Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə32/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   28   29   30   31   32   33   34   35   ...   159

105

Məhəbbət və nifrət

sına görə deyildi. Lyuda öz məlahətli səsi ilə hamını məftun 

etmişdi. Alfred ona alman dilində mahni oxuduğu zaman daha 

çox diqqət yetirmişdi.

Rəqs zamanı Alfred Lyudanın dövrəsində gəzirdi. Azacıq 

tərəddüddən sonra oğlan qızı rəqsə dəvət etdi. Birinci rəqs za-

manı onlar bir kəlmə də olsun danışmadılar. Alfred nəzərə la-

qeyd çarpırdısa da, Lyuda öz “kavalerini” gözdən keçirməyə 

im kan  tapdı. Alfred ortaboylu, özü də nisbətən dolu bir cavan 

idi. Sarımtıl saçları, yuxarı hissəsindən azacıq irəli qabar-

mış alnı vardı. Gözləri balaca və mavi idi. Bir qədər goppuş 

olan burnu onun xoşagəlim və utancaqlıq ifadə edən sifətinin 

mütənasib liyini  heç  də pozmurdu. Bütün bunlar qızın nəzə-

rindən qaçmadı. Bir qədər sonra Alfredin də oğrun baxışları-

nı hiss edən qızın üzündə ciddi bir ifadə vardısa da, bu onun 

ancaq oğlan tərə fi n dən söz açılmasını gözlədiyini göstərirdi. 

Gözləri Alfredə sata şanda Lyudanın dodaqlarında yüngül bir 

təbəssüm oynayırdı. Lyudaya elə gəldi ki, indi oğlan gözlərini 

onun burnundan ayır mır. Axı, Lyuda fındıqburun bir qız idi. 

O, Alfredə heç bir xü su si münasibət bəsləməsə də, oğlanın elə 

bil ki, qəsdən onun bur nuna diqqət yetirməsindən sanki bir 

qədər sıxılaraq pərt oldu.

İkinci dəfə rəqs edəndə Alfred dedi: “Sizin burnunuz mə-

nim xoşuma gəlir”. Ancaq sonra onlar bir-birlərinin adlarını 

öy rəndilər, tanış oldular... Saat 12-də Alfred Lyudanı evlərinə 

mü şa yiət elədi.

İki gün sonra onlar görüşüb, Qorki adına mədəniyyət və 

is tirahət parkına getdilər.

Lyuda ağ ipək kofta, dizlərindən bir qədər aşağı sallanan 

boz rəngli yubka geymişdi. Ayağında, görünür, lap yaxınlarda 

al mış olduğu və birinci dəfə olaraq geydiyi üstü deşikli ağ ayaq-

qabı vardı. Qızın ağ, dolu qolunda çiçək peyvəndinin yeri və 

bunlardan əlavə, hər tərəfə səpələnmiş qara xallar görünürdü.



106

Həmzə Fəthi Xoşginabi

Alfred qatı boz rəngli  şalvar, kvadrat naxışlı parçadan 

pen cək geymişdi. Saçını səliqə ilə daramışdı.

Alfred söhbət açmağı bacarmırdı. Bunun səbəbi onun rus 

dilini yaxşı bilməməsi idi. Hər bir sözdən və ya cümlədən 

sonra o, tez-tez “tak”, “da”, “naprimer” deyə öz fi krini aydın-

laşdırmaq üçün rus dilində lazımi ifadələr tapmağa çalışırdı.

Onlar xeyli gəzdilər, parkdakı göldə üzən ağ və qara qu 

quşlarına və  ağaclar arasında durub, sanki öz gözəlliklərini 

məğ rurcasına nümayiş etdirən tovuzlara tamaşa elədilər.

Hava bir qədər tutuldu. Az sonra şiddətli yağış yağma-

ğa başladı. Moskvada yağışlar bəzən çox güclü olur. Bulud-

lar tələ sik  bir  iş dalınca gedirlərmiş kimi özlərindəki yağış 

damlalarını yerə, qafi lkir olmuş adamların da başına çox tələ-

sik tökürlər... Bu zaman Alfred ilə Lyuda gəzə-gəzə parkın 

meşəliyinə getmiş, bir təpəciyin başında durmuşdular. Ağac-

ların dibinə sıxıldılarsa da, yağış onlara aman vermədi. Alfred 

pencəyini qızın çiyninə saldı.  İldırım çaxır, göy guruldayır, 

yağış da kəsmək bilmir və elə bil ki, qəsdən getdikcə daha 

da şiddətlənirdi. Təpəcikdən axan su dərəyə tökülür, dərədə 

isə sel axırdı. Lyuda ayaqqabı la rını çıxarıb pencəyin altında 

gizlətmişdi. Alfred onun yalın ayaq larına baxıb gülümsəyirdi. 

Qız özünü ona sıxdı. Alfredin gözləri qızın yağışdan islanmış 

sifətinə, iri mavi gözlərinə dikildi. Əlini Lyudanın yağış suyu 

süzən saçlarına çəkdi. Sonra onun çiyin lə rindən tutdu. Lyuda 

ona baxdı.

Ətrafda heç bir kəs yoxdu. Fəqət Moskva çayında üzən 

və dayanacağa doğru yan alan bir kater, bir də çayda müəyyən 

mə sa fələrdə düzülən göy lampalar, tez-tez parıldayıb sönən 

sarımtıl işıqlar gözə çarpırdı. Qurğuşun rəngində olan dəmir 

bir sütunun başındakı radioverici cihazdan həzin viyalon səsi 

eşidilirdi. Kü lək bəzən bu səsi qırıq bir şəkildə ətrafa yayır və 

musiqi ilə tufan arasında sanki bir mübahisə gedirdi. Alfred 

başını Lyudaya tərəf əydi...




107

Məhəbbət və nifrət

Az sonra Alfred çaşqın bir vəziyyətdə qalmışdı. “Naxal!” 

– deyə onu sillə ilə vurmuş olan Lyuda yağışdan çəkinmədən 

me şə nin  arasındakı əyri-buruq yolla asfalta yaxınlaşdı. Pen-

cəyi də Alfredin əlində qalmışdı. Axırda oğlan çaşqınlıqdan 

çıxaraq, Lyudanın dalınca yüyürməyə başladı...

Cavanların ilk görüşü belə qurtardı...

* * *


Bir neçə il keçdi. Bu müddət  ərzində Alfredlə Lyuda 

bir-birlərini tərk etmədilər. Onlar hər gün institutda, evdə, 

vədələş dikləri yerdə görüşür, gəzməyə gedirdilər. Bu vaxta 

qədər bu nə həng şəhərdə Alfredin gördüyü elə bir park, küçə, 

kino-teatr yox idi ki, bütün bunlar ona Lyudanı xatırlatma-

sın. Hər dəfə bir-bir lərindən ayrılanda onlar ürəklərindəki 

xoşbəxtlik hisslərinin, sev gi və məhəbbətin daha da güclən-

diyini, bütün varlıqlarına ha kim kəsildiyini daha dərindən 

duyurdular.

Lyuda Moskvada Pervaya Meşşanskaya küçəsində ya-

şayır dı. Alfred isə Şərqi Almaniyadan – Berlindən Moskva-

ya oxu ma ğa göndərilmişdi. Lyuda ilə tanış olduqdan sonra o, 

özünü çox xoşbəxt hiss edirdi. Ailənin bir üzvü kimi olmuşdu. 

Bircə evlən mək məsələsini bu vaxta qədər təxirə salmışdı. Öz 

təhsilini  bi tir miş olan Alfred indi vətəninə qayıtmalı idi. Lakin 

o, Lyudasız necə qayıda bilərdi? Bu haqda heç düşünməyə də 

dəyməzdi. Ca vanlar çoxdan qərara gəlmişdilər ki, birgə həyat

birgə ömür sür sünlər. Vera Pavlovna da onların evlənməsinə 

icazə vermişdi. Lakin nəvəsinin onu tərk edib, Almaniyaya 

gedəcəyini xatırla dıqda mütəəssir olur, həyəcanlanır, Lyuda-

nın ayrılığına necə dö zəcəyini təsəvvürünə belə gətirə bilmir-

di. Ancaq nə etmək olar? Cavanların xoşbəxtliyinə necə mane 

olmaq olar?!

Bir həftə bundan əvvəl toy üçün tədarük görüldü. Toya 

Al fredin  anası, on səkkiz yaşında olan bacısı da dəvət olun-



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə