86
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşadı-
ğından, tatların məskən saldıqları ərazilərdə bu xalqların
nümayəndələri ilə də dil əlaqələri baş vermişdir. Məsələn, tat-
qrız dil əlaqələri nəticəsində bir sıra tat sözləri qrız
dilinə
keçmişdir.
Azərbaycan tatlarının dilinin leksik t ərkibini, əsasən,
ümumiran mənşəli sözlər təşkil edir. Qeyd olunmalıdır ki, bu
leksik vahidlərə tat dilinin digər ləhcələrində də ya heç bir
dəyişikliyə uğramadan, ya da müəyyən fonetik və semantik
dəyişikliklərlə rast gəlmək olur. Tat dilində alınma leksik
vahidlər də xüsusi yer tutur. Bunlar, əsasən, Azərbaycan
dilindən və Aərbaycan dili vasitəsilə digər dillərdən
keçən
sözlər və terminlərdir.
Azərbaycan-tat dilinin leksik tərkibinin bir hissəsini
müxtəlif şivələrin özünəməxsus leksikası təşkil edir, bu spe si-
fika tat şivələrini bir-birindən fərqləndirir. Ayrı -ayrı tat
şivələrindən toplanmış materiallar əsasında müəyy ən sayda
spesifik söz və terminlər qeydə alınmışdır. Tat mənşəli lek si-
kaya daxil olan söz və terminlər, əsasən, təsərrüfatın mü əyyən
sahələri ilə bağlıdır.
Tat dilinin ayrı-ayrı ləhcə və şivələrinin leksikası ilə
bağlı aparılmış araşdırmalar göst ərir ki,
hər bir ləhcədə, bir
çox hallarda hər bir şivədə işlənən sözlər arasında fərqlər və
oxşarlıqlar var.
Azərbaycan tatlarının dilinin lüğ ət tərkibini, ilk növbədə
dörd əsas qrup (spesifik sözlər; ümumiran mənşəli sözlər;
alınma sözlər; hibrid sözlər) ayırmaq mümkündür.
Tat dilinin başqa türk dilləri ilə əlaqələri də qədim tarixə
malik olmuşdur. Ona görə də bu dilə keçmiş türk mənşəli
sözlərin az olmayan bir qismi ümumtürk m ənşəlidir. Həmin
alınmaları türkizmlər kimi qruplaşdırmaq mümkün dür. Tat
87
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
dilindəki başqa alınma sözləri aşağıdakı qruplara bölürük: 1)
müasir Azərbaycan dilindən alınmalar; 2)
rus dilindən
alınmalar; 3) ərəb-fars dillərindən alınmalar; 4) başqa dillərdən
(Dağıstan dilləri, ivrit və s.) alınmalar. Alınmalar tat dilinin
birbaşa və dolayısı ilə təmasda olduğu dillərdən aldığı söz və
terminlər hesabına yaranmış leksik layı əhatə edir.
Azərbaycan tatlarının dilindəki vəlg (yarpaq), pustə (qa-
bıq), künküro (soğansu), guştoy (bozbaş), ruşir (çiyə, südün
üzü), so (səhəng), şirəng (səhəngdən kiçik suqabı), şirdüş (sər-
nic), gülpoy (sacayaq), lalin (döşək), sərmizi (süfrə, stolüstü),
kəndü (un saxlamaq üçün qab), tərəçu (oxlov), ardəvic (ələk;
ard «un»,
vic «ələməkdən»), rusmu, varə (sap), sərçin (ülgüc;
sər – baş,
çin – qırxmaq), guştəncin (qıymakeş), dürəş (biz),
dürəzi (zivə, paltar asılan ip), corü (süpürgə), xiyə (kürək), tou
(otaq), şiləsər (eyvan), lanbun (ikinci mərtəbənin qarşısındakı
dam), goudun (tövlə;
go «inək»,
dun «heyvan saxlamaq üçün
yer»),
ələ (toyuq hini), guşəbun (damın qırağı), dərpəncirə
(pəncərə qapısı;
dər «qapı»,
pəncirə «pəncərə»), qiroblü (qaloş),
şitəl (corab), qilində (boyunbağı), gülğün (qığılcım), zin (tələ),
şavar (şərq küləyi), təkərd (dolu; atmosfer hadisəsi),
kulak
(qar), xür (duman), vərəzə (yoxuş), pişin (günorta), aft ənüş
(günbatan), aftəxis (gündoğan), hami (yay), vasal (yaz), bürg
(qaş), nuxum (dırnaq), kürdə (böyrək), pişni (alın), müq. et:
azərb.
qabaq «alın»; zohuz (yaşıl) və s. sözlər spesifik leksik
layda yer tutur. Onlardan mürrəkəb
söz kimi formalaşanlarda
tərkib hissələrindən birinin ümumiran mənşəli söz olması halları
qeydə alınır.
Tat dilində elə söz və terminlərə də rast gəlmək olur ki,
onlar digər İran dillərində müxtəlif fonetik variantlarda iş lən-
sələr də, tat dilindəki mənanı ya heç vermir, ya da h əmin
mənanı qismən özündə əks etdirir. Tat dilində təsərrüfatın
88
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
müxtəlif sahələri ilə bağlı külli miqdarda sırf sah ə söz və
terminləri var ki, onlar ancaq tat dilind ə işləndiyindən bu dilin
spesifik leksik layına daxil olur. Həmin sözlərin terminoloji
mahiyyət kəsb etməsi, onların müvafiq sah ə terminləri kimi
araşırılması məqsədəmüvafiqdir.
Tat dilinin leksikasını, əsasən, İran
mənşili sözlər və ter-
minlər təşkil edir. Bu qəbildən olan söz və terminlərə tarixi
inkişaf prosesində dəyişikliyə ya heç məruz qalmamış, ya da
müəyyən dərəcədə fonetik,
morfoloji, semantik c əhətdən
dəyişikliyə məruz qalmış sözlər daxildir.
Tat dilində təkhecalı sözlər V, VC, VCC, CVC, CVCC
quruluşlarına malikdir. Tat dili üçün hecanın q apalılığı səciy-
yəvidir. Bununla belə, CV tipli təkhecalı sözlər
də qeydə
alınır.
Tat dilinin ümumiran mənşəli leksik layı digər İran dillə-
rinin eyni layı ilə demək olar ki, üst-üstə düşür. Ümumiran
mənşəli sözlər nitq hissəsi kimi fellərdə özünü daha çox göstə-
rir.
Müasir Azərbaycan dilində fars dilindən alınmalar kimi
qəbul edilən sözlərin az olmayan bir hiss əsi məhz ümumiran
mənşəlidir və onları müəyyən fonetik dəyişiklərlə başqa İran
dillərində,
o cümlədən də, tat dilində tapmaq mümkündür.
Bununla belə, qeyd etmək lazımdır ki, həmin sözlər başqa İran
dillərindən deyil, bilavasitə fars dilindən Azərbaycan dilinə
keçmişdir. Ona görə də həmin sözləri fars dilindən alınmalar
kimi də qəbul etmək düzgündür. Bu zaman tarixi-xronoloji və
areal amilləri nəzərə almaq lazım gəlir.
Azərbaycan tatlarının dilində külli miqdarda hibrid sözlər
meydana gəlmişdir. Hibrid sözlər
tərkib hissələri mənşəcə
müxtəlif dillərdən olan sözlərdir. Belə sözlər dilin özündə yara-
na bildiyi kimi, başqa dil vasit əsi ilə hazır şəkildə alına bilir.