Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
182 
182 
sə:nçün.  Tat  dilində  o,  qilində  şəklində  işlənir.  (Yəqin  ki,  in 
qədimiyə  qilində  ə  nənetı  munde.  «Yəqin  ki,  bu  qədimi 
boyunbağı  nənəndən  qalıb»).  Azərbaycan  dilinin  başqa 
dialektlərində  işlənən  dıxa,  gəlgəl,  boğazaltı,  həmayil,  çəçix 
(17,  226)  sözlərinin  «boyunbağı»,  «bilərzik»  mənalarında 
işlənməsi  qeydə  alınmışdır.  (Dıxa  (Qax.)  –  «boyunbağı».  – 
Baqudan köççək, dıxalar getirip qardaşı). Ola bilsin ki, gəlgəl, 
çəçix  boyun  bəzəyinin  müxtəlif  dialektlərdə  işlənən  adlarıdır. 
Naxçıvan  dailektinə  aid  olan  çəçix  sözünün  ikinci  mənası 
«muncuq»dur.  Muncuq  məlum  olduğu  kimi,  boyunda  da 
gəzdirilir. Qeyd edilmiş sözlərdən həmail və mıncıq tat dilində 
geniş işlənir.   
Azərbaycan  dilində  zərgərlik  əşyası  adı  kimi  sırğa,  tana, 
küpə sözləri sinonim kimi istifadə edilir.  Bu terminlərdən tana 
tat dilində işləkdir.  
Tana.  Bir  çox  tat  ləhcələrində,  eləcə  də,  Azərbaycan 
dilinin Qazax-Gəncə şivələrində «sırğa» mənasında işlənir.  
Əridib qəlbində qızıl eşqini 
Könül qulağıncın yaparkən tana 
Şair yeni-yeni sözlər bulacaq, 
Kainat olduqca, şer olacaq (M.Müşfiq). 
Aşıq  Ələsgərin  yaradıcılığında  «sırğa»  mənasında  üç  söz 
qeydə  alınmışdır:  «Guşumda  sırğadı,  sinəmdə  dağdı», 
«Guşunda güşvarə, qızıl tanası». 
Güş  (quş)  «qulaq»  mənasındadır,  «Cüşvarə»  qulağa 
taxılan  bəzək  əşyasının  adıdır  («sırğa»).  Talış  dilində  bu  söz 
quşovə kimi işlənir.  
   
Digər sənət sahələrinə aid terminlər. 
 
Dabbaqlıq,  dulusçuluq,  zərgərlik,  boyaqçılıq  və  s.  sənət 
sahələri də tatların məişətində müəyyən  yer tutur. Ona görə də 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
183 
183 
bu  sahələrə  aid  terminlər  də  tat  dilində  gen-bol  təmsil 
olunmuşdur.  Tat  dilində  bu  sahələrdən  hər  birinə  aid 
terminlərə rast gəlmək olur. Məsələn: püst  «qoyun dərisi»,  kər 
«mal  dərisi»,  ləysən  «dəryaz»,  ahəşdun  «əhəng  qabı»,  vəlcə 
«yarpaq»,  leşzan  «leş  təmizləyən  alət»,  tülə  «yunu  tökülmüş 
dəri»  xiyəh  «kürk»  kimi  sözlər  tat  dilində  dabbaqlıq  sənəti  ilə 
bağlı  işlənən  terminlərdir.  Dəri  emalı  və  dəridən  istifadə  ilə 
bağlı  bəzi  sənət  sahələri  yaranmışdır.  Bu  sahələrlə  məşğul 
olanların peşəsini bildirən sözlər də sənət leksikasına daxildir. 
Məsələn:  çəkmədüz  «çəkməçi».  çəkmə  +  düz  (duxtən//duxdən 
«tikmək» 
felindən). 
Tat 
dilində 
palandüz 
«palançı», 
«palantikən» sözü də geniş işlənir. 
Azərbaycan  tatlarının  məişətində  dulusçuluq  mühüm  yer 
tutmuşdur.  Dulusçuluq  məmulatı  rəngarəng  olub,  tatların 
məişətində  geniş  istifadə  olunur.  Tat  dilində  işlənən 
dulusçuluq  leksikasını  aşağıdakı  tematik  qruplara  ayırmaq 
olar: 
1) 
dulusçuluq 
sənəti 
növlərini 
bildirənlər; 
2) 
dulusçuluqda 
istifadə 
olunan  materialların  adları;  3) 
dulusçuluqda istifadə olunan texnoloji prosesləri bildirənlər; 4) 
dulusçuluqda  istifadə  olunan  alətlə  və  onların  hissələrinin 
adları;  5)  dulusçuluq  məmulatlarının  adları;  6)  dulusçuluqda 
tətbiq edilən bəzək və naxışların adları və s. 
Sənətin,  bu  sənətlə  məşğul  olan  şəxsin  adını  bildirən 
dulusçu,  dulusçuluq  terminlərinnin  tat  dilinə  Azərbaycan 
dilindən  keçməsi  ehtimal  olunur.  Bu  sözlərə  artırılan  çu- 
çu+luq  şəkilçilərinin  Azərbaycan  dilindən  olması  da  bu  faktı 
təsdiqləyir. Dulusçuluq məmulatlarına tələbat artdıqca, onların 
müxtəlif  növlərinin  istehsalı  üzrə  ixtisaslaşma  getmişdir. 
Nəticədə,  bu  sahənin  qollarını  təşkil  edən  sənət  növləri 
formalaşmışdır.  Bu  növlərdən  biri  «lüləçilik»  adlanır.  Həmin 
sənətlə  məşğul  olan  şəxsi,  sənətkarı  «lüləçi»  adlandırmışlar. 
Lülə tat dilində  «boru» mənasındadır. Dialektlərdə  «lülə» sözü 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
184 
184 
işlənir.  Beş  dənə  arşınnıx  lülə  aldım;  Dağdan  suyu  lüləynən 
gətirdilər  –  (Şəki).  Bakı  və  Salyan  dialektində  lül  sözü  üç 
mənada  işlənir.  Bunlardan  ikisinin  lülə  ilə  bağlılığı  aşkardır. 
Lül  –  «dar».  Paltar  əynində  çox  lül  görünür  –  (Salyan).  Lül  – 
«boru  şəklində».  İki püt lül qəley  aldım  –  (Bakı)  (11,  s.  373). 
Talış dilində uşaq beşiyində sidiyin axıb getməsi üçün istifadə 
olunan  xüsusi  boru  şəkilli  əşya  «lülə»  adlanır.  Lülə  saxsıdan 
və 
ağacdan  düzəldilir.  Əvvəllər  daha  çox  saxsıdan 
hazırlanmışdır.  Ümumiyyətlə,  lül  sözünün  boru  şəkilli  olmanı 
ifadə  etməsi  özünü  başqa  sözdə  də  göstərir.  Məsələn,  bu 
ünsürə  lüleyin  –  «aftafa»  sözündə  də  rast  gəlirik.  Əsasən, 
Culfa,  İsmayıllı  şivələrində  qeydə  alınmışdır.  Lahıc  tatlarının 
dilində 
bu  söz  eyni  fonetik  tərkibdə,  eyni  mənada 
işlənməkdədir.  Məs.:  İn  lüleyin  ə  tərəf  Haci  Nağı  rost  soxta 
bire. «Bu aftafa Hacı Nağı tərəfindən düzəldilmişdir» və s.  
Dulus  məmulatına  aşağıdakı  təsərrüfat  və  məişət  əşyaları 
daxildir.  Su  qabları:  səhəng,  bardaq,  cürdək,  şəhrəng,  kuzə, 
küp,  dolça, qurqur, sürahı, tayqulp, parç, lüləyin,  fəşir, aftafa; 
mətbəx  qabları:  qazança,  küvəc,  çölmək,  piti  dopusu,  aşsüzən, 
həlimdan; çörək və çörəkbişirmə vasitələri: təndir, kiranə-kiyə, 
manqal,  sac,  kürə  (xörək  kürəsi,  zəfəran,  zərgər  kürələri); 
təsərrüfat  küpləri  (küp,  ləh,  küpə,  qalğa,  ximrə,  bəqqə,  bəsti, 
yağ küpəsi və s. (129, 54) 
Dulusçuluq  ən  qədim  tat  xalq  sənətlərindən  biridir.  Bu 
sənət  gil-saxsı  məmulatı  istehsalı  ilə  əlaqədardır.  Bu  sənətlə 
bağlı  söz  və  terminlər,  əsasən,  İsmayıllı  və  Quba  rayonunda 
yaşayan  tatlardan  qeydə  alınmışdır.  Tat  dilində  aşağıdakı 
dulusçuluq  terminlərini  göstərmək  olar:  isbihə  xak//sübiyə 
xak//isbiyə  xok  «ağ  gil»,  kəbutəriyə  xak//kəbutəriyə  xok 
«göyümtül-yaşıl 
gil»,  hərfən:  («göyərçini  gil»)  sırxa 
xok//surxa  xak  «qırmızı  torpaq»,  suvenirsaz//süvenirsoz 
«suvenir  düzəldən  usta»,  kuzəsaz//kuzəsoz  «kuzə  düzəldən 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə