Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə65/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
196 
196 
örtməsi»,  şah  «ana  arı»,  kələsər  «erkək  arı»,  ləşgər  «xammal 
daşıyan  işçi  arı»,  vəçə  əng  «arı  beçəsi»,  əssəl  «bal»,  nüne 
«yuva»,  şəhəkü  «çarpaz  ağac»  və  s.,  kənd  təsərrüfatı:  saqot 
«dəhrə»,  təvər  «balta»,  tapançü  «belə  bənzər  alət»,  xiyəh 
«kürk»,  bilinc  «yaba»,  qartanqa  «yüyən»  (qantarğa-dan!) 
damdamundan  «körük  basmaq»,  göydun  «tövlə»,  məbrəd 
«yeyə»,  rəncbəri  «əkinçilik»,  «rəncbərlik»,  sərgin  «peyin», 
qətən «toyuq peyini» və s.) işlənir.  
Müasir  dövrdə  elm  və  texnikanın  inkişafı,  iqtisadi  və 
mədəni  əlaqələrin  artması  müxtəlif  sahələrə  aid  beynəlmiləl, 
eləcə  də,  sahə  terminlərinin  alınmasını  sürətləndirmişdir.  Bir 
sıra  terminlər  insan  məişəti,  cəmiyyət  və  dövlətlə  bağlı 
olduğundan,  danışıq  dili  kimi  istifadə  olunan  dillərə  də  keçir. 
Bu  cür  terminlərin  tat  dilində  də  işlənməsi  qeydə  alınır. 
Məsələn:  komputer,  parlament,  prezident,  monitor,  internet, 
sayt,  atom,  atom  bombası,    siyasət,  veto,  sanksiya,  humanitar 
yardım, blokada, atəşkəs və s. Bu cür terminlərin tat dili üçün 
qruplaşdırılması,  təsnifi,  təhlil  və  araşdırılması  bu  dilin 
leksikologiyasının  öyrənilməsi  baxımından  xüsusi  əhəmiyyət 
daşımasa da, onların dilin ümumi leksik sistemində yer tutması 
nəzərə  alınmalı  və  belə  terminlər  də  lüğət  fondunun  tərkib 
hissəsi kimi qeydə alınmalıdır.  
Beləliklə, tat  dilində  işlənən terminlər  əsasında aparılmış 
tədqiqat  göstərir  ki,  bu  dildə  terminlər  müəyyən  sahələrlə, 
xüsusən,  sənət-peşə  ilə  bağlı  olaraq  geniş  yayılmışdır  və  tat 
dilinin  xüsusi  leksik  qatı  kimi  diqqətə  layiqdir.  İndi  isə 
müxtəlif  sahələrlə  baxlı  terminləri  ümumi  şəkildə  nəzərdən 
keçirək. 
Zoologiyaya  aid  terminoloji  leksikanın  əsas  hissəsi  quş 
və  heyvan  adlarını  bildirir.  Bu  adlar  həm  terminoloji  vahidin 
quruluşu,  həm  əmələgəlmə  yolu,  həm də  etimologiyasına  görə 
maraq doğurur. Ona görə də bu terminlərin bir qismi üzərində 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
197 
197 
dayanmaq lazım gəlir. 
Laxlaxa  «ağacdələn».  Bu  təqlidi  sözdür.  Laxlaxa  «qabda 
çalxalanan  suyun  səsini  və  ona  oxşar  bütün  səsləri  bildirir. 
Burada –a şəkilçidir və «oxşar, kimi» mənasını ifadə edir.  
Cincit  «balaca  quş».  Tat  dilindəki  cincit  «diribaş» 
sözündən alınmışdır. 
Kəçələ qəriğ «zığzığ». Bu quşların əksəriyyətinin başının 
qabaq hissəsində tük olmadığından, onlara belə ad verilmişdir.  
Bənlibiyo  «sarıköynək».  Quba  ərazisində  bu  quşa, 
əsasən, may-iyul aylarında gilasın yetişməsi ərəfəsində təsadüf 
edilir. 
Bəhlibilu hərfən: «gilasgəl» (bəhli «gilas» + bilu «gəl»). 
Kaca  «sərçəyəoxşar  quş».  Tat  dilinin  Quba  ləhcəsində 
karcə  qulaqları  çox  qısa  və  kobud  olan  qoyuna  deyirlər. 
Göstərilən  quşun  qulaqları  da  buna  oxşadığından,  ona  bel ə  ad 
vermişlər. 
Şöügərd «yarasa». Şöü «gecə», gərd isə gəştən (gəzmək) 
felindən olub, söz bütövlükdə «gecəgəzən» mənasını verir. 
Şünəbəsər  «şanapipik».  Tat  dilində  şunə  «daraq»,  sər 
«baş»,  -bə  istiqamət  bildirən  şəkilçidir.  Hərfən:  «daraqbaş» 
deməkdir.  Azərbaycan  dilindəki  şanapipik  sözü  də  eyni  məna 
üzrə motivlənmişdir. Tat dilində şunə «daraq» mənasındadır. 
Kələsər 
«eşşək  arısı».  Bu  söz  aşağıdakı  tərkib 
hissələrindən  ibarətdir:  kilə//kələ  «yekə»,  sər  «baş»,  yəni, 
yekəbaş və s. 
Beçə «arı beçəsi, arı balası». 
Qəlçəngərək//qeyçəngərək.  Azərbaycan  dialektlərində 
bu, həşərat növü barəsində deyilir: «xırda uçan böcək».  
Şüçirağıi  «şəbçıraq».  Şəbçıraq  sözünün  şü//şöü//şe 
mənası bu sözün motivini tamamilə ehtiva edir. 
Pilpilək//pilpirek  «kəpənək».  Talış  dilində  kəpənək 
mənası  liləpər/lüləpər  sözü  ilə  ifadə  olunur.  Sonuncu  hecada 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
198 
198 
l~r  əvəzlənməsi  nəzəri  cəlb  edir.  Lüləpər(ə)  sözü  Azərbaycan 
dilinin  Cəlilabad  və  Lənkəran  şivəsində  «kəpənək»  mənasında 
işlənib,  ola  bilsin  ki,  pilpirek  sözünün  də  mötivini  açmağa 
kömək edə bilər (12, 373). 
Şud//şut «taxtabiti». Quba dialektində işlənir.  
Hüni  «ağcaqanad».  İsmayıllı  şivəsində  bu  söz  geniş 
işlənir.  Hüni/hünü  variantlarında  Azərbaycan  dilinin  bir  çox 
şivələrində işlənir (12, 232). 
Puskuri  «uçan  balaca  həşərat».  Tat  dilində  puskuri 
leksemi əsasən «kiçik, balaca» mənası verir.  
Ları  «toyuq  cinsi»;  «döyüşkən  toyuq  və  ya  xoruz». 
M.N.Əfəndiyev  bu  sözün  tat  dilinin  Lahıc  ləhcəsində 
«döyüşkən xoruz» mənasında işləndiyini qeyd edir (316, 45).  
Şürkinə «qurudulmuş meyvələr və quru yemək şeylərinin 
üzərinə  qonub  tor  əmələ  gətirən  qurd».  Bu  söz  «güvə» 
mənasında talış dilindən Azərbaycan dilinin  Lənkəran şivəsinə 
keçərək, işlənməkdədir. 
Botanika  terminləri.  Tatların  Azərbaycanın  müxtəlif 
ərazilərində  yaşaması,  bu  ərazilərdəki  bitki  örtuyünün 
müxtəlifliyi  tat  dilinin  leksikasında  da  ifadəsini  tapmışdır. 
Təbii  ki,  bu  bitkilərin  adları  tat  dilinin  müxtəlif  ləhcə  və 
şivələrində işlənir. Məsələn, Quba dialektindən toplanan 200-ə 
yaxın  mədəni  və  yabani  ot  və  bitki  adı  var.  Bu  adlar  arasında 
həm  alınma,  həm  ümumiran  mənşəli,  həm  də  tat  dilinin  özünə 
məxsus  olan  sözlər  var.  Belə  bitki  adlarından  bəzilərini 
nəzərdən keçirək. 
Bəğələ//bəqələ 
«böyürtkən 
kolu 
və 
meyvəsi». 
Azərbaycan dilinin Quba dialektində az da olsa işlənir. Uşaqlar 
bəqələni 
yığıb  yiyədülər.  İsmayılı  ləhcəsində  bəğələ 
variantında qeydə alınır: Bəğələ dəyib, gedək yığax (121, 231; 
11, 43).  Azərbaycan dilində bəqələ//bəğələ lekseminin dubleti, 
sinonimi  kimi  dilin  özünə  məxsus  böyürtikən//böyürtkən  sözü 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə