Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə66/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
199 
199 
işlənir. 
Lüxxüm «enliyarpaqlı, gövdəsi yeməli meşə bitkisi». 
Pəl «kəvərəoxşar yeməli meşə soğanı». 
Xərkər//xərxəri  «taxıl  zəmilərinin  arasında  bitən  zərərli 
yabani bitki növü». 
Cücələ  «əsasən,  taxıl  zəmilərində  bitib,  toxumları  və 
gövdəsi tikanlı bitki növü». 
Gəznə  «gicirtkan».  Geznə  İsmayıllı şivəsində  «giçirtkən» 
mənasında  qeydə  alınmışdır.  Tat  ləhcələrində  eyni  anlamda 
gezinə//cezinə//qezinə  fonetik  variantlarında  geniş  şəkildə 
işlənir.  Məs:  Be  vor  xəstəliyi  gezinə  faydolıyi.  «Yel 
xəstəliyinə  gicirtkən  faydalıdır»  və  s.  Talış  dilində  qəzənə 
variantı işlənir. 
Kərməgiyo//girməgiyo  «mədədəki  qurdu  tökmək  üçün 
qaynadılıb suyu içilən ot». Tat dilinin Quba ləhcəsində bu söz 
kərməgiyo 
formasında 
işlənib, 
«istiot» 
mənası 
ilə 
motivlənmişdir, müq. et: kərm//gərm «isti»,  «şəkilçisi», giyo 
«ot». 
Müri «çiyələk». 
Əngəbuy  «nanəyəoxşar  bal  iyi  verən  mədəni  bitki».  Tat 
dilində  əng  «arı»,    «şəkilçi»  və  buy//bu  «iy,  qoxu» 
hissələrindən.  
Zəncirəbənd «armud növü». 
Dumbul  gavalı  «iri  gavalı  növü».  Mürəkkəb  sözün 
birinci tərəfi /dumbul/ «ətli, iri, gombul» deməkdir. 
Məməbizi  «xırda  və  uzunsov  alça  növü».  Məmə  «döş», 
büz  «keçi»,  -i  sözün  motivi  «keçiəmcəyi»  keçi  məməsindən 
ibarətdir. 
Məlum 
olduğu 
kimi, 
Azərbaycan 
dilində 
«keçiəmcəyi» adlı üzüm növü var. Tat dilinin Quba ləhcəsində 
məməbüzi  (hərfən:  «keçiməməsi»)  eyni  zamanda,  həm 
çiyələyin 
və 
həm 
də 
böyürtkənin 
müvafiq 
əlamətlə 
səciyyələnən bir növünə də deyilir. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
200 
200 
Püspüsə  «gavalı növü».  Bu söz tat dilində həm də  «xırda 
hissəcikli quru, rahat ovulan şey», «girmiç» deməkdir. 
Qarq «qozun yaşıl qabığı» («qovaq»). 
Bəlyabağı 
«balqabaq». 
Əsasən, 
Abşeron, 
Quba, 
Qonaqkənd ləhcələrində geniş işlənir. Məs: Ə bəlyəbağı  yeqdə 
qutab pezim. «Balqabaqdan bir az qutab bişirək» və s. 
Cıbrıx  «çılpaq»,  «qərzəksiz,  qərzəkdən  çıxmış  qoz, 
fındıq, şabalıd». Cıbrıxdan çıxmaq «susuzluqdan yanmaq». Tat 
ləhcələrində  də  bu  söz  cıbrığı  dərmoran//cıbrıx  durmarən 
«cıbrığı  çıxmaq,  susuzluqdan  yanmaq»  mənasında  geniş 
işlənir. Cıbrıx sözü Azərbaycan şivələrində də işlənir. 
Çətənə  «ləpəsi  çətin  çıxan».  İn  xoçəməzə  həmeyi 
çətəneyi.  «Bu  qozun  hamısı  çətənədir».  Azərbaycan  dialekt  və 
şivələrində də bu söz eyni mənada işlənir (12, 102).  
Gəlinbarmağı  –  Bakı  dialektində  bu  söz  üzüm  növünü 
bildirir.  İsmayıllı  şivəsində  isə  xüsusi  əhəmiyyəti  olan  yabanı 
bitkinin  adı  kimi  işlənir.  Tat  dilində  bu  sözün  qarşılığı 
«pəlpətyon»dur. 
Qaqalaxırdi  «dəvədabanı».  Hər  iki  mürəkkəb  sözün 
motivi eynidir. 
Tibb terminləri. Tibbə  aid termin və ifadələr tat dilində, 
əsasən, 
xəstəliklərin 
adından 
ibarətdir. 
Məsələn: 
çüməürə//çümörə  «göz  xəstəliyi»  (çüm  «göz»,  öürə//örə 
«duman»);  zərdi  «sarılıq»  (zərd  «sarı»  sözündən);  qulə//olə 
«çiçək» 
(ou/o 
«su», 
–lə  kiçiltmə  bildirən  şəkilçi); 
xuruzyek//xuruzek  «inaq»  müq.  et:  Azərb.  dial.  xoruzək 
zərdou//zərdo  «yaradan  axan  sarı  su,  irin»;  bu  fakt  sözün 
motivində  öz  əksini  tapmışdır:  «Zərd»  +  «ab»  isbirə  «insan 
ağzının  kənarlarında  əmələ  gələn  ağ  rəngli  yara»  (isbir  «ağ, 
ağrəngli»,  şək.) və s. 
 Dini  terminlər.  Dinlə,  islamla  bağlı  söz  və  terminlərin, 
demək  olar  ki,  əksəriyyəti  ərəb  mənşəlidir  və  Azərbaycan  dili 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
201 
201 
vasitəsi  ilə  tat  dilinə  keçmişdir.  Məsələn:  məllö  «molla», 
cənnət  «cənnət»,  cəhənnəm  «cəhənnəm»,  imom  «imam»,  dəfn 
«dəfn»,  türbət  «türbə»,  qurbon  «qurban»,  düö  «dua»,  qurön 
«quran»,  şiyə  «şiə»,  sünni  «sünnü»,  müsülmun  «müsəlman», 
məzor  «məzar»,  mələk  «mələk»,  cənəmoz  «canamaz», 
peyğumbər «peyğəmbər», xudo «allah», seyid «seyid» və s. 
Kənd  təsərrüfatı  ilə  bağlı  terminlər.  Tat  dilində  kənd 
təsərrüfatının  müxtəlif  sahələrinə  aid  terminlər  mövcuddur. 
Vaxtilə  bu  sahələr  peşə,  sənət  səviyyəsində  olmuşdur.  İndi  də 
əhalinin  müəyyən  bir  hissəsi  bu  sahələrlə  peşə  kimi  məşğul 
olur. Belə sahələr arasında arıçılıq, quşçuluq, qoyunçuluq və s. 
qeyd  edə  bilərik.  Bu  sahələrdə  işləyənlərin  leksikasında  kənd 
təsərrüfatına  aid  müxtəlif  vasitələrin  adları  işlənir.  Kənd 
təsərrüfatı  alətləri,  kənd  təsərrüfatı  üçün  nəzərdə  tutulmuş 
tikililər,  istehsal  prosesində  alınan  məhsulların  adları  bu 
leksikanın  tərkib  hissələrini  təşkil  edir.  Məsələn:  saqot 
«dəhrə»,  təvər  «balta»,  tapançü  «belə  bənzər  alət»,  xiyəh 
«kürk»,  bilinc  «yaba»,  qartanqa  «yüyən»,  damdamundan 
«körükü  basmaq»,  köydun  «tövlə»,  məbrəd  «yeyə»,  rəncbəri 
«əkinçilik»,  «rəncbərlik»,  sərgin  «peyin»,  xırş  «ağuz» 
(doğmuş  heyvanın  ilk  südü)  və  s.  Kənd  təsərrüfatı  sahəsində 
işlədilən bir neçə termini nəzərdən keçirək. 
Ağıl/ağul  «yayda  mal-qara  saxlamaq  üçün  ətrafı  çəpərə 
alınmış  açıq  yer»;  «qışlaqda  qoyunlar  üçün  qamışdan 
hazırlanmış  yer.  Məs.:  Mərəqoya  amarund  bə  ağul  (Dəv.) 
«Qoyunlar ağıla gəldi» və s. 
Qilində. İsmayıllı şivəsində  «heyvanın boynuna keçirilən 
dairəvi ağac» mənasında qeydə alınmışdır. Tat ləhcələrində bu 
söz «boyunbağı, muncuq» mənalarını bildirir. 
Xarazan  «kotana,  arabaya  qoşulan  öküzlərin  birinci 
cütü».  
Bəhərxır. Bakı dialektində bu söz «müvəqqəti bağ kirayə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə