74
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
baycan dilində geniş surətdə işlənən astar sözündə də qalır.
Saray//saroy «saray, imarət» (Ab., Lah.). Badə amarən
bə saray bə huzur padşəh «Sonra saraya, padşahın hü zuruna
gəlir». İn saroy iş ü duxtə soxte. «Bu imarəti də o qız tikdirib».
Əslində bu söz fars mənşəlidir, amma o, türk dillərində də
müxtəlif məna və formalarda işlənmişdir.
Qəzğun/qəjqun «qazan» (Ab., Q., Qon. k.). Bel ə düşün-
mək olar ki, türk. qazğan sözünün tat dili mühitində düşdüyü
şəkillərdən biridir. Qazğan forması üçün bax:
Yeləq/yeləğ/yələq/yələğ «yalaq» (Q.).
Yalaq sözü itə yal vermək üçün yerdə qazılmış çalanı bil-
dirir. O, mənşəcə yal sözündən törəmə olan yalamaq feli ilə
bağlıdır (58, 412).
Quba şivəsinə aid olan materiallardan göründüyü kimi,
itə yal vermək üçün müxtəlif qab-qacaqlardan da istifad ə et-
mişlər. Bu bir növ həyat şəraitindən asılı olaraq belə olmuşdur.
Yələğ ə xürdə luğnə qabiş əbirən, ə ahuniş «Yalaq sınıq sax sı
qabdan da olur, dəmirdən də». Yələğ seg mundey bə zir poy
koumiş həl-hül birey «İtin yalağı camışın ayağının al tında
qalıb əzik-üzük olub» və s.
Yələğ//yeləğ «köhnə qab-qacaq» leksemi Lahıc l əhcəsin-
də məcazi mənada, «çirkli, yuyulmamış qab-qacaq» məna-
larında da işlənir, Məs.: Çüstü, in yələğ-mələğə vəçireyi bə
tağçə?! «Nədir bu yalaq-malağı yığmısan taxçaya?!».
Quba ləhcəsində təkcə yalaq sözü yox, yal sözü də işlə-
nir. Yal segə fukunind diyə, həyvun mürd ki, ə güsneyi! «İtin
yalını tökün də, heyvan acından oldü ki!».
75
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
Tat dilində ərəb-fars dillərindən alınmalar.
Ərəb alınmaları Azərbaycan tatlarının dilində aşağıdakı
ərəb alınmalar qeydə alır, alim//ölim «alim», ar//or//ör «həya,
utanma, sıxılma»; arif//orif «arif»; aşura//öşurö «aşura»,
«onuncu»; ərəb qəməri təqvimində (hicri-qəməridə) məhərrəm
ayının onuncu günü (dini mat əm); valideyn//volideyn «ata-
ana»; variş/voriş «varis»; vəfadar//vəfodor//vafador «vəfalı,
etibarlı, sadiq»; ğamət//qomət «boy-buxun», «qamət, qədd-
qamət»; ğeyri//qeyri «başqa, özgə, qeyri»; ğabz//ğəbz «alma,
tutma, çıxarma; qəbul etmə; pul və ya şeyin qəbul edilməsinə
dair verilən sənəd, kağız; ğadr//qədr «qiymət, dəyər», «qədr»;
«etibar, şərəf, məziyyət»; ğazab//ğəzəb «acıq, hirs, hiddət»;
qəbohət//ğəbohət «çirkin iş, yaramaz hərəkət, eyibli iş»,
dars//dərs «elm və fənni öyrənmək üçün gündəlik məşğələ,
təlim», «dərs»; ayıb//eyb//eyib «nöqsan, qüsur»; «biabırçılıq»;
«həyasızlıq, eyib»; eyzən «tamam, hamısı»; elm//ilm «bilik,
məlumat, elm»; əblah//əbləh «axmaq, qanmaz, ağılsız,
sarsaq»;
ağıl//ağl//əğl
«ağıl, düşüncə,
şüur, idrak»;
ağrabə//ağrəbö//əqrəbə «qohumlar, yaxın adamlar, qohum-
qardaş»; ələm «ağrı, acı, dərd, qəm»; «dini bayraq»;
əndam//əndom «bədən, vücud», «əndam»; istiğamət//istiğomət
«hərəkət yolu»; «cəhət, yön, tərəf», «istiqamət»; yağut//yəqut
«qırmızı rəngli parlaq qiymətli daş»; kəvin «kəbin», «kəbin
haqqı» (boşandıqda və ya öldükdə şəriətə görə qadına verilən
pul və ya mal); kamil//kömil «ağıllı adam»; «hərtərəfli yetişmiş
adam»; «elm və mərifət sahibi»; «bütöv, tam, mük əmməl»;
məqsəd//maqsəd «arzu, istək, məram», «məqsəd»; mərəz
«xəstəlik, naxoşluq, azar», köhn. «mərəz»; «dərd»;
marifat//mərifət «qanacaq, tərbiyə»; «hər şeyi başa düşmə»,
«mərifət»; məxluq//məxluğ «xəlq olunmuş, yaradılmış (insan,
heyvan, əşya və s.)», «məxluq».
T.Əhmədov göstərir ki, ərəb mənşəli sözlərin cüzi bir
hissəsi tat dilinə birbaşa keçmişdir. Müəllif xollu «dayı», amu
76
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
«uzaq əmi», gal (zərən) «çağırmaq», da «pis (uşaq dilində)»,
cə «xırda balıq», çəh «çirk, kir», ərsi «toy», keret «dəfə»
*
,
ləhmə «palçıq», zə rəyin «meşə ağacı», şə di «gavalı növü»,
həsü «xəşil» sözlərini bu qəbildən sayır (22, 151).
Fars alınmaları – Azərbaycan tatlarının ləhcə və şivələ-
rində işlənən fars mənşəli sözlər agah//agoh//aqah//aqoh
«agah», ahən//ohun «dəmir», bab//bob «layiq, münasib», ba-
bat//bobət//babut, orta hal, «vəziyyət», baxış//bəxş «bəxşiş,
bağışlama, hədiyyə, ehsan»; «mərhəmət, şəfqət», birinc//bü-
rünc «düyü», buy//bü «iy», bilind//bülünd//bülənd «uca, yük-
sək, hündür», qədirdan//qədirdan «qədir bilən, qiymət bilən»,
damad//domod «kürəkən», dəstgirə//dəstgir/dəsgir «qulp,
dəstək»; «səbət», dilkəş//dilkeş «könül çəkən, cəlbedici, xoşagə-
lən, valehedici; «muğam adı», diltanq//diltənq//diltəng «qəlbi,
ürəyi sıxılan, darıxan; «dilxor, m əyus», ənar//ənor «nar»,
yek//yək «bir, tək», kam//kom «mətləb, istək, arzu, murad»,
kaman//kamon «yay» (silah); «qövs», kar//kor «iş, əməl, məş-
ğələ, peşə»; kisəbur «cibgir, oğru», kur «kor», kuh «dağ»,
gürg//girg//qurq «canavar», lağar//loğər «arıq, zəif, cansız»,
ləziz «ləzzətli, dadlı», lərzə «titrəyiş», ləbələb «kənarına qə-
dər, dopdolu», mahi//mohin «balıq», ləng//lanq//lənq «çolaq,
şikəst, axsaq»; «usanma, dayanma, gecikmə»; məğz «beyin,
ağıl»; «damaq»; «bir şeyin, məsələnin əsli, əsası, canı», mü-
lüh//mələh//mələx «çəyirtkə», mərd//mard «kişi»; «ər»; «adam»,
muy//mu//mü «tük, saç, tel»; micə//micə «kiprik», peyda//pöydö
«aşkar, zahir, meydanagəlmə, çıxma», peyman//peymun «and,
əhd»; «bağlaşma, razılaşma»; rubah//ruva «tülkü», rubaru//rübə-
rü «üz-üzə, üzbəüz».
Dostları ilə paylaş: |