Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
167 
167 
ayırmaq  olar:  1)  misgərlik;  2)  dəmirçilik;  3)  toxuculuq;  4) 
zərgərlik;  5)  dabbaqlıq;  6)  dulusçuluq.  Tat  dili  ilə  bağlı 
aparılmış  təhlil  və  araşdırmalar,  toplanmış  materiallardan 
aydın  olur  ki,  misgərlik  və  toxuculuğa  aid  terminlərin  sayı 
daha  çoxdur.  Ona  görə  də  bu  iki  yarımqrupa  aid  terminləri 
ayrıca,  digər  yarımqrupa  aid  terminləri  isə  bir  yerdə 
araşdırmaq məqsədəuyğundur. Onu da qeyd edək ki, misgərlik 
və  dəmirçilik  bir-birindən  istifadə  olunan  materialın  növünə 
görə fərqlənən sənət növləridir. İnsanlar, şübhəsiz ki, müəyyən 
metallardan  daha  tez  istifadə  etmişlər.  Ümumiyyətlə,  metal 
emalı  ilə  bağlı  əsas  sənət  sahələri  dəmirçilik,  misgərlik, 
tənəkçilik  və  zərgərlikdir.  Mis  ilk  istifadə  olunmuş  metaldır. 
Qalay,  qurğuşun  və  başqa  metalların  mislə  qarışığından  tunc 
alınmışdır.  Tunc  dəmirdən  əvvəl  istifadə  edilmişdir.  Sonralar 
sənətkarlar  dəmir  əşyalar  düzəltməyə  üstünlük  vermişlər. 
Dəmir  sözü  V  əsrə  aid  yazılı  abidələrdə  qeydə  alınmışdır: 
«Təmir  kapığka  təki  sülədim»  (118,  71).  Lakin  bəzək 
əşyalarının,  eləcə  də,  ərzaq  saxlanması  və  yeməklə  bağlı 
əşyaların  dəmirdən  hazırlanmasına  üstünlük  verilməmişdir. 
Bu, suyun təsiri ilə dəmirin paslanması ilə əlaqədardır.   
Azərbaycanda  dəmir  e.ə.  ikinci  minilliyin  axırları  birinci 
minilliyin  əvvəllərindən  istifadə  edilmişdir.  Ölkədə  arxeoloji 
qazıntılar  nəticəsində  Dəmir  dövrünə  aid  çoxlu  abidə  aşkara 
çıxarılmışdır (22, 400-401). 
Misgərlik  və  dəmirçilik  sənətləri  ilə  məşğul  olanlar  hər 
iki 
sənət 
növünə 
aid 
məmulatları 
hazırlaya  bilirlər. 
Dəmirçilikdə  kənd  təsərrüfatında  istifadə  olunan  alətlərin 
hazırlanması  əsas  yeri  tutursa,  misgərlikdə  evdə  istifadə 
olunan  əşyalar,  silahlar  və  s.  daha  çox  düzəldilir.  Bu  sənət 
növləri  ilə  məşğul  olan  ustaların  istifadə  etdiyi  alətlər  də, 
əsasən eynidir. Məlumdur ki, sənət sahələrinin diferensiasıyası 
onlara  aid  sözlərin  müxtəlif  sahələrə  aid  terminlər  sisteminə 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
168 
168 
daxil  olmasına  səbəb  olmuşdur.  Dəmirçilik  və  misgərlik 
terminlərinin mühüm bir qisminin eyniliyi də bununla bağlıdır. 
Sənət  növlərinin  bir-birindən  ayrılması  tarixin  müəyyən 
dövründə  baş  vermişdir.  Sənətlərin  ayrılması  həm  bir  sıra 
köhnə  terminlərin,  həm  də  yeni  yaranan  sənət  leksikasına  aid 
vahidlərin  semantikasına  təsir  göstərmişdir.  Çünki  bir  sıra 
sahələrdə  adlandırma həmin sahə ilə məşğul olanlar tərəfindən 
yerinə  yetirilmişdir.  Lakin  müxtəlif  materialların,  alətlərin 
xalqın  etnik-mədəni  dəyərlər  sisteminin,  dünyabaxışı  və  adət-
ənənələrindən  bəhrələnən  ornament  və  naxışların  müştərək 
istifadə  edilməsi,  nəhayət,  fərqli  materiallardan  hazırlanan 
eyni  məmulatların  adları  sahə  leksikalarına  daxil  olan 
müəyyən sözlərin  həm  formaca,  həm də  semantikaya  görə  üst-
üstə  düşməsinə  zəmin  yaratmışdır.  Misgərlik  və  dəmirçilik 
sənətlərinin  leksikasında  bu  cəhət  özünü  aydın  büruzə  verir. 
Ona  görə  də  bu  iki  sənət  növünə  aid  terminlərin  tat  dili  üçün 
bir yerdə öyrənilməsi daha düzgündür. 
 
Misgərlik və dəmirçilik terminləri. 
 
Bu  sənət  sahələri  Lahıcda  geniş  inkişaf  etmişdir. 
Lahıcların  həyat  və  məişətində  misgərliyin  öz  yeri  var.  Lahıc 
misgərlərinin 
işləri  təkcə  Azərbaycanda  deyil,  dünya 
miqyasında  ad  qazanmışdır.  Azərbaycanın  bu  ərazisində  qeyd 
olunan  sənət  növünün  təşəkkül  tapması,  formalaşması  və 
inkişafı  tarixi  qədim  dövrlərə  gedib  çıxır.    Aydındır  ki, 
misgərlik sənəti insanın öz məişəti üçün əşyalar hazırlaması ilə 
təşəkkül  tapmışdır.  Tədricən  hazırlanan  əşyaların,  həmçinin 
onların  hazırlanmasında  istifadə  olunan  alətlərin  çeşidi  artmış 
və,  beləliklə,  bu  məmulatların  hazırlanması  sənət  səviyyəsinə 
yüksəlmişdir.  Bütün  xalqların  istifadə  etdiyi  məişət  əşyaları 
forma  və  funksiyalarına  görə,  əsasən,  oxşardır.  Onların 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
169 
169 
hazırlanması  proseslərində  də  oxşarlıq  aydın  hiss  olunur. 
Bunun  səbəbi 
odur  ki, 
misgərliklə 
məşğul 
olanların 
hazırladıqları  məmulatlara  olan  ehtiyac,  onları  hazırlamaq 
üçün istifadə olunan materiallar və  alətlər, demək olar ki, eyni 
olmuşdur.  Misgərlik,  eləcə  də,  başqa  sənət  növləri  ilə  bağlı 
olan xüsusi leksika,  əsasən ümumişlək sözlərdir. Bu da sənətin 
ilk növbədə məişətlə bağlılığının nəticəsidir. İnsanlar məişətdə 
işlədilmək  üçün  hazırlanmış  əşyalara  ad  vermiş  və  öz 
nitqlərində  onlardan  istifadə  etmişlər.  Sənət  sahəsinin  əhatə 
dairəsi  genişləndikcə  müvafiq  sənət-peşəyə  aid  leksik 
vahidlərinin,  deməli,  terminlərin  sayı  da  artmışdır.  «Dilin 
inkişafının  ilk  dövrlərində  sözlər  ümumi  leksik  funksiya 
daşıyaraq,  müəyyən  məqamlarda,  xüsusi  məqsədlərlə  termin 
vəzifəsi  də  yerinə  yetirmişdir.  Abidələrdə  işlənən  termin 
səciyyəli  sözlər  ümumxalq  danışıq  dilinin  leksik  vahidləri 
olmuşdur»  (126,  5).  Azərbaycan  tatlarının  dilində  işlənən  və 
misgərlik  terminləri  sırasında  yer  tutan  noy  «ling»,  məbrəd 
«yeyə»,  sərdəf  «samovar  lüləyinin  dib  hissəsi»,  satıl  «mis  su 
qabı»,  lüleyin  «lüleyin»,  ökişi  «tayqulp  mis  suqabı»,  baxtəvər 
«iki  qulplu  sərnic»,  ohun  «dəmir»,  aşpəlö  «aşsüzən»,  ərsin 
«ərsin»,  mıs  «mis»  və  s.  terminlər,  əslində  ümumişlək  leksik 
qatdan terminoloji laya keçmişdir. 
Misgərlik  sənəti  inkişaf  etdikcə,  bu  sahəyə  aid  alətlər  də 
artmışdır.  Təbii  ki,  hər  bir  alətin  öz  adı  olmuşdur.  Məsələn, 
sundum  «zindan»,  simbə  «metalda  mıx  yeri  açmaq  üçün  alət» 
(zınqavod  «mıxın baş tərəfini girdələmək üçün alət», 
mıxkəş «kəlbətin», qalamıx «mıx düzəltmək üçün alət», kəlbəti 
icoğ «masa», ödrang «ocağı qarışdırmaq üçün alət» və s. 
Sənətdə  eyni  alətin  müxtəlif  növləri  tətbiq  edilir. 
Məsələn,  sundum  sözünü  götürək.  O,  alətin  ümumi  adıdır:  İn 
sunduma  çan  soli  kor  bəfidoştənim.  «Bu  zindanı  neçə  ildir 
işlədirik».  Amma  sundumun  müxtəlif  növləri  var.  Çiloğ  bir 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə