Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   21   22   23   24   25   26   27   28   29

125
Fedotov  Rusiya  anlayışını  izah  edərkən  maraqlı 
bir məsələyə toxunur: “Rusdan rusiyalılığa. Rusiya 
Rus deyil, Rus ətrafında birləşən xalqlar ittifaqıdır”. 
Lakin bugünkü rus milliyyətçiləri hətta qədim sakin-
ləri türklər olan Sibir torpaqlarında belə “Rusiya yal-
nız ruslar üçündür!” şüarını səsləndirirlər. Onlar dərk 
etmirlər ki, imperiya çoxlu sayda xalqların yaşadığı 
yerdir. Bir xalqla imperiya olamaz. Bir də ki, Fedo-
tov demişkən, “bu xalqlar artıq səssiz deyillər, lakin 
bir-birinin səsini nizamsız səslərin küyündə batırma-
ğa can atırlar. Bir çoxlarımız buna hələ alışmamışıq 
və bununla barışa bilmirik. Əgər nizamsızlıqla deyil, 
çoxsəsliliklə barışmasaq, onda təkcə Velikorusla ki-
fayətlənməli  olacağıq,  yəni  Rusiya  yaşamayacaq”. 
Fedotov yeni yaranan xalqların milliyyətçi ziyalıları 
ilə hesablaşmadan, onların başı üstündən xalqla da-
nışmağı “zərbəvurucu səhv” adlandırır. O, bunu da 
yaxşı dərk edir ki, əgər Rusiyada müxtəlif xalqlar ya-
şayırsa və müxtəlif dinlərə sitayiş edirlərsə, deməli, 
“Rusiya  xalqlarının  birləşməsi  yalnız  dini  ideyanın 
gücü  ilə  həyata  keçə  bilməz”,  burada  inam  onları 
birləşdirmir,  ayırır.  Ona  görə  də  yeganə  birləşdirici 
qüvvə  kimi  mədəniyyət  ön  plana  keçməlidir.  Lakin 
Rusiya xalqlarının Moskvada, Peterburqda deyil, Pa-
risdə, Berlində təhsil alması o deməkdir ki, onlar artıq 
Rusiyadan uzaqlaşacaqlar. Onları Rusiyaya bağlama-
ğın  yeganə  yolu  ixtisasda,  əməkdə  və  fədakarlıqda 
inkişaf  və  keyfiyyət,  “öz  mədəni  yüksəkliyini  əldən 
verməmək, yorulmadan, dincəlmədən yeni-yeni uğur-
lara doğru getməkdir”. 


126
Georgi Fedotov tələsir və tələsməkdə də haqlıdır. 
Çünki zaman Rusiya üçün ağrılıdır. “Ukrayna ilə Ru-
siyanın birləşməsinin yeganə yolu pravoslav xristian-
lıqdan keçir” deyir, amma təlaşlıdır: hər itirilən vaxt 
bu ərazilərdə yenidən katolikliyin yayılmasına səbəb 
ola  bilər.  “Rusiyanın  saysız-hesabsız  xalqları  işığa, 
mədəniyyətə can atırlar”. Onlara bu işığı, mədəniy-
yəti ruslar verməlidirlər ki, kənara qaçmasınlar. “Za-
manın amansız səsi gəlir: Böyük Pyotrun dediyi kimi, 
“hər cür ləngimə ölümə bərabərdir””.
Lakin  görünür  Rusiya  Ukraynanı,  G.Fedotovun 
məsləhət  etdiyi  kimi,  xoşluqla  deyil,  zor  gücünə 
özünə pərçimləmək yolunu tutb. Bunun ən bariz nü-
munəsi  Kırımın işğalıdır.


127
“KIRIM – MƏNİM  DOĞMA  
YURDUM” 
(Şevket Ramazanov)
Strateji əhəmiyyətə və gözəl təbiətə malik olan Kı-
rım (Kırım) əsrlər boyu əldən-ələ keçmiş, çoxlarının 
iştahını  açmışdı.  Burada  yaşayan  xalqlar  haqqında 
fərqli fikirlər səslənsə də, bir həqiqət var: bura türklə-
rin qədim vətənidir. Səyyahların səlnamələri, bir sıra 
tarixi qaynaqlar da bunu sübut edir. Bunu sübut edən 
faktlardan  biri  Kırımın  toponimləridir:  Əski  Yurd, 
Bağçasaray, Akməscid, Cıfıt Kala, Salacık, Kırk Ər, 
Çürük Su, Qarasubazar və başqaları.
Kırımda yaşayan xalqların tarixində kimmerlərin 
də olması hələ eramızdan əvvəl bu yerlərdə türklərin 
yaşamasını bir daha sübut edir. M.Ö. VI əsrdə burada 
qədim yunanların gəmiləri peyda olur. M.Ö. II əsrdə 
skiflər Kirkinitidi tuturlar... M.S. IV əsrdə Kirkinitid 
hunlar  tərəfindən  ələ  keçirilir.  Sonralar  Kırımın  bö-
yük bir hissəsi Xəzər xaqanlığına daxil olur. XIII əsr-
də tatarlar buraya gələnə qədər peçeneqlər, qıpçaqlar, 
xəzərlər burada at oynadırlar. Yarımada Qızıl Ordanın 
ulusu olur. Qızıl Orda dağılanda,  1443-cü ildə Hacı 
Girey Xan tərəfindən burada xanlıq yaranır, paytaxtı 
əvvəl Solxat (Əski Kırım) şəhəri olur. İtalyanlar ona 
Solkati  deyirlər.  Daha  sonra  isə  Bağçasaray  şəhəri 
olur.  Kırım dağları, Qara dənizin ətraf çölləri, Taman 
yarımadası və Qafqazın bir hissəsi bu xanlığa daxil 
idi.  XV  əsrdə  Kırım  xanlığı  Osmanlı  sultanlığının 
vassalına çevrilir. Osmanlılar tatarlarla birgə Solxatın 


128
yerində Gözləv qalasını tikirlər. Bu gün orada yaşa-
yan ruslar ona “Kozlov” deyirlər. 1774-cü ildə Kiçik 
Kaynarca anlaşması ilə Kırım müstəqil olsa da, tezlik-
lə, yəni 8 aprel 1783-cü ildə Çar Rusiyası tərəfindən 
işğala məruz qalır. Elə bu vaxtdan da Kırım tatarları-
na qarşı əsl soyqırım siyasəti başlayır.  Yekaterinadan 
üzü bu yana şəhər və kəndlərin adları dəyişdirilərək 
Gözləv şəhəri Yevpatoriya, Kaf isə Feodosiya adlan-
dırılır. Dalnıy (Kamışlık), Krasnokamensk (Kızıltaş), 
Bitumnoye (Kara Kiyat), Kolxoznoye (Uzunçu), Pi-
roqovka  (Acıköy),  Verxnesadovoye  (Dumanköy), 
İsxodnoye (İngizlər) və bu kimi yabançı adların ve-
rilməsi  həm  də  bir  xalqın  yaşadığı  ərazidəki  qədim 
izlərinin silinməsinə xidmət edir...         
II Yekaterina Kırımın gözəl torpaqlarını rus aris-
tokratları Mordvinlərə, Qolitsınlara, Pototskilərə, Vo-
rontsovlara və b. paylayır, əhali ən ağır qaçqın-köç-
kün həyatı yaşayır. Bir çoxu Osmanlıya pənah aparır, 
Avropaya və digər yerlərə köçənlər də çox olur.
1854-1855-ci illərdə Yevpatoriyaya ingilis-fransız 
qoşunu girir, oradan Sevastopola gedir... Yəni Kırı-
mın tarixinə baxanda, istər-istəməz ağlımıza məşhur 
misralar gəlir: “kimlər gəldi, kimlər keçdi...” bu tor-
paqlardan?!..
9  dekabr  1917-ci  ildə  Kırımtatar  Milli  Qurulta-
yı toplanmışdı. Həmin ayın 26-da Kırım Demokratik 
Respublikası  yaradıldı.  Lakin  Stavropol  (Akyar)  do-
nanması  bu  respublikanın  ömrünə  az  bir  vaxtda  son 
qoydu.
1918-ci  ildə  isə  bu  yerlərə  almanlar  gəldilər... 
1918-ci ilin mayında Kırımtatar Milli Qurultayı ye-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə