Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   2   3   4   5   6   7   8   9   ...   29

14
bi  təhsil  almış,  II 
Aleksandrın  tacqoy-
ma  mərasimindəki 
fəallığına  görə  III 
dərəcəli  Müqəddəs 
Anna və III dərəcəli 
Müqəddəs  Stanislav 
ordenləri  ilə  təltif 
edilmişdir.  “Hərbi 
toplu” dərgisi vasitə-
silə  N.Çernışenko 
və  N.Dobrolyubov-
la  tanış  olmuşdur. 
1877-1878-ci  illər  rus-türk  müharibəsində  strateji 
planın müəllifi də Nikolay Obruçev idi. Məhz o, II 
Aleksandrı  bu  müharibənin  vacibliyinə  inandırmış-
dır.  Qars  qalasının  alınmasındakı fəallığına görə  III 
dərəcəli  Müqəddəs  Georgi  ordeni  və  general-adyu-
tant adı almışdır. Almaniya və Avstriya-Macarıstana 
qarşı müharibədə Bosfora desant əməliyyatının planı-
nı da o hazırlamışdır. Çar II Aleksandrın hakimiyyəti 
dövründə də Rusiyanın hərbi gücünün artmasına xid-
mət edən N.Obruçev bütün varlığı ilə Çar Rusiyasının 
yaşamasının tərəfdarı idi...
İxtisasca hüquqşünas olan İvan Şamşin uzun illər 
həbsxana  sistemində,  cinayət  işlərinin  araşdırılması 
sahəsində çalışmış, Peterburq Məhkəmə Palatası De-
partamentinin sədri olmuş, Ali Cinayət Məhkəməsi-
nin sədri vəzifəsinə qədər yüksəlmişdi...
Nikolay Obruçev (1830-1904)


15
Ukrayna 
filoloqu 
Aleksandr Potebnyanın 
qardaşı, “Polşadakı rus 
zabitləri  komitəsi”ni 
yaradan,  zadəgan  ailə-
sində  böyümüş  podpo-
ruçik  Andrey  Potebn-
yanın da onlarla əlaqəsi 
vardı...
Demək 
istədiyim 
odur ki, Çar Rusiyasın-
da  bu  cür  səlahiyyət-
lərə, mövqe və hörmətə 
sahib insanlar niyə onu 
yıxmağı, devirməyi düşünsünlər ki?! 
XIX  əsrin  sonu  -  XX 
əsrin əvvəllərində Avropa-
da gedən inkişaf prosesini 
görən rus ziyalıları Rusiya 
İmperiyasında  baş  verən 
bir  sıra  neqativ  hallardan 
narahat  olur,  onların  ara-
dan  qaldırılması  uğrunda 
mübarizə  aparırdılar.  Belə 
bir vaxtda Georgi Fedotov 
da  çoxları  kimi  apardığı 
mübarizənin  Rusiya  İm-
periyası  üçün  müsbət  nə-
ticələr verəcəyinə inanırdı. 
İvan Şamşin (1835-1912)
Andrey Potebnya (1838-1863)


16
Elə buna görə də rejimə qarşı hərəkatın fəal üzvü kimi 
dəfələrlə həbs edilir, Almaniyaya sürgün olunur, təh-
sili yarımçıq qalır, geri dönür, təhsilini davam etdirir. 
Yenə həbslər, yarımçıq təhsil, xarici ölkələr... Lakin 
xarici ölkələrdə olarkən Fedotov tarixə maraq göstə-
rir, universitetlərdə mühazirələrə girir, kitabxanalarda 
çalışır..,  geri  dönür,  Peterburq  Universitetinin  Tarix 
fakültəsində təhsilini davam etdirir...
 Hərbçi və ziyalı təbəqənin bir qisminin də daxil 
olduğu  Rusiya  sosial-demokratları  slavyan  birliyinə 
çalışır, pravoslav xristianlığın əhatə dairəsini geniş-
ləndirməyə  can  atırdılar.  Onların  Çar  Rusiyasında 
ümumdemokratik  təhsili,  fəhlə  və  kəndlilərin  ma-
raqlarını  nəzərə  alan  tədbirləri  müzakirə  etdikləri 
bir  vaxtda  xalqçılıq  ziyalıların  əsas  ideologiyasına 
çevrilirdi.  Məqsəd  Rusiya  İmperiyasını  qoruyaraq 
kapitalizmi keçmədən birbaşa sosializmə qədəm qoy-
maqdan ibarət idi. A.Hertsenə görə, bu işdə əsas güc 
təhkimli kəndlilər olmalı idi. O düşünürdü ki, kənd-
lilərin  icma  torpağının  olması,  torpağa  hüququ  və 
özünüidarəsi sosialist cəmiyyətinin əsasını təşkil edir. 
Beləcə, bütöv Rusiya İmperiyası üçün “rus sosializ-
mi” və ya “icma sosializmi” ideyası yarandı. Özəyini 
kəndlilər təşkil etdiyindən bəzən buna “kəndli sosia-
lizmi” də deyirdilər. Xalqçıları hərdən kobud “şovi-
nizmin” nümayəndələri də adlandırırdılar. Anarxist-
lər  (M.Bakunin,  P.Kropotkin)  isə  mövcud  dövləti 
ləğv edərək yerində yenisini yaratmamaq kimi cəfəng 
fikrə  qulluq  edirdilər.  M.Bakunin  qətiyyətlə  əhalini 
ümumxalq qiyamına (bunt-buntçular) çağırırdı...


17
2)  ULYANOVLAR  AİLƏSİNİN  ÇAR 
RUSİYASINA  MÜNASİBƏTİNİN KÖKÜ
1861-ci ildə təhkimçilik hüququ ləğv olundu. Ru-
siyanın cənubunda xalqçılar terrora əl atdılar. Kiyev-
də,  Xarkovda,  Peterburqda,  Rostovda  terrorlar  güc-
ləndi. Bu illərdə G.Fedotovun gimnaziyada oxuduğu 
Voronej şəhəri də hadisələrin mərkəzində idi. “Xalqın 
iradəsi” adı altında terror törədilir, nəticədə 1881-ci 
ildə II Aleksandr öldürülür... III Aleksandra sui qəsd-
də iştirakına görə 21 yaşlı Aleksandr Ulyanov, yəni 
Vladimir Ulyanovun böyük qardaşı da edam olunur. 
Bu  vaxt  Vladimir  Ulyanovun  (sonralar  V.Leninin 
–  G.Y.)  17  yaşı  vardı.  Onlar  Simbirsk  quberniyası-
nın  xalq  peşə  məktəblərinin  inspektorunun  övlad-
ları  idilər.  Lenin  irsini  ətraflı  öyrənən  M.Şaginyana 
görə,  onların  ana  baba-
ları  Aleksandr  Blank 
ukraynalı  olmuşdur.  Bu 
da  Ulyanovların  Çar 
Rusiyasına  nifrətini  bir 
daha  əsaslandırır.  1866-
cı  ildə,  yəni  Aleksandr 
Ulyanov dünyaya gələn-
də  hələ  Çar  Rusiyasına 
qarşı  qalxan  1863-cü  il 
üsyanının  acı  nəticələ-
ri,  həbslər,  qadağalar, 
təqiblər  davam  edirdi 
və  ailə  ukraynalı  baba-
nın,  ananın,  qohumların 
Aleksandr Ulyanov (1866-1887)


18
aqibətini  görürdü.  Uşaqlar  bu  xatirələrin  içində  bö-
yüyürdülər. Qaynaqlara görə, 1887-ci ilə, yəni qarda-
şı edam olunana qədər Vladimirin inqilabi fəaliyyəti 
barədə  məlumat  yoxdur.  Bunu  yazmaq  Vladimirin 
inqilabi fəaliyyətini qardaşının qisasını almaq istəyi 
kimi dəyərləndirmək deməkdir. Lakin V.Leninin vax-
tilə Çar Rusiyasının işğal etdiyi Ukrayna və Belarusla 
bağlı sonrakı siyasəti məsələnin kökünün daha dərin-
də olduğunu göstərir...
 Vladimir Leninin öz tərəfdarlarını “qırmızılar” ad-
landırması da təsadüf deyil. Hələ 1850-ci illərdə Reç 
Pospolitayanın üçüncü parçalanmasından və süqutun-
dan sonra Rusiyanın əlinə keçən Litva, Belarus (Prus-
siyaya qatılan Belostok şəhəri olan ərazidən başqa) və 
Avstriyaya qatılan Qa-
litsından  başqa  bütün 
Ukrayna torpaqlarında 
“qırmızılar”  adlandı-
rılan  dəstələr  tərəfin-
dən  aqrar  islahatlar, 
demokratikləşmə  və 
müstəqillik  tələbləri 
artır, ruslara qarşı açıq 
silahlı mübarizə və üs-
yanlar  hazırlanırdı... 
XX  əsrin  əvvəllərində 
“qırmızılar”  adlandı-
rılanlar  məhz  Ukray-
na  ərazisindəki  həmin 
“qırmızılar”ın  davam-
çıları idilər...  
Vladimir Lenin (Ulyanov) 
(1870-1921)


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə