Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   21   22   23   24   25   26   27   28   29

116
şaman olsunlar. Xalq arasında belə bir fikir vardı ki, 
xamlar həmişə yağlı quyruq, döş əti yeyir, bəxşişlər 
alırlar. Buna bənzər fikir xristian qaqauzlar arasında 
da vardı. Qaqauz anaları da çalışırdılar ki, övladları 
popaz (keşiş) olsunlar. Bu da təbiidir. Çünki popazın, 
xamın, kamın, mollanın, lamanın sosial durumunun 
daha yaxşı olduğunu görən hər bir imkansız valideyn 
övladının  da  gələcəkdə  güzəranının  yaxşı  olması 
üçün onun molla, popaz, şaman və s. olmasını arzu 
edirdi. Xalq arasında iri torpaq, çoxsaylı qoyun-quzu, 
mal-qara sahibləri, bəylər, xanlar və başqa varlılar da 
vardı. Ancaq  valideyn  övladının  bəy,  xan  olmasına 
çalışmırdı. Çünki bəy, xan, ağa olmaq yoxsul kənd-
li  üçün  əlçatmaz  məqam  idi.  Nəsilliklə,  vərəsəlik-
lə  keçən  bu  «rütbələr»i  almağı  sənətkarlar,  tacirlər, 
çobanlar,  nökərlər, 
əhalinin  yoxsul  tə-
bəqəsi  ancaq  na-
ğıllarda  xəyal  edə 
bilərdi.  Belə  nağıl-
larda  keçəllər,  ço-
banlar,  kasıb,  lakin 
güclü,  cüssəli,  ya-
raşıqlı  oğlanlar  ha-
zırcavablıqları,  qol 
gücləri  və  ya  mö-
cüzə  vasitəsilə  pa-
dşahın qızı ilə evlə-
nir,  padşah  olurlar. 
Din  xadimi  olmaq 
Kuçum xan (XIV əsr)


117
üçün  isə  heç  bir  sərhəd 
yox idi. Hər bir kəs uşa-
ğını  dini  məktəbə  qoya 
bilərdi.
Qərbi  Sibirin  ən  qə-
dim  sakinlərindən  biri 
sibirlər,  sibirtarlar  və 
yaxud  sibirtatarlardır. 
Sibir tatarları adı altında 
Tom,  Baraba,  Tobol-İr-
tış tatarları birləşir. On-
lar yaşadıqları bölgələrə 
uyğun adlarla tanınırlar: 
tobolik,  baraba,  tümən-
nik,  tarlık,  umartatarlar 
(Ob  tatarları)  və  s.  Bu-
rada  eyni  zamanda  qaraqalpaklar,  Volqa,  Uralətra-
fı  rayonlardan  gələnlər  –  Kazan  tatarları,  mişarlar, 
kerəşennər, eyni zamanda Kırımdan və Həştərxandan 
gələn  türklər  də  məskunlaşıblar.  Orta  Asiyadan  və 
Qazaxıstandan  gələnlər  isə  özlərini  buxarlık  adlan-
dırırlar. Onların arasında sartlar və özbəklər də var. 
1563-cü ildə Sibir xanlığının başına Kuçum xan ke-
çir və Çar Rusiyası ilə bütün münasibətləri kəsərək 
Buxara və Ürgəncdən savadlı adamlar gətirir, Sibirin 
digər  tatarlarını  da  öz  xanlığına  cəlb  edir.  1581-ci 
ildə Yermakın yürüşü zamanı yerli tatarların bir çoxu 
Kuçuma qarşı çıxaraq Yermakın qaçaq (kazak) dəstə-
sinə qoşuldular. 1598-ci ildə Kuçumun məğlubiyyə-
tinin əsas səbəbkarı türk əsilli Yermakın atlı dəstələri 
Yermak 
(1532/ 1534/ 1543-1585)


118
oldu… Sibiri ələ keçirən Yermak onu heç bir əziyyət 
çəkməyən rus çarına təhvil verdi… 
Ruslar  Şərqi  Sibirdə  olduğu  kimi,  Qərbi  Sibirdə 
də  türklərin  xristianlaşdırılmasına  cəhd  göstərsələr 
də, bu proses burada çox zəif gedirdi. Bunun da əsas 
səbəbi İslam dininin mühafizəkar mövqeyi idi. Lakin 
buna baxmayaraq, XX əsrin özündə belə artıq ateizm 
siyasətinə uyğun olaraq din deyil, dil önə çəkilərək 
ruslaşdırma  siyasəti  başladı.  Əgər  XX  əsrin  30-cu 
illərində Qərbi Sibirdə (Tar, Tobolsk, Tümen, Tom-
sk)  xeyli  tatar  məktəbi  fəaliyyət  göstərirdisə,  40-cı 
illərdən sonra onların bir çoxu rusca təhsilə keçirildi. 
Nəticədə,  Omsk  və Tümen  vilayətlərinin  məktəblə-
rində tatar dili fənn kimi qaldı, Novosibirsk və Tomsk 
vilayətlərində isə o da ləğv edildi. 80-ci illərdən baş-
layaraq Tomskda bu sahədə dirçəliş müşahidə olunur. 
1989-cu ildə Omsk və Tümen vilayətlərində tatar di-
linin  ana  dili  kimi  tədris  olunduğu  100  məktəb  var 
idi. Əhalinin əksəriyyəti ibtidai siniflərin ana dilində 
olmasının tərəfdarıdır. Əlbəttə, Çar Rusiyası dövrün-
dən  qalma  «xristianlaşdırma»  və  «ruslaşdırma»  si-
yasətinin əsas üsullarından olan rus qızları ilə evlən-
mə məsələsi yerlilər arasında artıq 85% təşkil edir. Bu 
cür ailələrdə V.Radlovun da dediyi kimi, uşaqlar türk 
atalarının dilini unudaraq rus analarının dilində danı-
şırlar. Nəticədə də yeniyetmələrin dörddə üç hissəsi 
özünü pasportda rus kimi qeydiyyata aldırırdılar. Bu 
gün Tura,  Ob  tatarlarının  tamamilə,  kalmıkların  isə 
bir hissəsinin əriyib yox olması məhz bu siyasətin nə-
ticələrindəndir. Qədim zamanlarda İrtış və Ob çayları 


119
arasındakı Baraba çölündə və ona bitişik Çan gölləri 
ətrafında məskunlaşan, pasportlarında mənsub olduq-
ları xalqın adını yazdırmaqdan məhrum olan baraba-
lar bu gün rus, tatar, xakas və başqa xalqların adlarını 
yazmaq zorunda qalırlar…
Buradan gördük ki, heç də Şərq Ağ çarı qollarını 
açaraq qarşılamamışdır. Əksinə yerli xalqların, o cüm-
lədən də türklərin dilləri, dini inancları, adət-ənənələ-
ri, torpaqları təcavüzə məruz qalmışdır.


120
GEORGİ FEDOTOVUN 
ÖNCƏGÖRMƏLƏRİNİN DAVAMI
Gördüyümüz  kimi,    Georgi  Fedotovun  öncəgör-
mələri  keçmişə  baxışından  daha  maraqlıdır. Və  heç 
də  hər  zaman Ağ  çar  xilaskar  rolunu  yaxşı  oynaya 
bilməmişdir. Yaxşı oynadığı məqamlar isə milli ma-
raqlardan qaynaqlanırdı...
Lakin bəzi məsələlərdə Fedotovun təsbitləri özünü 
doğruldur. Özəlliklə də Ukrayna və Belarus məsələ-
sində:  “Rusiyada  qalan  xalqlardan  velikoruslara 
birbaşa  nifrət  yalnız  bizim  qan  qardaşlarımız  olan 
maloruslarda  və  ukraynalılarda  rast  gəlinir  (Bu  da 
yeni Rusiyanın ən ağrılı məsələsidir)”. O, yaxşı an-
layır ki, “Rusiyada məskunlaşan bir çox xalqlar rus 
dənizində  xırda  adacıqlar  kimi  ondan  ayrı  yaşaya 
bilməzlər; digərləri ondan ayrılan kimi qonşularının 
yeminə çevrilərək məhv olacaqlar. Qafqazdakı kimi, 
onlarla bir-biri ilə düşmənçilik edən yerlərdə yalnız 
super arbitrin ədalətli əli yeni milli həyatın bütün cü-
cərtilərinin  labüd  məhvinə  gətirən  qanlı  partlayışın 
qarşısını ala bilər”. 
Georgi Fedotovun ən çox ehtiyat etdiyi ölkə Uk-
rayna idi. Onun 1929-cu ildə yazdığı məqaləni oxu-
duqca,  düşünürsən  ki,  gec-tez  bu  günümüzün  ha-
disələri  baş  verməli  imiş.  Ukrayna  ilə  Rusiya  heç 
də  hər  zaman  bir  çoxlarının  düşündüyü  kimi,  dost, 
qardaş  ölkə  olmamışdır  və  bizim  slavyan  birliyinin 
yaranacağından  qorxmağımız  əbəs  imiş.  Ukrayna, 
Belarus  və  Rusiyanı  pravoslav  xristianlıqdan  başqa 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə