65
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
M.P.Vaqifin və Aşıq Ələsgərin şerlərində təsadüf olunur: Ay
qabaqlı, bulud zülflü gözəlin, Duruban başına do lanmaq gərək
(M.P.Vaqif); Büllur buxaq, lal ə yanaq, ay qabaq, Şahmar zülfü
pərişanlar dolanır (A.Ələsgər). Sözün «alın» mənası Tali
İmaninin «Bəda’i əl-luğat», V.V.Radlov və L.Budaqov
lüğətlərində, türk dili dialektlərində, həmçinin xakas, tuva və
altay dillərində qeydə alınmışdır (128, 161; 129, 2578; 6 2).
Fikrimizcə, qabaq sözünün ilkin mənası tat dilində mühafizə
olunmuş «alın» mənasıdır, «üz» və «ön» mənaları həmin məna
əsasında meydana gəlmişdir. Eyni semantik proses alın
sözündə də müşahidə edilir: alın «alın»
alın «ön» Türk
dillərindəki yüz «üz» sözü yakut dilində sü:s fonetik varian-
tında «alın» mənası bildirir. Ümumiyyətlə, türk dillərində «ön »
və «arxa» məfhumlarının insan bədəninin ön və arxa
hissələrinin adları ilə adlandırılması geniş yayılmış semantik
hadisədir. Bir çox türk dillərində burun, kabak, kaş, köks, yüz,
manlay və s. «ön tərəf», dal, arxa, ənsə, sırt və s. «arxa tərəf»
mənalarını ifadə edir (124, 59).
M.Hacıyev «qəbəq» sözünün «alın» mənasında tat dilinin
Qonaqkənd ləhcəsində işlənməsini şərh edərkən yazır:
«Qonaqkənd ləhcəsində qəbəq «alın» sözü başqa tat dili l əhcə-
lərində yalnız «üq» və «pişani» (29) kimi təsadüf olunur».
Müəllif bu sözlə bağlı lüğətdə xüsusi qeydində yazır: «Klassik
Azərbaycan şerində (xüsusilə M.P.Vaqif və Aşıq Ələsgər
dilində) olan ay qabalı ifadəsindəki «alın» mənasında işlənmiş
qabaq sözü tat dilində eyni ilə qalır. Bu, tat sözü deyilmi? »
(29, 8).
Açıldı niqabın ay qabağından,
Aldı başdan ağlı, kamalı, Xurşid!
(Ələsgər).
66
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
Ay kimi şox salıb ayna qabağı
Çoxların eyləyib divana, Telli
(Ələsgər)
V.Aslanov qabaq sözünün «alın» mənasında bütün ya zılı
abidələrdə, xalq şifahi yaradıcılığında geniş işl əndiyini qeyd
etmişdir (3, 47).
«Qabaq» sözünün müasir Azərbaycan dilindəki «ön, irə-
li» mənaları da semantik baxımdan alınla yaxınlığı nü mayiş
etdirir. Semioloji yaxınlıq «ön, ir əli» mənasındadır. Alın
insanın ön tərəfində, irəli baxan tərəfindədir. «Alın» mə-
nasında işlənən bu söz, görünür, çox -çox əvvəllər tat dilinə
keçmişdir. Hazırda həmin söz Azərbaycan dilində «alın»
mənasında işlənmir.
Qılığ «xarakter, xasiyyət, davranış» (Ab., Lah.). Azər-
baycan dilinin Şəki dialektində qılıx fonetik variantında
«xasiyyət, xarakter» mənası bildirir (11, 135). Qılıq sözünə bu
mənada M.Kaşğarlının «Divanü -luğat-it-türk» lüğəti və
«Qutadğu bilig»də, uyğur, Xarəzm və Cağatay abidələrində
rast gəlmək olur (78, 443; 82, 630). Eyni m əna XIV əsrə aid
Anadolu yazılı abidələrindən «Xurşidnamə»də əks olunmuş-
dur: Nə köp yaxşı həmiyyət qıldınız siz, Yaman könlüm qılığın
bildiniz siz; Alır ola cihanın alığını, Bilür ola za manın qılığını
(TS, I, 2483). XVIII əsr Azərbaycan şairi M.P.Vaqifin şeir-
lərində də bu sözə təsadüf edilir: Günəş üzlü, şirin sözlü,
xoşqılıq, Ləblərindən axar balı gözəlin. Müasir Azərbaycan
dilində bu söz qılığına girmək ifadəsinin tərkibində qorunub
saxlanmışdır (11, 511). Qılıq «xasiyyət, rəftar» sözü qılmaq
felindən yaranmışdır. Həmin feldən yaranan qılınc «xasiyyət,
rəftar» sözü də erkən dövr türk yazılı abidələrində geniş
şəkildə işlənməkdədir: Kişi əsli bilmək tiləsə açuq, Könül, til,
qılıncı bu işkə tanuq «Əgər bir kişini tanımaq istəsələr, onun
67
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
könlü, dili, xasiyyəti şahidlik edə bilər» («Qutadğu biliq») (14,
71).
Buzlamac/buzlamoc «qalın yayılmış xəmirdən bişirilən
lavaş növü». Azərbaycan dili dialekt və şivələrində bozda-
mac/bozzamac/bozzamaş/bozdamaş («sac üstündə bişirilən
çörək») variantlarında işlənir (6, 64; 53, 77). Bozdamac/boz-
zamac formaları bozlamac sözündəki z samitinin yanaşı gələn l
samitinə assimilyativ təsiri nəticəsində yaranmışdır. Tat
dilində alınma sözlərdə ilk hecadakı o>u səs əvəzlənməsi
sistemli şəkildə başqa sözlərdə də özünü göstərir: qol-
tuq>qultuğ, qoç>quç, qolay>qulay, qol>qul, boğma>bug mə,
qonaq>qunağ və s. (55, 8). Bozlamac sözünə türk dilinin yazılı
abidələrində, həmçinin, dialekt və şivələrində, əsasən, bazla-
mac, bazlama, bazlambac, bazlanbac fonetik variantlarında
təsadüf edilir: Bozlamac kim, Arapça ona «hibzu’t -tabık »
derler, tabıatı kurudur (Edviye, XIV); Pişmiş koyunlar v ə
kaymaklar, peynirler, bazlambaclar getirdiler (Muslim, XV);
Varın imdi bu hamırları dörd dane bazlama idüp sac üzerinde
pişirin (Bektaş, XV); Her dögün gögsümün üstünde yanık
bazlamadır. Sevgi odiyle bu gögsim dahi bir kızğın sac
(«Divan-i türk-i» Basit, XVI); Dediyordim, odur derdim ilacı,
Teze soğanla yumşak bazlamacı (Güvahi, XVI) və s. (78, 471-
472; 131, 587-589).
Həmin leksik vahid «Kitabi -Dədə Qorqud»un Drezden və
Vatikan nüsxələrində azacıq dəyişikliklə bazlammac və
bazlambac şəkillərində işlənmişdir: Gəldin ol kim solduran
soldur, sapadanca yerind ən örü turar, əlin-yüzin yumadın
toquz bazlammac, igən bir küvlək yoğurd gözlər toyunca tıqa-
basa yer... (53, 136-137).
Yazılı abidələrdə sözün ilk hecasının «a» saiti il ə olduğu-
nu nəzərə alaraq bazlamac formasını daha qədim hesab edirik.
Dostları ilə paylaş: |