102
Həmzə Fəthi Xoşginabi
qorxu, həyəcan və təşviş onu tabdan salmışdı. Qız oturdu...
İndi bağırırdısa da, səsi çıxmırdı.
...Bəli, həmin kəndin barəsində düşünərkən Lyuda bü-
tün bunları xatırlayırdı. Hər tərəfdən atəş açan alman-faşist
tankla rının gurultusu yenə də onun qulağında səslənirdi.
Ucaboylu Hansı, atasının qatili olan o rəhmsizin almacıqları
qabarmış arıq sifəti, dəhşətli görkəmi Lyudanın hafi zəsində
həkk olunmuşdu. O, Hansın qəzəbli bağırtılarını, kinlə dolu
balaca göy gözlərini, anasını vurarkən sifətinin necə qorxunc
bir görkəm aldığını indi unutmamışdı. Bütün bunları yadına
saldıqda isə dəhşətlərin kə dər li, ağır təəssüratı xəyalında yeni-
dən canlanırdı. Lyudanın qəl bi acı və sarsıdıcı hisslərin təsiri
ilə aramsızcasına döyünürdü. O, hələ o zaman and içmişdi ki,
atasının intiqamını alsın. Lakin Lyuda alman-faşist tankçısını
bir daha görməmişdi. Bəlkə Hans da haradasa, kimin əliləsə
həlak olmuşdu!..
Müharibə çoxdan qurtarmışdı. Hərbin dəhşətləri uşaqlar
və yeniyetmələr üçün bəlkə də nağıla, əfsanəyə, kino ekran-
larında nümayiş etdirilən dastanlara çevrilmişdi. Lakin mü-
haribənin zül məti içərisindən işıqlığa çıxan, vətənə vurulan
yaraları öz gözləri ilə görən adamlar indi çiçəklərlə örtülmüş
olan doğma torpağın hər bir qarışının müdafi əsi uğrunda ve-
rilən qurbanları necə unuda bilərdilər?! Yox, bu mümkün de-
yildi! Elə bunun üçün də Vera Pavlovna heç bir şeyi unutma-
mışdı. Oğlu Volodya onun üçün Stalinqrad qəhrəmanlarının,
xəbərsiz itkin düşən, sinələri ilə vətəni qoruyan döyüşçülərin
ölməz, unudulmaz simvoluna çevrilmişdi.
* * *
Evdən çıxdıqdan sonra Lyuda hələ öz küçələrinin birinci
döngəsinə çatmışdı ki, onu səslədilər. Baxanda qızın gözləri,
Al fredin nədənsə bir qədər bozarmış üzünə düşdü. Oğlanın
gözləri bütün gecəni yuxusuzluq çəkmiş bir adamı xatırladır-
103
Məhəbbət və nifrət
dı. Lyuda yerindəcə donub qaldı. Ürəyi şiddətlə döyündü. O
yavaşcadan “ilahi!” – deyə pıçıldadı. Yenə də ona yaxınlaşan
oğlana baxdı.
– Salam! – deyə Alfredin titrək səsi eşidildi.
– Alfred, əzizim!
Bu səs Alfredə həyəcanlı bir qəlbin iniltisi təsiri bağışladı.
Onların heç biri artıq danışmaq iqtidarında deyildilər. Alfre-
din dizləri titrəyirdi. Ürəyi çırpınırdı. O keçən gecəni səhərə
qədər yatmamışdı. Ümumi yataqxananın bir tərəfi ndə çarpa-
yıda uzan dığı halda gah bu böyrü, gah da o biri böyrü üstə
aşırdı. Uşaqlıq röyaları kimi şirin və əlçatmaz olan yaxın bir
keçmişlə vidalaş dığını təsəvvür edərək, Alfred qəlbinin dərin-
liklərində dözülməz ağrılar hiss edirdi. O cəmi bir həftə idi ki,
Lyudadan ayrı düş müşdü. İlk məhəbbətin ona bəxş etdiyi xoş-
bəxtlik duyğuları isə bütün ömrü boyu unudulmayan nakam-
lıq iztirabları ilə əvəz olunmuşdu... Toy ediləcək günün səhəri
baş verən bir hadisədən sonra Lyuda ərə getməkdən imtina
etmişdi. O bunun səbəbini izah etmədi. Alfredə söylədi ki, bir
daha onu görməyə can at masın. O gündən bəri Alfred əzabve-
rici bir məchuliyyət zülməti içərisində qalmışdı. Keçən gecə
də o, bu haqdakı fi kirlərdən ayrıla bilmədi. Nəhayət, belə qə-
rara gəldi ki, axırıncı dəfə olaraq Lyuda ilə görüşsün, danışsın.
Alfred, eyni zamanda, Vera Pav lovnanın dediyi bu sözləri də
xatırlayırdı: “Allah xatirinə, çıxın gedin, bizi narahat eləmə-
yin. Toy barəsində söhbət belə ola bil məz!”
“Axı, nəyə görə?” – deyə Alfred düşünür, bu suala nə özü
cavab verə bilir, nə də ki, Lyudadan bir söz qopara bilirdi.
İndi isə küçədə üz-üzə dayanmışdılar. Alfred nə desin?
Sözə necə başlasın? Ürək döyüntüsü, həyəcan, anlaşılmaz-
lıqdan doğan çaşqınlıq, küsü və kin danışıq iqtidarını onun
əlindən al mışdı. Alfredin bir məqsədi vardı: Lyudadan onun
sevgisindən belə gözlənilmədən imtina etməsinin səbəbini
bilmək! Beş il idi ki, onlar bir-birlərini sevirdilər.
104
Həmzə Fəthi Xoşginabi
Lyuda da az həyəcan keçirmirdi. Axırda o, iradəsini top-
layaraq:
– Mənə bir sözün vardır? – dedi. Qızın səsində saxta bir
ciddilik duyulurdu. Onun sifəti qızardı, burnunun pərələri
köp dü:
– Lyudacan, – deyib Alfred udqundu, yalvarış dolu nəzər-
lərini ona dikdi. Oğlanın dodaqlarında ümidsizlik ifadə edən
bir təbəssüm vardı. – Lyuda, yalvarıram sənə. Mənə qulaq as.
Bir başa sal görüm nə üçün...
– Bəsdir... Biz hər şey barəsində danışmışıq! – deyib Lyu-
da onun sözünü kəsdi. Üzünü o tərəfə çevirdi. O sanki dodaq-
larındakı titrəyişi Alfreddən gizlətmək istəyirdi. Qız Alfredlə
danışmaq, hətta qolunu onun boynuna salmaq, ağlamaq, onu
öp mək üçün özündə sonsuz bir meyil hiss etdisə də, iradəsi-
ni top layıb həyəcan içərisində dayandı. Az sonra isə ürəyinin
qeyri-iradi və ağrılı bir kinlə dolduğunu duyaraq, əsəbiləşdi,
barmaq la rını ovcunun içinə sıxaraq, alt dodağını gəmirdi.
– Yox, danışmalıyıq! Mən bu gün yola düşürəm. Bilet al-
mışam. Ola bilsin ki, biz heç bir zaman görüşməyəcəyik. Mən
bircə şeyi bilmək istəyirəm...
– Sus! Allah xatirinə, sus! Heç bir şey soruşma, – deyə
Lyuda sarsılmış bir halda kədərli səslə dilləndi.
Həsrətlə dolu baxışı ilə oğlanı bir anlığa süzdü, başı-
nı aşa ğı saldı və birdən sürətli addımlarla uzaqlaşdı. Alfred
isə donub muş kimi yerindəcə qaldı. O uzaqlaşan və döngədə
qeyb olan Lyudanın ardınca baxırdı...
* * *
Lyuda ilə Alfred beş il əvvəl Moskvada, Mendeleyev adı-
na İnstitutda tanış olmuşdular: 9 May – Qələbə günü müna-
sibəti ilə təşkil olunan gecədə Lyuda nəğmə oxudu. Nəğmə
oxuyan qızlar içərisində o, bir çoxlarının nəzərini daha artıq
cəlb etdi. Lakin bu müvəffəqiyyət onun hamıdan gözəl olma-
Dostları ilə paylaş: |