Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   21   22   23   24   25   26   27   28   29

108
yerlilərlə  toqquşma  vaxtı  ölən  və  yaralananlar  da 
olurdu.
Rus «goreşənlər»i qazılan türk məzarlarından çox-
lu qızıl və gümüş əşyalar – at üçün bəzək əşyaları, 
zirehli geyim, qadın bəzək əşyaları, silah və s. oğur-
layır, sonra da əldə etdiklərini satırdılar. Bu da aydın 
məsələdir. Çünki türk torpaqlarına köçən ruslar hələ 
əkin-biçinlə məşğul olmur, daha asan varlanma yolu 
seçirdilər. Yerli əhalinin heyvandarlıqla məşğul oldu-
ğunu görən ruslar bu işin onlara görə olmadığını çox 
tez  anlamışdılar.  Çünki  heyvandarlıq  bir  mədəniy-
yətə, yaşayış tərzinə bağlı məşğuliyyətdir. Ucsuz-bu-
caqsız çöllərdə çoxsaylı qoyun sürülərini, at ilxılarını, 
mal-qara naxırını yeyəcəklə təmin eləmək üçün köçə-
ri və yarı köçəri çöl mədəniyyətini bilmək lazım idi. 
Bunu da uşaqlıqdan görməklə, içərisində yaşamaqla, 
inamlarla, nağıllarla, rəvayətlərlə qanına, canına hop-
maqla qazanmaq olardı...
Radlov  rusların  Sibir  torpaqlarını  zəbt  etməsin-
dən danışarkən müdafiə etdiyi Çar Rusiyasının Sibir-
də apardığı «milli siyasət»ini tam çılpaqlığı ilə açıb 
göstərmişdir.
Rusların  işi  yalnız  təbiəti  məhv  etməyə  yönəl-
mirdi. Missionerlər hər yerdə xristianlığı təbliğ edir, 
əhalinin oturaq şəraitdə yaşaması, milli adət-ənənə-
sindən, həyat tərzindən uzaqlaşdırılması üçün kəndlər 
salır, kilsələr tikdirir, yerlilərlə rus qızlarının evlən-
məsinə şərait yaradır, rus məktəbləri açırdılar. 1830-
cu ildə teleut aalı (teleut türklərinin yaşadığı yer – aul 
– G.Y.) Ulaluda (indiki Qorno - Altaysk şəhərində – 


109
G.Y.) arximandrit Makariy Altayda ilk xristian kilsə-
sinin özülünü qoyur. On dörd il ərzində o, 366 kişini, 
309  qadını  xristianlaşdırır. V.Radlov  özünün Altaya 
axırıncı səfərinin nəticələrini araşdırarkən göstərir ki, 
orada səkkiz missioner mərkəzi vardı: Ulalu, Muytu, 
Urusul və ya Onqoday, Şamal, Qara Anuy, Makaryev, 
Köbizən. Bu ərazilərdəki yaşayış məntəqələrində xaç 
suyuna salınmış yerli əhali ruslarla bir yerdə yaşayır, 
rus  dilini,  rus  adət-ənənəsini  öyrənirdi.  Missioner-
lər daim onların əsl xristian kimi yetişmələrinə göz 
qoyurdular. Xristianlığı qəbul etmiş yerlilər özlərini 
ruslara bənzətməyə çalışır, onlar kimi geyinir, onların 
yediyindən yeyir, hətta öz aralarında söhbət edəndə, 
çalışırdılar ki, çoxlu rus sözləri işlətsinlər. Lakin bü-
tün bunlara baxmayaraq, ruslar onlara yuxarıdan aşa-
ğı baxır, saymır, ələ salıb gülürdülər. Rusları yamsı-
layan yerlilər üçün ən böyük xoşbəxtlik rus qızları ilə 
evlənmək idi. Çünki o, artıq özünü rus saya bilərdi. 
Belə  qarışıq  nigahlardan  törəyənlərdə  türk  elementi 
itir, rus anaların uşaqları türk atalarının dilini bilmir 
və ya çox pis bilirdilər. Bu uşaqlar rus məktəblərin-
də oxuyur, bu ruhda tərbiyə alır, evdə analarının bi-
şirdiyi  rus  milli  xörəklərini  yeyir,  rus  dilində  layla 
eşidir,  xristian  bayramlarını  keçirirdilər.  Radlovun 
fikrincə, əhalini tam xristianlaşdırmamış rus məktəb-
lərini açmaq tələsmək demək idi. Çünki milli ruhdan 
uzaq olan xristianlaşdırılmış yerlilər öz soydaşlarına 
təsir  edə  bilmirdilər.  Türklərin  əksəriyyəti  dinlərini 
dəyişənlərə satqın kimi baxırdılar. Bu «satqın» yer-
lilər tək öz dinlərindən əl çəkmir, soyadlarından və 


110
adlarından da imtina edirdilər. Bununla belə, Radlov 
xristianlığı  qəbul  edənlərin  azlığından  təəssüfləndi-
yini  də  gizlətmirdi. Altaylıların  əksəriyyəti  ruslarla 
yaxınlıqdan öz milli xüsusiyyətlərini itirəcəklərindən 
qorxur və, ona görə də, onlarla təmasdan, ünsiyyət-
dən qaçırdılar.
Bir çox türk tayfaları kimi, teleutların da ən çox 
qorxduqları  şey  xaç  suyuna  salınma,  yəni  vatiz  idi. 
Onlar rusların torpaqları zəbt etdiklərindən Radlova 
şikayət edərkən, o izah edir ki, bu torpaqlar xanədan 
yerlərdir və rus imperatoru onlardan istədiyi kimi is-
tifadə edə bilər. Lakin türk tayfalarının əksəriyyəti, o 
cümlədən də şorlar, teleutlar bu fikirlə barışa bilmir, 
nəticədə ruslarla tez-tez münaqişəli vəziyyət yaranır-
dı. Keşişlərin dediyinə görə, ən çətin xristianlaşdırı-
lanlar kumandı tatarları və qadınlardır. Bununla belə, 
rusların «milli siyasəti» öz işini gördü və bu ərazidə 
xristianlaşdırma  və  ruslaşdırma  digər  yerlərdəkinə 
nisbətən Çar Rusiyası üçün daha uğurlu oldu. Sibi-
rin dərinliklərinə irəliləyən ruslar toponimləri də də-
yişirdilər.  Bir  çox  hallarda  onlar  türk  toponimlərini 
tərcümə  edərək  ruscasını  yaşadırdılar:  Ku  –  Lebed, 
Küçük Seqirtpek – Malıy Prıjok, Kızıl Yar – Krasno-
yarsk, Aba Tura – Kuznetsk, Tos – Sosnovaya Qora 
və s..
Əsasən,  I  Pyotrun  dövründə  bir  çox  xalqlar,  o 
cümlədən  də  ta  qədim  zamanlardan  Çan  gölləri  və 
onlara bitişik Baraba çölündə məskunlaşan baraba ta-
tarlarının ərazisi, bu gün cəmi 9% xakas qalan Xakas 
- Minsuğ çökəkliyi və digər bölgələr Rusiyanın içə-


111
risinə alınmışdır. Onların 
bir çoxu rusların arasında 
əridi,  ruslaşdı,  xristian-
laşdı,  milli  özəlliklərin-
dən uzaqlaşdılar. Bundan 
başqa,  rusları  ayrı-ayrı 
bölgələrdə  yerli  əhali 
arasında  yerləşdirmək-
lə  imperiya  o  yerlərdə 
özünə dayaq nöqtəsi ya-
radırdı.  Çar  Rusiyasının 
bu uzaqgörən siyasətinin 
bəhrəsi  bu  gün  özünü 
aydın göstərir. Müstəqil-
liyə can atan hər bir xalqın 
içindən ikibaşlı qartal ağzından atəş püskürür.
Fikrimizi aydınlaşdırmaq məqsədilə Xakasiyanın 
əhalisinin  tərkibinə  nəzər  salaq.  Buranın  əhalisinin 
cəmi 9%-ni  xakaslar,  80%-ni  ruslar,  qalan hissəsini 
isə digər xalqların nümayəndələri təşkil edir. Əvvəlki 
dini şamanizm olan xakasları 1876-cı ilin iyul ayının 
15-də Asxıs çayının kənarına gətirir, başlarını su ilə 
islatdıqdan sonra bütün qadın və qızlara Mariya, ki-
şilərə isə Vladimir adı verirlər. 
Bu tarixi hadisəni 1937-ci il qurbanlarından olan 
xakas  yazıçı  Vasili  Kobyakov  (1906-1937)  özünün 
«Vatiz» (1935) satirik hekayəsində təsvir edir və yazır 
ki, Çanday hələ balaca olanda, qonşu kəndə pristav 
və kazakların müşayiəti ilə keşiş gəldi və onun sakin-
lərini vatiz etdi. Yerli kamla keşiş arasındakı müba-
Vasili Kobyakov 
(1906-1937)


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə