Güllü. indd



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix20.08.2018
ölçüsü3,24 Mb.
#63685
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

54
dən yerli hakimiyyət orqanlarının icazəsi olmadan 30 
verst aralanmaq qadağan idi. Əhaliyə ailə bayramları, 
yas mərasimləri keçirmək də yasaq olunmuşdu. Çün-
ki bir neçə adamın bir yerə toplanmasına izin veril-
mirdi.  İctimai  yerlərdə,  rəsmi  yazışmalarda  polyak, 
litva və Ukrayna dilindən istifadəyə, yas saxlamağa 
görə də cərimə təyin olunmuşdu. 1864-cü ildən latın 
qrafikalı əlifbadan istifadə etməklə litva dilində mətn 
çap  etmək  də  yasaq  idi.  Əvəzində  əhali  İ.Kornilov 
tərəfindən tərtib olunmuş kiril əlifbasından istifadəyə 
məcbur edilirdi. Yəni ruslar tərəfindən əsl zorakı assi-
milyasiya siyasəti aparılırdı.
b) LİTVALILAR  DİLLƏRİNİ  NECƏ  
QORUDULAR?
Kiçik  Litva  adlan-
dırılan  Şərqi  Prussiya-
dan  gizli  yollarla  latın 
qrafikalı əlifba ilə litva 
dilində  kitablar  daşı-
nırdı. Bu kitablar Şərqi 
Prussiyada  və  ABŞ-da 
çap olunurdular. Bu cür 
kitab  çapının  və  daşın-
masının  təşəbbüskarı 
1867-ci  ildə  yepiskop 
Moteyus  Valançyus  ol-
muşdur.
Moteyus Valançyus 
(1801-1875)


55
Nəticədə  Rusiyada 
yaymaq  üçün  1865-
1904-cü  illərdə  Prus-
siyada  litva  dilində 
1830,  1874-1904-cü 
illər  arası  isə ABŞ-da 
701  adda  çap  məmu-
latı  işıq  üzü  gördü. 
Ümumi  nüsxə  sayı  6 
mln olan bu nəşrlərdən 
təkcə  əlifba  kitabının 
nüsxə sayı 10 mindən 
çox, təqvim 8 min, dua 
kitabı 7 500, kübar da-
irələrdə  oxunan  kitab-
ların orta nüsxə sayı isə 
2 500 idi. Gizli məktəblər yaradılırdı. Öz ana dilində 
kitab  oxuduğuna  görə  çoxları  Sibirə  sürgün  olunur, 
həbs edilirdilər. Təbii ki, kitabları Rusiya hüdudlarına 
gətirənlər  tutulanda,  ciddi  cəzalandırılırdılar.  3  047 
nəfər kitab daşıyanın ələ keçdiyi haqqında sənədlər 
var.   Onlardan biri də Yurqis Belinis idi. 
Bu gün hər il Yurqis Belinisin doğum günü olan 
16  mart  Litvada  kitab  daşıma  günü  kimi  qeyd  olu-
nur. 1928-1939-cu illərdə heykəltaraş Yuozas Zikaris 
(1881-1944) məşhur 
“Kitabdaşıyan”  heykəlini  düzəldir.  Bu  da  o 
deməkdir ki, yaddaş daim diri tutulurdu. Qadağaların 
sayəsində xalq birləşdi,  mədəni və siyasi savadı art-
dı, milli özünüdərk, dil, yazı, əlifba, yaddaş qorunub 
Yurqis Belinis  
(1846-1918)


56
saxlanıldı.  Ona 
görə  də  hətta  so-
vet  dövründə  də 
Litva,  eləcə  də 
digər  Baltikya-
nı  respublikalar 
“Kiçik  Avropa” 
hesab  olunurdu-
lar...
Xalqı  daha  da 
birləşdirən, qada-
ğaları tətbiq edən 
işğalçılara  qarşı 
nifrəti daha da ar-
tıran yasaq 1904-
cü  ildə  aradan 
qaldırılsa  da,  kin 
aradan  qalxmadı... 
1926-cı ildə Litvada milliyyətçilərin ayağa qalxması 
və ordunun dəstəyilə çevriliş baş verdi. Kommunist 
partiyasının bütün üzvləri tutuldu, rəhbərləri güllələn-
di.  Litva  Milliyyətçiləri  Birliyinin  rəhbəri  Antanas 
Smetona vaxtilə Çar Rusiyasının ruslaşdırma və pra-
voslav xristianlığı yaymasına qarşı çıxaraq dəfələrlə 
təhsildən uzaqlaşdırılmışdı. Lakin buna baxmayaraq 
xalqını sevən siyasi lider kimi yetişmişdi.
A.Smetona 1940-cı ilə, yəni Çar Rusiyasının impe-
riya siyasətini davam etdirən SSRİ-nin hərbi təlimlər 
adı altında yola çıxaraq Litvanı (eləcə də digər Baltik-
yanı dövlətləri – Estoniya və Latviyanı) işğal etdiyi 
Kitabdaşıyan


57
vaxta  qədər  hakimiy-
yətdə olmuşdur... 
 Bu gün Baltikyanı 
ölkələrdə  rus  dilinin 
məhdudlaşdırılması-
na  və  ruslara  mənfi 
münasibətə  təəccüb-
lənənlər  tarixə  nəzər 
salsınlar... Heç bir şey 
səbəbsiz deyil!
c) POLŞA  
KRALLIĞINDAKI  
VƏZİYYƏT
Polşa  Krallığında 
da vəziyyət eyni idi. Polşa Krallığı 1815-ci il Vyana 
Konqresindən  sonra  Rusiya  İmperiyasının  hakimiy-
yəti  altında  muxtariyyət  aldı.  Lakin  tezliklə  verilən 
azadlıqlar məhdudlaşdırılmağa başlandı. Pul vahidi, 
ölçü və çəki vahidləri dəyişdirildi. Senzura gücləndi-
rildi, Adam Mitskeviç, Yuliuş Slovatski kimi yazıçı 
və şairlərin əsərləri qadağan olundu...
Yuxarıda haqqında danışdığımız ukraynalı hərbçi 
Andrey Potebnya da məhz Polşadakı bu üsyanlarda 
Qumlu  Qaya  yaxınlığında  ruslarla  savaşda  öldürül-
müşdü...    Gördüyümüz  kimi, A.Potebnya  ukraynalı 
idi. Və o da ölkəsinin Rusiya tərəfindən işğalına qarşı 
mübarizəyə qalxmışdı. Bu hadisə 1863-cü ildə, yəni 
bugünkü Rusiya-Ukrayna münaqişəsindən təxminən 
Antanas Smetona  
(1874 - 1944)


58
150 il əvvəl baş vermişdir... Kilsə pravoslav kilsə ilə 
birləşdirilmiş, ruslaşdırma və xristianlaşdırma siyasə-
ti sürətləndirilmişdi. Polşa üsyanından sonra 1866-cı 
ildə Rusiya İmperiyası tərəfindən belarus dili də qa-
dağan olundu. 
Tarix təkrar olunur?.. Yox! Tarix heç vaxt unudul-
mur!..
Avstriyanın tabeçiliyində olan Qaliçdəki ukrayna-
lılar öz dillərini və mədəniyyətlərini inkişaf etdirə bil-
dikləri halda, Rusiya işğalında olan Ukrayna torpaq-
larında  xalq  əzab-əziyyət  içərisində  yaşayırdı.  XIX 
əsrdə rus şovinizmi geniş vüsət almışdı. İmperiyanın 
hüdudları  böyüdükcə,  millətçilik  də  baş  alıb  gedir, 
ruslaşdırma  və  xristianlaşdırma  siyasəti  yeridilirdi. 
Lakin Çar Rusiyası çox gözəl bilirdi ki, zor gücünə 
ələ keçirilən torpaqların əhalisi fürsət düşən kimi ona 
qarşı  çıxacaq.  Finlandiyada  çarın  təyin  etdiyi  gene-
ral-qubernatorun  bir  gənc  tərəfindən  öldürülməsi, 
Ukraynadakı  nizamsız  etirazlar  da  Georgi  Fedotov 
kimilərini  ağıllandırmadı. Azərbaycan  kimi  bir  çox 
milli dövlətlərdə müxtəlif xalqlar, etnik və etnoqrafik 
qruplar yaşadığı üçün milliyyətçilik milli dövlət üçün 
də təhlükəlidir.  Fedotov və onun kimi milliyyətçilər 
bilməliydilər ki, milliyyətçilik süquta aparan yoldur. 
Bunu V.Lenin yaxşı bildiyi üçün Ukrayna kimi həssas 
bölgəni  əldə  saxlamaq  məqsədilə  Çar  Rusiyasından 
fərqli üsullara əl atırdı...
1917-ci il inqilabından sonra Xarkovda SSR qu-
ruldu. Avstriya-Macarıstan İmperiyasının süqutundan 
sonra buradakı ukraynalılar 1918-ci ildə Lemberqdə 


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə