Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə33/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   29   30   31   32   33   34   35   36   ...   159

108

Həmzə Fəthi Xoşginabi

muşdu. Onun atası isə, Alfredin dediyinə görə müharibənin 

son günlə rində Almaniyanın məğlubiyyətini görüb, özünü 

güllələmişdi.

Toydan bir gün əvvəl Alfred anasından məktub aldı. Ana-

sı istənilən vaxtda Moskvaya gələ bilməyəcəklərini bildirir, 

cavan ları təbrik edirdi. O, hədiyyələr də göndərmişdi.

Toy mərasiminin yerinə yetiriləcəyi gün səhər gözlənil-

məz bir hadisə baş verdi. Alfred Lyudagilə  gəldi. Anasının 

məktubu nu oxudu və bir də onun göndərdiyi şəkilləri Lyuda-

ya göstərdi.

– Bu şəkli evimizin qabağında çəkmişlər, – dedi. – O za-

man biz Leypsiqdə yaşayırdıq.

İkinci şəkildə Alfredin bacısı Mariya pinq-ponq mizinin 

yanında görünürdü. Dar şalvar, gödək kofta geymiş Mariya 

uca boylu,  arıq bir qız idi.

Üçüncü şəkil, Alfredin atasının şəkli idi.

– Bu şəkli birinci dəfədir görürsən... – deyə Alfred əl boy-

da olan şəkli Lyudaya tərəf uzatdı... – Bu, atamın cəbhədən 

göndər diyi  şəkillərdən biridir.

Lyuda şəkli əlinə aldı. Birinci növbədə onun nəzəri şəkil-

dəki balaca kilsənin qüllələrinə sataşdı. Bu qüllələr qıza nə 

qədər də tanış göründü! Lakin kilsə binalarının bir çoxu mə-

gər bir-bi rinə bənzəmir?

Alfredin atası kilsənin qabağındakı meydançada durub 

şə kil  çəkdirmişdi. Onun geniş alnı vardı. Kasketini sağ əlində 

sax lamışdı. Ön tərəfdən iki qurd yemiş dişinin yeri qaralır-

dı. Lyuda şəkli lap gözünün qabağına gətirdi. Lakin nədənsə 

onun gözlə ri nə bir qaranlıq çökdü. Rəngi saraldı. Ürəyi şid-

dətlə döyünməyə başladı. Şəkil onun əlindən yerə düşdü.

– Lyudacan, sənə  nə olmuşdur? – deyə Alfred təşvişlə 

qıza baxdı.

– Atanın adı Hansdırmı? – deyə Lyuda güclə danışdı.

– Hə! Mən ki, atamın adını sənə söyləmişdim!




109

Məhəbbət və nifrət

– Ah! – deyə Lyudanın iniltili fəryadı eşidildi.

– Sənə nə oldu?

– Ah... – deyib, Lyuda onu eşitmirmiş kimi yenə  sızıl-

tı ilə dillənərək, qollarını yanına saldı  və taqətsiz bir halda 

kürəyini kresloya söykədi. Sonra dirsəklərini mizə dayayaraq 

başını qu caqladı. Çəng olmuş kimi nəzərə gələn barmaqları-

nı saçlarının arasında oynada-oynada o, başını silkələyir və 

hönkür-hönkür ağlayırdı...

Mətbəxdən evə gələn Vera Pavlovna nəvəsini bu vəziy-

yət də gördü, təəccübləndi.

– Nə olmuşdur? – deyib ona yaxınlaşdı.

Lakin Lyuda cavab vermək iqtidarında deyildi. O, həyə-

can və  qəhər içərisində boğulurdu. Vera Pavlovnanın suale-

dici ba xış larına Alfred də heyrətlə qarışıq bir sükutla cavab 

verdi. O əyilib şəkli otağın döşəməsindən götürdü, mizin üs-

tünə tulladı.

– Anacan, bu şəkil odurmu? – deyə Lyuda həzin bir səslə 

nənəsinə müraciət etdi. Vera Pavlovna şəkli əlinə aldı və bir-

dən:


– Pərvərdigara, doğrudan da bu odur? Deyə öz-özü ilə da-

nışırmış kimi dilləndi.

– Bu mənim atamdır!

– Hansdır? – deyə Vera Pavlovnanın dodaqları həyəca nın-

dan və birdən-birə vücudunu bürümüş olan qəzəbdən tirtədi.

– Anacan, yalvarıram, sus! – deyə Lyuda özünə gələrək 

nənəsinə müraciət etdi.

– Sizə nə olub, Lyuda?

– Heç bir şey, heç bir şey! Heç bir şey soruşma, Alfred! 

– deyib Lyuda ayağa qalxdı. Nənəsini qucaqladı, yenə də ağ-

ladı, sonra Alfredə: – Alfred, get buradan! – dedi. – Tez get, 

heç bir şey soruşma! Bir daha bizə gəlmə!

Lyuda bu axırıncı sözləri qəzəbli bir ahənglə söylədikdən 

sonra otaqdan çıxdı...




110

Həmzə Fəthi Xoşginabi

Bu hadisədən sonra keçən günlər cavanların hər ikisi 

üçün son dərəcə iztirablı və ağır oldu. Bu gün isə Lyudanın 

səbri tü kəndi. O, zahirdə hər nə desə də, öz istəyi, arzu, ira-

dəsi əksinə olaraq, Alfreddən əl çəkə bilməyəcəyini başa dü-

şürdü. Onların heç bir zaman unuda bilməyəcəkləri yüzlərlə, 

minlərlə xatirələri vardır. Həyat lövhələri durmadan dəyişir, 

hadisələr bir-birini dai ma əvəz edir. Lakin ilk məhəbbətlə 

bağlı əhəmiyyətsiz xatirələr belə insanın zehnində unudulmaz 

izlər buraxır. Ayrılıq dəmlə rin də hicran iztirablarına məruz 

qaldıqda bu xatirələr – ən adi gö rüşlər, küsüb-barışmalar, nə 

zamansa birlikdə teatr və kinoya gecikmə, tanışların təvəllüd 

məclislərindəki şən gecələr, təqaüd alınan günlərdəki gəzin-

tilər və bu kimi başqa adi hadisələr barə sindəki acı və şirin 

xatirələr insanın ürəyində sonsuz həsrətlər doğurur. Lyuda da 

belə bir hal keçirirdi. Bu sonuncu həftədə o, ilk dəfə olaraq 

məhəbbət həyəcanları içərisində  çırpınmış, göz yaşları axıt-

mış, nə edəcəyini müəyyənləşdirməkdən aciz oldu ğu nu  başa 

düşmüşdü. Məhəbbət və nifrət hissləri onun daxili alə mində 

mübarizə edirdi. Hər iki hiss məğlubedici və amansız idi. Hər 

iki hissin öz hüququ, öz gücü, öz ədalətli hökmü və tələbləri 

var idi. Hər iki hiss bu cavan qızın qəlbinin dərinliklərində 

özü nə yer etmişdi. Kim bilir, kim bilir ki, bu iki hissdən hansı 

qalib gələcəkdir?!

Alfred Hansın oğludur. Hans – Lyudanın atasının qatili! 

Al fred  Lyudanın qəlbinə yol tapan, onun varlığına hakim kə-

silən ilk məhəbbət carçısı idi. Alfredin atası isə Lyudanın qəl-

bində ilk dəfə olaraq sonsuz bir nifrət, qəzəb, intiqam hissinin 

yaranma sı na  səbəb olmuşdu. Hans – ölüm və  dəhşət kabu-

su kimi qızın nə zərində canlanırdı. Alfred – xoşbəxtliyinin, 

gəncliyin  romantik  rö ya larının, ucsuz-bucaqsız şirin arzuları-

nın timsalı kimi!

Vera Pavlovna nəvəsinə deyirdi:



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə