Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

72
lə  də  olsa,  telefonla  respublika  inqilab  komitəsinin 
nəzdində fəaliyyət göstərən Ümumittifaq Müsəlman 
Kollegiyasının  sədri  tatar  Mirsəyet  Sultanğəliyevlə 
danışır. Sultanğəliyev tez Stalinə zəng vurur və onun 
göstərişilə Vəlidov Moskvaya göndərilir... İ.Stalinin 
himayəsində  olan  Vəlidov  Moskvada  dəfələrlə  Le-
ninlə  də  görüşür.  Bu  görüşlərin  birinə  o  xristianlığı 
qəbul etmiş başqırd əsilli Mstislav Kulayevlə (öz adı 
Möxəmmətəli idi) birlikdə gedir. Leninlə görüşərkən 
Kulayev “mən xristian başqırdam” deyir. Lenin soru-
şur: “Din dəyişdirmənizdən sonra xalqınızla münasi-
bətiniz pozulmadı ki? Din dəyişdirmək yerinə ateist 
olsaydınız, daha yaxşı olmazdımı?”  Buradan aydın 
görünür ki, bolşeviklər heç də müsəlmanları sıxışdı-
rıb xristianlığı təbliğ etmək fikrində deyildilər. Onlar 
ümumiyyətlə dinə qarşı idilər. Leninə görə, “din xalq 
üçün tiryək idi”... Təssüf ki, bu gün din adına törə-
dilən vəhşiliklər onun sözlərinə müəyyən qədər haqq 
qazandırmağa imkan verir.
Bolşeviklərin  hakimiyyəti  dövründə  əsasən  udu-
zan  tərəf  böyük  güc  sahibi  və  imperiya  iddialı  rus 
milliyyətçiləri (şovinistləri) idi. Onlar dini - pravos-
lav xristianlığı milli birlik yolunda birləşdirici, xila-
sedici  qüvvə  kimi  görürdülər.  Bunu  dərk  edən  bol-
şevik rəhbərlər digər xalqların da milliyyətçi və dini 
hisslərini boğmaq məcburiyyətində idilər. Çünki yeni 
qurulmuş  hökuməti  devirmək  istəyi,  cəhdləri  ilk  il-
lərdə səngimirdi. Əslində bu siyasət Georgi Fedotov 
kimi düşünənlərə qarşı idi. Onların isə sayı həm ölkə 
daxilində, həm də ölkədən kənarda, mühacirətdə az 


73
deyildi. Onlar kommunistlərin sonunu gözləyir, göz-
ləməklə yanaşı, həm də ona hazırlaşırdılar... İllər keç-
di, Sovetlər dağıldı və Rusiyada fedotovlar yenə də 
ayağa qalxdılar. İş o yerə çatdı ki, söhbətimin əvvə-
lində qeyd etdiyim kimi, Çar Rusiyasının bayrağını 
belə qəbul etmək kimi imperiya qoxusu gələn iddia-
lar qanad açdı... İmperiyanın sərhədlərini qaytarmaq 
istəyi kimi...
V.Leninin qurduğu dünyada Rusiya artıq İmperiya 
deyildi. Rus şovinizminə, ruslaşdırma və xristianlaş-
dırmaya qarşı elan olunmuş müharibə milliyyətçilə-
rin əl-qolunu bağlayırdı. Elə buna görə də G.Fedotov 
kimilər ölkəni tərk edir, kommunistlərin hakimiyyəti-
nin sonunu mühacirətdə gözləyirdilər. Onlar bilirdilər 
ki, süqut labüddür və bu süqutun ardınca milli dirçəliş 
başlayacaq...
Sovet  İmperiyası-
nın  süqutunu  Atatürk 
də görürdü... O, 1933-
cü  ildə  Cumhuriyyə-
tin  X  ildönümündə 
demişdir:  ‘’Bu  gün 
Sovetlər  Birliyi  dos-
tumuzdur,  qonşumuz-
dur,  müttəfiqimizdir. 
Fəqət  o  da  Avstri-
ya-Macarıstan  İmpe-
ratorluğu  kimi  dağıla 
bilər. Sovetlər Birliyi-
nin dağılması ilə əlində 
Mustafa Kamal Atatürk  
(1881 - 1938)


74
bərk-bərk tutduğu uluslar ovuclarından qaça bilərlər... 
Bax o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim 
bu dostumuzun idarəsində dili bir, inancı bir, kökü bir 
qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalı-
yıq. Hazır olmaq, yalnız o günü susub gözləmək deyil, 
hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? 
Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür, 
inanc  bir  körpüdür,  tarix  bir  körpüdür.  Köklərimizə 
enməli və olayların böldüyü tariximizin içində bütün-
ləşməliyik. Onların bizə yaxınlaşmasını gözləməmə-
liliyik. Bizim onlara yaxınlaşmağımız lazımdır’’.
XX əsrin ikinci yarısından kommunistlər arasında-
kı şovinist hisslər yavaş-yavaş üzə çıxırdı. Əsrin son-
larına bu meyllər özünü açıq göstərirdi. Artıq SSRİ 
adı altında yenidən zühur edən Rusiya İmperiyasının 
əlamətləri peyda olurdu. 
Belovejskaya  Puşşada  Mixail  Qorbaçovun  haki-
miyyətinə son qoyan gizli müqavilə zamanı əvvəlcə 
Mixail Qorbaçov (1931)


75
Slavyan Birliyi (Rusiya, Ukrayna və Belorusiya) ya-
radılması nəzərdə tutulsa da, Ukraynanın bu məsələyə 
qol qoymaması Qazaxıstanı da müvəqqəti güc kimi 
önə çıxartdı, və, hələ ki, Georgi Fedotovun da, digər 
pravoslav milliyyətçilərin də arzusunda olduqları ve-
likorusların başçılığı ilə Slavyan Birliyi baş tutmadı. 
Bu gün vahid valyuta (rus rublu), vahid sərhəd, vahid 
büdcə ilə İttifaqa girməyi təklif edən Rusiya ya Vla-
dimir Lukaşenkonun “şıltaqlıqlarına” dözməli, ya da 
Slavyan Birliyi ideyasına birdəfəlik əlvida deməlidir. 
Ukrayna hələ də bu birlik üçün təhlükəli olaraq qalır. 
G.Fedotovun maloruslar adlandırdığı Ukrayna xalqı 
milli kimliyini dərk edir, onu bir xalq kimi məhv et-
mək  istəyənləri  tanıyır,  öz  tarixini  öyrənir,  qüdrətli 
dövlətlərinin  qüdrətini  sındıranları,  zəiflədənləri  cə-
zalandırmağa  çalışır.  Lakin  Rusiya  vaxtilə  yeritdiyi 
ağıllı siyasətin müsbət nəticələrini bu gün görür. Hər 
ölkənin içərisinə yeritdiyi ruslar bu gün yerli xalqla-
rın baş bəlasına çevrilirlər. Dnestryanı ruslar və Uk-
raynadakı ruslar buna gözəl örnəkdir...
G.Fedotovun  velikoruslara  ünvanladığı  “Rusiya 
yaşayacaqmı?” məqaləsi Rusiya üçün nəzərdə tutul-
sa da, vaxtilə Rusiya İmperiyası sərhədləri içərisində 
olan,  sonradan  ayrılaraq  müstəqilliklərinə  qovuşan 
bütün xalqlar üçün bir həyəcan siqnalıdır...
Georgi Fedotovun həyəcan siqnalı saydığımız, bir 
politoloq kimi gələcəyə, yəni bu günümüzə yönəlik, 
bir  çoxunun  özünü  doğrultduğu  proqnozlar  verdiyi 
məqaləsini ruscadan tərcümə edərək diqqətinizə çat-
dırıram. 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə