Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

80
siyaya, nə Ukraynaya, nə Qafqaza. Qoy kim istəyir 
alsın, kim istəyir bölsün. “Biz ryazanlılarıq” (söhbət 
rusların əsl yaşayış yerləri olan Ryazan meşələrindən 
gedir  –  G.Y.).  Milli  şüurun  əsrlər  boyu  havaya  so-
vurulmasının nəticəsi belə idi. Şübhəsiz ki, Moskva 
Rusunda xalq milli şüura malik idi. Bunu heç olma-
sa onun tarixi mahnıları sübut edir. O, rus torpağının 
bədənini  də,  onun  düşmənlərini  də  aydın  hiss  edir. 
Onun üçün dini borcla bir növ bütövlük təşkil eləyən 
tarixi  talelər  aydın  və  anlaşıqlı  idi.  Pyotr  imperiya-
sından xalq artıq heç nə anlamır. İmperiyanın coğrafi 
sərhədləri onun təxəyyülü üçün əlçatmaz olmuşdur. 
Bəs beynəlxalq siyasət? Onun qəlizliyi, qarşıya qoy-
duğu məsələlərin yabançılığı XVIII əsrə aid bir əsgər 
mahnısında gözəl əks edilir:
Yazır, yazır Prus kralı
Fransız kraliçaya
Meklenburq məktubu.
Xalq və dövlət arasında divar ucaldan, xalq üçün 
milli  borc  hissini  xüsusi  təsərrüfat  boyunduruğu  ilə 
əvəz  edən  qəbalə  əsarəti  siyasi  şüurun  dağılmasını 
başa çatdırdı. Artıq 1812-ci il vətən müharibəsindəki 
kəndli üsyanları bunun qorxunc xəbərçisi idi. Pravos-
lav çarın dini ideyası xalqı böyük qurbanlara, passiv 
qəhrəmanlığın möcüzələrinə sövq edə bilərdi. Lakin 
bu qurbanların dövlət əhəmiyyəti ona çatmırdı. Çar 
ideyasının süqutu arxası ilə rus ideyasını da sürüyüb 
apardı.  Rus  xalqı  dağıldı,  kənd  dünyalarının  hissə-
ciklərinə parçalandı. Bundan da istənilən hökmlü və 
qəddar yad qüvvə öz üslub və zövqünə uyğun istə-
nilən dövləti qura bilərdi. 


81
Beləliklə, rus ictimai qüvvəsinin hər üçü milli fə-
lakətə görə günahkar və ya qismən günahkardır.
Bu  dağılan  güclərə  insanların  şüurundan  və  ira-
dəsindən kənarda axıb keçən və, demək olar ki, bi-
zim diqqətimizdən yayınan bir tarixi hadisənin asta 
hərəkatı  qoşulmuşdur.  Mən  velikorus  mərkəzdən 
maddi  və  mənəvi  gücün  İmperiyanın  kənarlarına 
axınını  nəzərdə  tuturam.  XIX  əsr  ərzində  Novoru-
siya, Qafqaz və Sibir böyüyür, varlanır, gəlmə əhali 
ilə dolurdu. Bununla bərabər mərkəzi quberniyaların 
kəndliləri mənəvi cəhətdən cırlaşır və iqtisadiyyatçı-
ları “mərkəzin yoxsullaşması” barədə danışmağa va-
dar edirdilər. Öz qanını indi onları istismar etdiyini 
düşündükləri əyalətlərə verən Velikorusiya tənəzzülə 
uğrayırdı.  Ən təhlükəlisi də bu idi ki, təsərrüfat pro-
sesi  ilə  yanaşı  rus  həyatının  köhnə  mərkəzlərindən 
mənəvi  gücün  kənara  axını  prosesi  də  gedirdi.  Bu 
prosesi onun ədəbiyyatında daha asan izləmək olar. 
Rusiyanın ədəbi xəritəsini tərtib etsək və orada vətən 
yazıçılarını  və  ya  onların  əsərlərinin  (romanlarının) 
yerlərini  işarələsək,  rus  şimalının,  bütün    moskva-
arxasını – özündə “Müqəddəs Rusun” canlı xatirəsini 
yaşadan velikorus dövlətinin yaratdığı həmin o diya-
rın necə zəif təmsil olunduğuna təəccüblənərik.
XIX əsr klassik rus ədəbiyyatı XVI-XVII əsrlər-
də çöl köçərilərindən alınmış qaratorpaq diyarın ədə-
biyyatıdır. Tambov, Penza, Orlov çölləri bizim üçün 
Rusiyada əsl rus torpaqları idi. Ancaq bu yerlər tarixi 
xatirələr sarıdan necə də kasaddırlar. Bu taxta, saman 
Rusdur. Burada hər il baş verən yanğınlar keçmişin 


82
olan-qalan  xatirələrini  də  silib  aparır.  Köhnə  adət-
ənənələr, mahnılar, geyimlər burada daha sürətlə yox 
olur. Burada şəhər sivilizasiyasının dağıdıcı dəblərinə 
qarşı etnoqrafik müqavimət yoxdur. XX əsrin əvvəl-
lərindən rus ədəbiyyatı zadəgan torpaq mülkiyyətinin 
çöküşü  ilə  yoxsullaşmış  qaratorpaq  diyarı  da  əldən 
verir.  Yeni  rus  əyalətləri,  Novorusiya  ətrafı,  Kırım, 
Qafqaz, aşağı Povoljye, yarıyəhudi şəhəri olan Odes-
sa kimi yeni Rusiya önə çıxır və bütöv bir ədəbi mək-
təb  yaradır.  Odessadakı  yəhudilər  rus  dilində  əməl-
li-başlı danışa da bilmirdilər. 
Buraya  qədər  təhlükələrdən  danışdıq.  Rusiyaya 
inamımızdan başqa ona qarşı nə qoya bilərik? Mil-
li  məsələmizin  dayaq  nöqtəsi  baxımından  obyektiv 
faktlar  var.  Doğrudur,  dayaq  nöqtəsindən  başqa  bir 
şey yoxdur. Əməl olmasa, bir az da dərinə getsək, fə-
dakarlıq olmasa, Rusiyanı xilas edə bilməyəcəyik.
Hamıya məlum olan faktlar budur. Rusiya nə Avst-
riyadır,  nə  də  az  saylı  xalqın  yabançı  çoxluğa  hökm 
etdiyi  köhnə  Türkiyədir  (burada  Osmanlını  nəzərdə 
tutur – G.Y.). Əgər kiçik xalqların mədəni inkişafı ilə 
Rusiya Fransa və ya Almaniya kimi milli monolit ola 
bilməyəcəksə, onda velikorus xalqının Avstriya alman-
larınınkından daha güclü etnik bazisi var; birincisi, bu 
xalq nəinki mədəni cəhətdən digərlərindən, hakimiy-
yəti altında olanlardan (Türkiyənin misalında olduğu 
kimi)  geri  qalmır,  hətta  dövlətin  ərazisindəki  yeganə 
nəhəng mədəniyyətin daşıyıcısıdır. Obyektivliyə qalsa, 
şovinist tullantı dövrünü yaşayan digər mədəniyyətlər, 
əsasən rus mədəniyyətinin təsirilə mayalandırılma nə-


83
ticəsində həyata gələn əyalət hadisələridirlər (məqalə-
də  ikinci  etnik  bazis  göstərilmir  –  G.Y.).  Üçüncüsü, 
Köhnə  Rusiyanın  qərb,  mədəni  (indi  qopmuş)  ətraf 
bölgələri, Polşa, Finlandiya üçün ağır olan milli siyasə-
ti  ümumiyyətlə  Şərqdə  ədalətli,  xilasedici  olmuşdur. 
Şərq onun qədim adətlərini zorla sındırmayan, dinini 
təhqir etməyən və ona geniş rus evində yer verən Ağ 
çarın hakimiyyətilə asanlıqla barışdı.
Rusiyada  qalan  xalqlardan  velikoruslara  birbaşa 
nifrət yalnız bizim qan qardaşlarımız olan malorus-
larda və ukraynalılarda rast gəlinir (Bu da yeni Ru-
siyanın ən ağrılı məsələsidir). Dördüncüsü, Rusiyada 
məskunlaşan bir çox xalqlar rus dənizində xırda ada-
cıqlar kimi ondan ayrı yaşaya bilməzlər; digərləri on-
dan ayrılan kimi qonşularının yeminə çevrilərək məhv 
olacaqlar.  Qafqazdakı  kimi,  onlarla  bir-biri  ilə  düş-
mənçilik edən yerlərdə yalnız super arbitrin ədalətli 
əli yeni milli həyatın bütün cücərtilərinin labüd məh-
vinə gətirən qanlı partlayışın qarşısını ala bilər. O ki, 
qaldı Ukraynaya, əsrlərdən bəri tarixi dəyərlərlə bağlı 
olduğu Polşa ilə təhlükəli qonşuluğu var. O, Polşa və 
Rusiya arasında seçim etməli və bu seçimin əski ümu-
mi vətənin əleyhinə olmaması qismən də bizdən ası-
lıdır. Və, nəhayət, beşinci, əski İmperiyadan qalma, 
indiki SSRİ-dən vahid təsərrüfat orqanizmi yaradan 
köhnə iqtisadi əlaqələr hələ bizim xeyirimizə işləyir. 
Onun qopması, əlbəttə ki, mümkündür (məsələn, elə 
həmin Avstriya), lakin bu, təsərrüfat münasibətlərinin 
bütün üzvləri üçün ağrılıdır. İqtisadi süstlüyün gücü 
hazırda Rusiyanın xeyirinədir.


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə