Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə64/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
194 
194 
Tat  dilində  tatların  məişəti,  yaşayışı,  həyat  tərzi, 
məşğuliyyət,  eləcə  də,  onların  ətraf  aləmlə  təması  ilə  bağlı 
olaraq  müxtəlif  sahələrə  aid  terminlər  yaranmış  və  bu 
terminlər  bu  gün  də  işlənir.  Təbabət,  hərb,  kənd  təsərrüfatı, 
heyvandarlıq,  zoologiya,  botanika,  iqtisadiyyat,  astronomiya 
və s. bu terminlərin mənbəyini və mövzusunu təşkil edir. Qeyd 
olunan  sahələrə  aid  terminoloji    leksika  sistem  səciyyəsi 
daşımır  və  onların  müəyyən  bir  sistemə  salınması  çətindir. 
Çünki  bu  terminlər  tat  danışıq  dilində  işlənən  ümumişlək 
leksik qatda yer almış terminləri əhatə edir.    
Tat  dilinin  terminoloji  leksikasında  təbabət  terminləri 
(məs.:  sərədər  «başağrısı»,  işqəməburi  «qarınağrısı»,  vor  «yel 
xəstəliyi»,  hinoğ  «inaq»,  çilk  «irin,  çirk»,  qısır  (ib.),  ruğanmü 
«vazelin», sinəgiri  «astma», çıx  «öskürək», qənçür  «sətəlcəm» 
və  s.),  astronomiya  və  coğrafiya  terminləri  (məs.:  xok 
«torpaq», xori «yer», afto «günəş», küləxır «bulud», moh «ay», 
rukərə  «çay»,  vor  xəzri  «şimal  küləyi»,  giləvor  «qərb  küləyi», 
vorış  «yağış»,  vərf  «qar»,  nuhur  «göl»,  «nohur»,  küh  «dağ», 
dih  «kənd»,  zəvəra  «yoxuş»,  sərbənüşvə  «eniş»,  pişin 
«günorta», ruz  «gün»,  şö  «gecə», şəngüm  «axşam», rah  «yol», 
zumustun  «qış»,  homin  «yay»,  poriz  «payız»,  vassol  «yaz», 
dişənbi  «bazar  ertəsi»,  səşənbi  «çərşənbə  axşamı»,  çorşənbi 
«çərşənbə»,  şorinə  «cümə  axşamı»,  orinə  «cümə»,  şənbi 
«şənbə»,  yekşənbi  «bazar  günü»,  səhət  «saat»,  daqqa 
«dəqiqə»,  səboh  «səhər»,  havo  «hava»,  batdoğ  «batdaq»,  vor 
«yel»,  zilincin//zimilərz  «zəlzələ»,  birəq  «şimşək»  və  s.), 
zoologiya  terminləri  (məs.:  səg  «it»,  pişig  «pişik»,  yəvər 
«düyə»,  lari  «xoruz»,  gomiş  «camış»,  quç  «qoç»,  həştərxon 
dan.  «həştərxan»,  «hinduşka»,  vələnd  «hörümçək»,  qulonça 
«qulun»,  xug  «donuz»,  girg  «qurd,  canavar»,  xər  «eşşək», 
xərgüş  «dövşan»,  mor  «ilan»,  girgirə  «vəhşi  göyərçin»,  xırs 
«ayı»,  pısgiri  «cırcırama»,  pilpilək  «kəpənək»,  jüji  «kirpi», 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
195 
195 
işij//şubuc «bit», çır «qurd», mərəgö «inək», cısband «qoyun», 
mücinə  «qarışqa»,  boğ  «qurbağa»,  porsuğ  «porsuq»,  əqrəb 
«pələng»,  siçoili  «siçovul»,  şir  «şir,  aslan»,  ceyran,  maral,  əs 
«at», biz  «keçi», qəcələ «sağsağan», pərəndə «qaranquş», gərg 
«toyuq» və s.), botanika terminləri: buroni «lobya», güvo «ot», 
dor  «ağac»,  vəlg  «yarpaq»,  əli  «alça»,  zərdə  əli  «ərik»,  təli 
«tikan»,  çılxıs  «qızılgül»,  çılxısdor  «qızılgül  kolu»,  bağala 
«böyürtkən»  müri  «moruq,  futolı  «əvəlik»,  təşənəyoği 
«həvəcüvə»,  siyə  tum  «qara  tum,  çörək  otu»,  təhləsir 
«sarımsaq»,  qilin  «kartof»,  piyoz  «soğan»,  əssəli  «yonca 
növü»,  tara  «tərə»,  qamiş  «qamış»,  gezinə  «gicitkan»,  ziris 
«zirinc», təli qətqəli  «çaytikanı»,  bağala xırsi «qırmızı moruq, 
ayı  moruğu»,  bihdor  «heyva  ağacı»,  si  «alma»,  məşməşür 
«şaftalı»,  qaqalaxırdi  «dəvədabanı»,  ənginə  «qax»,  «meyvə 
qurusu»,  lavaşinə  «lavaşa»,  isbi  micə  «çobanyastığı»,  bənövşe 
pəşmuna  qafar  «bənövşə  fəsiləsindən  gül»,  çimnüri  «alma 
növü»  («göz  işığı»),  çimxil  «itburnu»  kürmüri  «novruz 
bayramında  yandırılan  kol»,  «gəvən»,  pürinə  «yarpız», 
xoçəməz  «qoz»,  əmrü  «armud»,  gəndim  «arpa»,  pənbə 
«pambıq»,  peyğəmbəri  «qarğıdalı»,  bəli  «gilas»,  dəmbül 
«gavalı»,  xəmzə  «yemiş»,  zumustuni  «qarpız»,  zərdə  «kök», 
ənor «nar», vic «tut çırpmaq üçün cadır». Dini terminlər: məllö 
«mola»,  cənnət  «cənnət»,  cəhənnəm  «cəhənnəm»,  imom 
«imam»,  türbət  «türbə»,  qurbon  «qurban»,  düö  «dua»,  qurön 
«quran»,  şiyə  «şiə»,  sünni  «sünnü»,  müsülmun  «müsəlman», 
məzor  «məzar»,  mələk  «mələk»,  cənəmoz  «canamaz», 
peyğumbər  «peyğəmbər»,  xudo  «allah»,  seyid  «seyid»  və  s., 
hərbi terminlər (silahsoz  «silahsaz», zanburo «vur getsin» (top 
növü),  gülləbur  «gülləkəsən  (alət)»,  qundoğ  «qundaq»  və  s.), 
iqtisadiyyatın  müxtəlif  sahələri  ilə  bağlı  terminlər.  Arıçıllıqla 
bağlı  terminlər:  əng  «arı»,  əngdor  «arıçı»,  soya,  birin  «arı 
səbəti»,  şum  «şan»,  dərəmum  «arının  səbətin  qapısını  mumla 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə