Güllü. indd


GEORGİ  FEDOTOV RUSİYA YAŞAYACAQMI?



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

76
GEORGİ  FEDOTOV
RUSİYA YAŞAYACAQMI?
   Bu sual, şübhəsiz ki, rusların çoxu üçün ağlasığ-
maz görünəcək. Budur, artıq on bir ildir ki, (məqalə 
1929-cu  ildə  yazılmışdır  –  G.Y.))    biz  özümüzdən 
“tezlikləmi bolşeviklər süqut edəcək?” – deyə soruş-
mağa adət etmişik. Bolşeviklərin çöküşünün ardınca 
da  Rusiyanın  milli  dirçəlişi  başlayacaq.  Buna  zərrə 
qədər  də  şübhə  yox  idi.  Biz  inqilabda  milli  şüurun 
deyil, hakimiyyətin böhranını görməyə adət etmişik.
Çoxları  təhlükəni  görmür,  ona  inanmır.  Mən  bu 
təhlükənin əlamətlərini göstərə bilərəm. Ən həyəcan-
lısı, mistik əhəmiyyətlisi Rusiyanın adının unudulma-
sıdır.  Hamı  bilir  ki,  onu  ört-basdır  edən  dörd  hərfli 
SSRİ-də Rusiya adını əks etdirən heç bir işarə yox-
dur. Bu dövlət formasiyası dünyanın istənilən hissə-
sində yarana bilər: Şərqi Asiyada, Cənubi Amerikada. 
Rusiya haqqında xatirələri qoruyub saxlayan Xaricdə 
(burada  mühacirlərin  yaşadığı  yerlər  nəzərdə  tutu-
lur – G.Y.) onun adını silən axınlar, qruplar yaranır: 
Rusiya yox, “Şərqi Avropa Xalqları İttifaqı”; Rusiya 
yox, “Avrasiya”. Bu faktlar nədən xəbər verir? Ondan 
xəbər verir ki, Rusiya istənilən  dövlət quruluşu ilə 
doldurulması mümkün olan boş, məzmunsuz coğrafi 
və etnoqrafik məkana çevrilir. Bəziləri beynəlmiləl-
çidirlər, rus milli ənənələri onlara heç nə demir; di-


77
gərləri bu ənənənin özəyi olan vəsiyyətdən – İslama 
qarşı durmaqdan, Çingiz xana müqavimətdən boyun 
qaçıran, imtina edən dünənki vətənpərvərlərdir. On-
lar öz xülyalarında uydurduqları tamamilə yeni ölkə 
yaratmaq istəyirlər. Hər iki halda Rusiya dövlət utopi-
yasının əsası üçün çox şey vəd edən milli səhra kimi 
düşünülür.
Bu əlamətlərə Rusiyaya kənardan daxil olmuş zi-
yalı düşüncəsinin yeni xəstəliyi kimi yanaşaraq onla-
rı görməmək olar. Lakin heç kəs Rusiyanın bədənini 
parça-parça edən separatizmin hədələyici mahiyyəti-
ni inkar edə bilməz. İnqilabın bu on bir ilində onun 
halsızlaşmış bədənində onlarla milli düşüncə yaran-
dı, inkişaf etdi, bərkidi. Bəziləri artıq təhlükəli gücə 
çevriliblər. Dünən yarım vəhşi halında olan hər xırda 
xalqcığaz rus müəllimlərini qovaraq özlərindən uzaq-
laşdıran yarımziyalı kadrlar ifraz edir. Beynəlmiləlçi 
kommunizm pərdəsi altında elə kommunist partiya-
sının  sıralarındaca  Rusiyanın  tarixi  bədənini  didib 
parçalamağa cəhd göstərən milliyyətçi kadrlar yetişir. 
Əlbəttə ki, Kazan tatarlarının gedəcək yerləri yoxdur. 
Onlar Kazanı Avstriyanın paytaxtı kimi ancaq arzu-
laya  bilərlər.  Lakin  Ukrayna,  Gürcüstan  (ziyalıların 
timsalında) müstəqilliyə, Azərbaycan və Qazaxıstan 
isə Asiyanın İslam mərkəzlərinə can atırlar.
Uzaq  Şərqdən  Yaponiya  hərəkətə  keçir,  tezliklə 
Çin də başlayacaq. Elə bu yerdə dəhşətlə öyrənirik ki, 
sibiryaklar, təmiz qanlı velikoruslar olan sibiryaklar 
da Rusiyaya dişlərini qıcayaraq Yaponiya üçün asan 
şikara çevrilə biləcək Sibir Respublikası arzusunda-


78
dırlar. İnqilab bütün xaqların milli şüurunu möhkəm-
lətdi, dünən hakimiyyətdə olan millətin (yəni rusların 
– G.Y.) milli hisslərini əksinqilabi elan etdi. Çoxla-
rı indi təəccüblə öyrənirlər ki, SSRİ-də velikoruslar 
cəmi 54% imişlər. Və əgər biz xəyalən Rusiyadan qo-
pan qərb vilayətlərini də ona əlavə etsək, bu zəif çox-
luq elə həmin dəqiqə azlığa çevriləcək. Avropanın və 
Asiyanın  böyük  imperiyasının  öz  mədəniyyətini  və 
dövlət idarəsini bütöv bir etnoqrafik materik üzərində 
sərgiləyən  milli  azlıq  tərəfindən  qurulması  kimi  bir 
faktı görməmişik.  Biz haqlı olaraq fəxrlə deyirik ki, 
Rusiyanın bu hegemonluğu onun bütün (yalnız qərb 
yox)  xalqlarına  rus  mədəniyyəti  kimi  ümumbəşəri 
mədəniyyətlə  təmasda  olmaq  imkanı  verən  xoşbəxt 
tale idi. Bizim övladlığa götürdüyümüz, böyütdüyü-
müz uşaqlar onları yedirdən məktəbi tanımaq istəmir, 
harasa qərbə və şərqə, Polşaya, Türkiyəyə və ya bey-
nəlmiləl adı altında mənəvi yoxluğa can atırlar.
Çox qəribədir ki, bu qədər hay-küyün, çığırtı-ba-
ğırtının içərisində təkcə velikorus (yəni ruslar – G.Y.) 
həyat əlaməti göstərmir. O, hər şeydən, aclıqdan, haq-
sızlıqdan, cəhalətdən şikayət edir, yalnız bir şeyi dərk 
etmir, bir şeyi anlamır ki, bu təhlükə artıq onun milli 
varlığını hədələyir.
Bu qəribə ölgünlüyün, süstlüyün səbəbi haqqında 
düşünəndə biz özümüz xəstəliyin köklərinin nə qədər 
dərin olduğunu dərk etməyə başlayırıq. Bunda  im-
periya dövründə rus cəmiyyətini təşkil edən ziyalılar 
və hakimiyyət deyilən üç əsas güc eyni dərəcədə gü-
nahkardır. Rus ziyalıları, yəni hakim qərbyönlü qanad 


79
üçün milli ideya mütləq hakimiyyətlə tarixi bağlılı-
ğına görə iyrənc bir ideya idi. Milli hər nə vardısa, 
mürtəcelikdən xəbər verir, zorakılıq və rəsmi yalanla 
eyniləşdirilirdi.  Bütöv  bir  nəsil  üçün  “vətənpərvər” 
sözü söyüş kimi səslənirdi. İctimai ədalət məsələləri 
milli həyatın mənasını üstələyirdi. Milli fikir hökumət 
tərəfindən dəstəklənən sağ partiyaların monopoliya-
sına çevrilmişdir. Bəs slavyanpərəstlərin davamçıları 
onun başına nə oyun gətirdilər? Nə vaxtsa Aksakov-
ları,  Kireyevskiləri,  Dostoyevskiləri  ruhlandıran  rus 
milli  ideyası  son  onilliklərdə  görünməmiş  dərəcədə 
kobudlaşmışdır. Slavyanpərəstliyin təqlidçiləri onun 
müsbət  yaradıcı  məzmununu  tamamilə  unutdular. 
Onlar  boş,  əsassız  güc  tərəfindən  hipnoz  olunaraq 
əxlaqi  ideyanı  əldən  verdilər.  Rus  milliyyətçiliyi, 
başlıca olaraq,  kiçik xalqların məqsədsiz bir-birinə 
saldırılmasında,  Rusiya  üçün  yeni-yeni  düşmənlər 
yaradaraq onların qanuni mənəvi tələbatlarını tapda-
maqda öz əksini tapırdı. Və, nəhayət, xalq, neçə əsrlər 
boyu bir igid səbrilə öz çiyinlərində imperiyanın ağır-
lığını daşıyan xalq birdən-birə onu qorumaqdan bo-
yun qaçırdı. Əgər rus inqilabının çoxsaylı tərkib his-
sələrindən bir faktı, bir və ƏSAS faktı qeyd eləmək 
lazımdırsa, o budur: dünya müharibəsinin üçüncü ili 
(söhbət Birinci Dünya Müharibəsindən gedir – G.Y.) 
rus xalqı gücünü və səbrini itirdi və Rusiyanı müda-
fiə etməkdən imtina etdi. Bu xalq nəinki müharibənin 
məqsədini dərk etmək hissini (çətin ki, əvvəlcədən də 
dərk edirdi), hətta Rusiyanın lazımlığı düşüncəsini də 
itirdi. Onun artıq heç nəyə heyfi gəlmirdi, nə Beloru-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə