85
Bir gecənin son saatlarında
Bir çox evlərdə qadınlar yasa batmışdı. Çünki onların
ən yaxın adamlarının həyatı təhlükəyə düşmüşdü; iztirab çə-
kirdilər. Tacirlərdən bir hissəsinin iltimasa getmək əzmində
olması xə bəri necə olmuşdusa bütün şəhərə yayılmışdı. Qa-
dınlar dillərdə gəzən və qapı-qapı dolanan bu xəbərləri ürək
döyüntüsü ilə dinləyir və məhbuslara xeyir-dua göndərirdilər.
Özlərini inandır mağa çalışırdılar ki, ağsaqqalların və tacirlə-
rin iltimasına qələm çəkib, məhkumları əfv etməmək olmaz.
Əslində, ümumi əfv barəsində yayılan şayiələrin mənası
hamıya aydın idi. Əfv şayiəsinin məqsədi bu idi ki, əfv istə-
yənlərin hamısı üzə çıxsın, onlar “xəyanətlərindən peşman
adam lar kimi” qələmə verilsin və müqəddəs ideallar yolunda
mübarizə aparanlar ləkələnsin.
İndi bu məclisdə toplananlar necə olursa olsun, məh-
kumları xilas etməyə çalışırdılar. Bu cinayəti bağışlamaq
olmaz dı. Ümumi qırğınlardan sonra xalqın ən fədakar oğul-
larından bir dəstəsinin bu cür açıqca ölümə məhkum edilməsi
xalqın qəlbin də sonsuz bir kin yaranmasına səbəb olmuşdu.
Hacı Məmməd ağa otaqdakılara müraciətlə dedi:
– Əlahəzrəti hümayuninin bizi sərəfraz buyurub, Təbrizə
təşrif gətirməsindən hörmətli ağaların xəbəri vardır. Onun
hüzu runa şərəfyab olub, öz bəndəliyimizi izhar eləməli və il-
timas et məliyik ki, məhkumların əfvini buyursun.
Hacı Məmməd ağa ilə üzbəüz oturan Hacı ağa dedi:
– Öz aramızdan bir neçə nümayəndə seçək, danışıq üçün
əlahəzrəti hümayuninin hüzuruna göndərək.
Başını təpədən qırxdırmış olan, əlindəki təsbehi çevirmək-
də davam edən Kərbəlayi Qulam cır səslə dedi:
– Ağalar azərbaycanlılardan kifayət qədər öldürdülər. İndi
heç yol vermək olmaz ki, fars qardaşlarımızın da qanını Təb-
riz torpağında axıtsınlar. Azərbay canlıların qeyrəti bunu qəbul
elə məz...
86
Həmzə Fəthi Xoşginabi
Kərbəlayi Qulamın səsi əsəbilikdən titrəyirdi. Başqa
müla yim bir səs eşidildi:
– Doğrudur, doğrudur! Əlahəzrət çox rəhmkönüldür. Yə-
qin ki, bizim ərzimizə qulaq asar.
Oturanlar çay içirdilər, cürbəcür şirniyyat yeyərək, bir sa-
ata qədər götür-qoy etdilər. Nəhayət, tacirlər və ağsaqqallar
ara sından beş nəfər nümayəndə seçildi ki, görüşə icazə almaq
üçün əvvəlcə valinin yanına getsin.
Hacı Məmməd ağa öz qonaqlarını həyət qapısına qədər
yola saldı və fi kirli halda evə qayıtdı.
* * *
Gecənin bu vaxtında qapının döyülməsindən təəccüb-
lənən Hacı Məmməd ağa hərasan yuxudan qalxdı. Paltosunu
çiyninə saldı. O, evdə nökər saxlamazdı və arvad-uşaq ayıl-
masın deyə özü qapıya getdi.
Gələn Zöhrə idi. Tacirlərin iclas etdiklərini, iltimasa
gedə cəklərini o da eşitmişdi. Ancaq Zöhrə iclasın Hacı Məm-
məd ağa gildə keçirilməsindən tamamilə xəbərsiz idi. Zöhrə
əlacsızlıq üzün dən buraya gəlmişdi. Başqa qonşulara getməyə
cəsarət et məmişdi. Hacı Məmməd ağanın azarsız bir adam ol-
duğunu bilir di.
– Bacı, qızım, kimsən, nə istəyirsən? – deyə Hacı Məm-
məd ağa küçənin qaranlığında durmuş çadralı qıza müraciətlə
dilləndi. – Gecənin bu vaxtında xeyir ola?
– Mən sizin qonşunuzam, Hacı ağa. Sizi deyib qapınıza
gəlmişəm.
Hacı Məmməd ağa qızın nə istədiyini başa düşmədi və
tə əc cüblə ona baxdı. Sonra dalanın elektrik çırağını keçirtdi.
– Qızım, gəl içəri, – dedi.
Evdə Zöhrə əhvalatı söylədi və dedi ki, onun dayı oğlusu
evə gələrkən nizami hökumət məmurları ilə rastlaşmış, nahaq
87
Bir gecənin son saatlarında
yerə dəjbana aparılmaqdan qorxduğundan onların əlindən
qaç maq istəyəndə yaralanmışdır.
– Hacı ağa, onu xilas etmək lazımdır, – deyə Zöhrə ümid
dolu gözlərini ona dikdi. – Həkim olmazsa, yazıq tələf olar.
– Gecənin bu vaxtı kimi tapmaq olar, qızım! Bir də özün
deyirsən ki, nizami hökumət məmurları küçələri gəzirlər. Bəs
onlar deməzlər ki, haraya gedirsən?
Doğrudan da, gəl-get qadağan edildiyi bu şəraitdə haraya
getmək olardı? Bunu indicə başa düşürmüş kimi Zöhrə çaşıb
qaldı, qeyri-ixtiyari olaraq onun göz yaşları yanaqlarına axdı.
Hacı Məmməd ağa dedi:
– Tutaq ki, dedim gedirəm həkim dalınca, birdən onlar
mənə inanmadılar və gəldilər sizə. Yaralını da gördülər. Bəs
onda necə olsun? Bərk yaralanıb?
– Bərk yaralanıb. Çox qan itirib. Huşsuz halda evdə uzat-
mışam.
Zöhrə yenə də ağlayırdı. O özünü saxlaya bilmədi:
– Hacı ağa, qiyamət günü ətəyindən tutaram, – dedi. –
Mən bilirəm ki, siz də nahaq qan tökülməsinə razı olmazsınız.
Hər şey ondan, bu yaralıdan asılıdır. O, dilə gəlməsə, danış-
masa, yersiz qanlar tökülə bilər.
Zöhrə dediyinə peşman olmuş adam kimi birdən susdu.
Əslində isə o doğru deyirdi, – Səiddən bir xəbər çıxmasay-
dı, zindana hücum ola bilərdi. Bəlkə də hücum eləmək lazım
deyildi. Onda bu biri fi rqəçilərin də həyatı təhlükəyə düşər-
di. Bəlkə də hücum olunmalıdır. Onda fi rqəçilər hər şeydən
xəbərsiz olduqları üçün hücum etməyə də bilərlər. Yenə işlər
korlanar və məhbuslar həlak olarlar. Bütün bunları düşünən
Zöhrə sarsıldı. O, yerə oturdu. Hacı Məmməd ağa otaqda gə-
zinir və fi kirləşirdi.
– Bir də ki, qızım, indi hansı həkimə inanmaq olar?
– Siz Mehdinəjadı tanıyırsınız? Ona müraciət eləmək olar.
88
Həmzə Fəthi Xoşginabi
– Tanıyıram, yaxşı həkimdir. Ancaq qorxuram ki, sizin
yaralını...
– Yox, yox, ona xəbər vermək mümkün olsaydı...
Hacı Məmməd ağa bir qədər də otaqda var-gəl etdikdən
sonra dedi:
– Sakit ol, qızım! Allaha təvəkkül, mən gedirəm. Olmaz
ki, bir adam bizim gözümüzə baxa-baxa ölsün. Ancaq sən biz-
də qal. Birdən məmurlar mənə inanmasalar, bizə gələrlər. Sən
özünü naxoşluğa vura bilərsən? Mən deyəcəyəm ki, sənin ürə-
yin keçmişdi. Yaxşı, Mehdinəjadla açıq danışmaq olar?
– Olar! Deyin ki, Səid yaralanıb. O özü hər şeyi başa
düşər.
Hacı ağa o biri otağa keçdi. Arvadını oyatdı. Dedi ki,
“naxoşa” yataq düzəltsinlər.
* * *
Səidin yaralanmasından heç kəsin xəbəri yox idi. Dalda
küçələrdən birində olan bu evdəki adamlar çoxdan idi ki, onu
gözləyirdilər.
– Bəs bu Səidin başına nə gəldi? – Otağın yuxarı başın-
da oturan adam dilləndi. Bu ortaboylu, arıq və üzünü çoxdan
qırx dırmamış olan adamla üz-üzə oturan Kürd Həsən, əllərini
qız dırmaq istəyirmiş kimi, manqalın üstündə tutduğu halda
dedi:
– İbrahim, vaxtı fövtə vermək olmaz. Səhər yaxınlaşır.
Hücum eləyək!
– Sən də kürdlüyünə salma, – deyə başqa bir cavan oğlan
zarafatla sözə qarışdı. – Nə olursa olsun, fəqət kürd dava-dö-
yüşə çıxsın.
– Kürd Həsən düz deyir, – arxasını divara söykəyib siqar
çəkən ucaboylu, sağlam bədənli Mənuçöhr də İbrahimə müra-
ciət etdi. – Oturub gözləməkdən bir şey çıxmaz. Biz onsuz da
vəziyyətlə tanışıq. Məhbusların ümidi ancaq bizədir.
Dostları ilə paylaş: |