71
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
türk sözünün semantikasına tam müvafiq g əlir.
Qart «qoca», «əldən düşmüş» (insan haqqında) (Lah.,
Məl.). Qədim türk leksik qatına aid sözdür. Şübh ə yoxdur ki,
qarı sözü də bununla bağlıdır. V.Aslanov göst ərir ki, qarı
sözünə «qoca, qocalmaq» mənalarında bütün abidələrdə rast
gəlinir. Müasir Az ərbaycan dilində «qoca qadın» mənasında
işlənir. Sözün kökünün «qar» olması ehtimalı var. Qart m əhz
bu kökdən törəmədir .
Qisqi «sıxma», «təzyiq». Əsasən, lahıc ləhcəsində qeydə
alınmışdır. Mənə qe qısqi məti. «Mənə çox təzyiq göstərmə»
(Lah.). Qədim türk. qis sözündəndir. Müasir dildə işlənən
qısmaq feli də yaxın semantika daşıyır. Az ərbaycan dilində
işlənən «boynunu qısmaq» sıxıntı v ə və çətinliklə bağlı
olduğundan, tərkibdəki qıs «sıxma» anlamına yaxındır.
Diriq «arıq». Türk dilərində işlənən turuk sözü ilə eyni
anlamdadır və şübhəsiz ki, bu söz əsasında formalaşmışdır.
Müasir Azərbaycan dilində arıq-tırıq ifadəsində qorunub sax-
lanmışdır.
Dirrik//dirlik «ailənin ehtiyacını ödəyən, bostan», «bağ».
Mənbə etibarilə qəd. türk. tirilik «həyat» sözü ilə bağlıdır.
Dəzgəçi «ovçu» (Qon. k.). Bu söz qədim türk sözü olan
tuzaq//duzaq «tələ» sözünün əsasında formalaşmışdır. Lap q ə-
dimdə ov, silahla yanaşı, t ələ ilə tutulmuşdur. Tələ ilə ov
edənlər tuzaqçı demişdir.
Bo(bö) «böyə». Türk dillərində bu söz böq fonetik vari-
antında işlənir. Maraqlıdır ki, tat dilind ə bu sözün böqcə de-
rivatı var. Həmin söz «qorxulu» anlamında işl ənir. Derivatın
tərkibindəki - ca şəkilçisinin türk dill ərinə məxsusluğu heç bir
şübhə doğurmur.
Suqra//suvra «gil qab» (Dəv., Xaçm.).
Ostin «paltarın qolu» (Lah.). Pəncəkə ostini qutəhi «Pen-
72
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
cəyin qolu qısadır». Qədim türk dilində bu söz ( astın) «aşağı »
mənasını bildirmişdir (78, 61).
Çığrığ «qarqara, makara, sap çarxı» (Lah.). Umh əli
nəneman əzin çığrığhon bafuruxtanbı. «O vaxtlar n ənəm bu
sap çarxından satırdı». Bu söz türk dillərində müəyyən fonetik
dəyişikliklə həmin mənada işlənmişdir (78, 148).
Qırt «az, kəsik» (Lah.). Mü sərə qırt-qırt soxte «Başının
tükünü kəsik-kəsik edib». Həmin söz türk dillərində eyni
fonetik tərkibdə və eyni mənada işlənmişdir (78, 442).
Dağar «mal, qoyun, keçi dərisindən tikilmiş kisə» (Lah.).
Dağara biyor bərə «Dağarı gətir bura». Bu söz lüğətlərdə
müəyyən fonetik dəyişikliklə «kisə, torba» mənasında qeydə
alınmışdır (78, 588). Müq.et: az. əd. dağarcıq, az. dial. dagar
(7, 116).
Tuş «tuş gəlmək, rast gəlmək» (Lah.). Tuş umoran «rast
gəlmək». Qədim türk dillərində də bu söz tuş formasında,
həmin mənada işlənmişdir (78, 590). Müq.et: az. əd. tuş
gəlmək, tuşlamaq, tay-tuş.
Uruğ-turuğ «nəsil, nəvə, nəticə» (Lah.). Mənə uruğ-tu-
ruğman həmmeyi misgəri sənətirə kor fidoştond. «Mənim
uruğ-turuğumun hamısı misgərlik sənəti ilə məşğul olmuşdur».
Lüğətlərdə bu sözlər ayrı-ayrılıqda müvafiq olaraq «n əsil,
kök» və «arıq, əldən düşmüş» mənalarında işlənmişdir (78,
588, 615).
Ütüg «zirək», «diribaş» (Xaç., Dəv., Q.). Bə bore ə dəst
ütügi. «İş barədə əldən itidir». Mahmud Kaşğirinin lü ğətində
bu söz həmin mənada göstərilmişdir (42, 99).
Arxış «dua» (Lah.). Um ruz ye arxışi qazanc soxti. «Bu
gün bir arxış (alqış) qazandın». Qədim türk dillərində bu söz
«səs, səda» mənasını ifadə etmişdir (42, 123).
Kəsüy «yazıq», «fağır», «qəlbisınıq» (Q., Dəv.). Kəsüyə
73
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
mərd ə dəmicə bərə güzət bə soxtan «Yazıq kişi bayaqdan
burada gözləyir». M.Kaşğarinin lüğətində bu söz «yazıq,
bədbəxt, yetim» mənasını bildirmişdir (78, 302).
Tat dilinə Azərbaycan dilindən keçmiş türk sözlərinin
tarixi-müqayisəli və etimoloji təhlili göstərir ki, bu dillər ara-
sındakı leksik əlaqələr çox qədim tarixə malikdir.
Aşıq Ələsgər yaradıcılığında da tülək sözünə rast gəlirik:
«İtkin düşdü tülək tərlan, Sar da kəklik alan oldu».
Azərbaycan dialekt və şivələrində (tükünü) tüləmə «xəs-
təlik nəticəsində tükü tökmə» sözü işlənir (39, 74).
Damad//domod «kürəkən» (Ab., Q., Xaç., Lah.). Fars
mənşəli söz olub, Azərbaycan dilinin Quba şivəsində, müasir
türk dilində eyni mənada işlənir.
Tanış-biluş «tanış-biliş» (əksər şivələrdə). Bo unca yə ta
tanış//biluş nədərü. «Orada bir tanış-bilişi yoxdur» (Ab.).
Tanış və biliş söz formaları müvafiq sur ətdə tanımaq və
bilmək felləri ilə bağlıdır.
Qədim türk yazılı abidələrində, o cümlədən Yusif Balasa-
qunlunun «Kutadqu-bilik» əsərində və Əhməd Yuknekinin
«Ətabat-ül-həqayiq» («Həqq qapısı») əsərin-də, eləcə də
qədim türk lüğətində bu söz «aşağı, aşağıdakı, aşağı hiss ə »
mənalarda işlənmişdir (14, 21).
E.Sevortyan astin sözünün türkmən, qaraçay-balkar, uy-
ğur, qırğız, tatar, başqırd, qaraim v ə s. dillərdə və qədim yazılı
abidələrdə «aşağı hissə»; «aşağıda yerləşən məkan» mənalarını
kəsb etdiyini qeyd edir (125, 195 -196). Ast sözünə əlavə
olunan -ın, -in və s. şəkilçiləri kök-əsasın semantikasına başqa
mənalar əlavə etmir.
Türkmən dilində də ast (aşağı, aşağı hissə) mənasında
qeydə alınmışdır.
Qeyd etməliyik ki, «aşağı», «alt» m ənası müasir Azər-
Dostları ilə paylaş: |