Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

63
kin bu yolda başqa qanlar da tökülüb. Uzun illər bu 
qanları kimin və nəyə görə tökməsi sanki məlum idi. 
Təəssüf ki, bu gün belə sovet dövrü uydurulan yalan-
lar araşdırılmadan təkrar olunur. Məsələn, hər 9 may 
qabağı elə bizim rəsmi mətbuat orqanlarında da belə 
bir  fikir  səslənir:  “9  may  Belarus  tarixində  ən  ehti-
ramla anılan bayramlardan biridir. Axı, ölkə Qələbə 
yolunda həddindən çox qurban vermişdir: həmin mü-
haribədə onun hər üç sakinindən biri həlak olmuşdur. 
Dünyanın heç bir dövləti faşizm təcavüzünə qarşı belə 
kütləvi müqavimət göstərməmişdir. Məhz buna görə 
mayın 9-da Belarus Respublikasında müharibə qəh-
rəmanlarının ünvanına xüsusi razılıq və minnətdarlıq 
dolu sözlər səslənir”. Hətta  Belarus Azərbaycanlıları 
İcmaları Konqresi (BAİK) Beynəlxalq İctimai Birli-
yinin (BİB) fəalları 1941-1945-ci illər Böyük Vətən 
müharibəsində  nasist  Almaniyası  üzərində  Qələbə 
Günü şərəfinə “Xatın” memorial kompleksini ziyarət 
edərək, kəndlə birlikdə yandırılan dinc sakinlərin xa-
tirəsini anır, kompleksin önünə əklil və tər çiçəklər 
qoyurlar...  Məlumata  görə,  tədbirdə  Azərbaycanın 
Belarusdakı  səfirliyinin  əməkdaşları,  BAİK-in  və 
onun  gənclər  bölməsinin  nümayəndələri  də  iştirak 
edirlər.  Yəni  hətta  Belarusda  fəalliyyət  göstərənlər 
belə bu tarixi faciənin əsl mahiyyətini dərk edə bil-
məyiblər.  Bəlkə  də  hansısa  tarixi  cinayətin  üstünün 
açılması bu gün kimlərəsə sərf etmir…
Bizə söylənilən, tarix kitablarında öyrədilən yalan 
belə  idi:  Xatın  1943-ci  ilin  baharında  faşistlər  tərə-
findən məhv edilmişdir. Xatın kəndinin partizanlara 


64
yardım göstərməsi ehtimal edilən 149 sakininin ha-
mısı  ümumi  kollektiv  cəza  prinsipinə  uyğun  olaraq 
diri-diri  yandırılmış  və  ya  güllələnmişdir.  1969-cu 
ildə isə kəndin yerində xalqın igidliyi və əyilməzliyi 
ideyasını təcəssüm etdirən memorial kompleks açıl-
mışdır. Xatın dinc əhalinin kütləvi şəkildə məhv edil-
məsinin, Belarus xalqının faciəsinin rəmzinə, Böyük 
Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən 
birinə çevrilmişdir”. Başqa bir yalana görə, “1941-ci 
ildə almanlar sovet hərbi dustaqlar yerləşən düşərgəni 
tutaraq oradakı polyak hərbçiləri qətlə yetiriblər”.
Əslində  isə  belə  idi:  Polşa  faşist Almaniyası  ilə 
SSRİ  arasında  bölündükdən  sonra  1940-cı  ilin  ap-
rel-may aylarında 20 minə qədər polyak hərbçi gül-
lələnmiş, Kozyolsk düşərgəsindəki 4 415 nəfər mə-
Katın –  1940-cı ilin mart ayı 


65
mur, ictimai xadim gizlicə Smolensk yaxınlığındakı 
Katın meşəsində (ad orijinalda “Katın” olduğu üçün 
biz də “Katın” yazırıq. Xatırladaq ki, Altayda da Kı-
dın çayı var – G,Y.) qətlə yetirilmişdi. Rəsmi rəqəm 
hələ ki, 21 857 nəfər göstərilir. 1943-cü ildə bu fakt 
ortaya çıxsa da, Moskva bu faciə ilə əlaqəsini 1992-cı 
ilədək təkzib etmişdi. Hətta məşhur Nürenberq prose-
si zamanı da sovet tərəfi günahı almanların boynuna 
qoymaq istəyərkən hərbi tribunal bu təklifi qəti surət-
də rədd etmişdi. 
Sovetlərin  polyaklara  qarşı  törətdikləri  cinayət-
ləri gizləmək cəhdlərinə baxmayaraq 1939-cu il elə 
də uzaq tarix olmadığı üçün, xalqın yaddaşı diri idi. 
Və  uzun  illər  onlar  bu  sovet  təbliğatının  nə  qədər 
yalan olduğunu bildikləri üçün susurdular. Susurdu-
lar,  çünki  qətlə  yetirilən  polyakların  taleyini  yaşa-
maq istəmirdilər, zaman gözləyirdilər. Və bu zaman 
gəlib  çatıb...     Təsadüf  deyil  ki,  bu  il  avqustun  23-
də,  məhz  Molotov-Ribbentrop  paktının  imzalandığı 
gün Tallində keçirilən səkkiz Şərqi Avropa ölkəsinin 
ədliyyə  nazirlərinin  konfransında  qərara  alınıb  ki, 
kommunistlərin  cinayətlərini  araşdırmaq  məqsədilə 
beynəlxalq agentlik yaradılsın. Bu qərar artıq bir sıra 
ölkələr tərəfindən dəstəklənib...


66
MİLLİ  MƏSƏLƏ
RK(b)P-nin  qurultaylarında  milli  məsələ  tez-tez 
gündəmə gətirilirdi. Əlbəttə ki, İ.Stalinin hətta azsay-
lı xalqlara da azadlıq verməsi, rus şovinizminə, Çar 
Rusiyasından qalma ruslaşdırma siyasətinə qarşı çıx-
maq yolundakı qətiyyəti rus milliyyətçilərini narahat 
edirdi. Onlar Rusiya İmperiyasının keçmiş şöhrətinin 
həsrətini çəkirdilər. Georgi Fedotov bunu açıq etiraf 
edirərək yazırdı: “İnqilab bütün xalqların milli şüu-
runu möhkəmlətdi, dünən hakimiyyətdə olan millətin 
(yəni rusların – G.Y.) milli hisslərini əksinqilabi elan 
etdi”. Elə buna görə də rus milliyyətçiləri pravoslav 
xristianlığa çox bağlı idilər və hər vasitə ilə onu dir-
çəltməyə  çalışırdılar.  Çünki  İmperiyanın  dayaqla-
rından biri və ən əsası məhz din idi. Əgər Rusiyanın 
tarixinə baxsaq, oradakı daxili savaşların əksəriyyə-
tinin  yerli  xalqların  xristianlaşdırılmaya  qarşı  çıx-
malarından doğduğunu görərik. Kommunistlər dinin  
birləşdirici deyil, parçalayıcı gücünü bilir, SSRİ adla-
nan çoxmillətli və çoxdinli bir ərazidə onun rolunun 
qarşıya qoyulan məqsədlərə zidd olduğunu dərk edir-
dilər. Elə buna görə də ateizm siyasəti vüsət almışdı. 
Respublikalar, xalqlar öz müstəqilliklərini qorumaq, 
təbii sərvətlərindən istədikləri kimi yararlanmaq, ağa-
larsız bir dünya qurmaq istəyirdilər... Azərbaycanda 
da  milliyyətçi  ziyalılar  əvvəl  müsəlmanların,  sonra 
isə türk xalqlarının heç olmasa mənəvi birliyinə çalı-
şır, dil, etnik qohumluq əlaqələrinə diqqət yetirirdilər. 
1926-cı ildə I Türkoloji Qurultayın Bakıda keçirilmə-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə