Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

49
sına görə xaç” təsis etmişdir. Praqa qətliamında iştirak 
edənlərin hər biri üzərində “Əmək və şücaətə görə” 
yazılmış həmin qızıl və gümüş xaçlarla mükafatlan-
dırıldı. Xaçların arxasına “Praqa 24 oktyabr 1794-cü 
ildə alınmışdır” sözləri yazılmışdır. 
Bu gün çoxları təəccüblənir: niyə slavyan polyak-
larda, çexlərdə ruslara bu qədər nifrət var? Budur bu-
günkü nifrətin kökündə duran qanlı faktlar... Heç kəsə 
aman verməyən rus əsgərlərin törətdiyi bu vəhşiliyi 
zaman unutdursa da, tarix unutmadı... 
2009-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri 
Medvedevin  feldmarşal A.Suvorovun  xatirəsini  an-
ması çexlər və polyaklar arasında narazılığa səbəb ol-
muşdur. Onlar, əsasən də Polşanın “Hüquq və ədalət” 
partiyası, Şimal Praqasının Varşava rayonunun Şura 
və İdarəsi, “Katolik hərəkat” təşkilatı və rayonun Pol-
yak Skautlar Birliyi 1794-cü ilin noyabrında Praqanın 
Varşava rayonunda dinc əhaliyə qarşı törədilən qətli-
Praqa qətliamı  (1794)


50
amın əsas günahkarının A.Suvorov və onun rus ordu-
su olduğunu unutmur, bu gün belə tarixin nifrət dolu 
xatirələrini  araşdırır,  gənc  nəslə  öyrədirlər.    Məğ-
lub olanların şərəfinə (Gloria Victis) keçirilən anma 
törənlərində Varşava teatrlarının tanınmış aktyorları, 
ictimai xadimləri iştirak edir, Praqa qətliamında öldü-
rülənlərin ruhuna dualar oxunur, şəhidlərin xatirəsinə 
qoyulan xaçın önünü əklillərlə bəzəyirlər. Rusiyada 
Aleksandr  Suvorov  Rusiya  hərb  tarixi  üçün  qürur 
mənbəyi  olduğu  halda,  çexlər,  polyaklar  arasında 
qəddarlığı,  dinc  əhaliyə  qarşı  amansızlığı  ilə  yadda 
qalmışdır. Rusiyanın işğalçılıq siyasətinə qarşı ayağa 
qalxan  əhalinin 20 mini (bu gün polyaklar bu rəqəm 
üzərində dayanırlar) bir neçə saat ərzində qanına qəl-
tan edilmişdir. Başı kəsilənlər, qanı tökülənlər arasın-
da çoxlu sayda qadın və uşaqların da olması faciənin 
masştabını daha da genişləndirir...
Praqada rusların vəhşiliklərini əks etdirən karikatura


51
3) REÇ  POSPOLİTAYANIN  ÜÇÜNCÜ  
PARÇALANMASI
Praqa qətliamından sonra 1795-ci ildə Reç Pospo-
litayanın Rusiya, Prussiya və Avstriya arasında üçün-
cü  parçalanması  baş  verdi  və  Reç  Pospolitaya  bir 
dövlət kimi tamamilə ortadan qalxdı.
 Bu parçalanmalar zamanı Litva, Belarus (Prussi-
yaya qatılan Belostok şəhəri olan hissədən başqa) və 
Avstriyaya qatılan Qalitsından başqa bütün Ukrayna 
torpaqları Rusiyanın əlinə keçdi...
a) İŞĞAL OLUNMUŞ  ƏRAZİLƏRİN 
DURUMU
 1850-ci illərdə Rusiyanın əlinə keçən ərazilərdə 
“qırmızılar” adlandırılan dəstələr tərəfindən aqrar is-
lahatlar, demokratikləşmə və müstəqillik tələbləri ar-
tır, açıq silahlı mübarizə və üsyanlar hazırlanırdı. Belə 
bir vaxtda Anjey Zamoyski kənd təsərrüfatı cəmiyyə-
ti yaradır. Qısa müddət ərzində cəmiyyətin ətrafında 
əksəriyyəti Sibir sürgünündən qayıdan polyaklardan 
ibarət xeyli qüvvə toplanır. 
Tezliklə  Kırım  xanlığı  da  “Tavrida”  adı  ilə  Ru-
siyaya  ilhaq  edildi. Artıq  rus  mülkədarlarının  axını 
ilə qarşılaşan Qara dəniz ətrafının məhsuldar çölləri 
Novorusiya  adlandırılırdı...  Bu  gün  də  Rusiya  işğal 
etdiyi Ukrayna ərazilərini Novorusiya adlandırmaqla 
Çar Rusiyasının yarımçıq qalmış işğalçı siyasətini da-


52
vam etdirdiyini sübuta 
yetirir...
1830-1831-ci  illər 
polyak üsyanında Var-
şavanın  müdafiəsində 
qətlə  yetirilən  general 
Y.Sovinskinin  həyat 
yoldaşının  dəfnindən 
sonra  polyak  tələbələr 
və  şəhər  yoxsulları 
pravoslav  rus  məzarlı-
ğına  gedərək  qəbirləri 
təhqir  edir,  dağıdırlar 
(polyakların  əksəriy-
yəti  o  vaxtlar  katolik 
idilər  –  G.Y.).  Sonrakı 
günlər mağazaların üzərində rusca yazılmış lövhələri 
qopardır,  Varşavanın  rus  əhalisinə  hədələr  yağdırır, 
qorxu altında saxlayırlar. Bu durumda ordu ilə toqquş-
ma  özünü  çox  gözlətmir,  5  nəfər  ölür.  Nəticədə  II 
Aleksandr Polşa Krallığının Dövlət Şurasının bərpası 
haqqında fərman verməli olur. Lakin polyaklar Rusi-
yanın ağalığı ilə heç cür barışmaq istəmirdilər. Tələ-
sik yaradılmış silahlı dəstələr tez-tez rus qarnizonları-
na hücum edirdilər. 27 yanvar (8 fevral) 1863-cü ildə 
Peterburqda imzalanan Alvensleben Konvensiyasına 
əsasən Rusiya və Prussiya öz aralarında polyak üs-
yançılara  qarşı  birgə  əməliyyat  razılığı  imzaladılar. 
Tezliklə cənub-qərb əyalətlər də, Volınsk quberniyası 
da, Kiyev quberniyası da, Vilensk, Kobensk quberni-
Anjey Zamoyski 
(1800-1874)


53
yaları da ruslara qarşı üsyana qalxdılar. Üsyanda 77 
min adam iştirak edirdi. Təbii ki, üstünlük yaxşı si-
lahlanmış nizamlı ordusu olan rusların tərəfində idi. 
Rusiyanın və pravoslav xristianlığın təsir və təzyiqin-
dən qurtulmaq istəyən polyaklar, litvalılar, ukrayna-
lılar son nəfəslərinə qədər vuruşurdular. Şimal-qərb 
əyalətlərdə vuruşan rus ordu komandiri M.Muravyov 
Vilnuda  general-qubernator  olduğu  dövrdə  128  üs-
yançı asılmış (rəqəmlər artıq da ola bilər. Çünki qay-
naqlar ruslara aiddir – G.Y.), 12 500 üsyançı sürgün 
edilmişdir. Üsyançılar 30 min, ruslar isə 3 343 nəfər 
itki  vermişdilər.  Rusiya  tərəfindən  işğal  olunmuş 
vətən torpaqlarının azadlığı uğrunda mübarizə apara-
raq şəhid olmuş 30 min insan! Əlbəttə ki, səhifələrinə 
qanla yazılmış bu tarix heç vaxt unudulmadı, 1794-cü 
ilin kinini daha da artırdı, üstü küllə örtülərək böyük 
kinə çevrildi...   
Bundan  sonra  Polşanın  ruslaşdırılması  siyasəti 
başladı. Bunun üçün Litva və Belarusda rus dilində 
ibtidai məktəblər açıldı, əhalininin pravoslav ruhun-
da maarifləndirilməsinə başlandı. Katoliklərə dövlət 
vəzifələrində çalışmağa icazə verilmədi. Ona görə də 
sürgündən sonra bəzi polyak, litvalı və ukraynalılar 
geri dönmədilər, Rusiyanın iç əyalətlərində məskun-
laşdılar. Qeyd edək ki, məşhur bəstəkar Dmitri Şos-
takoviç və yazıçı Aleksandr Qrin məhz belə sürgün 
üsyançıların övladlarıdırlar... Üstəlik də sürgün olu-
nanların ailələrindən tələb edirdilər ki, iki il ərzində 
torpaqlarını satsınlar. Satılan torpaqları isə yalnız pra-
voslav ruslar ala bilərdilər. Kişi əhaliyə yaşayış yerin-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə