Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə69/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

Ev tapşırığı.
Əzbər bildiyiniz 5 tapmaca yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 91. SANAMALAR (2 saat)
Motivasiya.
Müəllim 6 şagirdi seçir. Onlara oyun oynamağı təklif edir.
Sual: – Bir nəfər başçı seçmək lazımdır, necə edək?
Təkliflər dinlənilir. Əgər özləri tapmasalar, müəllim belə bir sanama təklif edir:
Bundan sonra uşaqlar bildikləri sanamaları söyləyirlər.
Tədqiqat sualı:
– Sanama başqa şeirlərdən nə ilə fərqlənir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Dərslik, səh. 162, tapşırıq 1.
II qrup. Dərslik, səh. 162, tapşırıq 2.
III qrup. İş dəftəri, səh. 117, tapşırıq 1.
IV qrup. İş dəftəri, səh. 117, tapşırıq 2.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərslikdən sanama haqqında verilən məlumat oxunur.
Nəticə:
Sanamaların məzmununda dərin fikir olmur. Sanama deməkdə əsas məqsəd
oyun zamanı bir nəfəri seçməkdir.
Tətbiqetmə.
“Doqquzdaş” oyunu keçirilir. Zər (kub) atan hər dəfə sanama ilə müəyyən
olu nur. Oyun zamanı atılan kubların üst tərəfində qalan hərflərdən müxtəlif sözlər düzəldilir.
Bu sözlər ad, əlamət, hərəkət bildirən sözlər olmaqla qruplaşdırılaraq dəftərə yazılır.
Ev tapşırığı:
– Həyətdə oynayanda söylədiyiniz sanamalardan birini dəftərinizə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Müvafiq yerlərdə fasiləni gözləməklə sanama
oxuyur.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeiri nəsr formasında yazılmış digər əsərlərdən
fərqləndirir və əsas xüsusiyyətini (vəzn, qafiyə)
izah edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi sanamanı yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
qruplaşdırır.
Biri bizdə,
İkisi sizdə,
Üçü üzdə,
Dördü düzdə,
Beşi bəstə,
Altısı asta,
Yeddisi yüzdə,
Səkkizi – səsdə.
Doqquzu – dəstə,
Onu – sonu.
Başa vur çəkil,
Dur burdan əkil.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
185
Çap üçün deyil


Dərs 92. NİTQ ETİKETLƏRİ (2 saat)  
Motivasiya.
Müəllim yazı taxtasında aşağıdakı sözləri yazır: “salam”, “sağ ol”,
“bağışla”, “zəhmət olmasa”, “təbrik edirəm”. 
Sual: – Bu ifadələri hansı hallarda işlədirlər?
Şagirdlərin fikirləri dinlənilir. 
Tədqiqat sualı:
– Gündəlik həyatda hansı etiketlərdən istifadə edirsiniz?
Tədqiqatın aparılması. 
Qruplarla iş. 
– Aşağıdakı hallarda hansı etiketlərdən istifadə olunur? Elə bir səhnəcik hazırlayın ki,
həmin etiket orada işlənsin. Jest və mimikalardan yerində istifadə etməyi unutmayın.
I qrupTəşəkkür edərkən
II qrupGörüşərkən
III qrupAyrılarkən
IV qrupXahiş edərkən
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Nitq etiketi haqqında verilən nəzəri hissə oxunur. Dərslikdə verilən
mətnlər (dərslik, səh. 163) oxunur və səhnələşdirilir. 
1-ci tapşırıq. Cavab “C” variantıdır. 
2-ci tapşırıq. Gecən xeyrə qalsın, xahiş edirəm, axşamın xeyir ifadələri hər gün işlənən
etiketlərdir. 
İş dəftərinin 119-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: 
Arzu və istəyə nail olmaq üçün ətrafdakılarla ünsiyyət qurmağı bacarmaq lazımdır.
Tətbiqetmə. 
“Kim daha tez” (və ya “Auksion”) oyunu keçirilir. Bu oyunda təkrarlan ma maq
şərti ilə hər uşaq nitq etiketi söyləməlidir. Oyunun sonunda daha tez, daha çox nitq etiketi
səsləndirən şagird qalib gəlir.  
Yazı. İmla mətni:
Ev tapşırığı:
– Məktəbdə işlətdiyiniz nitq etiketlərini dəftərə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir. 
Situasiyaya uyğun olaraq nitq etiketlərini yerli-
yerində işlədir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və mimi -
kalardan istifadə edir.
Rollu oyun zamanı müvafiq jest və mimikalar-
dan istifadə edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü fərq -
lənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
BALACA RƏSSAM (36 söz)
Qar yağırdı. Balaca rəssam qışın şəklini çəkmək istədi. Nə qədər çalışdısa, ağ
ayıları, qarlı dağları, ağarmış çölləri ağ kağıza çəkə bilmədi. 
O, çölə çıxanda gördüklərinə heyran qaldı. Təbiət qışın şəklini ən böyük
rəssamdan da yaxşı çəkmişdi.
Dərslərin planlaşdırılması
VII bölmə
186
Çap üçün deyil


Dərs 93. XAQANİ  (6 saat)
Motivasiya.
Hazırcavablıq tələb edən suallar qoyulur. Məsələn:
– Acqarına neçə yumurta yemək olar? (Bir, çünki sonra adama ac demək olmaz)
Suallara tez və məntiqli cavab verən şagirdlər qiymətləndirilir. Onların hazırcavab olduğu
qeyd edilir.
Tədqiqat sualı:
– Hazırcavablıq nə deməkdir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup– Almanın yarısı nəyə oxşayır? (O biri yarısına)
II qrup– Bu il fevralın 30-u neçənci günə düşmüşdü? (Fevralda 30 gün olmur)
III qrup– Qara pişik nə vaxt evə girə bilər? (Qapı açıq olanda)
IV qrup– Canavar nə vaxtadək meşəyə doğru qaçır? (Meşəyə çatana kimi. Sonra o,
meşə ilə və ya meşədən qaçır)
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Mətnin birinci hissəsi oxunur. 
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Sualı düzgün ifadə etməklə dinlədiyi fikri
anladığını nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Mətni müəyyən hissədən başlayaraq öz
təxəyyülünə uyğun davam etdirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəyyənləşdirir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni ifadələrin mənasını
başa düşür və onları yaxınmənalı ifadələrlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Sualları cavablandırmaqla mətni şüurlu oxu -
duğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrinə başlıq verməklə məzmuna
aid sadə plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Tərtib etdiyi plana görə mətnin məzmununu
nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“S” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin seçilmiş hissəsini köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidə və arzularına əsaslanaraq
kiçikhəcmli esse yazır.
4.1.7. Tələb olunan məqsəd  və in-
tonasiyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır. 
Cümləni məqsəd və intonasiyaya görə
fərqləndirir, müvafiq olaraq cümlənin sonunda
durğu işarələrini qoyur.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
187
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə