Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

67
si də buna sübutdur. Lakin rus milliyyətçiləri aradan 
qalxmağa başladıqları bir vaxtda Lenin və Stalin türk 
milliyyətçiləri ilə qarşı-qarşıya qaldılar. Türklərin bir 
araya  gəlməsi,  ortaq  dil,  ortaq  əlifba  barəsində  dü-
şünmələri  onların  bütün  planlarını,  əslində  uğrunda 
can qoyduqları arzu və istəklərini puç edirdi. Bunun 
qarşısını almaq lazım idi... 1937-ci il və sonrakı sərt 
siyasət bunun məntiqi davamı idi...
Və bu belə də olmalı idi. Çünki bütün bunlar V.Le-
ninin proletar diktaturası qurması yolunda əngəl idi 
və o, istənilən qəddarlıqla bu əngəli aradan qaldırma-
ğa  hazır  idi.  Başqırdıstanda  vəlidovçulara  amansız 
divan tutulması buna örnəkdir... 
1. VƏLİDOVÇULAR
Öz xalqının azadlığı üçün mübarizə aparan ziyalı-
lar çox vaxt tarixin bu keşməkeşli illərində səhvlər də 
edir, çıxış yolları axtarırdılar. Onlardan biri olan gənc 
alim və siyasətçi Əxmətzəki Vəlidovun təsiri özünü 
nəinki indiki Başqırdıstan (Başkortostan) ərazisində, 
hətta Orta Asiya və Qazaxıstanda da göstərməyə baş-
lamışdı. Bir çoxları “vəlidovçular” adı altında fəaliy-
yət  göstərirdilər.  Hadisələr  burulğanına  düşən  gənc 
Əxmət  Zəki  Vəlidovun  məqsədi  inqilabi  hərəkata 
qoşulmaq deyil, türk xalqları koalisiyasından slavyan 
hegemonluğuna qarşı müdafiə bloku yaratmaq və, ən 
başlıcası, başqırd xalqının milli azadlığı, onun mux-


68
tariyyəti uğrunda vuruş-
maq  idi.  Bu  məqsədlə 
o,  Moskvada,  Kazanda, 
Ufada  keçirilən  bütün 
müsəlman 
qurultay-
larında  iştirak  edirdi. 
İlk  vaxtlarda  Vəlidov 
“başqırd 
fraksiyası”, 
sonra  isə  Orenburqda 
Başqırd Şurası yaratdı.
Hadisələrin  əvvəlin-
də  vəlidovçular  neytral 
qalmaq,  nə  menşeviklə-
rin,  nə  də  bolşeviklərin 
tərəfində  olmaq  istəmir-
dilər. İlk günlərdən onlar 
elan  etdilər:  “Biz  nə  bolşevikik,  nə  də  menşevikik, 
biz sadəcə başqırdıq”.
1917-ci il noyabrın 16-da vəlidovçular Başqırdıs-
tan Muxtar Respublikası yaradaraq milli ordu qurulu-
şuna başladılar. Bu illər Vəlidov Əlimərdan bəy Top-
çubaşı,  Məhəmməd  Əmin  Rəsulzadə  və  başqalarını 
da yaxşı tanıyır, onlarla tez-tez görüşürdü. Hadisələ-
rin sonrakı axarı nəticəsində Vəlidova aydın olur ki, 
çox xalqların, o cümlədən başqırdların taleyi məhz bu 
iki qüvvənin – bolşeviklərlə menşeviklərin mübarizə-
sindən asılıdır. İki qüvvə arasında vurnuxan Başqırd 
Milli  Ordusu  tezliklə  qırmızılar  tərəfindən  tərksilah 
edilir,  qanlar  tökülür.  Məhz  həmin  dövrdə  bir  çox 
Əxmətzəki Vəlidov 
(Əhmədzəki Vəlidi Toğan) 
(1890 - 1970)


69
başqırd ziyalıları, o cümlədən də taınmış şair Şəyex-
zada Babiç edam olunurlar.
Az  bir  vaxt  ərzində  Vəlidov  Saranskda  dağınıq 
başqırd ordusunun yeni alaylarını yaradır və Başqır-
dıstan ərazisinin Kolçakdan azad olunması uğrunda 
vuruşur.  1920-ci  ildə  ara  sakitləşəndə,  artıq  başqırd 
ordusu və onun siyasi xadimləri yeni yaranmış sovet 
hakimiyyətini  qorxudurdu.  İlk  muxtar  respublikaya 
verilən hüquqlar mərkəzə çox göründü. Paytaxtı Stər-
letamak  olan  Başqırdıstanın  milli  hökumətini  sıxış-
dırmağa  başladılar.  Siyasi  durumu  öz  istədiyi  hala 
salmaq  istəyən  mərkəz  inqilabçılardan  Samoylovu, 
Preobrajenskini, Artyomu (Sergeyev), Dudkini, Mos-
tovenkonu, Dimanşteyni Stərletamaka göndərdi. 
Əxmətzəki Vəlidov və Əbdülqadir İnan 


70
Belə  bir  vaxtda  Vəlidov  Bakıda  keçirilən  Şərq 
Xalqları  Nümayəndələrinin  Qurultayına  gəlir.  Bun-
dan  xəbər  tutan  Orenburq  müsəlman  hərbi-inqilab 
komitəsinin  sədri  M.Tairov  Bakıya Vəlidovun  həbs 
olunması  haqqında  gizli  teleqram  göndərir.  Lakin 
onun planı baş tutmur. Bakı qurultayı bitər-bitməz Və-
lidov yola çıxır, Dağıstana, oradan Türkistana gəlir, 
basmaçılarla birgə Xarəzmdə, Buxarada, Səmərqənd-
də qızıl orduya qarşı vuruşur. 1923-cü ilin fevralında 
Türküstandan  Əbdülqadir  İnanla  birgə  Əfqanıstana, 
oradan  da  İrana,  sonra  da Türkiyəyə  keçir,  ömrünü 
tanınmış alim kimi (Əhmədzəki Vəlidi Tuğan) başa 
vurur. Onun 1920-ci ilin sentyabrında və 1923-cü ilin 
fevralında  Leninə  göndərdiyi  iki  məktubundan  so-
nuncuda Əxmətzəki Vəlidov yazırdı: “Ehtiyatlı olun, 
ola bilsin ki, bütün bu səhvlərin başında Siz özünüz 
durursunuz”. Onu da qeyd edim ki, Əxmətzəki Vəli-
dovun V.Leninə ünvanladığı iki məktubunu tərcümə 
edərək  Azərbaycan  oxucusuna  1991-ci  ildə  təqdim 
etmişəm (“Cavabsız məktublar”, “Ədəbiyyat qəzeti”, 
15 mart 1991, s. 3).
İlk  başqırd  dövlətinin  dağılması  və  1921-ci  ildə 
onun  fəallarının  həbs  olunmasından  bu  günə  qədər 
başqırd xalqı müstəqil siyasət yürütmək üçün tarixin 
ona verəcəyi şansı gözləyir...


71
CALAQ  XALQ  -  “SOVET  XALQI”
 SSRİ adlanan bir məkanda hamının bir çatı altın-
da  yaşaması  üçün  milliyyətçi  meyllərin  məhv  edil-
məsi istəyi təbii qarşılanmalıdır. Başqa cür də müm-
kün deyildi. V.Lenin ayrı-ayrı xalqları, etnik qrupları 
bir-birinə  süni  yolla  calaq  edərək  vahid  sovet  xalqı 
yaratmaq  istəyirdi.  Bu  birliyi  dağıda  biləcək  amil-
lər – din və milliyyətçi ideyalar yerindəcə boğulma-
lı idı. Lenin gördü ki, xalqalar “həbsxana”dan azad 
olduqdan  sonra  öz  müqəddaratlarını  özləri  həll  et-
mək istədilər. Dünənki silahdaşları bu gün ayrılaraq 
müstəqil siyasət yürütmək arzusuna düşdülər. Onda 
o da siyasəti dəyişdi. İ.Stalinə görə isə, “milli-mənəvi 
cəhətdən öz müqəddəratını təyin etmək – bundçula-
rın işidir”. O, bu məsələyə RK(b)MP-nin X qurulta-
yındakı  son  çıxışında  Safarovun  çıxışına  münasibət 
bildirərkən  ciddi  şəkildə  toxunaraq  deyir:  “Biz  öz 
müqəddəratını  təyin  etmək  kimi  dumanlı  şüarlarla 
çoxdan  vidalaşmışıq  və  onları  bərpa  etməyə  lüzum 
yoxdur”.  Milliyyətçilik  hissinin  arxasında  duran  ta-
rix,  etnoqrafiya,  din,  bir  sözlə  kökdən  xəbər  verən 
hər  bir  şey  məhv  edilir,  yeni  ideologiya  təbliğ  olu-
nurdu. Tarix yenidən yazılır, dinə müharibə elan olu-
nur, adət-ənənə, mərasim, ayin və inamlar köhnəliyin 
qalığı kimi təhqirə və tənqidə məruz qalırdı. Əslində 
Lenin utopik dövlət yaratmaq istəyirdi. Dinsiz, etnik 
mənsubiyyətsiz... Bu da mümkün deyildi... Təsadü-
fi deyil ki, qanlı-qadalı günlərdə başqırd hərəkatının 
başçısı  Əxmətzəki  Vəlidov  həbs  edilərkən  çətinlik-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə