin
ayın 10-da polkovnik Şipov və Soymonov
iki batalyon saldatla Gi-
lana getdilər. Pirəbazar bəndərinə çatdıqdan sonra, Yazıkov ordu-
155
nu aparmaq üçün arabadan ötrü Rəştə göndərildi. O zaman, Təh-
masib mirzə tərəfindən rus padişahı dərbarına vəziri-əzəmin
mülazimi İsmayıl bəy elçi təyin edilmişdi. O, Talış dağlarından ke-
çərkən, dənizdə rus gəmilərini görüncə, Gilana qayıdıb Rəştə getdi.
Buranın əhalisi, Gilan vəzirinin evində məsləhətləşdikdən sonra
cavab verdilər ki, İran padişahının icazəsi olmadan, rus qoşunlavrını
öz ölkələrinə buraxa bilməzlər. Buna görə də, gəmidə qalmağı on-
lara təklif etdilər.
Ruslar Pirəbazarı aldılar. Gilan vəziri polkovnik Şipov ilə görüş-
dü. Onların rus padişahı əmrilə, himayə üçün gəldiklərinə xatircəm
olunca, polkovniki bir dəstə qoşunla Rəştə aparıb şəhərin kənarın-
da bir karvansarada yerləşdirdi. Lakin sülh etmək meyli olmadığın-
dan, elçini (İsmayıl bəyi) cürbəcür bəhanələrlə Rusiyaya getməyə
qoymurdu.
Hicri 1135-ci (=1722) ildə, təşrini-axırın (noyabrın) 23-də, Mir
Mahmud İsfahanı aldıqdan sonra, Şah Təhmasib Qəzvində taxta
oturdu. Vəzir, elçini göndərməmək xüsusda onun hüzuruna bir
ərizə yazdı və cavabına müntəzir oldu. Ruslar bu əhvalatdan xəbər
tutaraq cürbəcür vasitələrlə elçini gəmiyə aparıb saxladılar. Şah
tərəfindən qasid gəldiyi zaman konsul
Avramov gizlicə onun istiq-
balına çıxdı. Hiylə və təmahsiləndirmək vasitəsilə fərmanın məz-
mununu bildi. Fərmanda elçinin göndərilməsi əmr olunurdu. Belə-
liklə, qasid o qədər yubatdı ki, ta Soymonov elçini kanun-saninin
(yanvarın) əvvəllərində, «saat xoşdur» bəhanəsilə gecə yarısı, iki
gəmi ilə yola saldı. Gilan vəziri, fərmanı aldıqdan sonra, elçinin
göndərilməsindən xəbərdar olub qəmgin oldu. O, hakimlərin və
yerli əhalinin məsləhəti ilə, müharibə tədarükü görmək və qoşun
toplamaqda idi. Polkovnik Şipov da tədriclə Pirəbazardan mü-
haribə ləvazimatı və sursat gətirib öz işini görürdü.
Mart ayında, Saymonov öz məmuriyyəti mucibincə şəhər üçün
yer intixab etməkdən ötrü, gəmilərdə bir dəstə qoşunla Kür çayı
ağzına getmişdi. Bu zaman, gilanlılar rus qoşununa geri qayıtmağı
təklif etdilər. Polkovnik onlara belə cavab verdi: Əvvələn,
getmək
156
üçün gəmilərimiz yoxdur, ikincisi də, bu təklifi bizə İran padişahı
etməlidir. Axırda iş müharibə ilə nəticələndi. Gilanlılar əllərində
olan 4 top ilə, bütün günü karvansaranı topa tutdular. Polkovnik
gündüz sakit durdu, gecə 1000 nəfər saldat göndərdi. İki tərəfdən
şəhərin üstünə elə töküldülər ki, gilanlılar özlərini toplaya bilmə-
dilər, bir çoxları öldürüldü, qalanları da qaçdılar. General-mayor
Levaşovun komandası altında yeni qoşun gəldi, şəhəri aldılar və
onun qərb tərəfində, Qəzvin yolu üzərində bir qala bina etdilər.
Şərq tərəfdən də karvansaranı qala kimi bərkitdikləri
üçün şəhər
arada qaldı.
Həmin il təmuz (iyul) ayının 6-da, general-mayor Matyuşkin 9
gəmi ilə Bakı bəndərində lövbər atdı. Bu gəmilərdə 4 polk qoşun
var idi; polk o zaman, 1000 nəfərə yaxın əsgərdən ibarət idi. Sonra,
İsmayıl bəyin Şah Təhmasib adından Bakı əhalisinə yazmış olduğu
məktubu göndərdi. Məktubda qalanın təslimi təklif edilirdi. Sultan
və Bakının əyanları elçiləri şəhərə buraxmadılar...
Ayın 21-də general sahilə qoşun göndərdi. Şəhərdən də bir
çox süvari bayıra çıxıb, müharibəyə girişdilər və məğlub olaraq geri
döndülər. Ruslar səngər düzəltməyə məşğul oldular, yeddi gəmi
də yaxınlaşıb, qalanın toplarını susdurdular. Qumbaraların atəşin-
dən şəhərə böyük yanğın düşdü, qalanın hasarı bir yerdən dağıldı.
Ayın 26-na təyin edilmiş yürüş, şiddətli tufan nəticəsində mümkün
olmadı və gəmilər pərakəndə düşdü. General yenə təslim haqqın-
dakı danışığı təzələdi. Şəhər alındı, 72 top, barıt, güllə və sair bir
çox ləvazimat ələ keçdi. 700 nəfərdən
ibarət olan qala mühafizləri,
öz sərkərdələri Dərgahqulu bəylə Rusiya dövlətinin xidmətinə daxil
oldular. Ölkənin hökuməti Dərgahqulu bəyə həvalə edildi. Şəhərin
qalabəyisi - sultanı, Dərgahqulu bəyin təhrikilə, Davud bəyin dos-
tudur deyə həbsə alınaraq Rusiyaya göndərildi. Dərgahqulu bəy,
axırda xəyanətdə müttəhim edilərək, işdən kənar edildi, rus ko-
mendantları hökumət işlərini öz əllərinə aldılar.
Yazılı mənbələr və şifahi xəbərlərdən anlaşıldığı üzrə, Dərgah-
qulu bəy ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəyin keçmiş