Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

84
Bu əlverişli fürsətdən istifadə edə bilib-bilməmə-
yimiz bizim özümüzdən, yəni hər şeydən əvvəl orada, 
Sovet Rusiyasında həyata qədəm qoyan yeni nəsildən, 
az dərəcədə isə buradakılardan, mühacirətdəkilərdən 
asılıdır.
Mən burada, heç şübhəsiz ki, rus yüksəlişinin si-
yasi şərtləri üzərində dayanmayacağam. Belə mütləq 
şərt Rusiyada milli hakimiyyətin yaranışıdır. Sadəcə 
mötərizədə  qeyd  etməliyəm  ki,  kommunist  diktatu-
rasının  süqutu  həm  Rusiyanın  milli  güclərinin  azad 
olacağı, həm də böyük təhlükə anıdır. O, sözsüz ki, 
hazırda  Rusiyanın  bəzi  xalqlarının  yatırılmış  sepa-
ratist tendensiyalarının da əl-qolunu açacaq və onlar 
ölkənin  xarici  düşmənlərinin  dəstəyinə  söykənərək 
Rusiyadan qopmaq üçün inqilabdan istifadə etməyə 
cəhd göstərəcəklər. Böhranın yaxşı sonluqla bitməsi 
yeni hakimiyyətin gücündən, onun siyasi kimliyindən 
və xarici təzyiqlərdən azad olmasından asılıdır.
Burada  yalnız  işimizin  əsasən  ziyalıların  payına 
düşən  mənəvi  tərəfi  üzərində  dayanacağıq.  Qısaca-
sı, bu, özündə milli şüuru oyatmaq, inkişaf etdirmək, 
dərk etmək, “alovlandırmaq” vəzifəsidir.
Bizim  dövrümüz  artıq  xalqın  şüursuz-orqanik 
qeyri-mütəşəkkilliyinin  nə  olduğunu  bilmir.  Mədə-
niyyətin  bu  mənbəyi,  demək  olar  ki,  tükənib  və  bu 
“torpaq”  dönə-dönə  eninə,  uzununa  şumlanıb.  Rus 
xalqı rasionalizm cığırına qədəm qoyub, kitaba, çap 
olunmuş sözə inanır, uşaq vaxtından məktəbdə süni 
mədəniyyət  şəraitində  öz  simasını  formalaşdırır  (və 
ya  eybəcər  hala  salır).  Elə  buna  görə  də  ziyalıların 


85
(hətta keyfiyyətcə aşağı ziyalıların da, jurnalistikanın 
da) təsiri bu qədər artır. Elə buna görə də tarixi hə-
yata  yeni  ziyalılar  tərəfindən  yaradılan  “qondarma” 
xalqlar əmələ gəlir və həyata vəsiqə alır. Ziyalılar bu 
xalqları, belə deyək, “yaddaşdan”, çoxdan ölmüş ta-
rixi  xatirələri  toplayaraq,  canlandıraraq,  etnoqrafik 
məişəti dirçəldərək yaradırlar. Əgər məktəb və qəzet 
bir  tərəfdən  yox  olan,  dağıdılan,  kosmopolit  mədə-
niyyətin bələdçilərinə çevrilərlərsə, onda elə onların 
özləri  də  milli,  yaradıcı  mədəniyyətin  yaranmasına 
xidmət edə bilərlər və artıq edirlər də. Biz (ruslar – 
G.Y.) sadəcə öz başı soyuqluğumuzdan əl çəkməli və 
kiçik xalqların qaynar, qızğın işlərindən, onların heç 
nədən və ya, demək olar ki, heç nədən milli ənənələr 
düzəldən ziyalılarının işindən nümunə götürməliyik. 
Bizim ənənələrimiz zəngin və şərəflidir, lakin o, son 
nəslin  şüurunda  tozlanıb,  sönükləşib.  Bəziləri  üçün 
qərbin  gözəlliklərinin  kölgəsində  qalıb.  Digərləri 
üçün Rusiyanın rəsmi və yalançı obrazı olan III Alek-
sandrın incəsənətdə, tək incəsənətdə deyil, elə bütün 
sahələrdəki psevdorus üslubu tipikdir. Biz Rusiyanın 
cizgilərini sevgilə nəzərdən keçirməli, onu öyrənmə-
li, yerə basdırılmış xəzinəsini üzə çıxartmalıyıq.
Biz onun tarixini bilməli, qəhrəmanlarını sevmə-
li, ədəbiyyatının, xüsusilə də incəsənətinin ən qədim 
əsərlərini (birinci ilə bizdə heç kəs maraqlanmayıb) 
qiymətləndirməliyik. Bu böyük incəsənət müharibə-
dən  (burada  I  Dünya  müharibəsi  nəzərdə  tutulur  – 
G.Y.) bir az əvvəl aşkar olunmuşdur.
Rusiya ziyalılarının böyük əksəriyyətinin hələ də 
bu incəsənətin varlığı haqqında təsəvvürləri belə yox-


86
dur. Lakin o, xarici aləmə də ünvanlanan rus dühası-
nın meyarını obyektiv əks etdirir.
Biz dini rəvayətlərdən bizə öz vəsiyyətlərini, əbədi 
xristianlığın milli düşüncələrini gətirən rus müqəddəs-
lərinin canlı üzlərini ayırd etməyi bacarmalı və onlara 
hörmətlə yanaşmalıyıq. Bu vəsiyyətləri başa düşmək 
heç də həmişə asan olmur. Bu barədə düşünənlər də 
çox deyil. Biz torpağımızı yaradan qəhrəmanlar olan 
knyazları, çarları və vətəndaşları da hörmətlə anmalı, 
onların səhvlərindən, çöküşlərindən nəticə çıxardaraq 
mübarizə və əmək səlnamələrini öyrənməliyik. Onla-
rı müti şəkildə yamsılamalı deyil, ulu babalarımızın 
igidliklərindən  ruhlanaraq  azad,  sərbəst  yaradıcılığı 
öyrənməliyik. Canlı Rusiyanı, onun təbiətini, xalqla-
rının həyatını, onların əməyini, incəsənətini, inamla-
rını və məişətini bilməliyik. Hər şeydən öncə isə Ve-
likorusiyanı tanımalıyıq.
Bizim milli şüurumuz yeni Rusiyanın çətin prob-
leminə uyğun olaraq mürəkkəb olmalıdır (primitivlik 
ölümə  aparır).  Bu  şüur  eyni  vaxtda  həm  velikorus, 
həm rus, həm də Rusiya yönümlü olmalıdır.
Mən burada əsasən velikoruslara müraciət edərək 
danışıram.  Özlərinin  rusluğunu  itirən  maloruslar  və 
ya ukraynalılar üçün bu düstur belə şəkil alacaq: ma-
lorus, rus, Rusiya.
Yuxarıda  deyilənlərdən  sonra  Velikorusiyanın 
dirçəldilməsinin,  canlanmasının  mütləq  vacibliyi 
aydındır.  Rusiyanın  tarixi  keçmişinə  hər  bir  baxış, 
onun  cığırları  ilə  hər  cür  zəvvarlıq  bizi  Velikorusi-
yaya,  divarlarında  naxışları,  ilahiyyatçı  “rənglərdə 


87
abstrakt  mühakimənin”  möcüzəli  gözəlliyini  qoru-
yub  saxlayan  nəhəng  monastr  divarlarının  ağardığı, 
meşənin dərinliklərində yaşayan əski məişət əşyaları-
nın, qədim inamların, hətta bılinalar poeziyasının da 
yaşadığı şimala gətirib çıxarır; əski şəhərlər (Uqliç, 
Voloqda), qədim monastrlar (Kiril, Ferapontov) milli 
muzeylərə, bütün Rusiya üçün elmi-bədii ekskursiya-
lar mərkəzinə çevrilməlidir. 
Bolşevik Rusiyasına da gətirib çıxaran müqəddəs 
keçmişin öyrənilməsi məsələsi Rusiyanın bütün xalq-
larını bu təşəbbüsə cəlb edən sönməz qısqanclıqla da-
vam etməlidir. Qoy Rus şimalı tək bizim üçün dünya-
nın hər yerindən ziyarətçiləri cəlb edən qədim Ellada 
və ya orta əsrlər İtaliyası kimi müqəddəs möcüzələr 
ölkəsi olmasın. Biz ruslar və xristianlar üçün bu mö-
cüzələr  diyarı  ikiqat  müqəddəsdir:  demək  olar  ki, 
onun hər vilayəti duaları ilə iztirablı Rusu xilas edən 
və dəstəkləyən, səssiz meşədə xilasını tapan döyüşçü 
Sergiyin dəstəsi haqqında xatirələri qoruyub saxlayır.
Lakin  Rus  Şimalı  təkcə  muzey,  təkcə  müqəddəs 
məzarlıq deyil. Xoşbəxtlikdən həyat onu tərk etmə-
mişdir. Azsaylı əhalisi möhkəm, əməksevər və zən-
gindir. Onun qarşısında böyük iqtisadi imkanlar var. 
Ağ dəniz və onun mədənlərinə, digər zənginliklərinin 
istifadəsinə elmi yanaşma olarsa, bütöv bir diyar dir-
çələ bilər.
Moskvanın  sənaye  rayonu  (burada:  Yaroslav, 
Kostroma)  inqilabın  sınağından  çıxdı.  Bu  torpaqda 
“müqəddəs  Rus”,  müqəddəs  keçmiş  müasir  manu-
fakturalarla, fəhlə qəsəbələrilə yanaşıdır. Bu qonşu-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə