Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

59
Qərbi  Ukrayna  Milli  Respublikasını  yaratdılar.  Bu 
dövlət  1919-cu  ildə  Ukrayna  Milli  Respublikası  ilə 
birləşsə də, tezliklə qoşun Qaliçdən çıxarıldı, Bukovi-
na Rumıniyaya, Macarıstan sərhədləri arasında qalan 
Ukrayna şəhərləri isə yeni qurulan Çexoslovakiyaya 
qatıldı.  Ukrayna  ilə  bağlı  dolaşıq  məsələlərdən  hali 
və  ana  babası  ukraynalı  olan  V.Lenin  1919-cu  ilin 
dekabrında “Ukraynada sovet hakimiyyəti haqqında 
RK(b)P MK qətnaməsinin layihəsi”ndə  yazırdı:
1) ...RKP dönmədən Ukrayna SSR-in müstəqilli-
yini qəbul etmək mövqeyində durur.
2) RKP, ÜRMİK-in 1919-cu il 1 iyun tarixli qərarı 
və Ukrayna MİK-in 1919-cu il 18 may tarixli qərarı 
əsasında RSFSR ilə Ukrayna SSR arasında federativ 
əlaqə yaradılmasına çalışacaqdır.
3)  Ukrayna  mədəniyyətinin  (dil,  məktəb  və  i.a.) 
əsrlər boyu Rusiya çarizmi və istismarçı siniflər tərə-
findən əzildiyini nəzərə alaraq, RKP MK bütün par-
tiya  üzvlərinə  bir  vəzifə  olaraq  tapşırır  ki,  Ukrayna 
dilinin  və  mədəniyyətinin  azad  inkişafı  yolundakı 
bütün  maneələrin  aradan  qaldırılmasına  hər  vasitə 
ilə kömək etsinlər. Uzun əsrlər boyu edilən zülmün 
nəticəsi olaraq ukraynalı kütlələrin geridə qalmış his-
səsində milliyyətçilik meylləri müşahidə olunduğuna 
görə RKP üzvləri onlara çox böyük ehtiyatla yanaş-
malı, Ukrayna zəhmətkeş kütlələri ilə Rusiya zəhmət-
keş  kütlələrinin  mənafe  birliyini  yoldaşcasına  izah 
etməyi həmin milliyyətçilik meyllərinə qarşı qoyma-
lıdırlar.  Ukrayna  ərazisində  RKP  üzvləri  zəhmətkeş 
kütlələrin öz ana dilində dərs oxumaq və bütün sovet 


60
idarələrində bu dildə danışıb yazmaq hüququnu işdə 
həyata keçirməli, Ukrayna dilini sıxışdırıb arxa sıraya 
salmaq  yolundakı  ruslaşdırma  cəhdlərinə  hər  vasitə 
ilə müqavimət göstərməli və Ukrayna dilini zəhmət-
keş  kütlələrə  kommunist  maarifi  vermək  vasitəsinə 
çevirməlidirlər. Dərhal tədbir görülməlidir ki, bütün 
sovet idarələrində Ukrayna dilini bilən kifayət qədər 
qulluqçu olsun və gələcəkdə bütün qulluqçular Uk-
rayna dilində danışa bilsinlər... 
5)  ...Ukraynada  kənd  əhalisinin  əlində  olan  kül-
li  miqdarda  silah, yoxsul  kəndlilərin mütəşəkkil ol-
madığı  şəraitdə,  təcrübədən  göründüyü  kimi,  labüd 
olaraq  qolçomaq  və  əksinqilabçı  ünsürlərin  əlində 
toplandınğı və bu səbəbdən də zəhmətkeşlərin dikta-
turası əvəzinə felən quldur qolçomaqların hökmranlı-
ğı əmələ gəldiyi üçün Ukraynada sovet quruculuğu-
nun ən birinci vəzifəsi bütün silahı yığıb fəhlə-kəndli 
Qızıl Ordusunun əlində toplamaqdan ibarətdir.
Slavyan birliyi adı ilə milliyyətçi rusların ukrayna-
lıların və belarusların milli kimliyini, dilini öz içində 
əritmək  cəhdlərini  yaxşı  anlayan  İosif  Stalin  də  bu 
xalqların dilinə və özünütəsdiqinə diqqət yetirirdi. Bu-
nun da əsas səbəblərindən biri o idi ki, 1920-1921-ci 
illərdə Rusiya Polşa ilə müharibədə Qərbi Ukraynanı 
və Qərbi Belarusiyanı itirmişdi. Ukrayna və Beloru-
siya (1991-ci ildə Belarus Respublikası – G.Y.) xalq-
larının rəğbətini qazanmaq lazım idi... O, RK(b)P-nin 
1921-ci il  martın 8-16-da keçirilən X qurultayındakı 
son  çıxışında  (10  mart)  Belorusiya  Respublikasının 
və buranın əhalisinin öz dilini inkişaf etdirməsindən, 


61
rusların bu yerlərdə müvəqqəti say üstünlüyü təşkil 
etdiyindən danışarkən deyir: “... burada birisi mənə 
yazıb  deyir  ki,  guya  biz  kommunistlər  süni  surətdə 
belorus  milləti  yaradırıq.  Bu  doğru  deyildir,  çünki 
belorus  milləti  vardır,  ona  görə  də  belorus  xalqının 
mədəniyyətini yalnız bu xalqın ana dilində yüksəlt-
mək olar”. Daha sonra bu məsələ ilə bağlı  Ukraynanı 
örnək gətirir: “Təqribən beş il bundan qabaq Ukray-
na haqqında da eyni sözlər (guya biz kommunistlər 
süni  surətdə  Ukrayna  milləti  yaradırıq)  eşidilirdi. 
Hələ  bir  az  bundan  əvvəl  deyirdilər  ki  (rus  milliy-
yətçiləri  –  G.Y.),  Ukrayna  respublikası  və  Ukrayna 
milləti  almanların  uydurmasıdır.  Halbuki,  Ukrayna 
milləti vardır və bu millətin mədəniyyətini inkişaf et-
dirmək kommunistlərin vəzifəsidir. Bu aydındır. Ta-
rixin əleyhinə getmək 
olmaz.  Aydındır  ki, 
əgər  Ukrayna  şəhər-
lərində hələ də ruslar 
çoxluq  təşkil  edirsə, 
bir  zaman  gələcək, 
bu  şəhərlər  hökmən 
ukraynalılaşacaqdır”.
Gələcək  rəhbərin 
bu  səyləri  əbəs  de-
yildi.  Az  sonra,  yəni 
1924-cü  ildə  Ukray-
na  Rusiyadan  ayrı, 
müstəqil  respublika 
kimi  Sovetlər  Birli-
İosif  Stalin
 (1879 - 1953)


62
yinə daxil oldu. Bununla da V.Lenin və İ.Stalin o döv-
rdə slavyan birliyinin, rus şovinizminin qarşısını aldı-
lar...  Əslində Stalin Ukrayna və Belorus xalqlarının 
tarix boyu ruslardan qaçmaq cəhdlərini yaxşı görürdü 
və bilirdi ki, rusların içərisində ərimək təhlükəsi ola-
caqsa, ukraynalılar və belaruslar daim həsrətlə onları 
tarixi bağların birləşdirdiyi Polşaya baxacaqlar...           
  17  sentyabr  1939-cu  ildə  Polşaya  hücum  edən 
SSRİ Qərbi Belarusu və Qərbi Ukraynanı azad etmək 
adı ilə işğal etdi. Polşanın əlində olan Şərqi Qaliç və 
Qərbi Volniya da Ukrayna SSR-ə daxil edildi. İkin-
ci Dünya Savaşı zamanı Sovet qoşunları qərbə doğ-
ru  hərəkət  edərkən  bu  torpaqlarda  bir  daha  gücünü 
göstərdi. Beləliklə, Moskvanın təsiri daha da güclən-
di və o, bölgədə qeyri-rəsmi təzyiq sahibi olma haqqı-
nı qazandı...
d) MİFLƏRİN DARMADAĞIN OLDUĞU 
YER – XATIN
2015-ci ilin may ayının 9-da əksər keçmiş sovet 
xalqları kimi biz də alman faşistləri üzərində qələbə-
nin 75 illiyini bayram etdik. Buna haqqımız da var-
dı. Hər zaman deyildiyi kimi, Bakı neftinin sayəsin-
də əldə olunmuş qələbəni qeyd etməkdə haqlıyıq ən 
azından ona görə ki, kimlərsə bu qələbəyə tək yiyə 
çıxmasınlar...  1941-1945  savaşında  Berlinə  gedən 
yolları sulayan Azərbaycan vətəndaşlarının  qanı da 
qələbəni  hər  dəfə  bir  addım  da  yaxınlaşdırıb...  La-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə