Dərs 98. MOLLA YOLDA (2 saat)
Motivasiya.
Məntiqi məsələ:
1. Səbətdə 5 alma var. Bu almaları 5 uşaq arasında bərabər elə bölün ki, almanın biri
səbətdə qalsın. (Uşaqlardan birinə alma səbətin içində verilir)
2.
Qatar 8 vaqondan ibarətdir. Arxadan saysan, 4-cü vaqon neçənci olar? (Beşinci)
Dərsliklə iş. Mətn (dərslik, səh. 174) oxunur. 1-ci tapşırığın cavabı araşdırılır.
2-ci tapşırıq. Cavab:
gözdə-qulaqda olmaq – diqqətli olmaq;
ürəyi yerinə gəlmək – sakitləşmək;
cin atına minmək – hirslənmək.
Qiymətləndirmə.'>Ev tapşırığı:
– Mətnin məzmununa aid 4 sual tərtib edib dəftərə yazın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 99. YANILTMACLAR (2 saat)
Motivasiya.
Müəllim ağaca sarmaşmış sarmaşıq şəkli nümayiş etdirir və soruşur.
–
Bu nədir? (Sarmaşıq)
–
O nə edib? (Sarmaşıb)
– Tapdığınız sözlər bir-birinə bənzəyirmi? Gəlin onların iştirakı ilə bir cümləni tez-tez təkrar
edək: “Sarı sarmaşıq çəpərə sarmaşır”. Nəyə görə bu cümləni tez-tez deyəndə dilimiz çaşır?
Daha sonra müəllimin ardınca şagirdlər başqa bir yanıltmac səsləndirirlər:
Cücüləri cücələrə
Məzmun standartları
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Frazeoloji ifadələri yaxınmənalı sözlərlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnləri ifadəli və şüurlu oxuyur.
2.2.4. Mətndəki
əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikrə münasibət bildirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeirin məzmununu yazır.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni oxuyarkən
deyilişi çətin olan söz və
ifadələri düzgün tələffüz edir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Yanıltmac janrının xüsusiyyətlərini izah edir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Oxuduğu şeiri nəsrə çevirərək məzmununu
öz sözləri ilə yazılı ifadə edir.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
197
Çap üçün deyil
Tapşırdılar cücülər.
Cücüləri bircə-bircə
Aşırdılar cücələr.
Tədqiqat sualı:
–
Yanıltmacı demək niyə çətindir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında
öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Dərslik, səh. 175, tapşırıq 1.
II qrup. Dərslik, səh. 175, tapşırıq 2.
III qrup. Dərslik, səh. 175, tapşırıq 3.
IV qrup. Dərslik, səh. 175, tapşırıq 4.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Nəticə:
Yanıltmac oxşar səsli sözlərdən ibarət olduğundan onları söyləmək çətindir.
Tətbiqetmə.
Dərsliyin 175-ci səhifəsindəki 5-ci tapşırıq yerinə yetirilir.
Yazı. İfadə mətni:
Ev tapşırığı:
Dərslikdə olan yanıltmaclardan birini əzbərləyin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Mənim nənəm
Nənəm mənə çay tökəndə
Tez tuturam əllərindən.
Deyirəm ki, “Get, nənəcan,
Bircə dincəl, rahatlan sən”.
Hər gün bizdən əvvəl durub
Atam, anam gedir işə.
Evdə qoca nənəmizə
Köməkçiyəm mən həmişə.
M.Dilbazi
Dərslərin planlaşdırılması
VII bölmə
198
Çap üçün deyil
Dərs 100. GÖYƏRÇİN (4 saat)
Motivasiya.
Nömrəli pazllar vasitəsilə göyərçin şəkli alınır.
Sual: –
Uşaqlar, bu quşun adı nədir? Necə quşdur – çöl, yoxsa ev quşu?
BİBÖ cədvəli çəkilir.
Şagirdlərin göyərçin haqqında bildikləri cədvəlin 1-ci sütununa, bilmək istədikləri isə 2-ci
sütununa qeyd olunur.
Tədqiqat sualı:
–
Göyərçin nə üçün sülh rəmzi sayılır?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup.
Elə bir nağıl qurun ki, orada göyərçin müharibənin qarşısını almış olsun.
II qrup.
Krossvordu həll edin. Hansı söz alınır? (Həmrəylik).
Məzmun standartları
Təlim məqsədləri
1.2.1.
Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Qazandığı biliklərlə əvvəl öyrəndiyi bilikləri
müqayisə edir. Hadisələri öz yaradıcı
təxəyyülünə uyğun davam etdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni şüurlu
oxuyaraq illüstrasiyalar üzrə
yeni sözləri tapır.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin məzmununa əsaslanaraq hissələrə
başlıqlar verir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tutduğu plana görə mətni nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“T” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.7. Tələb olunan məqsəd və intona -
siyaya görə cümlə qurur və müvafiq işa -
rələrlə tamamlayır.
Cümləni
məqsəd və intonasiyaya görə
fərqləndirir.
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
199
1
2
4
3
5
7
6
8
9
Çap üçün deyil