Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   21   22   23   24   25   26   27   28   29

112
rizə  zamanı  keşiş  çaxır  qazanına  düşdü.  Hekayənin 
ikinci hissəsi «Xarol yox, Vladimir» adlanır. Burada 
Çanday  xatırlayır  ki,  atlı  kazaklar  camaatı  yüz-yüz 
bölərək çaya qovurlar. Bayram paltarlarını geyinmiş 
xakaslar əvvəl-əvvəl heç nə anlamayaraq çox qorxur-
lar  ki,  birdən  onları  çayda  boğarlar.  Çaya  çatanda, 
keşiş tərcüməçinin vasitəsilə camaata başlarını islat-
mağı əmr edir. Sonra da hərəyə bir xaç verib bunun-
la da mərasimin başa çatdığını deyir. Çandayın atası 
Xarol evə dönəndə, deyir: «İndi mənim adım Xarol 
yox, Vladimirdir. Sən də Çanday deyil, Vladimirsən, 
Vladimir Vladimir oğlu».
 
Göründüyü kimi, Çar Rusi-
yasının xristianlığı yeritdiyi bütün ərazilərdə olduğu 
kimi,  burada  da  uşaqlar  (ilk  vaxtlarda  böyüklər  də) 
xaç  suyuna  salınır,  onlara  xristian  adları  verilirdi. 
Məsələn,  müqəddəs  Nikolay  günündə  vatiz  olunan, 
yəni  xaç  suyuna  salınan  bütün  uşaqlar  kimi,  keşiş 
gələcəkdə  tanınmış  alim  olan  Poraya  da  «Nikolay» 
adını vermişdi.  Poranın böyük və kiçik qardaşlarının 
da adları Nikolay olduğundan məktəb dəftərləri dəyi-
şik düşməsin deyə, o, sonralar dəftərlərinin üstündə 
yazardı: «Nikolay Katanov 2». Ailədə doğulan üç oğ-
lan uşağının üçünə də keşiş tərəfindən Nikolay adı-
nın verilməsi və ailələrin belə hallara boyun əymələri 
xristianlığın zor gücünə, 
 
məcburən yeridilməsinə bir 
daha sübutdur.
1993-cü ildə Yakutsk şəhərində çap olunan V-IX 
sinif  şagirdləri  üçün  «Yakutskiy  folklor»  kitabında 
verilən məlumata görə, XVII əsrin 20-30-cu illərində 
Rusiyanın təbəəliyinə keçirilən saxa türkləri arasında 


113
XVII  əsrin  30-cu  il-
lərindən missionerlər 
tərəfindən  xristianlıq 
yayılmağa  başladı. 
Dövlətin yardımı, si-
lahlı dəstələrin iştira-
kı ilə yerlərdə kilsələr 
tikilir,  saxa  türkləri 
kütləvi  surətdə  xaç 
suyuna  salınırdılar. 
Saxa  ahıllarının  de-
diklərinə görə, silahlı 
rus  əsgərləri  aallara 
doluşur,  hamını  bir 
yerə yığır, keşiş isə ca-
maatın başından bir vedrə su tökür və bunu da xaç 
suyuna salınma, vatiz adlandırırdı. Elə buna görə də, 
xristianlıq burada geniş yayıla, dərin kök ata bilmədi. 
Xalq özünün əski inancından əl çəkmədi və bu gün 
şamanist dünyagörüşü saxalar arasında bərpa olunur, 
dərsliklərə salınır, Ayıı Tanara inamı və onun haqqın-
da elm inkişaf edir.
Tanınmış alim Nikolay Katanovun Orenburqa, A.
Vasilyevə  yazdığı  məktub  Çar  Rusiyasının  yerlilərə 
münasibətini daha gözəl açır: «Deyirsiniz ki, yerlilər 
arasında ziyalılar yoxdur. Bir halda ki, yerliləri məhv 
etmək istəyirlər, ziyalı haradan tapılsın?  Bəzi idarə-
çilər  hətta  bir  xalq  kimi  başkortları,  tatarları,  qır-
ğızları da yer üzündən silmək istəyirlər. Hansı yerli 
Nikolay Katanov  
(1862-1922)


114
belə rəhbərliklə işləmək istəyər? Almanlar, fransızlar 
Şərqi öyrənməyə çalışırlar. Bizdə isə nə rəhbərlərdə, 
nə də tələbələrdə ona maraq yoxdur...». Yerlərdə xris-
tianlığın zorla yayıldığını görən N.Katanov daha son-
ra yazırdı: «Kədərləndirici haldır ki, şamanizmin ma-
hiyyəti  və  şaman  dininin  bütün  sahələrilə  yaxından 
tanış olmaq əvəzinə ...missionerlərimiz açıq-açığına 
şamanları təqib edərək deyirlər: - Xristin dini yaxşı-
dır, şaman dini isə pisdir» .
Çar  Rusiyası  dönəmində  yerli  xalqlara  məxsus 
adət-ənənə, dünyaya baxış, ətrafda baş verənləri izah 
etmə  tərzi,  törələr  vəhşilik  kimi,  sovet  dönəmində 
isə  keçmişin  qalıqları  kimi  hər  zaman  tənqid  hədə-
finə çevrilmişdir. Bu, bütövlükdə xalqın milli-mədəni 
sərvətinə,  onun  dədə-baba  törələrinə,  adət-ənənələ-
rinə hörmətsizlik və birbaşa xalqın milli heysiyyatına 
toxunmaq  demək  idi.  Rusların  Çar  Rusiyası  dönə-
mindən üzü bu yana özlərilə gətirdikləri yabançı dini 
düşüncə və yaşayış tərzini yerlilərə yeritmək cəhdləri 
çox vaxt müqavimətlə qarşılaşırdı. Özəlliklə də Çar 
Rusiyasının cəza və zorakılıq alətinə çevirdiyi kazak-
ların bu bölgələrə gəlişi, öz qanunlarını diqtə etmələri 
xalq arasında kazakın (onlar kazak deyərkən, əsasən 
rusları nəzərdə tuturdular – G.Y.) düşmən obrazı kimi 
rəvayət və nağıllara daxil olmasına gətirib çıxarmış-
dır. Məsələn, xakasların təsəvvürünə görə, xakas xalqı 
torpaqdan, xazaxlar isə sudan yaranıblar. Onlar «suğ-
du xazax»ı (sulu kazak) özlərini aid etdikləri torpağa 
qarşı qoymaqla doğma və yad, özününkü və düşmən 
anlayışı arasında da bir sərhəd çəkirdilər.
 
Hətta bəzən 


115
«Ay  tutularkən,  Günəş  ölərkən»  onlar  düşünürdilər 
ki, «kazak  xamlar» («xazax xamnar») Ayla Günəşin 
tutulmasına şərait yaradıblar. Buna görə də, xakaslar 
dəmiri,  qazanı  döyəcləyər,  uşaqları  çığırdar,  tüfəng 
atar,  itlərin  qulaqlarını  çimdikləyərdilər  ki,  zingil-
dəsinlər və s. Bütün bunlarla yanaşı xam da xamla-
mağında  davam  edər,  «xazax  xamlarının  tilsimini» 
qırmağa çalışardılar. Bu hay-küy Ayın və ya Günəşin 
üzü açılana qədər davam edərdi .
Xakasların  və  Cənubi  Sibirin  digər  türk  boyları-
nın şər işlər törədən, şər qüvvələrə xidmət etdiklərini 
düşündükləri xazaxları sudan yaradılan kimi təsəvvür 
etmələri təsadüfi deyil. Dünyanı üç qatda görən Cə-
nubi Sibir türkləri ən aşağı qata ağacların köklərini, 
yarğanları, suyu, qazma yuvalarda yaşayan heyvan-
ları və bir də buynuzlu heyvanları, məsələn, buğanı, 
öküzü, qoçu və s., üst qata isə ağacların, dağların ba-
şını, Göyü, səma cisimlərini, çay yataqlarını, quşları, 
Yeraltı dünya ilə Göyun arasında sərhəd rolu oynayan 
orta  qata  isə  ağacların  gövdəsini,  vadiləri,  dağların 
yamaclarını,  insanı  və  «isti  nəfəsli»  heyvanları  aid 
edirdilər.  Şaman  təsəvvürünə  görə,  Yeraltı  qaranlıq 
dünya bizim işıqlı dünyamıza bənzəyir. Ancaq orada 
qara, sarı, ala və solğun rənglər üstünlük təşkil edir. 
Hətta Erlikin qızları da qapqaradırlar. Orta qatda hə-
yatlarına ayrılan vaxt tamam olandan sonra insanlar 
aşağı qatda yaşayır və onlarla bərabər dəfn olunan əş-
yalardan və qidadan istifadə edirlər.
Hələ  1931-ci  ildə  Tıvada  700-dən  çox  xam  var-
dı. Adətən, analar istəyirdilər ki, övladları xam, yəni 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə