Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

104
Başlıcası ovçuluq və heyvandarlıqla məşğul olan 
yerlilər «az olsun, həmişə olsun» istəyilə yaşayır, tə-
biətin onlara bəxş etdiyi sərvətlərdən yalnız tələbləri-
ni ödəmək üçün istifadə edir, onları gəlir mənbəyinə 
çevirmir və bu yolla varlanmaq məqsədi güdmürdülər. 
Əksinə,  «heç  bir  haqqı  olmadan  Sibirin  içərilərilə-
rinə yeriyən ruslar» tez bir vaxtda mineral bulaqları, 
qızılı,  meşələrdəki  arı  pətəklərindəki  balı,  hətta  qə-
dim kurqanlardakı qiymətli əşyaları çapıb talayırdılar. 
Təkcə 1637-ci ildə tacir Buxryakovun bir neçə arteli 
(113 nəfər) Manqazeydə 33 116 samur öldürmüşdü. 
Bu cür vəhşicəsinə qırılma nəticəsində tezliklə nəinki 
Manqazeydə, hətta bütün Sibirdə samurun sayı kəs-
kin şəkildə azaldı. Artıq bazarlara samur dərisi əvə-
zinə, əvvəllər yerlilərin heç ovlamadıqları tülkü, dələ 
və digər heyvanların dəriləri çıxarılırdı.                                                                                    
Çar Rusiyası Sibirin qızılını mənimsəmək məqsə-
dilə Marinsk, Nikolayevsk, Aleksandrovsk, Spassko-
ye kimi qızıl mədənləri tikdirir və burada ruslar işlə-
yirdilər. Savadsız, kobud və sərxoş rus fəhlələri boş 
günlərində  yerli  əhaliyə  dinclik  vermir,  yalançılıq, 
oğurluq  və  sərxoşluq  kimi  bəlaları  onların  arasında 
yayırdılar. Rus tacirləri türklərin ənənəvi içkiyə, yəni 
kımıza və arağaya olan meylindən istifadə edərək rus 
vodkası gətirib əhaliyə satırdılar. «Bu, yerlilər üçün 
ölümə bərabər idi» deyən Radlov yol qeydlərində al-
taylıların və başqa türk tayfalarının «təbiətin özü kimi 
təmiz, təbii, sadə» olduğunu qeyd edir, rus mədəniy-
yəti ilə yanaşı Sibirdə yuxarıda sadaladığımız xoşa-
gəlməz halların yayıldığını da göstərirdi.  


105
Rus  əhalisi  tərəfindən  İrtış,  Tabol,  Ob,  Tom  və 
Çolımın  münbit  torpaqları  zəbt  olunduqca,  buranın 
türkləri meşələrə, dağlara, bataqlıqlara sıxışdırılır, ot-
laqlar əllərindən çıxır, mal-qara qırılır, insanlar yox-
sullaşırdı. Radlov özünün Altaya etdiyi iki səyahətin-
dən  aldığı  təəssüratlarını  müqayisə  edərək  yazır  ki, 
1860-cı ildə əhali çox varlı idi. Lakin 1870-ci ildə bu 
yerlərdə əlli atı olanı varlı sayırdılar. Bu cür yoxsul-
laşmanın  səbəbini  1869-cu  ildə  heyvanlar  arasında 
taun xəstəliyinin yayılması ilə izah etsələr də, Radlo-
vun fikri qəti idi: «Altayı rus tacirləri bu hala salmış-
dılar».   Lakin  buna baxmayaraq, hər şeyi dərk edən 
Radlovun çıxardığı hökm dəhşətli idi: «Sivilizasiyalı 
insanın»  təbiətin pak övladları ilə qarşılaşdığı hər 
yerdə olduğu kimi, burada da yaşamaq uğrunda mü-
barizə gedir… Necə ki, Quzey Amerikada talan olu-
naraq  yavaş-yavaş  yox  olan  qızıldərililər,  eləcə  də, 
Sibirin  yerli  əhalisi.  Əvvəlcə  onların  var-dövləti  və 
sosial durumu itki verir: baylar kəndxudalara, varlı 
maldarlar bitki kökləri ilə qidalanan dilənçilərə çev-
rilirlər.  Gündən-günə  pisləşən  qida  nəticəsində  irq 
zəifləyir və, nəhayət, tədricən məhv olur. Daha güclü 
irqin zorakılığını və ədalətsizliyini görmək filantropu 
nə  qədər  acıtsa  da,  kədərləndirsə  də,  bütün  bunlar 
təbiətin qanunlarına cavab verir. Çünki, düzünə qal-
sa, boynumuza almalıyıq ki, Altayın gözəl çölləri bu 
diyarın varını görüb istifadə edə bilməyən köçərilər 
üçün həddindən artıq yaxşıdır... Yerli məhv olur, çün-
ki yaşamaq uğrunda gedən mübarizədə davam gətirə 
bilmir. Xoşbəxtlikdən pərakəndə, azalan, istehsal et-


106
məyə qadir olmayan tatarların yerini onu əvəz edən, 
bu torpağın varını çoxalda bilən sıx,  daha ekspansiv, 
proqresə və daha yaxşı gələcəyə can atan rus əhali 
tutur».
Məlumdur ki, arxeologiya etnoqrafiya ilə sıx bağ-
lıdır.  Əksər  arxeoloji  qazıntılar      nəinki  tarixçilər, 
sənətşünaslar və b., eləcə də etnoqraflar üçün material 
mənbəyidir.  Etnoqrafiyanın arxeologiya ilə sıx bağlı 
olduğu məqamlardan biri də dəfn formasıdır. Dəfnin 
zahiri xarakterindən dəfn mərasimi barədə müəyyən 
məlumat əldə etmək, fikir söyləmək mümkündür. La-
kin bütün abidənin və avadanlığın öyrənilməsi, dəfn 
mərasiminin dəqiq xarakteristikasının verilməsi arxe-
oloji qazıntıların sayənsində olar. Hərçənd ki, başqa 
qazıntılar  da  var.  Bu  qazıntıların  əsas  iştirakçıları 
arxeoloqlar  deyil,  «goreşənlər»dir. Yuxarıda  gördük 
ki, Radlov özü ən yaxşı torpaqlar rus əhali tərəfindən 
zəbt  olunduqca,  yerli  tatarların,  yəni  buranın  türk-
lərinin  meşələrə  çəkildiyini,  orada  təcrid  olunaraq 
var-yoxunun əlindən çıxdığını yazır. Radlovun «sıx, 
daha  ekspansiv  və  daha  yaxşı  gələcəyə  can  atan» 
xalq adlandırdığı ruslar haqqında isə 1735-ci ildə Si-
birdə olan Miller belə yazır: «Rus kəndliləri İrtışda, 
Tobolda, Obda və Yeniseydə məzarları bu əsrin əvvəl-
lərindən (yəni XVIII əsrin – G.Y.) oradan kalmıklar 
və qırğızlar (burada Yenisey qırğızları nəzərdə tutulur 
– G.Y.) getdikdən sonra qazmağa başladılar. Mən bu 
işlə dolanan çox adamlara rast gəlmişəm, hərçənd ki, 
mənim vaxtımda artıq bu işlə heç kəs məşğul olmur-
du. Belə ki, xəzinə tapılmasına ümid ediləcək bütün 


107
məzarlar  artıq  qazılmışdır.  Adamlar,  samur  ovuna 
gedilən  kimi,  işi  öz  aralarında  bölmək  və  ayrı-ayrı 
kurqanları tez, birdəfəlik başa çatdırmaq üçün böyük 
dəstələrdə birləşirdilər». V.Radlov qeyd edir ki, Qır-
ğız çölündə apardığı məzar qazıntıları «aydın göstə-
rirdi ki, Ob, Altay və Yeniseydəki məzarlar kimi, bu 
məzarlar da əsaslı şəkildə axtarılmışdır... Buna görə 
də, köhnəliyin araşdırıcısı əgər yüzlərlə məzarın için-
dən əvvəlcədən zahiri qazılma izləri olmayan bir-iki-
sini tapsa, bunu uğur saymalıdır...»
Aradan uzun illər keçmişdir. Əgər bu qədər vəh-
şilikdən sonra bugünkü arxeoloqlar bir şey tapa bi-
lirlərsə, bunu, doğrudan da, böyük uğur hesab etmək 
lazımdır. Radlov bir daha özünü təkzib edərək Mes-
serşmidtin 25 may 1721-ci ildə yazdığı gündəliyin-
dən misal gətirir. Messerşmidt yazır ki, Obun yuxarı 
axarında  yaşayan  rusları  işimlilər  adlandırırdılar; 
elə  məzarlarda  yerləşən  qızıl  və  gümüşün  qazılıb 
çıxarılması ilə məşğul olanlar da məhz onlardır. İlk 
dəfə «goreşənliklə» də məhz onlar məşğul olurdular. 
Buradan onlar məzarları qaza-qaza gəlib Ob çayına 
qədər çatmışdılar. Rus kəndliləri çöllərdə məzarları 
qazmaqla  pul  qazanırdılar.  Ruslar  ətraf  kəndlərdən 
toplanaraq  200-300  nəfərlik  dəstələr  halında  son 
xizək  yolu  ilə  çöllərə  20-30  günlük  «səfərə»  çıxır, 
kurqanları  ayrı-ayrı  dəstələr  arasında  bölür  və  qa-
zıntıya  başlayırdılar.  Qazax  və  kalmıklar  gələrkən 
tezcə birləşərək özlərini müdafiə edə bilmələri üçün 
dəstələr bir-birindən çox da uzaqlaşmazdılar. Ata-ba-
balarının təhqir olunan məzarlarını qorumağa gələn 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə