Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə34/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   30   31   32   33   34   35   36   37   ...   159

111

Məhəbbət və nifrət

– Mən heç əvvəldən də sənin onunla görüşməyinə razı de-

yildim. Mənim bu nasistlərdən zəhləm gedir. İndi isə məni öl-

dürsələr də, bu işə razı ola bilmərəm. Yox, razı ola bilmərəm! 

Sən o cinayətkarın oğluna harada rast gəldin? Heç olmazsa, 

ata nın, ananın xatirəsindən utan! Qızım, axı o insafsız faşist 

sənin atanı tankın altında əzdi, ananı həlak etdi, bütün bir kən-

də od vurdu, məsum körpələri, günahsız qadınları qırdı. Lyu-

da, allah xatirinə, o oğlandan əl çək, onu birdəfəlik unut, onun 

adını mə nim  yanımda bir də dilinə gətirmə.

Göz yaşları axıdan Lyuda yenə də atasının ölüm səhnəsini 

xatırlayırdı. Alovlanan o gözəl Ukrayna kəndi, hər tərəfdə güllə-

lənib, qan laxtası içərisində uzanan cansız cəsədlər və həmin gü-

nün dəhşətli iztirabları onun nəzərində yeni bir qüvvətlə can la-

nır... Eyni zamanda, Alfredlə keçirdiyi günlər, xatirələr də Lyuda 

üçün əziz idi. İlk dəfə görüşdükləri o yağışlı gün, Moskva ça-

yın da  katerdə gəzdikləri gecələr, şəhərkənarı gəzintiləri, palatka 

qu rub  meşədə tonqal başında gecələmələri, imtahana hazırlaş-

ma la rı, qış və yay tətillərində Alfredi Berlinə yola salanda axıt-

dığı göz yaşları, ona yazdığı həyəcanlı məktublar, gələcək arzu 

və düşüncələr də Lyudanın xəyalında canlanırdı. Məhəbbət və 

nifrət hissləri bir daha üz-üzə dayanır, onun qəlbində çırpışırdı. 

Birin cidə şairanə gözəlliklər, ümumbəşəri ideyalar, məsum və 

işıqlı arzular, müqəddəs və təmiz həyəcanlar vardı. İkincidə isə 

fəla kət, amansız dəhşətlər, ölüm və müharibə gözə çarpırdı. İşıq 

və zülmət qarşı-qarşıya dururdu. Bütün bunları xatirladıqdan 

sonra öz iradəsinə hakim kəsilmək iqtidarından məhrum olan 

qız “bəs mən nə etməliyəm?” – deyə düşünür, lakin bu suala heç 

bir ca vab tapa bilmirdi. Nəhayət, bu gün o, nənəsinə dedi:

– Mən Alfreddən ayrıla bilmərəm. Mən onu sevirəm. Ona 

da ərə gedəcəyəm!

Ürəyi kinlə alışan Vera Pavlovnanın dodaqları rəşəyə gəl-

di, üzünün əzələləri titrədi. Qəzəbli baxışlarla nəvəsini süzüb 

susdu. Lyuda göz yaşlarını saxlamağa can atdığı bir halda:




112

Həmzə Fəthi Xoşginabi

– O heç bir şeydə müqəssir deyildir, nənəcan! – dedi. – 

O, atası üçün cavabdeh deyildir. Bu hadisədən sonra o, bir 

dəfə məndən soruşdu: “Təqsirim nədir?” Mən ona cavab verə 

bilmə dim.  Alfred  də milyonlarla başqa insanlar kimi qana, 

qırğına, topların gurultusuna nifrət bəsləyir. Axı, biz onun-

la torpağın bombalardan yandığı, qana boyandığı müharibə 

meydanlarında tanış olmamışıq, nənəcan, biz rəqs məclisində 

tanış olmuşuq. Biz birlikdə cavanların festivalında iştirak et-

miş, sülh nəğmələri oxumuşuq. “Ölüm rəqsi” bizə yaddır. Biz 

vals oynayır, “Ave Mariya”ya, “Santa luçiya”ya qulaq asırıq. 

Biz xoşbəxt olmaq is tə yirik. Biz sevmək istəyirik! Mən ondan 

əl çəkməyəcəyəm. Atası üçün kimin haqqı vardır ki, onu itti-

ham etsin? Sən, nənəcan, bil ki, mən onunla lap yerin altına da 

getməyə hazıram. Yox, sən məni başa düşə bilmirsən! Yox, sə-

nin ürəyin daş imiş, nənə! – deyib Lyuda göz yaşlarını axıtdı.

– Bəs sən? Sən də məni başa düşə bilmirsən! – Vera Pav-

lovna bağırırdı. – Bəs mənim oğlum? O da sevirdi. O da hə yat 

qürurdu. O da ölümə qarşı nifrət bəsləyirdi. Axı, mən anayam. 

Mənim müqəddəs analıq haqqımı kim tapdalaya bilər, kim?! 

Mən də öz məhəbbətimi unuda bilmirəm. Mən öz nifrətimi 

də unuda bilmirəm! Mən müharibə  dəhşətlərini unuda bil-

mərəm!..

Lyuda nə deyəcəyini kəsdirə bilmirdi. O, nənəsinin üzünə 

baxdı. Vera Pavlovnanın iri, parıltılı gözlərindən süzülən 

baxış da  amansız və sirayətedici bir təsir vardı. Yəqin Lyuda 

da nənə sinin  baxışındakı bu ifadəni başa düşdü. Bu baxışdan 

həm mə həbbətin, həm də nifrətin insan qəlbi üzərindəki haki-

miyyəti ay dınca gözə çarpırdı. Lyudaya elə gəldi ki, bu nifrət 

özü də tü kənməz bir məhəbbətdən doğmuşdur. Qız həyəcanlı 

bir səslə nə nəsinə müraciət etdi:

– Nənəcan, mən səni başa düşürəm, – dedi. – Ancaq bir 

yax şı fi kirləş. Mən Alfredi təhqir edirəm! Onu sevirəm. Ona 

yazı ğım gəlir!




113

Məhəbbət və nifrət

Lyuda sözünü davam etdirə bilmədi. Divara söykəndi. Onun 

köksü atılıb düşürdü. Ona nə isə demək istəyirdi. Lakin nə desin?

O zaman müharibə meydanlarının tozunu udan, qan və 

ba rıt qoxusundan məst olan hanslar alfredlərin gələcək taleyi 

barə sində fi kirləşirdilərmi? Onlar insan qəlbinin kin və nifrət 

üçün deyil, ancaq məhəbbət üçün yarandığını başa düşürdülər-

mi? Yox, başa düşmürdülər. Azğın çaylar daşaraq yer qatlarını 

tit rətdiyi və hər şeyi məhv etdiyi kimi, hansların apardığı müha-

ribə də həm mövcud, həm də gələcək nəsillərin bütün müqəd-

dəs ar zularını  məhv etmək məqsədini güdürdü. Lakin məgər 

gələcək bu kimi müharibələrdən asılıdır? Lyudaya elə gəlirdi 

ki, hərbin dəhşətləri nə qədər sarsıdıcı olsa da, işığın zülmətə 

qalib gəldiyi dövrdə, ancaq işıqlıqda görünən, səadət və azadlı-

ğın təntənəsini tərənnüm edən arzularla yaşamaq olar.

Davam edən mənalı sükut içərisində Lyuda düşünür, yenə 

də düşünürdü. Müharibəyə nifrət edildiyi bir halda onun qoyub 

getdiyi fəlakətlərə, nakamlıqlara da nifrət etməmək olmaz. Lyu-

da keçmiş dəhşətlərin qarşısında diz çökmək istəmirdi. O hazır-

kı  işıqlı  həyatın, insan arzularının çiçəkləndiyi indiki həyatın 

nəşə lərini, öz sevgisini keçmişlərə qurban vermək istəmirdi.

– Nənəcan, – deyə Lyuda sükutu pozdu. – Mən onu sevi-

rəm. Nə keçmiş, nə də gələcək bu ixtiyarı mənim əlimdən ala 

bilməz. Başa düş məni! Axı, bu ixtiyarı mənim əlimdən kim 

ala bilər? Hərbi şinel geymiş bir soldatmı? Müharibəmi? Yox, 

nənə can, xalqlar qoymazlar ki, müharibə bir daha təkrar olun-

sun. Sən mənim hissiyyatıma toxunma! Alfred öz faşist ata-

sı üçün cavab deh deyildir. O da müharibəyə qarşı nifrət edir. 

İndi namuslu al manlar müharibənin nə demək olduğunu yaxşı 

başa düşürlər. Nə nəcan, sən bizə mane olma!

Lyuda yalvarıcı baxışlarını  nənəsinə dikdi. Nənəsi isə: 

“Sus, sus!” – deyə bağırdı.

“Mən səni dinləmək istəmirəm!..” – deyib Lyuda özünü 

çarpayıya tulladı...




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə