Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
176 
176 
Məcməyi  –  Əsasən,  də  sini  kimi  işlənir;  aşı  dəmə 
qoyarkən qazanın ağzını örtmək üçün də istifadə edilir.  
Baxtəvər  –  iki  qulplu  sərnic,  ökışi  «tayqulp  suqabı», 
sərdəf  «samovarın  lüləyinin  dib  hissəsi»,  bəsti  «güyüm, 
səhəng»,  vər  «güyümün  boğaza  qədərki  hissəsi»,  gərdan 
«güyümün  boğaz  hissəsi»,  kəəb  «güyümün  alt  hissəsi», 
kiləstun  «ərsin»    və  s.  Bəsti  rost  soxtan  gərəyisə  bəstirə  vəri, 
bini,  gərdəni,  kəəbi  ə  həmin  cürö  bəbiran.  «Güyüm  düzəltmək 
gərəksə,  güyümün  boğazı,  dibi,  boynu,  altlığı  bir-birindən 
ayrılır» və s. 
Yuxarıda  göstərilən  məmulat  adlarından  bəziləri  müasir 
Azərbaycan dilində etnoqrafik termin kimi işlənir. 
Bəsti  «kiçik  küpə»  –  Bəzi  dialektlərdə,  məsələn, 
Qarabağ,  Cəbrayıl,  Füzuli  zonasında  işlənmişdir.  Qədimdə 
soyuqdəymə  zamanı  xalq  arasında  kürəyə  küpə  döşəmişlər. 
Hazırda yaşlı nəsil bu üsuldan istifadə edir. 
Satıl –  «Armudu  formada ağzıgen mis qab».  Satıldan su, 
süd və s. maddələri saxlamaq üçün istifadə olunur. 
Lüleyin  –  «Məişətdə  işlədilən  kiçik  ölçülü  mis  qab». 
Azərbaycan  dilində  bu  söz  eyni  şəkildə  işlənərək,  «əl-üz 
yümaq,  dəstəmaz  almaq  üçün  istifadə  olunan  «kiçik  ölçülü 
lüləkli  və  qulplu  gil-saxsı  su  qabı»  mənasında  işlənir  (129, 
88). 
Misgərliklə bağlı digər söz və terminlər. Bu terminoloji 
qrupda  misgərlikdə  istifadə  olunan  materialların  adını  bildirən 
sözlər  daha  çoxdur.  Tənəkə  zay  şəklində  «mis  məmulat»:  Mis 
həm  tənəkə,  həm  iş  qırsa  formeyi  bəbiran.  «Mis  həm  tənəkə, 
həm  də  əzik-üzük  formada  olur»;  qırsa  «misin  bərpa  olunmuş 
forması»,  şürə  «kimyəvi  maddə»,  tənə  «misgərlikdə  istifadə 
olunan duz», pəstöyi «yarımfabrikat» deməkdir.  
 
Toxuculuq terminləri. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
177 
177 
 
Tat  məişətində  toxuculuq  xüsusi  yer  tutur.  Tatlar 
əkinçilik  və  heyvandarlıqla  məşğul  olurlar.  Qoyunçuluğun 
inkişafı  yundan  istifadəyə  geniş  imkanlar  açmış,  nəticədə 
toxuculuq,  eləcə  də,  xalçaçılıq  tatların  məişətində  geniş  yer 
tutmuşdur.  Tat  dilində  toxuculuq,  xalçaçılıq  sənəti  ilə  bağlı 
terminlər  müəyyən  bir  leksik  lay  təşkil  edir.  Xinəçü  «xalça 
dəzgahı»,  «hana»,  gilimi  «saçaq»,  vərd  «dəzgahda  ağac 
(çubuq)  hissə»,  həvə  «xovlu  və  xovsuz  xalçalarda  arğacları  və 
çinləri bir-birinin üzərində oturtmaq üçün istifadə edilən alət», 
xilil «mil», rıştarusmun «əyirilmiş ip», çoşni «naxış», «çeşni», 
loça 
«naxış 
növü», 
dəhiştan 
«başlanğıc 
qoymaq», 
rusmunriştan 
«əyricilik», 
şünə 
«daraq», 
şalabandbof 
«tumanbağı  toxuyan  dəzgah»,  qeytonbof  «qaytantoxuyan 
dəzgah»,  taxtavəy  «yunu  tel-tel  edən  alət»,  həllac  «yun, 
pambıq  darayan»,  «həllac»,  nimərçi  «keçəçi»,  duhungir 
«xalçaçılıq  aləti»,  arğac  «bir  qayçı  toxunuş»,  əriş  «xalça 
sarınan  ip»,  durozmun  «əriş»,  çarxala,  kələfsə,  furoun 
«hananın  detalları»,  gəndumi  hərfən:  «buğdayı»,  «buğda 
şəklində  naxış»,  gilimi  «kilimi»,  hərəmi  «naxış  növü», 
kilimbof  «kilim  toxuyan,  kilimçi»,  vərdivord  «xalçada  olan 
çubuğun  hərəkətə  gətirilməsi»,  isbigül  «ağgül  (naxış  adı)», 
«ispigül»  və  s.  terminlər  bu  laya  daxildir.  Qeyd  olunan 
terminlərin əksəriyyəti xalçaçılığa aiddir. 
Tat dilində  toxumaq prosesinin müxtəlif cəhətlərini  bofte 
sözü  və  onun  derivatları  ifadə  edir.  Toxuculuqda  istifadə 
olunan  terminlərdən  biri  də  «bafta»dır.  Şübhə  yoxdur  ki, 
termin  boftan  felindəndir.  Bafta  «güləbətin  və  ya  ipək 
saplardan  toxunan  qaytan»  deməkdir.  Bafta  sözünün  müxtəlif 
derivatları  vardır.  Bu  da  paltara  naxış  salmaqla  bağlı  sənətin 
yayılması ilə bağlıdır.  Azərbaycan dilində baftalamaq, baftalı, 
baftaçı,  baftaçılıq  kimi  sözlərin  əsasında  bu  söz  durur. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
178 
178 
Respublikamızın  müxtəlif  bölgələrində  yayılmış  «şərbaflıq» 
sənəti  də  bilavasitə  bafta  ilə  bağlıdır.  Azərbaycan  tatları 
şərbaflıq  sənəti  ilə  də  məşğul  olurlar.  Bu  sənət  sahəsi  ayrıca 
monoqrafik tədqiqat obyekti olmuşdur (112, 192).    
Palaz  –  «Yundan  ya  pambıqdan  toxunma  enli,  uzun, 
qalın,  xovsuz  xalça  növüdür»  (ADİL  3,  476).  Türk  dilində 
palas  fonetik  variantında  işlənib,  «keçi  qılından  toxunmuş 
qaba kilim» kimi izah olunur. Türk dilinin dialektl ərində palaz 
«köhnəlmiş  kilim,  keçə,  çul,  çuval»  mənalarında  qeydə 
alınmışdır  (325,  322).  Tat,  fars  və  talış  dillərində  pəlos  kimi 
işlənir.  
Xalça  və  kilimlərə  salınan  naxışlar  təbiət  və  məişətdən 
götürülmüşdür.  Onların  adlarının  əsas  hissəsi  ümumişlək 
leksik  qata  məxsusdur.  Bu  cəhət  həm  tat,  həm  də  Azərbaycan 
dilində  özünü  göstərir.  «Xalça  toxuyanlar  əhatə  olunduqları 
təbiəti,  əşyaları  xalça  üzərinə  köçürdükləri  üçün  toxuduqları 
çeşni  adlarını  adi  ümumişlək  sözlərdən  yaratmışlar:  aşıq, 
qayıq,  pişikqıynağı,  dəvəgözü,  qoç,  tülkü,  göl,  gül,  quş,  tovuş 
quşu, şirpəncəsi, ay, ulduz, çeşni adları bədən üzvləri, heyvan, 
quş,  gül,  bitki,  səma  cisimləri  və  başqa  predmetlərin  adları 
əsasında  əmələ  gəlmişdir»  (2,  79).  Bu  cəhət  tat  dilində  də 
özünü  göstərir.  Tuğ,  tuğbaşı,  həmənkömənci  naxış  adları  tat 
dilinin toxuculuq terminologiyasında işlənir. 
Bununla  yanaşı,  bir  sıra  naxış  adları  tat  dilindən 
Azərbaycan  dilinə  keçmişdir.  Məsələn,  Azərbaycan  dilində 
«qəcələ»  adlı  naxış  növü  var  (2,  122).  Tat  şivələrində  bu  söz 
qəcələ//qəcələ 
şəklində  «sağsağan»  mənasında  işlənir. 
Azərbaycan  dilində  xalçaçılıq  termini  kimi  işlənən  mücələr 
sözü  tat  dilindən  alınmadır. 
Micə//mücə//micə  fonetik 
tərkiblərində  tat  şivələrində  işlənən  bu  söz  bir  çox  İran 
dillərində  «kirpik»  mənasında  işlənir.  -lər  isə  Azərbaycan 
dilinə  məxsus  cəmlik  bildirən  şəkilçidir.  Azərbaycan  dilində 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə