Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə62/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
188 
188 
madər/modər  (və  sonrakı  sonor  r  samitlərinin  düşməsi  talış,  tat  və  digər  İran 
dillərində də geniş yayılmışdır: tal. moe, semn. me və s.  
Piyar/piyər  «ata».  Müqayisə  et:  fars.  pedər,  tal.  piə,  tac. 
dial.  padar,  semn.  pia  (<*pitar).  Bu  sözdə  də  intervokal 
pozisiyada  t/d  ~  y  əvəzlənməsi  özünü  göstərir.  Burada 
postpozisiya  mövqeyində  r  sonor  samiti  qorunmuşdur. 
Ümumiyyətlə,  tat  dilində,  talış  dilindən  fərqli  olaraq,  söz 
sonunda r samitinin düşməsinə az rast gəlinir. 
Birar//buror//burvar  «qardaş».  Müq.  et:  fars.  bəradər,  tal. 
boə, tac. barodar, semn. bere (<*bratar). 
Xuvar//xuvər  «bacı».  Müq.  et:  fars.  xahər,  tal.  hova,  tac. 
xohar,  semn.  xuakar  (<*xvākar).  Sözdə  a  ~  u  əvəzlənməsi  tat 
dilinin Lahıc ləhcəsi üçün xüsusilə xarakterikdir (73, 9). 
Söz  ortasında  k  samitinin  zəifləməsi  q/g-yə  keçməsi  və 
yerini  diftonq  səsə  verməsi  nəticəsində  v  samiti  törəmişdir: 
xvakar > xukar > xuğar > xuar > xuvar//xuvər və s. 
Tat  dilindəki  formaya  tacik  dialektlərində  də  rast  gəlmək 
olur (270, 210). 
Duxtər  «qız»  (Q.,  Qon.  k.).  Müq.  et:  fars.  doxtər,  tal. 
kinə, semn. dot(a). kürd, tac. duxtar və s. 
Bundan  əlavə, tat dilində  «qız» anlayışını bildirmək üçün 
lahıc  ləhcəsində  kilə  sözündən  də  istifadə  olunur.  Məs.:  Ye 
siyə  sim  kilə,  isbi  ru  kilə,  Bıbərdan  avozgə  bə  Dəxər  mənə. 
«Bir qara göz, ağ üzlü qız, Aparır yenə də Daxara məni» və s. 
Kuk//kük  «oğul» (əksər şivələrdə). Həmin leksem onunla 
əlamətdardır  ki,  başqa  İran  dillərində  onun  analoquna  rast 
gəlmirik. 
Həmin  terminlərdən  bir  sıra  mürəkkəb  terminlər 
yaranmışdır. 
Şaquli 
istiqamətdə 
sıralanan 
qohumluq 
terminlərində  kələ  «böyük»  sözündən  istifadə  olunur: 
kələmay//kələmoy//kələmö 
«nənə»; 
hərfən: 
böyük 
ana; 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
189 
189 
kələbaba//kələbab 
«baba», 
hərfən: 
böyük 
baba, 
kələ 
buror//kələ  burvar  «böyük  qardaş»;  kələmi  «böyük  əmi» 
(valideynlərin  əmisi);  kələ  dayı//kələ  doyi  «valideynlərin 
dayısı» və s. 
Maraqlıdır  ki,  türk  dilində  də  bu  sistem  özünü  göstərir: 
büyük anne «nənə», büyük baba «baba». Bir sıra başqa dillərdə 
müşahidə  edilən  bu  halı,  görünür,  tipoloji  oxşarlıq  kimi  qəbul 
etmək lazım gəlir. 
Digər 
sözlərin 
birləşməsindən 
yaranan 
mürəkkəb 
qohumluq  terminləri:  ku  əmi//kü  əmi  «əmioğlu»,  kile  əmi 
«əmiqızı»,  ku  bibi//kü  bibi  «bibioğlu»,  kile  bibi  «bibiqızı», 
kile  xalə//kile  xola  «xalaqızı»,  ku  dayi//kü  doyi  «dayıoğlu», 
kile dayı//doyi «dayıqızı» və s. 
Qan  qohumluğu  ilə  bağlı  düzəltmə  terminlərə  çox  az 
təsadüf  edilir:  xuvarle//xuvarlə,  xuvargil  «bacılıq»,  duxtərlə 
«qızcığaz», duxtərgəri «ögey qız» və s. 
Qan  qohumluğu  ilə  bağlı  terminlərin  içərisində  ərəb  və 
türk  mənşəli  sözlər  də  müəyyən  yer  tutur.  Türk  (Azərbaycan) 
mənşəli terminlər: dayı//doyi  «dayı», bibi «bibi», qədəş (Dəv.) 
«qohum» və s. 
Qədəş  sözü  kadaş  şəklində  «qan  qohumu»  və  «qardaş» 
mənalarında  qədim  türk  yazılı  abidələrində  qeydə  alınmışdır 
(193, 401-402). 
Bu  sözlər  daha  çox  mürəkkəb  qohumluq  terminlərinin 
tərkibində  işlədilir.  Qeyd  edək  ki,  həmin  terminlər  türk  dilləri 
ilə tarixi əlaqəsi olan bir sıra İran dillərinə də keçmişdir. Tacik 
ədəbi dilində və dialektlərində oça «ana», tağo//tağoyi «dayı», 
apa 
«böyük 
bacı», 
aka 
«böyük 
qardaş», 
qaysanqul//qayınsingil//qaysangəl 
«baldız», 
yanga//yana 
(yıngə)  «ərin  qardaşı»,  «qardaşarvadı»  və  s.  türkizmlər  geniş 
şəkildə yayılmışdır (270, 210; 285, 106). 
R.Şükürov  Azərbaycan  kürdlərinin  dilində  bütöv  şəkildə 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
190 
190 
Azərbaycan  dilindən  alınmış  əmioğlu,  dayıoğlu,  xalaqızı, 
mamaoğlu,  bibioğlu  mürəkkəb  qohumluq  terminlərinin  geniş 
işlənmə tezliyinə malik olduğunu qeyd edir (135, 96). 
Tat  dilində  dayı//doyi  terminləri  ilə  yanaşı,  xolu  «dayı» 
termini də işlənməkdədir.  
Qan  qohumluğu  bildirən  terminlər  içərisində  bir  neçə 
ərəb mənşəli terminə rast gəlinir: əmu //əmi «əmi», xalə //xola 
«xala» və s. 
Son dövrlərdə, xüsusilə də, gənc nəslin şifahi nitqində rus 
dilindən  alınma  ata  və  anaya  müraciət  formaları  olan  papa  və 
mama terminləri də işlənməkdədir. 
b) Nikah qohumluğu ilə bağlı terminlər. Bu tipli terminlər 
nikaha  girdikdən  sonra  ər  və  arvadın  müvafiq  surətdə  yaxın 
qan  qohumları  ilə  münasibətlərini  ifadə  edir.  Həmin 
terminlərin    içərisində  İran  mənşəli  sadə  terminlər  üstünlük 
təşkil  edir:  dumar//dumbar//dumbor  «kürəkən».  Müq.  et:  fars. 
damad,  tal.  zomo, 
İran  tat.  zoma,  semn.  zoma; 
şoxuvar//şöxuvar 
«baldız», 
şöbirar//şöburor//şöburvar 
«qayın», xüsur//xüşür «qayınana» (tac. xusur) və s. 
Fars  dilində  olduğu  kimi,  tat  dilində  də  «gəlin»  anlayışı 
ərəb mənşəli arus//ərüs termini ilə ifadə edilir. 
Müəyyən  hallarda  nikah  qohumluğu  təsviri  yolla, 
mürəkkəb  sözlər  vasitəsilə  ifadə  edilir.  xusurmərd//xüsürmərd 
«qayınata»,  zanbirar//zanburor//zənburvar  «qardaşarvadı», 
zan  əmi//zən  əmi//zamu  «əmiarvadı»,  zan  dayı//zan  doyi 
«dayıarvadı» və s.  
Nigah  qohumluğu  bildirən  terminlər  arasında  həvü 
«günü» sözü xüsusi maraq doğurur.  Bu söz talış dilində əvısue  
şəklində  işlənir.  Fars  dilində  havu,  kürd  dilində  hevi,  heviye 
terminləri daha çox işləkdir. 
Qeyd  olunanlardan  əlavə,  tat  dilində  bilavasitə  qohumluq 
terminlərinə  aid  olmayan,  lakin  «insan»  anlayışı  ilə  bağlı  olan 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə