Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

88
luq çox vaxt onun mübarək Sergiyinin tələbələri olan 
sakinlərilə  ağrılı  bir  ziddiyyət  hissi  yaradır.  Lakin 
bununla  yanaşı  gələcəyimizin  vacib  məqsədini  qar-
şımıza konkret qoyur: müasirliyin texniki təbiəti pra-
voslavlıqdan ilham almalıdır.
Rus Şimalı, müqəddəs Rus öz xəzinəsini, əlbəttə 
ki,  yalnız  pravoslavlara  açır:  qədim  ikona  da,  xalq 
mahnısı da, hətta uzaqlaşan həyatın maddi hissəciklə-
ri də yalnız onun üçün yaşayır. Lakin, əlbəttə, dindar 
olmayan, sadəcə sevən tədqiqatçı üçün də iş tapılar. 
Burada  material  toplayan  etnoqraf,  sənətşünas,  ya-
şayışı  təsvir  edənlər  lazım  olacaq.  Dini  mədəniyyət 
əsərləri  üzərindəki  iş  şəxsiyyətin  dini  inkişafı  üçün 
hədər  getmir.  Lakin  yalnız  canlı  inam  mədəniyyət 
daşlarından canlı mənəviyyat tikməyə qadirdir.
Velikoruslardan rusa. Bu hər şeydən əvvəl Ukray-
nanın problemidir. Problem o qədər mürəkkəbdir ki, 
ona  burada  sadəcə  eyhamlarla  toxunmaq  mümkün 
deyil.  Lakin  onun  doğru  həllindən  Rusiyanın  möv-
cudluğunun özü asılıdır.  Bu vəzifə bizimçün qısaca 
və dürüst belə ifadə edilir: nəinki Ukraynanı Rusiya-
nın bədənində sıxıb saxlamaq, həm də Ukrayna mə-
dəniyyətini rus mədəniyyətində yerləşdirmək lazım-
dır. Bizim üçün həddindən artıq coşqun və təhlükəli 
prosesdə iştirak edirik. Bu, yeni millətin mahiyyətin-
də Ukrayna milli şüurunun yaranmasıdır. O hələ tam 
yaranmayıb,  taleyi  də  hələ  müəyyənləşməyib.  Onu 
öldürmək mümkün deyil, lakin onun rus özünüdərki-
nin xüsusi forması kimi təsdiqi üzərində işləmək olar. 
Cənubi Rus (malorus) tayfası rus dövlətçiliyinin ilk 


89
yaradıcısı idi. O, bizim milli mədəniyyətimizin əsa-
sını qoymuş və özünü həmişə Rus (XIX əsrin sonuna 
qədər) adlandırmışdır. Onun taleyi biz velikorusların 
onun yaxınlığını dərk etməyimizdən və ya yadlardan 
qaçan kimi ondan qaçmağımızdan, uzaqlaşmağımız-
dan  çox  asılıdır.  Sonuncu  halda  bizim  onu  itirmə-
yimiz  mütləqdir.  Biz  tək  Kiyev  kilsəsinin  səlnamə 
və mozaikalarını etiraf etməli və durmadan özümü-
zünkü  hiss  etməməliyik.,  eyni  zamanda  Moskvada 
bu  qədər  calaq  olmuş  Ukrayna  barokkosunu  və  rus 
kilsəsi yetişdirən Kiyev Akademiyasını da, Qoqolla 
ümumi cəhətlərinin olduğuna görə, Şevçenkonu da, 
velikorus mahnısının kiçik bacısı olan Ukrayna mah-
nısını da qəbul etməliyik. Malorus ənənəsini ümum-
rus  mədəniyyətinə  sığındırmaq  vəzifəsi  hər  şeydən 
əvvəl Rusiyaya sadiqliyini və Ukraynaya məhəbbə-
tini qoruyub saxlayan cənubi Rusiya ukraynalılarının 
payına düşür. Öz yaradıcı gücümüzü Velikorusiyaya 
verərkən  biz  Kiçik  Rusiyaya  (qədim  Anamıza)  da 
ürəyimizin bir guşəsini ayırmalı və onun xüsusi ta-
rixi-mədəni yolunu başa düşməliyik. Rus ideyasının 
və  Ukraynadakı  rus  məsələsinin  müdafiəsində  Uk-
rayna milli istiqlaliyyət bayrağı altında çıxış edən ək-
sinqilabi siyasi hərəkatla mübarizədə rus məsələsini 
velikorus məsələsilə qarışdırmaq və rus (yəni malo-
rus) mədəniyyətinin də cücərtilərini basdırmaq lazım 
deyil. Elə həmin rus ideyası şimaldan daralmanı, cə-
nubda diyarçılığın, vilayətçiliyin dərinləşməsini, adət 
etdiyimiz velikorus formalarının sərhədlərdən kənara 
çıxarılmasını, genişləndirilməsini tələb edir.


90
Burada da, yəni Böyük və Kiçik Rusiyanın birliyi-
nin müdafiəsində də onlar arasında ən möhkəm əlaqə 
din olaraq qalır. Qoy dil, yaddaş və Moskvanın adı 
onları ayırsın, Kiyevin müqəddəs yerləri və Müqəd-
dəs Rusun monastrları onları birləşdirəcək. Neçə ki, 
düzəldilməsi  mümkün  olmayan  səhv  addım  atılma-
yıb, malorus xalqı ümidsizliyə və ya katolikləşdirən 
xristianlığın  digər  formalarına  məruz  qalmayıb,  biz 
öz qardaşlığımızı itirməyəcəyik. Milliyyətçi (eyni za-
manda da vulqar qərbçi) ideyalar axını tərəfindən par-
çalanan  bizlər  dinin  dirçəldilməsində  birləşməliyik. 
Bu gün də Ukraynanın əsl canlı dini gücləri özlərini 
Rus kilsəsindən ayırmırlar. 
Rusdan  rusiyalılığa.  Rusiya  Rus  deyil,  Rus  ətra-
fında birləşən xalqlar ittifaqıdır. Bu xalqlar artıq səs-
siz deyillər, lakin bir-birinin səsini nizamsız səslərin 
küyündə  batırmağa  can  atırlar.  Bir  çoxlarımız  buna 
hələ  alışmamışıq  və  bununla  barışa  bilmirik.  Əgər 
nizamsızlıqla  deyil,  çoxsəsliliklə  barışmasaq,  onda 
təkcə Velikorusla  kifayətlənməli  olacağıq,  yəni  Ru-
siya yaşamayacaq. Bu qədər imperiyalar dağıldıqdan 
sonra  biz  dünyaya  göstərməliyik  ki,  imperiyanın, 
yəni son dərəcə milli dövlətin məsələsi həll olunan-
dır. Bundan əlavə adda-budda xırda tayfaların qanlı 
xaosundan yorulan dünya böyük mədəniyyətin ilkin 
şərti olan birlik üçün darıxacaq. Rusiya böyük millə-
tin zülmü altında deyil, başçılığı, rəhbərliyi ilə xalq-
ların əmin-amanlıq şəraitində əməkdaşlığının forma-
sının  nümunəsini  verməlidir.  Siyasətçilərin  vəzifəsi 
əlaqələrin hər bir xalqı gücünə və kamilliyinə uyğun 


91
azadlıqla təmin edən çevik, lakin möhkəm formasını 
tapmaqdır.  Hər  bir  rus  mədəniyyət  işçisinin  vəzifə-
si özünün rus şüurunu Rusiya şüuruna doğru geniş-
ləndirməkdən  (onun  “rusluğuna”  xələl  gətirmədən) 
ibarətdir.  Bu  həm  də  onda  Rusiyanın  bütün  xalqla-
rının  mənəvi  simasını  dirçəltməkdir.  Onlarda  əbədi 
olanlar,  ümumdünya  kilsəsinin  bədənində  öz  yerini 
tapa bilənlər qiymətlidir. Nə qədər cüzi olsa da, hər 
bir  kiçik  xalqın  yaratdığı  bütün  işlər  rusun  şöhrəti-
nin  artmasına,  Rusiya  işinə  yönəldilməlidir.  Bizim 
dövrümüzdə milli heysiyyat bəzən milli maraqlardan 
daha  üstün  olur.  Qoy  hər  bir  kiçik  xalq,  yəni  onun 
ziyalıları nəinki rusların (velikorusun) milli şüuru ilə 
təmasdan  tək  özünü  alçaldılmış  kimi  hiss  etməsin, 
həm  də  onda  öz  milli-mədəni  məsələlərinə  kömək 
və dəstək də tapsın. Bu şovinist ziyalıları saymamaq, 
hesaba almamaq və onların başı üzərindən xalqla da-
nışmaq  zərbəvurucu  səhv  olardı.  Çoxları  kütlələrin 
iqtisadi maraqlarından ziyalıların “süni” milli iddia-
larının irəli sürülməsində istifadə etmək istəyir. Gec-
tez bütün xalq ziyalı olacaq və onun mənəvi tələbatı-
na nifrət öz qisasını alacaq. Əlbəttə, mənəvi tələbatı 
siyasi  iddialardan  fərqləndirmək  lazımdır:  Moskva 
Çarlarının və ümumrusiya imperatorlarının titulların-
da onların dövlətinə tabe olan xalqların uzun siyahı-
sı  sadalanırdı.  Rusiyanın  çoxtayfalılığı,  çoxsəsliliyi 
onun  şöhrətini  azaltmır,  əksinə  artırırdı.  Avropanın 
yeni xalqlarının milli şüuru bu mənada monarxların 
iftixarını  paylaşmır.  Lakin  Rusiya  Fransa  və  ya Al-
maniya ilə eyniləşə bilməz: onun xüsusi vəzifəsi var. 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə