Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə72/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

Dərs 96. LAYLALAR (2 saat)
Motivasiya.
Səhnəcik, yaxud şəkil göstərilir.
Uşaq (kukla) ağlayır, yatmaq istəmir. Ana onu tərpədir, qucağında gəzdirir, çay, yemək
verir, uşaq yenə yatmır.
Köməkçi sual: – Uşağı necə yatırmaq olar? Nə etsək, o yatar? 
Tədqiqat sualı:
– Laylanın əsas xüsusiyyəti nədir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Eşitdiyiniz, bildiyiniz layla söyləyin və onun məzmununu izah edin.
II qrup. Müəllim  4 misralı 3 şeir verir: – Bunlardan hansı layladır? Onun o biri
ikisindən fərqi nədir?
III qrup. – Laylalar nə məqsədlə söylənilir, onların əhəmiyyəti nədir? Bunu bir layla ilə
açıqlayın
IV qrup.  Misraları ardıcıl düzsəniz, layla alınar. Ardıcıllığı qurarkən nəyi nəzərə aldınız?
Qızılgülə batınca
Canım cəzana gəldi
Laylay dedim yatınca
Sən murada çatınca
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Dərslikdən laylalar haqqında verilən məlumat oxunur, 170-171-ci sə -
hifələrdəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətnin davamını müəyyən edir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Eşitdiyi, bildiyi laylaları deyir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki ardıcıllığı bərpa edir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeiri nəsr formasında yazılmış digər əsərlərdən
fərqləndirir və əsas xüsusiyyətini (vəzn, qafiyə)
izah edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Laylalardakı əsas fikri müəyyən edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ş” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi laylaları yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri müəyyənləşdirir.
4.1.7. Tələb olunan məqsəd  və intona -
siyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır.  
Cümlələri intonasiyaya görə fərqləndirir və
müvafiq durğu işarələrini qoyur.
Dərslərin planlaşdırılması
VII bölmə
194
Çap üçün deyil


1-ci tapşırıq. 2-ci sütunda laylalar verilib. 
2-ci tapşırıq. Cavab “B” variantıdır. 
3-cü tapşırıq.
Laylay dedim, ağlama,
Ürəyimi dağlama.
Böyü, bir qoç igid ol,
Mənə ümid bağlama.
4-cü tapşırıq.
Bir gül əkdim boyunca,
İyləmədim doyunca.
Ömrüm, günüm uzansın
Bu balamın toyunca.
Nəticə: 
Laylalar körpəni yatırmaq üçün oxunur. Layla 4 misradan ibarət olur. Laylalarda əsas
fikir 3-cü və 4-cü misralarda əks olunur. Bu şeirlərdə 1-ci, 2-ci, 4-cü misralar qafiyə lənir.
Tətbiqetmə.
Məşhur laylalardan biri belə başlayır: Laylay dedim yatasan, 
Qızılgülə batasan...
Bir ana bu laylanı belə tamamladı: Qızılgülün ətrindən
Öz yuxuna qatasan.
Başqa birisi isə belə söylədi: Qızılgülün içində 
Şirin yuxu tapasan.
Bəs sən bu laylanı necə bitirərdin?
İş dəftərinin 123-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Sual: – Yuxarıda oxuduğunuz laylalarda hərəkət bildirən sözləri tapın.
6-cı tapşırıq. Sonuncu misrada “gülüm” sözü hərəkət bildirir. 
7-ci tapşırıq yerinə yetirilir. 1-ci şeirin sonuncu misrasında nida, 2-cidə nöqtə, 3-cüdə
isə sual işarəsi qoyulur. 
Yazı. Hüsnxət. “Ş” hərfi. İş dəftəri, səh. 121.
Ev tapşırığı:
– Nənənizdən, ananızdan eşitdiyiniz laylaları yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 97. TÜLKÜ VƏ DƏVƏ (2 saat)
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı biliklərlə əvvəl öyrəndiyi bilikləri
müqayisə edir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Təmsil janrının əsas xüsusiyyətlərini izah
edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.7. Tələb olunan məqsəd  və intona -
siyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır.  
Cümlələri intonasiyaya görə fərqləndirir və
müvafiq durğu işarələrini qoyur.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
195
Çap üçün deyil


Motivasiya. 
Müəllim: – Oxuduğunuz hansı əsərlərin qəhrəmanları heyvanlardır? 
– Bu cür əsərlər necə adlanır? 
– Həmin əsərlərin ideyasını xatırlamağa çalışın (“Ayı və şir”, “Kəpənək və qaranquş”,
“Əqrəb və qurbağa” və s.).
Cavablardan sonra müəllim aşağıdakı tapmacaları söyləyir.
Tapmacaların açmaları (tülkü, dəvə) tapıldıqdan sonra: – Bu heyvanlar dostluq edə
bilərmi? Niyə?
Dərsliklə iş. Dərsliyin 172-ci səhifəsindəki mətn oxunur, təhlil edilir. 1-2-ci tapşırıqlar ye -
rinə yetirilir.   
– Təmsilin sonuncu cümləsini – tülkünün canavara verdiyi cavabı necə başa düşürsünüz?
Fikrinizi əsaslandırın.
1-ci tapşırıq. Cavab “B” variantıdır. 
Təmsil haqqında yazılan nəzəri hissə oxunub təhlil olunur. 
2-ci tapşırıq. 2-ci, 5-ci atalar sözləri təmsilin ideyasına uyğun gəlir. 
Müəllim: – Gəlin indiyədək oxuduğunuz təmsilləri yada salaq, onların ideyalarını müəy -
yənləşdirək. 
“Ayı və şir” təmsilinin ideyası müəyyənləşdirilir: “Artıq tamah baş yarar”. 
“Şir və siçan” təmsilinin ideyası müəyyənləşdirilir: “Zəiflərin də güclülərə köməyi dəyə
bilər”.
“Kəpənək və qaranquş” təmsilinin ideyası müəyyənləşdirilir: “El gücü, sel gücü”.
“Əqrəb və qurbağa” təmsilinin ideyası müəyyənləşdirilir: “İtlə dost ol, çomağı əlindən
qoyma”. 
Müəllimin izahı: – Təmsillərin qəhrəmanları heyvanlar, quşlar, cansız əşyalar olsa da,
əsərdə bu obrazlar insan kimi davranırlar və insana xas olan əxlaqi dəyərlər onlara da aid
edilir.
Əlavə tapşırıq: – Oxuduğunuz təmsilin ideyasına və məzmununa uyğun hekayə düşünüb
danışın.
Dil qaydaları. 3-cü tapşırıq. 1-ci və 3-cü tapmacaların sonuna sual işarəsi, 2-ci tap ma -
canın sonuna isə nöqtə qoyulmalıdır. (Tapmacaların açmaları: 1 – gözlər; 2 – süd; 3 – təqvim.)
Yazı. Mətndən dəvənin özünü ölülüyə vurduğu, tülkünün onun öldüyünə əmin olduğu hissə
üzündən köçürülür.
Nəticə: Təmsil qəhrəmanı heyvanlar olur. Təmsilin ideya məzmununda müdrik bir fikir ifadə
olunur.
Ev tapşırığı.
Kitabxanadan təmsillər olan kitab seçin. Bir təmsili oxuyub onun ideyasını
aydınlaşdırın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Quyruğu var bir şələ,
Çətin keçir o ələ.
Hansı həyətə girsə,
Hində qopar vəlvələ
(tülkü)
Bad-bad ayaqlı,
Əymə dodaqlı,
Belində var dağ,
İçində də yağ.
(dəvə)
Dərslərin planlaşdırılması
VII bölmə
196
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə