Gülsüm Hüseynova. Tat dilinin leksikası
156
156
kimi
ifadəsini
tapmışdır.
Tematik
bölgü
anlayışına
münasibətdə fərqli cəhətlər müxtəlif müəlliflərin bölgü zamanı
seçdikləri və ya təyin etdikləri qrupların adlarında və bu
qruplara daxil edilən sözlərdə özünü göstərmişdir.
Bəzi tədqiqatçılar dildə sözləri müəyyən meyarlar üzrə
kateqoriyalara bölmüşlər. Məsələn, N.A.Slüsareva keyfiyyət,
xassə, əlamət və bəzi münasibətləri keyfiyyət kateqoriyasına
aid edir. Onun fikrincə, keyfiyyət kateqoriyasının bütün
dillərdə külli miqdarda ifadə vasitələri var ki, onlar dilin
koqnitiv funksiyalarının komponentlərini aydınlaşdırmağa
xidmət göstərir (281, 176).
V.Z.Panfilov
belə
hesab
edir
ki,
bütün
inikas
kateqoriyaları qarşılıqlı əlaqədə olub, əşya-xassə-münasibət,
keyfiyyət-kəmiyyət-ölçü, məkan-zaman və s. yuvalarda
qruplaşır (249, 131). Əslində söz kateqoriyalarını leksik-
semantik planda fərqləndirmək üçün sözün ümumi mənasına
əsaslanmaq lazım gəlir.
Dil
vahidlərinin
ümumi
semantik
əlamətə görə
qruplaşdırılan toplusu semantik sahə yaradır. Semantik sahəyə
daxil olan sözlər müəyyən ümumi məna tərkib hissəsinə malik
olur. Semantik sahənin əsas xassələri aşağıdakılardan
ibarətdir: 1) semantik sahə dilin daşıyıcısı üçün intiutiv olaraq
başa düşülən olur və onun üçün psixoloji reallıqdır; 2)
semantik sahə muxtar dil hadisəsidir (avtonomdur) və dilin alt
sistemi kimi fərqləndirilir; 3) semantik sahənin vahidləri bir-
biri ilə sistemli semantik münasibətlərə malikdir; 4) dilin hər
bir semantik sahəsi, digər semantik sahələrlə əlaqəli olub,
onlarla bir yerdə dil sistemini yaradır.
Məsələn, ev və onun hissələri ilə məişət əşyaları
arasında, kənd təsərrüfatı ilə əlaqədar sözlərlə heyvan və
bitkilərə aid söz qrupları arasında əlaqələr var.
Semantik sahə nəzəriyyəsinin əsasında dildə müəyyən
Gülsüm Hüseynova. Tat dilinin leksikası
157
157
semantik qrupların mövcudluğu, dil vahidlərinin bir və ya bir
neçə belə qrupa daxil olması təsəvvürü durur. Xüsusi halda
dilin lüğət tərkibi (leksika) müxtəlif münasibətlər əsasında
birləşən (sinonim, antonim və s.) söz qrupları kimi təsəvvür
oluna bilər.
Ayrıca semantik sahənin ünsürləri müntəzəm və sistemli
münasibətlərə malikdir. Ona görə də bütün sahələr qarşılıqlı
şəkildə bir-birinə qarşı qoyula bilir. Semantik sahəyə daxil
olan hər bir sözün mənası tam şəkildə o zaman aydınlaşır.
Həmin sahəyə daxil olan başqa sözlərin mənaları məlum
olduqda semantik sahələr bir-biri ilə kəsişə, yaxud bir sahə
digərinə daxil ola bilir. Bütün bunlar göstərir ki, dildəki
leksik-semantik qrupların təyin olunması üçün müəyyən
meyarlardan istifadə edilməlidir və, fikrimizcə, belə leksik-
semantik söz qrupları və ya tematik söz qrupları bütün dillər
üçün ümumi plana malik olacaqdır. Yuxarıda münasibət
bildirdiyimiz təsnifat prinsiplərində ümumi cəhət vardır.
«Sözlər və onların mənaları bir-birindən ayrılıqda
yaşamır, onlar, bizim istədiyimizdən asılı olmayaraq, müxtəlif
qruplar təşkil edir, bu qruplaşma isə sözlərin ilkin mənalarının
bənzərliyinə və ya bir-birinə əks olmasına (ziddiyyətliyinə)
əsaslanır» (257, 82). Sözlərin leksik və məfhumi sahələri
fərqləndirilir. Leksik sahə hər söz və «söz ailəsi» ilə düzəlir.
Məfhumi sahə isə bir mərkəzi element ətrafında formalaşır.
Tematik bölgülərdə əsas semantik sahələr kimi insan, yer,
kainat, atmosfer daha çox nəzərə alınır. Bitkilər, canlılar,
insanla bağlı olan tematik qrupların özlərinin də leksik-
semantik yarımqruplara bölünməsi müşahidə olunur. Məsələn,
canlılar aləmi semantik sahəsini quşlar, heyvanlar, həşarət və
böcəklər yarımqruplarına bölmək olar. Ümumiyyətlə, tematik
bölgülərin müxtəlif variantlarına rast gəlmək olur. Məsələn,
İ.Tahirov dialekt leksikasındakı alınma sözləri aşağıdakı
Gülsüm Hüseynova. Tat dilinin leksikası
158
158
tematik qruplara bölmüşdür: 1) bədən üzvlərinin adları; 2)
zaman məfhumu bildirən sözlər; 3) təbiət hadisələrini bildirən
sözlər; 4) heyvan adları; 5) cücü və həşarət adları; 6) ağac
adları; 7) bostançılıqla bağlı sözlər; 8) quş adları; 9)
balıqçılıqla bağlı sözlər; 10) gəmiçiliklə bağlı sözlər; 11)
geyim adları; 12) zinət əşyalarının adları; 13) meyvə adları;
14) bitki adları; 15) yemək, içki, ağartı və s. ilə bağlı sözlər;
16) xəstəlik adları; 17) kənd təsərrüfatında istifadə olunan
alətlər və onların hissələrinin adları; 18) ev, digər tikililər və
onların hissələrinin adlarını bildirən sözlər; 19) məişətdə
işlədilən əşyaların adları; 20) toy adətləri ilə bağlı sözlər; 21)
əlamət və keyfiyyət bildirən sözlər; 22) toponimlər (137, 83-
84). Göründüyü kimi, bu qruplar sözlərin bölünə biləcəyi
tematik qrupların hamısını əhatə edə bilməz. Deyək ki,
toponimlər ayrıca bir qrup kimi verilirsə, onda hidronimlər,
antroponimlər və s. də müəyyən qrupda birləşdirilməlidir.
Əlbəttə, İ.Tahirovun tədqiqatında bölgülər dialektlərdən
toplanmış alınma sözlər əsasında aparılmışdır. Ola bilsin ki,
qeyd edilən tematik bölgülər toplanmış materialın miqdarı ilə
bağlıdır.
Q.Cəfərov Azərbaycan dilinin leksik-semantik sistemi ilə
bağlı tədqiqatında üç əsas semantik sistemi nəzərdən
keçirmişdir: 1) şəxs, fərd və rəng bildirən sözlərin semantik
sistemi; 2) cism (varlıq), məkan, zaman və kəmiyyət adlarının
semantik sistemi; 3) prosessuallıq bildirən sözlərin semantik
sistemi. Müəllif birinci sistemdə şəxs əvəzliklərinin, qohumluq
terminlərinin, yaş-cins bildirən sözlərin, rəng bildirən sözlərin,
ikinci sistemdə bədən üzvlərinin, məkan adlarının, zaman
adlarının, sayların semantik sistemlərini təhlil və tədqiq
süzgəcindən keçirmişdir (31, 88) ki, bunların hər biri müstəqil
mikrosistemlərdir.
Semantik sahələr dilçiliyin həm bu və ya digər dərəcədə
Dostları ilə paylaş: |