Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə54/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
164 
164 
suvol  «sual»,  salqa  «səliqə»,  xeir  «xeyir»,  hodisə  «hadisə», 
müqovilə  «müqavilə»,  səlomət  «salamat»,  məqsəd  «məqsəd», 
surat  «surət»,  zolım  «zalım»,  taxsır  «təqsir»,  hirs  «əsəb», 
«hirs»,  döylət  «dövlət»,  istifoda  «istifadə»,  ihtibor  «etibar» 
ihtiraz  «etiraz»,  təsərüfot  «təsərrüfat»,  təhsil  «təhsil»,  tərbiyə 
«tərbiyə», əziyyət «əziyyət», zəhmət «zəhmət», ilm «elm». 
 
Tat dilinin terminoloji leksikası. 
 
Dilin  istifadə  dairəsindən  asılı  olaraq,  bu  dilin  terminlər 
sistemi  dəyişir.  Bu  baxımdan  ayrı-ayrı  dillərdə  işlənən 
terminlərin  sayı  və  terminlərdən  istifadə  xüsusiyyətləri 
müxtəlif  olur.  Bəzi  dillərdə  terminlər  böyük  çoxluq  təşkil 
edirsə,  bir  sıra  dillərdə  terminoloji  mahiyyət  daşıyan  sozlər 
kifayət  qədər  deyil.  Dilin  terminologiyası  bu  dildə  elmin 
inkişafı 
ilə 
sıx 
bağlıdır. 
Əgər 
dildə 
elmi 
üslub 
formalaşmayıbsa və ya, ümumiyyətlə, yoxdursa, onda bu dildə 
terminlərdən istifadə başqa amillərlə bağlıdır. Məlumdur ki, tat 
dili məişət səviyyəsində istifadə olunur.  Bu dildə elmi kitablar 
yoxdur.  Bu  onu  göstərir  ki,  tat  dilində  xüsusi  terminoloji 
sistemə  ehtiyac  olmamışdır.  Bununla  belə,  tat  dilində  də 
terminlərdən  istifadə  olunur.  Məişət  səviyyəsində  istifadə 
olunan  dillərdə  terminlərin  işlənməsi  bir  sıra  amillərlə 
bağlıdır.  Birincisi,  bu  dilin  daşıyıcıları  müxtəlif  sənət  sahələri 
ilə  məşğul  olduqlarından  sənət-peşə  leksikası  müəyyən  sistem 
təşkil edir.  İkincisi, iqtisadi şərait və  bir sıra iqtisadi sahələrin 
inkişafı  (məsələn,  kənd  təsərrüfatı,  heyvandarlıq  və  s.)  həmin 
sahələrə  aid  terminlərdən  istifadə  zərurəti  yaradır.  Üçüncüsü, 
etnik  birliyin  üzvləri  arasındakı  əlaqələrlə  bağlı  terminlər, 
eləcə  də,  onların  məişətdə  istifadə  etdikləri  vasitələr  spesifik 
sahəyə  aid  olduğundan,  bu  sahələrə  aid  terminlər  dildə  işlənir 
(məsələn,  qohumluq  terminləri,  bitkiçiliyə  aid  terminlər, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
165 
165 
coğrafi  terminlər,  dini,  hərbi    terminlər  və  s.).  Qeyd  olunan 
cəhətlərin  hamısı  tat  dilinin  leksikasında  özünü  göst ərir.  Tat 
dilinin  lüğət  tərkibində  bu  qəbildən  olan  terminlərin  işləkliyi 
olduqca  yüksəkdir.  Ona  görə  də  tat  dilinin  leksikasına  aid 
tədqiqat  işində  terminlərin  ayrıca  araşdırılması  lazım  gəlir. 
Konkret  bir  dilin  leksikasını  öyrənmək  prosesində  ən  etibarlı 
metod  həmin  leksikanı,  o  cümlədən,  terminoloji  leksikanı 
tematik qruplar üzrə tədqiq etməyin vacibliyi elmi ədəbiyyatda 
göstərilir  (34,  80;  67,  186).  Tat  dilində  işlənən  terminlərin 
tematik  qruplar  üzrə  tədqiqi  məqsədəuyğundür.  Tat  dilinin 
lüğət tərkibinə daxil olan terminləri aşağıdakı qruplara bölmək 
olar:  1)  müxtəlif  sənət  sahələrinə  aid  terminlər;  2)  qohumluq 
terminlər; 3) dini terminlər; 4) tibb terminləri; 5) iqtisadiyyatla 
bağlı  terminlər;  6)  bitkiçiliyə  aid  terminlər;  7)  heyvandarlığa 
aid  terminlər;  8)  coğrafi  terminlər;  9)  astronomiyaya  aid 
terminlər;  10)  etnoqrafiyaya  aid  terminlər;  11)  elmi-texniki 
tərəqqi, mədəniyyətin inkişafı ilə birlikdə dilin lüğət fondunun 
ümumişlək  leksik  layına  keçmiş  müxtəlif  sahə  terminləri.  Bu 
qruplardan  bəzilərini  yarımqruplara  ayırmaq  mümkündür. 
Qeyd olunan qrupları ayrı-ayrılıqda nəzərdən keçirək. 
H.Həsənov peşə-sənət leksikasını belə təyin edir: «Peşəsi, 
işi,  sənəti,  istehsalat  fəaliyyəti,  ixtisası  ilə  əlaqədar  birləşən 
kollektivin  nitqində  işlədilən  sözlərə  peşə-sənət  leksikası 
deyilir.  Bunlar  xüsusi  məfhum,  əmək  aləti  və  ya  məhsulunu, 
istehsalın  əmək  prosesini  ifadə  edir.  Ona  görə  də  onları  bəzən 
xüsusi  sözlər  və  ya  terminlər  adlandırırlar».  O,  peşə-sənət 
leksikasına  aid  olan  sözləri  aşağıdakı  şəkildə  qruplaşdırır 
(çörəkçilik,  meyvəçilik,  üzümçülük,  tərəvəzçilik,  quşçuluq, 
balıqçılıq,  atçılıq,  əkinçilik)  və  bu  leksikanın  terminlərdən 
fərqini  açmağa  çalışır.  Müəllif  belə  hesab  edir  ki,  peşə-sənət 
leksikası  öz  tərkibinə  görə,  əsasən,  köhnə  peşə  və  xüsusi 
məşğuliyyətlə  əlaqədar  olan  arxaik  sözlərdir  (məsələn, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
166 
166 
dənizçilikdə,  dülgərlikdə  və  s.).  «Peşə-sənət  leksikası  öz 
məzmununa  və  işlənmə  dairəsinə  görə  məhduddur.  Onun 
işlənmə  dairəsi  yeni  istehsal  proseslərinin  yaranması,  elm  və 
texnikanın  yeni  nailiyyətlərinin  istehsalata  tətbiqi  ilə  əlaqədar 
olaraq daralır» (67, 186-187). 
Sənət ayrılıqda götürülmüş bir xalqa məxsus deyil.  Bütün 
xalqlar müəyyən sənət sahələri ilə məşğul olmuş və hazırda da 
məşğul  olurlar.  Ona  görə  də  müxtəlif  sənət  və  peşəyə  aid 
sözlər  bütün  xalqların  dilində  işlənir.  Bu  baxımdan,  
Azərbaycan tatlarının dilində də sənət leksikası geniş yer tutur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  tat  dilinin  ayrı-ayrı 
ləhcələrində  müxtəlif  sənət  sahələrinə  məxsus  sözlərdən 
istifadə olunur.  Bu, ondan irəli gəlir ki, sənət sahələrinin  ərazi 
üzrə  yayılmasındakı  fərqlər  dilin  leksik  sisteminə  öz  təsirini 
göstərmişdir.  Məsələn,  Lahıc  ləhcəsində  misgərlik,  zərgərlik, 
eləcə  də,  dəmirçiliklə  bağlı  sözlər  böyük  toplu  təşkil  edirsə, 
Quba  və  Qonaqkənd  ləhcələrində,  Məlhəm,  Xızı  şivələrində 
toxuculuq, dabbaqlıq, Abşeron ləhcəsində zərgərlik sənətlərinə 
məxsus  terminlər  çoxdur.  Əlbəttə,  belə  bir  cəhət  hər  hansı 
ləhcədə  başqa  sənət  sahələrinə  aid  terminlərin  olmadığını 
göstərmir.  Məsələn,  toxuculuq  terminləri  Lahıc  ləhcəsində  də 
az  deyil.  Qeyd  olunan  cəhət  odan  irəli  gəlir  ki,  müxtəlif 
ərazilərdə  yaşayan  adamlar  ayrı-ayrı  sənət  növləri  ilə  məşğul 
olmuşlar.  Sadəcə  bu  sənət  növlərindən  biri  və  ya  bir  neçəsi 
müəyyən  ərazidə  daha    geniş  yayıldığından,  həmin  sahəyə  aid 
terminlər  bu  ərazidə  çoxluğu  ilə  seçilir.  Tədqiqat  işində  tat 
dilinin  ümumi  terminoloji  mənzərəsi  öyrənildiyindən  sənət-
peşə  leksikasını  ayrı-ayrı  ləhcələr  üzrə  bölməyə  deyil, 
terminoloji  vahidləri  vahid  bir  sistemdə  birləşdirməyə  ehtiyac 
yaranır.  
Tat  dilində  işlənən  müxtəlif  sənət  sahələrinə  aid 
terminləri,  aşağıdakı  sahələrlə  bağlı  aid  olan  yarımqruplara  


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə