68
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
Bozlamac formasının ilk hecadakı b dodaq samitinin təsiri ilə
nisbətən sonrakı dövrdə yarandığını söyləmək mümkündür.
Görkəmli türkoloqlar A.Tietze v ə H.Eren bazlamac/bazlama
«sac ekmeği, pide; tatlısı bol, kalın gözleme» sözünün türk dili
dialektlərində eyni zamanda pazlama, bezleme fonetik
variantlarında işləndiyini qeyd edərək, etimoloji cəhətdən türk
dialektlərində işlənən pazı «bir ekmeklik hamur topağı; yufka »
sözündən -ma/-mac şəkilçiləri vasitəsi ilə yarandığını
göstərmiş, pazı sözünü isə yunanca mazı «xamır» sözü ilə
əlaqələndirmişlər (57, 298-299; 133, 45). A.Tietze fikrini isbat
etmək üçün analoji şəkilçilərlə yaranmış cizlama, çalkama,
çevirme, döğme, bulamaç, çalkamaç, doğ ramaç, döğmeç,
tutmaç, dürmeç və s. yemək adları bildirən sözləri misal gətir-
mişdir (139). Lakin misallara diqq ət etdikdə, onların hamısının
kökündə müəyyən əlamətlərlə bağlı hərəki fellərin dayandığını
təsbit etmək mümkündür: çalkamaç çalka felinə, döğmeç döğ
felinə, bulamaç bula felinə və s. bağlanır. -ma və -mac
şəkilçiləri ilə yaranmış yemək adlarının heç birisinin etimoloji
cəhətdən isim kökü ilə bağlılığı müşahidə edilmir. Başqa bir
tərəfdən, «xəmir» mənalı sözün əsasında çörək növü bildirən
leksik vahidin meydana gəlməsi semantik cəhətdən də özünü
doğrultmur. Çünki təkcə bazlamac deyil, bütün çörək növləri
xəmirdən hazırlanır. Buna görə də göstərilən etimologiya
bazlamacın çörək növü kimi özünə məxsus əlamətlərini əks
etdirə bilmir. Bizim fikrimizcə, bazlamac/bozlamac sözü səs
təqlidi yolu ilə yaranmışdır. Türkmən dilində səs təqlidi
mənşəli bazla – və bazırda – «səs çıxararaq yanmaq» felləri
vardır (119, 68). Bazlamac sözünün qədim mənaları içərisində
«yağlı xəmirdən hazırlanmış qalın lavaş növü» mənasının
üstünlük təşkil etməsini və yağlı xəmirin atəş üzərində
bişirilərkən səs çıxarmasını nəzərə alaraq, sözün etimoloji
69
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
cəhətdən bazla – felindən yarandığını güman etmək olar:
baz+la+mac. Müq.et: cızlama «yağda bişirilən çörək növü»,
cızbız və s. Əlavə edək ki, Azərbaycanın bəzi regionlarında
eyni lavaş növünü bildirm ək üçün bazlamac yerinə yanmaq
felindən yaranmış yanlama sözündən istifadə edilir.
Tülək «yunu təmizlənmiş dəri» (Lah., Q., Dəv., Xaçm.). Bu
söz tat dili şivələrində dabbaqlıq peşəsi ilə bağlı olaraq yayılmışdır
(33, 60). Talış dilində həmin söz məcazi məna kəsb edərək, «arıq,
çəlimsiz» mənası ifadə edir: Əhmədi tüləkiş kardə «Əhməd tülək
olub, yəni həddindən artıq arıqlıyıb» (24, 76). M.Kaşğarlı lüğətində
tülə – «tükünü tökmək» və tülək «dördayaqlı heyvanların tüklərini
tökməsi; qoyun qırxımı» mənalarında işlənən sözlər bilavasitə tat
dilindəki tülək sözü ilə bağlıdır. Tülək sözünün kökü tü «tük»
şəklində M.Kaşğarlı lüğətində, habelə bir sıra başqa yazılı
abidələrdə qeydə alınmışdır (42, 387; 667; 139, 3865-3867). Buna,
əsasən, sözün etimologiyasını tü+lə+k şəklində izah etmək mümkündür.
Burada -lə isimdən fel, -k isə feldən sifət düzəldən şəkilçidir. Müq.et:
kəsik, yanıq, pozuq, əzik və s.
İlk dövrlərdə sifət kimi işlənən söz daha sonra substan-
tivləşərək semantik cəhətdən tülə – «tükünü tökmək» felinə
bağlı proses adına çevrilmişdir. Tülək sözünün kökü olan tülə
– feli Azərbaycan dilinin Quba, Şamaxı, Ş əki, Qax şivələrində
də «tükünü dəyişmək, tükünü tökmək (heyvan haqqında)
mənası ifadə edir (6, 392). Eyni mənalı tülə sözünə
Y.V.Çəmənzəminli və Ə.Vəliyevin əsərlərində də, təsadüf
edilir (8, 217-218).
Əmrəq//əmrag «dost», «yaxın» (Q., Qon. k.). Bu qədim
türk sözü «amraq»ın fonetik cəhətdən dəyişmiş variantıdır.
V.Aslanov bu sözün nə üçünsə «xəsis», «vurulmuş, eşqə düş-
müş» mənalarında XVII əsrə qədər işləndiyini, « amir-//əmir-»
felindən törəmə olmasını, fars dilinə keçməsini göstərmişdir (3,
70
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
245).
Qədim türk sözləri lüğətində «amra-» sözü «sevmək» mə-
nasında verilmiş, onun bir sıra derivatları – amrak «sevmək»,
amrançığ «sevgili», «yar», amranmaq – «məhəbbət, sevgi, gös-
tərmək», amranmağlıq «sevgi, məhəbbət oyadan» və nəhayət,
amraq – «sevgili», «yar» derivatları qeyd edilmişdir (78, 41-42).
Müq.et: imrənmək «mehr göstərmək» (7, 257).
Qiziz «xəsis» (Q.). Qədim türk sözü olan qiz eyni seman-
tikaya malikdir. Türk dill ərində bu söz kökünün müxtəlif
mənaları – müasir dildə işlənən «qız », «bahalı, qiym ətli»,
«xəsis», «ac» mənalarını ifadə etməsi göstərilmişdir (78, 449-
450). Azərbaycan dilində «qızırğanmaq» «əsirgəmək», «xə-
sislik etmək», «verməyə əli gəlməmək», «bir şeyi başqasına
çox görmək» mənasında mühafizə olunmuşdur (18, 507).
Həmçinin müq.et: qirnis «xəsis» (7, 336).
Qizluq «çatışmazlıq», «qıtlıq» (Q., D əv., Xaçm.). Tat
dilində bu söz «quraqlıq nəticəsində taxıl çatışmamazlığı» m ə-
nasında işlənir. Onun «qiz» kökünd ən -luq şəkilçisi ilə
düzəlməsi şübhə doğurmur. Qeyd edək ki, bu söz «qıtlıq»,
«qəhətdik», «aclıq», «bahalıq» m ənalarında Azərbaycan dilin-
də işlənmişdir. Ş.Xəlilov bu sözün göstərilən mənalarına aid
konkret nümunələr vermişdir: Qızluq dünyayı dutdı… Qızlığ ilə
qamusı zar oldılar. Müəllif Mustafa Zəririn «Yusif və Züleyxa»
poemasının dilində işlənmiş türk mənşəli arxaizmlərdən bəhs
edərkən, bu sözü qeyd etmiş, onun «Təfsir»də (XII-XIII),
Qütbün «Xosrov və Şirin», Seyfi Sarainin «Gü lüstan»
poemalarında, həmçinin, orta əsr türk ədəbiyyatında da
«bahalıq», «qıtlıq», «aclıq» və s. məna çalarlıqları yaratmasını
göstərmişdir (40, 34). Qıtlıq taxılın olmaması, aclıq v ə ça-
tışmazlığı bildirir. Bu mənada quraqlıq nəticəsində taxıl ça-
tışmazlığını bildirmək üçün tatların bu sözü işlətməsi qədim
Dostları ilə paylaş: |