Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

96
rüfatının geridə qalması, taxıl qıtlığı ölkədaxili siyasi 
çəkişmələrə səbəb oldu. Yəni Georgi Fedotovun həs-
rətini çəkdiyi nəhəng Rusiya İmperiyası həm ərazilə-
rini,  həm  adını,  həm  də  keçmiş  qüdrətini  itirmişdi. 
Dinə gəldikdə isə, bu illərdə ciddi qadağalar yox idi. 
Çünki onsuz da iqtisadi cəhətdən çətin, siyasi cəhət-
dən kövrək olan ölkədə dindarların da ayağa qalxma-
sı hakimiyyətdəkilərə sərf etmirdi. Ona görə də qəbul 
olunan qərarlarda, demək olar ki, bütün dini ayinlərə 
yer verilirdi. Hətta dini qruplar ayinlərini icra etmək 
üçün dini avadanlıqla, bina və sairlə təmin edilirdi. 
Küçədə  dini  ayinlərin  icra  olunmasına  şərait  yarat-
maq kimi məqamlar da diqqətdən kənarda qalmırdı. 
Sadəcə bəzi məsələlərdə mütləq qeydiyyat, icazə və 
nəzarət olmalı idi...
Gördüyümüz kimi, bu 11 il artıq Georgi Fedoto-
vu məcbur edirdi ki, o,  Rusiyanın yaşayıb-yaşama-
yacağı məsələsi barədə düşünsün və buna geniş bir 
məqalə həsr etsin. Maraqlıdır ki, bu məqalənin böyük 
bir hissəsi XX əsrin sonlarından xəbər verirdi. Proq-
nozlar  dəqiqliyi  ilə  çaşdırır.  Vaxt  gələcək,  sovetlər 
birliyi dağılacaq. O zaman “velikoruslar” necə dav-
ranmalıdırlar? sualını və onun cavabını verir...
Beləliklə, Georgi Fedotovun öncəgörmələri...
1929-cu ildə yeni yaranmış ölkə “canının hayın-
da” olduğu bir vaxtda keçmiş Rusiya İmperiyasının 
mühacirətdə  olan  ziyalıları  özlərinə  “Bolşeviklər 
süqut  edəcəklərmi?”  sualını  yox,  “tezlikləmi  süqut 
edəcəklər?” sualını verirdilər. Bu da o demək idi ki, 
onlar  bolşeviklərin  mütləq  süqut  edəcəklərini  bilir-


97
dilər.  Bunun  tezi-geci  vardı... Amma,  görünür,  mü-
hacirətdəki ziyalıları bu süqutun necə baş verəcəyi o 
qədər  də  maraqlandırmırdı.  Onları  əsasən  süqutdan 
sonra Rusiyanın vəziyyəti narahat edirdi. Sadəcə bu 
süquta  hazır  olmaq  lazım  idi.  Onlar  zərrə  qədər  də 
şübhə  etmirdilər  ki,  bolşeviklərin  süqutundan  sonra 
Rusiyanın milli dirçəlişi başlayacaq. 
Doğrudan  da  bolşeviklər,  Kommunist  Partiyası 
süqut etdi və bu tarixi hadisə 26 dekabr 1991-ci ildə 
baş verdi. Fedotovu əski Rusiyanın yaşaması üçün bir 
çox  məsələ  narahat  edirdi.  Birincisi,  Rusiya  adının 
unudulması, yəni “dörd hərfli” SSRİ ilə əvəz olun-
ması.    İkincisi,  rusların  milli  hissinin  məhv  olması. 
Rusiya adının “Şərqi Avropa Xalqları İttifaqı”“Av-
rasiya” kimi adlarla əvəzlənməsi təklifindən nə qədər 
narahat olurdusa, kommunist adı ilə yetişən rus bey-
nəlmiləçilərdən və digər xalqların Rusiyanın “halsız 
bədənində  yaranan,  inkişaf  edən,  bərkiyən  onlarla 
milli düşüncədən” də bir o qədər ehtiyat edirdi.  O, 
Rusiya  imperiyasında  yaşamış  xalqlara  olan  ikrah 
hissini  də  gizlətmirdi:  “Dünən  yarımvəhşi  halında 
olan hər xırda xalqcığaz rus müəllimlərini qovaraq 
özlərindən  uzaqlaşdıran  yarımziyalı  kadrlar  ifraz 
edirlər... Bizim övladlığa götürdüyümüz, böyütdüyü-
müz  uşaqlar  onları  yedirdən  məktəbi  tanımaq  istə-
mir, harasa qərbə və şərqə, Polşaya, Türkiyəyə və ya 
beynəlmiləl adı altında mənəvi yoxluğa can atırlar”. 
Fedotova  görə,  yeni  ziyalılar  “yaddaşdan”,  çoxdan 
ölmüş  tarixi  xatirələri  topalayaraq,  canlandıraraq, 
etnoqrafik  məişəti  dirçəldərək...  “qondarma”  xalq-
lar” yaradır, “heç nədən milli ənənələr düzəldirlər”. 


98
Fedotov Rusiyada yaşayan tatarlara toxunaraq on-
ların gedəcək yerlərinin olmadığını və Kazanı ancaq 
arzulaya biləcəklərini vurğulayır. Bu o deməkdir ki, 
Georgi Fedotov kimilər tatarları bir siyasi qüvvə kimi 
görmür (“Kazan tatarlarının gedəcək yerləri yoxdur. 
Onlar Kazanı Avstriyanın paytaxtı kimi ancaq arzu-
laya bilərlər”), onlardan çəkinmirdilər. Azərbaycanın 
və Qazaxıstanın Asiyanın İslam mərkəzlərinə, Ukray-
nanın və Gürcüstanın müstəqilliyə can atmaları onu 
narahat  edirdi...  Xatırladaq  ki,  məqalə  1929-cu  ildə 
yazılmışdır. 
Nədən ibarət idi rus milli ənənəsi? Fedotova görə, 
rus  milli  ənənəsinin  kökünü  İslama  və  Çingiz  xana 
müqavimət  göstərmək  təşkil  edir.  Bu  da  İslama  və 
türklüyə  müqavimət  göstərmək  anlamını  verir.  O
“velikorusların”  süstlüyündən,  “milli  varlığının 
məhv olmasını” dərk etməməsindən şikayət edir və 
bunun günahını İmperiya dövründəki hakim qərbyön-
lü rus ziyalılarında görür. Onlara görə “milli ideya... 
iyrənc  bir  ideya  idi...    vətənpərvər  sözü  söyüş  kimi 
səslənirdi...  ictimai  ədalət...  milli  həyatın  mənasını 
üstələyirdi”.     
Georgi Fedotov göstərir ki, rus milliyyətçiləri “ki-
çik  xalqları  məqsədsiz  şəkildə  bir-birinə  saldırtdı-
rır”, “onların qanuni mənəvi tələbatlarını tapdayır, 
Rusiya üçün yeni-yeni düşmənlər yaradırdılar”. Fe-
dotov bunu keçmiş zamanda yazır, lakin son illərin 
hadisələri  göstərir  ki,  bu  günümüzün  milliyyətçilə-
ri  də  eyni  səhvləri  təkrarlayırlar.  Ayrı-ayrı  xalqları 
bir-birinə  qarşı  qaldırmaq  və  bundan  yararlanmaq 


99
istəyi bugünkü rus milliyyətçilərinə də xas xüsusiy-
yətdir. Bu yolla onlar bölgələrin gərginliyindən isti-
fadə  edərək  nəzarət  üçün  özlərinə  haqq  qazandırır, 
xalqların dini və milli heysiyyatını tapdalayırlar.
G.Fedotov XX əsrin əvvəlləri üçün deyirdi ki, rus 
xalqının  nə  Belorusiya,  nə  Ukrayna,  nə  də  Qafqaz 
vecinə  deyildi:  “Qoy  kim  istəyir  alsın,  kim  istəyir 
bölsün. “Biz ryazanlılarıq””. O, bunu “milli şüurun 
göyə  sovrulmasının  nəticəsi”  kimi  qiymətləndirir. 
Eyni  zamanda  Moskvada  milli  şüurun  qaldığını  da 
qeyd edir. Bu milli şüur əsgər mahnılarında da özü-
nü göstərir. Fedotov buraya bir əsgər mahnısından bir 
neçə misra əlavə edir:
Yazır, yazır Prusiya kralı
Fransız kraliçaya
Meklenburq məktubu...
Bu mahnı sadə rusların mürəkkəb siyasi proseslər 
qarşısındakı  çaşqınlığını  ifadə  edirdi.  Lakin  burada 
bəzi başqa məqamlar da vardı. Heç ağla gəlməyən bir 
tarixi hadisəyə toxunur burada Georgi. Məsələ bura-
sındadır  ki,  əslində Almaniyanın  şimalındakı  Mek-
lenburq deyilən yerdə orta əsrlərdə slavyanlar yaşa-
mışlar. Onun əvvəlki adı “Wiliqrad” olmuşdur. Bəzi 
tədqiqatçılara görə, arxeoloji qazıntılar və toponimlər 
də əvvəllər bu alman torpaqlarında slavyanların yaşa-
dığını sübut edir. Əslində bu mahnı beynəlxalq siyasi 
vəziyyətin nə qədər qəliz olduğundan da xəbər verir. 
Xalqla dövlət arasında yaranan uçurum xalqın döv-
lətə qarşı narazılığını daha da artırırdı. Fedotova görə, 
pravoslav çar dini çağırışlar edərək böyük qurbanlar 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə