Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
152 
152 
«irəli düşmək» və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
153 
153 
III FƏSIL 
 
TAT DİLİNİN XÜSUSİ LEKSİKASI 
 
 
 
Tat dilində leksik-semantik söz qrupları. 
 
Məlumdur  ki,  «Dilin  leksik  sistemində  lüğət  tərkibinə 
daxil  olan  bütün  sözlərin  mövqeyi,  mahiyyəti,  mənşəyi,  söz 
qrupları, sözün istifadə dairəsi və üslubi xüsusiyyətləri, leksik 
tərkibin  həcmi  və  inkişaf  prosesi  və  s.  öz  əksini  tapır»  (213, 
24).  Dildə  olan  və  ya  dilin  daşıyıcılarının  nitq  prosesində 
istifadə  etdikləri  sözlər  qeyd  olunmuş  cəhətlər  əsasında 
öyrənilir, təsnif edilir, qruplaşdırılır.   
Dilin  lüğət  tərkibi  müəyyən  sayda  sözlərdən  təşkil 
olunur.  Zaman  keçdikcə  sözlərin  miqdarı  dəyişir,  lüğət 
tərkibində  artım  baş  verir.  Dilə  yeni  sözlər  daxil  olur.  Yeni 
sözlərin  yaranması  yeni  anlayışlarla  bağlı  olaraq  meydana 
çıxır.  Müasir  dövrdə  isə  yeni  anlayışlar  daha  çox  elmi-texniki 
tərəqqi  ilə  əlaqədar  meydana  çıxır.  Aydındır  ki,  cəmiyyətdə 
baş  verən  dəyişikliklər  bütün  dillərin  lüğət  tərkibinə  təsir 
göstərir.  Bu  barədə  Azərbaycan  tatlarının  dili  də  istisna  təşkil 
etmir.  Bu  dilin  də  lüğət  tərkibi  daim  dəyişilir,  zənginləşir. 
Lüğət  tərkibinin  həcmi  artdıqca,  bura  daxil  olan  sözlərin 
müəyyən qruplar üzrə bölgüsünə ehtiyac yaranır.  
A.Qurbanov  yazır:  «Yer  üzündə  mövcud  olan  dillərin 
leksik  sisteminin  ümumi  mənzərəsini  iki  böyük  tərkib 
hissəsinə  ayırmaq  olar:  a)  appelyativ  leksika;  b)  onomastik 
leksika»  (92, 392). Eyni bölgünü  Azərbaycan tatlarının  dilinin 
lüğət  tərkibinə  də  tətbiq  etmək  mümkündür.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  onomastik  vahidlər  yalnız  onomastik 
lüğətlərdə yer alır. Bu sözlər dilin adi lüğətlərinə daxil edilmir. 
Appelyativ  leksika  isə  müxtəlif  qruplarda  birləşdirilə  bilər. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
154 
154 
Burada  ilkin  tədqiqat  üçün  iki  qrupu  fərqləndirmək  özünü 
doğruldur: ümumişlək leksika, terminoloji leksika.  
Ümumişlək  leksik  fonda  daxil  olan  sözlər  dilin  bütün 
funksional  sahələrində  işlənən  sözləri  əhatə  edir.  Terminoloji 
leksika  isə  ayrı-ayrı  sahələrin  terminlərini  özündə  birləşdirir. 
Azərbaycan  tatlarının  elmi  dili  Azərbaycan  dilidir.  Ona  görə 
də  bu  dildə  əksini  tapan  terminlər  Azərbaycan  dilindən  və  ya 
Azərbaycan  dili  vasitəsi  ilə  alınmış  sözlərdən  ibarətdir. 
Azərbaycan  dilinin  terminologiyası  həm  ümumi  planda,  həm 
də  ayrı-ayrı  sahə  terminologiyaları  üzrə  tədqiq  edilmişdir.  Bu 
baxımdan Azərbaycan tatlarının dilində işlənən terminləri ayrı-
ayrı  elm  sahələri  üzrə  qruplaşdırıb  öyrənmək  elmi  əhəmiyyət 
kəsb  etmir.  Burada  məsələnin  başqa  bir  cəhətini  ön  plana 
çəkmək  elmi-nəzəri  maraq  doğurur.  Azərbaycan  tatlarının 
dilinə  keçən  terminlər  hansı  sahələrə  mənsubdur,  hansı 
terminlər  tat  dilinə  keçir  və  bu  keçidi  doğuran  səbəblər 
hansılardır?  Bu  leksikanı  müəyyən  elm  sahələri  üzrə 
qruplaşdırmaq  mümkündürmü,  yaxud  tat  dilində  işlənən 
terminlər 
müştərək 
terminlərdir? 
Terminlər 
ümumi 
dünyagörüşlə  bağlıdır,  yaxud  spesifik  sahəyə  mənsubluqla 
seçilir.  Məlumdur  ki,  terminlərin  müəyyən  qismi  ümumişlək 
sözlərə  doğru  inkişaf  keçir.  Yəni  sahə  termini  dildə  yüksək 
işləklik  qazanaraq,  ümumişlək  leksik  layın  vahidinə  çevrilir. 
Tat  dilinə  bu  zəmində  keçən  terminlər  əslində  ümumişlək 
leksik vahidlər kimi səciyyələndirilməlidir.  
Dil  özü  sistem  təşkil  etdiyi  üçün  onun  şöbə  və  bölmələri 
də  sistem  təşkil  edir  və  sistem  münasibətlərinə  malik  olur. 
Leksikada 
sistem 
münasibətləri 
«semantik 
sahələr» 
nəzəriyyəsində əksini tapmışdır.  
«Leksikanın  sistemliliyi  bir  sıra  ekstralinqvistik  və 
linqvistik  amillərlə  bağlıdır.  Bunlardan  birincisi  obyektiv 
gerçəkliyin  əşya  və  hadisələrinin  bir-biri  ilə  əlaqədar 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
155 
155 
olmasıdır.  İkinci  amil  insan  təfəkkürünün  sistemləşdirici 
fəaliyyəti  ilə  bağlıdır.  Bu  fəaliyyətin  əsasını  qavrama  və 
dərketmədə eyniyyət və  fərqlərə əsaslanmaq, məchulu məluma 
görə tanımaq üsulu təşkil edir» (31, 3). 
Tat  dilinin  lüğət  tərkibinin  zənginləşməsində  semantik 
söz  qruplarının  xüsusi  mövqeyi  var.  «Semantik  söz  qrupları 
fikrin  söz  çeşidini  artıran  əlvan  rəng  çalarları  yaradan 
vahidlərdir.  Məna  yükünü  dərinləşdirən,  söz  təkrarından 
yayındıran  sinonimlər,  ziddiyyətli  dünyanın  söz  cildi  olan 
antonimlər,  bir  kökdən,  bir  qəbildən  şaxələnən  bir  neçə  məna 
əks  etdirən  omonimlər  bütün  dövrlərdə  ədəbi  dilin  bədiilik-
emosionallıq yaradan üslubi vahidləri olmuşdur» (127, 204). 
Y.S.Stepanov  göstərir  ki,  hər  bir  dilin  lüğət  tərkibində 
sintaksisin  subyektlərinə  və  predikatlarına  aid  olan  söz 
qrupları  var.  Subyekt  və  predikata  aidlik  universal  mahiyyətli 
dil  hadisəsidir  (286,  6).  Dillər  üçün  müştərək  olan  bu  aidlik 
əsasında  predmet  və  əlamət  terminləri  daxili  formasına  görə 
subyekt  və  predikatı  qarşılaşdırmanın  məntiqiliyinə  daha  çox 
uyğun gəlir.  
Sözün  ilkin  mənası  onun  əşyavi  mənasıdır.  Əşyavi  məna 
termini  «real  məna»,  «maddi  məna»,  «leksik  məna»,  «əsas 
məna»,  lüğəvi  məna  anlayışları  ilə  eyniyyət  təşkil  edir. 
«Əşyavi  məna»  nominasiya  ilə  bağlıdır.  Adlarda  bu  məna 
aşkar  hiss  olunur.  Məsələn,  isimlər  konkret  olaraq  əşyanın 
adını  bildirir.  Nominativ  məna  birbaşa  predmetə,  hadisəyə, 
hərəkətə  istiqamətlənir.  Bu  mənadan  başqa,  sözün  okkazional, 
kombinativ,  ekstensional,  intensional,  uzual  və  s.  mənaları  ola 
bilər.  Belə  mənaların  əksəriyyəti  nitq  prosesində  sözdən 
istifadə  zamanı  meydana  çıxır.  Nominativ  mənalarına  görə  də 
sözlər  müəyyən  bir  sistem  daxilində  qruplaşa  bilir.  Bu  halda 
onların  hansı  sahə,  hansı  tematika  ilə  bağlılığı  əsas  götürülür. 
Dilçilikdə  bu  məsələ  uzun  müddət  sözlərin  tematik  bölgüsü 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə