Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

92
Rusiya milli deyil, bütöv bir aləmdir. Özünün yüksək 
milli, materik çərçivəsindəki vəzifəsini yerinə yetir-
məsə, o, Rusiya kimi məhv olacaq. 
Rusiya xalqlarının birləşməsi yalnız dini ideyanın 
gücü  ilə  həyata  keçə  bilməz.  Burada  inam  bizi  bir-
ləşdirmir,  ayırır.  Lakin  xalqlar  üçün  mənəvi  cazibə 
rus mədəniyyətidir və bu belə olaraq da qalır. Onun 
vasitəsilə  Rusiyadakı  xalqlar  dünya  sivilizasiyasına 
qaynayıb qarışırlar. Bu, imperiyanın Peterburq döv-
ründə də belə olub, belə də qalmaqdadır. Əgər Rusi-
yanın xalqları Moskvada, Peterburqda deyil, Parisdə 
və  Berlində  təhsil  alacaqlarsa,  onda  bizimlə  qalma-
yacaqlar. Rus ziyalılarının üzərinə ağır bir məsuliy-
yət düşür: öz mədəni yüksəkliyini əldən verməmək, 
yorulmadan,  dincəlmədən  yeni-yeni  uğurlara  doğru 
getmək. Artıq  tək  özü,  öz  mədəni  ehtiyacını  və  ya 
peşəkar  marağını  ödəmək  üçün  irəli  getməli  deyil. 
Burada öz-özlüyündə mədəniyyət sahəsi, peşə vacib 
deyil,  Rusiyaya  alimlər  və  texniklər  də,  müəllimlər 
və döyüşçülər də lazımdır. Hamı üçün bir qanun var: 
ixtisas, əməkdə və fədakarlıqda keyfiyyət, durmadan 
inkişaf.  Əgər  velikoruslar  Rusiyanın  54%-ni  təşkil 
edirlərsə, rus ziyalısı 54% deyil, qat-qat artıq ümum-
rusiya  milli  işi  görməlidir  ki,  özünün  mübahisəsiz 
başçılığını qoruyub saxlaya bilsin. 
Zaman  bizim  üçün  həyəcanlıdır,  ağırdır.  Rusiya-
nın  saysız-hesabsız  xalqları  işığa,  mədəniyyətə  can 
atırlar.  Onların  arasında  yalnız  süni  surətdə  seyrək-
ləşdirilmiş, əzilmiş velikorus ziyalısı milli yaradıcılıq 
yolundan sıxışdırılıb çıxardılır... Gənc nəsil Rusiyada 


93
da, xaricdə də barbarlaşır. Onun üçün hərdən ataları-
nın mədəni yükünü anlamaq çətin olur. Lakin nəin-
ki onu qaldırmaq, həm də onu atalarından da irəliyə 
aparmaq  və  yüksəkliyə  qaldırmaq  lazımdır.  Çünki 
zamanın  amansız  səsi  gəlir:  Böyük  Pyotrun  dediyi 
kimi,  “hər  cür  ləngimə  ölümə  bərabərdir”.  Özümü-
zün məhv olma fikri ilə barışmamaq meylimizə ina-
nırıq. Bizə yalnız mədəni, yaradıcı askezlər məktəbi 
lazımdır. Onsuz mədəniyyətin nə mənəvi, nə də mad-
di dəyərləri yaradılır.
Xristianlara, pravoslavlara son söz. Təbii ki, inam 
yolunu milli həyat yollarına tabe etmək olmaz. Xristi-
anlığa utilitar-siyasi münasibətdən iyrənc şey yoxdur. 
Lakin pravoslavlıqda bizə millətin dini müqəddəsliyi 
verilib. Kilsə bizim milli işlərimizə xeyir-dua verir, 
bu şərtlə ki, o Xristosun nuru ilə işıqlanmış olsun.
Lakin biz özümüzdə indiyədək xristian ziyalılığı-
nın yaradıcı gücünü yaradıcılıq qabiliyyətindən məh-
rum  edən  iki  zəif  cəhəti  yenməliyik.  Birincisi,  biz 
pravoslavlığın köhnə zamanın siyasi, mədəni, məişət 
formaları ilə adət etdiyimiz calağından əl çəkməliyik. 
Köhnəliyin bərpasını pravoslavlığın idealı saymamaq 
və  onda  əski  xəzinədə  yaradıcı  seçim,  yeni  həyatın 
yaradıcı quruculuğu üçün azadlıq qaynağı tapmalıyıq. 
İkincisi,  müəyyən  mənada  bir-birinə  zidd  zəiflikdir. 
Bu, şəxsi dini yolun fərdiliyidir. Təcrid olunmuş, öz 
aləminə qapanmış ürəyin nə milli mədəniyyət, nə də 
ümumiyyətlə  mədəniyyət  problemi  yoxdur.  Mənəvi 
həyatın ilk məktəbi kimi ruhun bu qapalılığı qanuni, 
lazımi ola bilər. Lakin ənənə bütöv bir nəslin üslubu 


94
kimi artıq milli passivlikdən xəbər verən eybəcərliyə 
çevrilir. Rus faciəsi, bizim təhlükəli tarixi anımızda 
bu axın (bir axın kimi) sadəcə xristian vicdanının ya-
rımçıq inkişafından xəbər verir.
Əgər biz mühacirətdəyiksə və bizim qardaşlarımız 
Rusiyadadırlarsa, özümüzdəki bu zəifliklərə, inkişa-
fın bu xəstəliklərinə üstün gələcəyiksə, onda rus mil-
li  dirçəlişinin  işini  görülmüş  hesab  etmək  olar.  Rus 
kilsəsinin  rus  dini  dirçəlişinə  şübhə  ola  bilməz.  Bi-
zim milli işimizin canlı gücünün bir yerə toplanması, 
onun ilham qaynağı rus kilsəsindədir. Lakin xatırla-
maq lazımdır ki, bu mənəvi gücün bu iş üçün çətin, 
vasitəli transmissiyası vacibdir. Milli məsələnin dir-
çəldilməsində kilsə, mədəniyyət, dövlət iştirak edir. 
Burada  mən  daha  çox  mənəvi  güclərin  hərəkatı  ilə 
sosial vacibliyin mexanizmini bağlayan ən həlledici 
və ən çətin ikinci üzv üzərində durdum.
Bu  məqalənin  başlığındakı  “Rusiya  yaşayacaq-
mı?”  sualına  mən  arxayınlıq  gətirən  “Yaşayacaq!” 
cavabını  verə  bilmərəm.  Mən  deyirəm:  “Bu  bizdən 
asılıdır. Oyat! Oyat!”
   


95
GEORGİ FEDOTOVUN SİYASİ 
ÖNCƏGÖRMƏLƏRİ
Georgi  Fedotovun  “siyasi  öncəgörmələr”  adlan-
dırdığım “Rusiya yaşayacaqmı?” məqaləsinin şərhinə 
keçməzdən  əvvəl  məqalənin  yazıldığı  dövrə,  yəni  
1929-cu il Rusiyasına, daha doğrusu Sovet Sosialist 
Respublikaları İttifaqına qiyabi səyahət etməyin va-
cib olduğunu düşünürəm.
Nələr baş vermişdi Georgi Fedotovun qeyd etdiyi 
1917-ci il inqilabından ötən 11 il ərzində?
Vətəndaş müharibəsi (1917-1922/23), Sovet-Pol-
şa müharibəsi (1920-1921. Nəticədə Qərbi Ukrayna 
və  Qərbi  Belorusiya  Polşaya  birləşdirildi).  1921-ci 
ildə Rusiya, demək olar ki, xarabalıqlar içərisində idi. 
Keçmiş Rusiya İmperiyasının əlindən Polşa, Finlan-
diya,  Latviya,  Estoniya,  Litva,  Qərbi  Belorusiya  və 
Qərbi Ukrayna çıxmışdı. İqtisadiyyat acınacaqlı və-
ziyyətdə idi. Bir çox yerlərdə - Tambovşinada, Uk-
raynada, Donda, Kubanda, Podolye və Sibirdə xalqın 
etiraz  dalğası  güclənirdi.  Kommunistlərə,  verdikləri 
vədlərə əməl etmədiklərinə görə, inamsızlıq artmışdı. 
Üsyanlar Qızıl Ordu tərəfindən yatırılırdı. Artıq “hər-
bi  kommunizm”in  yerini  yeni  iqtisadi  siyasət  (YİS 
(NEP))  tuturdu.  Rusiyanın  Elektrikləşdirilməsi  üzrə 
dövlət komissiyası yaradılmışdı (QOELRO). 1922-ci 
il dekabrın 30-da RSFSR, USSR, BSSR və ZSFSR 
kimi birliklərlə SSRİ yaradıldı. 1928-ci ildə ölkənin 
sənayeləşdirilməsi prosesinə start verildi. Kənd təsər-


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə